Məhkəmə qərarları › İş №2(006)-6538/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6538/2025

25.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6538/2025 25.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, X4 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, nənəsi X4 (doğum tarixi: 1910, doğum yeri: Quba şəhəri, Azərbaycan SSR, SSRİ vətəndaşı, pasport № İİİ- Ж 504274) ölüm faktının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. Belə ki Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən xx.xx.2025-ci il tarixli, 3- 48-ТЛ/2-В-332-6- 412/2025 saylı məktubda bildirilib ki, “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun Quba şəhəri üzrə 1910-1911-ci illərə dair doğum aktlarının qeydiyyat kitablarında X4 doğum tarixi ilə bağlı heç bir məlumat aşkar edilməyib. Bu göstərir ki, həmin dövrdə doğum haqqında rəsmi qeydiyyat aparılmamış və bu məlumatlar tam surətdə saxlanılmamışdır. X9 1987-ci ildə vəfat edib. Onun qəbir daşının fotoşəkillərində “Абасова Фирэнкиз Мутэллим Гызы 1910 - 1987” yazısı mövcuddur ki, bu da onun ölüm tarixini göstərir. Lakin hazırda həmin məlumat əsasında rəsmi ölüm haqqında sənəd mövcud deyil. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin xx.xx.2025-ci il tarixli, 3-48-DA^2-B- 1702-6-1831/2025 saylı arxiv arayışına əsasən. X9 1936-cı ilin iyul ayında X6 ilə nikaha daxil olmuşdur. Bu fakt onun şəxsiyyətinin və hüquqi statusunun müəyyən edilməsinə əsas təşkil edir və ölüm faktının təsdiqi üçün önəmli hüquqi məlumat kimi dəyərləndirilir. X1 ölüm haqqında rəsmi sənədin olmaması səbəbindən vərəsəlik işi açıla bilmir. Nəticədə onun adına olan daşınmaz əmlak mirasçılar arasında bölüşdürülə bilmir. Bu vəziyyət ərizəçinin, yəni vərəsələrin hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Ərizəçi tərəfindən 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsinə müraciət olunmuşdur. Oradan verilən xx.xx.2025-ci il tarixli, 3-16-5/2-5810 nömrəli imtina məktubuna əsasən, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. İmtina məktubunda səbəb kimi ölüm faktını təsdiq edən sənədin təqdim edilməsinin mümkün olmaması göstərilmişdir. Daha sonra ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X5 xx.xx.1987-ci il tarixində Quba şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Əli-X7 bildirdi ki, nənəsi 1987-ci ildə mayın 6-da vəfat etmişdir. Qubada dəfn edilmişdir. Nənəsi xəstə yatarkən onun yanında olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X16 bildirdi ki, mərhumun nəvəsidir. Qubada vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan pasportun surətindən görünür ki, X9 1910-cu il tarixdə Qubar şəhərində doğulmuşdur. İş materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasfmn 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər, ölümü təsdiq edən sənədi təqdim edə bilmədiyi üçün ərizənin təmin edilməsi imkanı xaricindədir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X12, anası X2r. İş materialarında olan Azərbaycan Respublikası Dövlət Notariat Arxivi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arviv arayışında göstərilmişdir ki, "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi" arxiv fondunda mühafizə edilən 1945-ci ilə dair Quba rayonu Qeydiyyat şöbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında 08 yanvar 1945-ci ildə doğulan X3 təvəllüdü qeyd olunur. Atası: X8, milliyyəti - azərbaycanlı, təvəllüdü-1905-ci il Anası: X9, milliyyəti azərbaycanlı, təvəllüdü - 1910-cu il. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin nəvəsi X4 xx.xx.1987-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı və digər materiallar ilə sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçin ərizəsi təmin edilməklə 1910-cu il tarixdə Quba şəhərində doğulmuş X5 xx.xx.1987-ci il tarixdə Quba şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1910-cu il tarixdə Quba şəhərində doğulmuş X4 xx.xx.1987-ci il tarixdə Quba şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gülşən Fərəcova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar