Məhkəmə qərarları › İş №2(006)-6615/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6615/2025

07.01.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6615/2025 07.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/6-02471 saylı Barışıq sazişinin 2.1-ci bəndinin təsdiq edilməsi xahiş olunur. İşin ərizədə qeyd edilən halları: Ərizəçi aliment tələbinə dair müraciəti üzrə ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixində Bakı 6 saylı Mediasiya Təşkilatında mediasiya prosesi keçirilmişdir. Həmin prosesdə tərəflər arasında razılıq əldə olunaraq xx.xx.2025-ci il tarixli, MŞB/6-02471 saylı barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2.1-ci bəndinə görə Maraqlı şəxs Saziş bağlandığı gündən 2025-ci ilin dekabr ayı daxil olmaqla hər ayın 11-dən 15-nə kimi, 1000 (bir min) AZN olmaqla, sabit pul məbləğində alirnent haqqını atası Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs sazişlə müəyyən olunmuş müddətin ötməsinə baxmayaraq öhdəliyini icra etmir və aliment məbləğini ödəməkdən yayınır. Ərizəçinin hal-hazırda əmək qabiliyyəti yoxdur və heç bir fərdi işlə məşğul ola bilmir. Onkoloji xəstədir və cərrahi əməliyyatla mədəsi götürülmüşdür. Ərizəçinin qızı Maraqlı şəxs artıq uzun müddətdir ki, ailəsi ilə birgə yaşamasına baxmayaraq onlarla maraqlanmır, evin xərclərində iştirak etmir, atasına lazım olan dərman preparatlarını almır. Bundan əlavə qeyd edir ki, ərizəçi özü ağır xəstə olmağına baxmayaraq onunla birgə yaşayan qaynanasının da dərman, qida və digər xərclərini qarşılamaq məcburiyyətindədir. Ərizəçiyə təyin edilmiş pensiya məbləği isə bütün bu xərcləri qarşılamağa kifayət etmir. Ümumi aylıq xərclər: 1.mənzilin kommunal ödənişləri- aylıq 150-170 AZN, 2.aylıq ərzaqtəqribi 500-600 azn, 3.dərman preparatları - aylıq 200 azn, 4.qaynanaya çəkilən xərc -200- 300 azn təşkil edir. Azərbaycan Respublikası Ailə məcəlləsinə əsasən hər bir övlad əmək qabiliyyətsiz valideynlərini saxlamağa borcludur. Bir halda ki, ərizəçinin qız atasına məxsus olan evdə yaşayır və həmin mənzildən daimi istifadə edir, o zaman onun evin xərclərində iştirak elmək və maddi yardıma ehtiyacı olan atasını saxlamaq vəzifəsi də yaranır. Qeyd edir ki, Ş.Nigar "xxxx" ASC-də işləyir və onun aylıq xalis əmək haqqı məbləği 2100 AZN təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı şəhəri 6 saylı Mediasiya təşkilatında bağlanılmış xx.xx.2025-ci il tarixli MŞB/6-02471 nömrəli barışıq sazişinə əsasən, 2.1 İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs Saziş bağlandığı gündən 2025-ci ilin dekabr ayı daxil olmaqla hər ayın 11-dən 15-nə kimi, 1000 (bir min) AZN olmaqla, sabit pul məbləğində aliment haqqını birinci tərəf kimi çıxış edən atası Ərizəçi ödəməyi öhdəsinə ğötürür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 7-1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: Maddə 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Ərizəçinin tələbi mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci-cü il tarixli MŞB/6-02471 nömrəli barışıq sazişinin 2.1-ci bəndinin məcburi icrası üçün təsdiq edilməsidir. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını, işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2025-ci-ci il tarixli barışıq sazişini təhlil edərək hesab edir ki, ərizəçinin Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Tərəflər mediasiya prosesində alimentlə bağlı məsələdə barışıq əldə etmişlər. Ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Belə olan halda sazişin məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə sözügedən barışıq sazişinin təsdiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci-cü il tarixdə Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/6-02471 saylı barışıq sazişi təsdiq olunmalıdır. Ərizə təmin edildiyindən, ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs alınaraq ərizəçiyə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 06 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/6-02471 nömrəli barışıq sazişinin 2.1-ci bəndi aşağıdakı məzmunda təsdiq edilsin: - İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs Saziş bağlandığı gündən 2025-ci ilin dekabr ayı daxil olmaqla hər ayın 11-dən 15-nə kimi, 1000 (bir min) AZN olmaqla, sabit pul məbləğində aliment haqqını birinci tərəf kimi çıxış edən atası Ərizəçi ödəməyi öhdəsinə ğötürür. Ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar