Məhkəmə qərarları › İş №2(006)-6771/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6771/2021

18.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6771/2021 18.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, Ərizəçi Məhhəmməd qızının iştirakı ilə, Ərizəçi Məhhəmməd qızının Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Məhhəmməd qızı ərizə ilə məhkəməyə müraciət edərək, X1 ölüm faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini ahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin X3 14.09.2021 ci il tarixdən 16.09.2021ci il tarixdək yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə 36. Mənzil 3 ünvanda səhhəti pisləşdiyi üçün bir neçə dəfəTəcili X13 müraciət etmiş, lakin hər dəfə atası xəstəxanaya getməkdən imtina etmişdir. Sonuncu dəfə 21.09.2021-ci il tarixdə saat 08.35 radələrində atasının səhhəti yaşadığı ünavnda kəskin şəkildə pisləşdiyi üçün 103 saylı X20 Stansiyasına müraciət etmiş, həkimlər ona bağırsaq keçirməməzliyi, kəskin sidik ləngiməsi və qara ciyər serrozu diaqnozu təyin edərək müalicə olunması üçün xəstəxanaya getməyi məsləhət bildirdi, lakin atası bu dəfə də imtina etdiyinə görə bu barədə həkim imtina sənədini tərtib elədi. X3 16.09.2021-ci il tarixdə saat 09:42 radələrində halı pisləşləşmiş və təcili yardım gələnə kimi yaşadığı ünvanda vəfat etmişdir. X1 ölüm haqqında şəhadətnaməsi ona qanuni vərəsə olaraq atasına məxsus miras əmlakın qəbul edilməsi üçün lazımdır. X1 ölüm haqqında şəhadətnaməsini almaq üçün Bakı şəhəri, Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsindən atasının ölüm faktı tibb müəssisəsindən müvafiq sənəd ilə təsdiq edilmədiyi üçün ölüm haqqında şəhadətnaməni verməkdən imtina etmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Bələdiyyəsinin tərtib etdiyi 24.09.2021-ci il tarixli, 1163 nömtəli Arayışına əsasən X1 16.09.2021-ci il tarixdə vəfat etməsi və həmin tarixdə Hövsan qəsəbəsi, Quşçuluq y/s qəbristanlığında dəfn edilməsi təsdiq edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi Məhhəmməd qızı yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Bələ ki, Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi Məhhəmməd qızına ünvanlanan 28.09.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar bildirilmişdir ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Bakı Şəhər Baş Səhiyyə İdarəsi 5 №-li Şəhər Poliklinikası tərəfindən Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış 23.09.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Məhhəmməd qızına X4 poliklinikaya müraciət etmədiyinə, müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədiklərindən Forma N 106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etməli olduğu izah edilmişdir. Beləliklə, ərizəçi atasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qızı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. AZE seriyalı 18549376 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 25.01.1996-cı il tarixdə Ağdam rayonu, Gülablı kəndində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır. Ağdam rayonu, Gülablı İcra nümayəndəliyi tərəfindən 12.10.2021-ci il tarixdə verilmiş AZ-T seriyalı 176712 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu ildə Ağdam şəhərində anadan olmuş, X3dur. Bakı şəhəri, Suraxanı rayonu Hövsan Bələdiyyəsi tərəfindən ünvan 4 ünvanda qeydiyyatda olan X7 verilmiş 1163 nömrəli, 24.09.2021-ci il tarixli Arayışdan görünür ki, həqiqətən mərhum qardaşı X6 16.09.2021-ci il tarixdə vəfat etmiş, 16.09.2021-ci il tarixdə Hövsan qəsəbəsi, Quşçuluq y/s qəbiristanlığında dəfn olunmuşdur. “Bakı şəhəri Təcili və X11 Stansiyası” PHŞ X17 Vərəqəsinin surətindən görünür ki, 16 sentyabr 2021-ci il tarixli çağırış üzrə 8 saylı X20 briqadası xəstə X4 yanına – ünvan 5 ünvanına saat 08:35 radələrində gəlmiş, xəstəyə məsləhət verilmişdir. Təcili və X11 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən və Bakı şəhəri Təcili və X11 Stansiyasınını 8 saylı bölməsinin 131 saylı, 21.09.2021-ci il tarixli sorğuya cavabından görünür ki, 16 sentyabr 2021-ci il tarixdə X4 adına çağırış verilmişdir. Həkimə qədər ölümdür. Kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan X4 qəbirüstü abidəsinin fotoşəklindən görünür ki, X4 25.01.2021-ci il tarixdə doğulduğu və 2021-ci ilin sentyabr ayında (doğum günü görünmür) vəfat etdiyi qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, mərhum onun qonşusu idi. X2 vaxtlar gözləri görmürdü, zəif idi. Tək yaşayırdı. Onu qida ilə qonşuları və qohumları təmin edirdi. Öldüyü gün onu görmüşdü. Yaşadığı mənzilin qapısı bağlı idi. Onlar içəri daxil olduqda X4 vəziyyəti pis idi. Təcili yardım çağırdılar. Mərhum payız aylarında vəfat etmişdir. Evdəki yas mərasimində iştirak etdiyini, dəfnə isə getmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, mərhum onun qonşusu idi. Mərhum böyrək dializindən qəflətən dünyasını dəyişmişdir. Mərhum payız aylarında vəfat etmişdir. O, X4 yas mərasimində iştirak etmişdir. Bildiyinə görə mərhum Hövsan qəbiristanlığında dəfn edilmişdir. Onun heç bir xəstəliyi olmamışdır, sadəcə, gözləri görmürdü. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, mərhumun, səhhətindən gözlərinin görməməsindən başqa şikayəti yox idi. Onlar qohum idilər, mərhumla tez-tez maraqlanırdı. Sonra eşitdi ki, təcili yardım gəlib. Mərhum artıq o gələnədək vəfat etmişdi. Mərhumun ölüm tarixi dəqiqliklə yadında deyil. “Qırx” mərasimi oktyabr ayında oldu. Mərhum Bakı şəhəri, Nəsimi rayonunda rəhmətə getmiş, Hövsanda dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X6 ərizəçinin atası olmuşdur. X6 16 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində ölmüş və Suraxanı rayonu Hövsan qəsəbəsindəki qəbirstanlıqda dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Maraqlı şəxsnə və 5 №-li Şəhər Poliklinikasına müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 25 yanvar 1966-cı il təvəllüdlü X4 16 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25 yanvar 1966-cı il təvəllüdlü X4 16 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar