Məhkəmə qərarları › İş №2(006)-636/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-636/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-636/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı kredit müqaviləsi üzrə 43.726 manat 21 qəpik əsas borc, 4.122 manat 18 qəpik faiz, cəmi 47.848 manat 39 qəpik pul vəsaitinin, ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, 60 manat pul vəsaitinin tutulması; tələbin Cavabdeh2 məxsus Abşeron rayonu Xırdalan şəhəri Zərifə Əliyeva küçəsi 3 saylı evin 123 saylı mənzilinə yönəldilməsi; həmin əmlakın açıq hərracdan satılması; əmlakın satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı kredit müqaviləsi üzrə cəmi 47.848 manat 39 qəpik borcunun və 60 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmeti olan, Cavabdeh2 məxsus Abşeron rayonu Xırdalan şəhəri Zərifə Əliyeva küçəsi 3 saylı evin 123 saylı mənzilinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması; ipoteka predmeti olan, Cavabdeh2 məxsus Abşeron rayonu Xırdalan şəhəri Zərifə Əliyeva küçəsi 3 saylı evin 123 saylı mənzilinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi; ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait qeyd olunan 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı kredit müqaviləsi üzrə 40.576 manat 21 qəpik əsas borc, 4.981 manat 58 qəpik faiz, 616 manat cərimə borcu olmaqla, cəmi 46.173 manat 79 qəpik pul vəsaitinin, ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, 60 manat pul vəsaitinin tutulması; tələbin Cavabdeh2 məxsus Abşeron rayonu Xırdalan şəhəri Zərifə Əliyeva küçəsi 3 saylı evin 123 saylı mənzilinə yönəldilməsi; həmin əmlakın açıq hərracdan satılması; əmlakın satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı kredit müqaviləsi üzrə cəmi 46.173 manat 79 qəpik borcunun və 60 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmeti olan, Cavabdeh2 məxsus Abşeron rayonu Xırdalan şəhəri Zərifə Əliyeva küçəsi 3 saylı evin 123 saylı mənzilinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh2 Abşeron rayonu Xırdalan şəhəri Zərifə Əliyeva küçəsi 3 saylı evin 123 saylı mənzilindən çıxarılması və mənzilin boşaldılması; ipoteka predmeti olan, Cavabdeh2 məxsus Abşeron rayonu Xırdalan şəhəri Zərifə Əliyeva küçəsi 3 saylı evin 123 saylı mənzilinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi; ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait qeyd olunan 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı kredit müqaviləsi üzrə 40.576 manat 21 qəpik əsas borc, 6.016 manat 37 qəpik faiz, cəmi 46.592 manat 58 qəpik pul vəsaitinin, ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, 60 manat pul vəsaitinin tutulması; tələbin Cavabdeh2 məxsus Abşeron rayonu Xırdalan şəhəri Zərifə Əliyeva küçəsi 3 saylı evin 123 saylı mənzilinə yönəldilməsi; həmin əmlakın açıq hərracdan satılması; əmlakın satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı kredit müqaviləsi üzrə cəmi 46.592 manat 58 qəpik borcunun və 60 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmeti olan, Cavabdeh2 məxsus Abşeron rayonu Xırdalan şəhəri Zərifə Əliyeva küçəsi 3 saylı evin 123 saylı mənzilinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması; ipoteka predmeti olan, Cavabdeh2 məxsus Abşeron rayonu Xırdalan şəhəri Zərifə Əliyeva küçəsi 3 saylı evin 123 saylı mənzilinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi; ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait qeyd olunan 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı kredit müqaviləsi üzrə 40.076 manat 21 qəpik əsas borc, 8.527 manat 87 qəpik faiz, cəmi 48.604 manat 08 qəpik pul vəsaitinin, ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, 60 manat pul vəsaitinin tutulması; tələbin Cavabdeh2 məxsus Abşeron rayonu Xırdalan şəhəri Zərifə Əliyeva küçəsi 3 saylı evin 123 saylı mənzilinə yönəldilməsi; həmin əmlakın açıq hərracdan satılması; əmlakın satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı kredit müqaviləsi üzrə cəmi 47.848 manat 39 qəpik borcunun və 60 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmeti olan Cavabdeh2 məxsus Abşeron rayonu Xırdalan şəhəri Zərifə Əliyeva küçəsi 3 saylı 123 saylı mənzilinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması; ipoteka predmeti olan Cavabdeh2 məxsus Abşeron rayonu Xırdalan şəhəri Zərifə Əliyeva küçəsi 3 saylı evin 123 saylı mənzilinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi; ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait qeyd olunan 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı kredit müqaviləsi üzrə 39.776 manat 21 qəpik əsas borc, 10.330 manat 12 qəpik faiz, cəmi 50.106 manat 33 qəpik pul vəsaitinin, ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, 60 manat pul vəsaitinin tutulması; tələbin Cavabdeh2 məxsus Abşeron rayonu Xırdalan şəhəri Zərifə Əliyeva küçəsi 3 saylı evin 123 saylı mənzilinə yönəldilməsi; həmin əmlakın açıq hərracdan satılması; əmlakın satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı kredit müqaviləsi üzrə cəmi 50.106 manat 33 qəpik borcun və 60 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmeti olan, Cavabdeh2 məxsus Abşeron rayonu Xırdalan şəhəri Zərifə Əliyeva küçəsi 3 saylı evin 123 saylı mənzilinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması; ipoteka predmeti olan, Cavabdeh2 məxsus Abşeron rayonu Xırdalan şəhəri Zərifə Əliyeva küçəsi 3 saylı evin 123 saylı mənzilinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi; ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait qeyd olunan 27 noyabr 2019-cu il tarixli KRFS- 12125 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Kürdəmir” filialı ilə Cavabdeh3 arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı kredit müqaviləsinə əsasən illik 18 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 51.000 manat məbləğində kredit verilmişdir. 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh3 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh3 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı kredit müqaviləsi üzrə borcunun məbləği 43.726 manat 21 qəpik əsas borc, 4.122 manat 18 qəpik faiz, cəmi 47.848 manat 39 qəpik təşkil edir. Bundan başqa, İddiaçı ASC-nin “Kürdəmir” filialı ilə borc alan arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı mikro-kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı ASC-nin “Kürdəmir” filialı arasında 30.06.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən zamin və borclu 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı mikro-kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 məxsus Abşeron rayonu Xırdalan şəhəri Zərifə Əliyeva küçəsi 3 saylı evin 123 saylı mənzili İddiaçı ASC qarşısında 19.11.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (bank) girova ödəniş yönəldə bilər. Müqavilənin 5.4-cü bəndinə əsasən müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ var. Bu səbəbdən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin, həmçinin iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh3 24 ay müddətinə, illik faiz dərəcəsi 18 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 51.000 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2021-ci il tarixli 9/6051 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh3 27.11.2020-ci il tarixə (sualda göstərilən tarixə) banka olan borcu 46.386 manat 27 qəpik məbləğində müəyyən olunur, o cümlədən – 27.11.2020-ci il tarixə: Əsas borc – 40.436 manat 30 qəpik; Faiz – 5.949 manat 97 qəpik. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Qeyd: İş materiallarında olan hesabdan çıxarış məlumatlarınan göründüyü kimi, 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı müqavilə üzrə 27.11.2020-ci il tarixdən (sualda göstərilən tarix) sonra 500 manat məbləğində ödəniş edilmişdir. Hazırki tədqiqatla borc qalığının hesablanması 27.11.2020-ci il tarixədək olduğundan sonradan ödənilən 500 manat nəzərə alınmadı. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2021-ci il tarixli 9/2620 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, arayış və 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh3 31 mart 2021-ci il tarixə banka olan borcu ümumilikdə 48.397 manat 52 qəpik məbləğində müəyyən edilir, o cümlədən: 31.03.2021-ci il tarixə (sualda qeyd edilən tarixə): Əsas borc – 40.077 manat 74 qəpik; Faiz – 8.319 manat 78 qəpik. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 19.11.2019-cu il tarixli KRFS-12125 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh3 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh3 İddiaçı ASC-dən kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Zərifə Əliyeva küçəsi 3 saylı evin 123 saylı mənzilini banka ipotekaya qoymuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 02.12.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. "xxxx" MMC-nin 10 fevral 2021-ci il tarixli rəyindən (mənzilin qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, ünvan 1 ünvanındakı 17 mərtəbəli, yeni tikili binanın 15-ci mərtəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 89,5 m2 ümumi sahədən ibarət, 2 otaqlı, 123 nömrəli mənzilin hazırda likvid qiyməti 83.000 (səksən üç min) manat təşkil edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona, zaminlərə və ipoteka qoyana xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh3 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş mənzili açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı kredit müqaviləsi üzrə 39.776 manat 21 qəpik əsas borc, 10.330 manat 12 qəpik faiz olmaqla, cəmi 50.106 manat 33 qəpik pul vəsaiti, ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, 60 manat pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalı; tələb üzrə tutma Cavabdeh2 məxsus olan Abşeron rayonu Xırdalan şəhəri Zərifə Əliyeva küçəsi 3 saylı evin 123 saylı mənzilinə yönəldilməli; həmin əmlak açıq hərracdan satılmalı; əmlakın ilkin satış qiyməti 83.000 (səksən üç min) manat müəyyən edilməli; açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı ASC-yə ödənilməli; həmin əmlaka tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılmalı, həmin əmlak boşaldılmalı; əmlakın satışından əldə edilmiş vəsait qeyd olunan 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı kredit müqaviləsi üzrə borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməli; ekspertiza xərci olan 250 (100+150) manat cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı kredit müqaviləsi üzrə 39.776 manat 21 qəpik əsas borc, 10.330 manat 12 qəpik faiz olmaqla, cəmi 50.106 manat 33 qəpik pul vəsaiti, ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, 60 manat pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh2 məxsus olan Abşeron rayonu Xırdalan şəhəri Zərifə Əliyeva küçəsi 3 saylı evin 123 saylı mənzilinə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın. Əmlakın ilkin satış qiyməti 83.000 (səksən üç min) manat müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı ASC-yə ödənilsin. Həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılsın. Həmin əmlak boşaldılsın. Əmlakın satışından əldə edilmiş vəsait qeyd olunan 27 noyabr 2019-cu il tarixli KRFS-12125 saylı kredit müqaviləsi üzrə borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Ekspertiza xərci olan 250 (100+150) manat cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar