Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6851/2021 13.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, XX.XX.1925-ci il təvəllüdlü X4 Bakı şəhərində 29.08.2021-ci il tarixində vəfat etməsi faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, anası X5 29.08.2021-ci il tarixdə ev şəraitində insult nəticəsində vəfat etmişdir. Təcili və X6 çağırsa da, həkimlərin gəlişinə qədər artıq ölüm baş vermişdir. O, ölüm şəhadətnaməsinin alınması məqsədi ilə Bakı şəhəri 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin oradan ona 24.09.2021-ci il tarixli imtina məktubu verilərək “ölüm haqqında tibbi şəhadətnamənin” olmaması səbəbi ilə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Əlavə olaraq qeyd edir ki, mərhum anası Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəbiristanlığında dəfn etmişlər və bu barədə arayış mövcuddur. Sonda ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qismində qoyulmuş Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, X1 onun xalasının evində, yəni Bakı şəhərində vəfat etmişdir. X5 Bakı şəhərində 29.08.2021-ci il tarixində vəfat etmişdir. Mərhum Buzovnada dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Davud Nurovun ifadəsində bildirmişdir ki, Ərizəçi onun anasıdır. X1 onun nənəsidir. Mərhum nənəsi X5 29.08.2021-ci il tarixdə ev şəraitində insult nəticəsində vəfat etmişdir. Təcili və X6 çağırsa da, həkimlərin gəlişinə qədər artıq ölüm baş vermişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təcili və X6 Stansiyası ölüm haqqında 29.08.2021-ci il tarixli xəbərdarlıq vərəqəsindən məlum olur ki, 29.08.2021-ci il tarixində saat 03:20 radələrində X4 adına çağırış daxil olmuşdur. Çağırışa gələn həkimlər “qadın cinsinə məxsus meyit” aşkar etmişlər. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidmət Trestinin arayışından görünür ki, X2 rayonu, Buzovna qəbiristanlığında 29.08.2021-ci il tarixində dəfn olunmuşdur. İş materiallarında olan 01 saylı Bakı “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24.09.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.09.2021-ci il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisənin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar nəzərinizə çatdırırıq ki, ölümün qeydə alınması üçün zəruri sənədi təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat sahəsində mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını da müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, ərizəçinin izahatından, iş materiallarındakı sübutlardan məlum olur ki, XX.XX.1925-ci il təvəllüdlü X4 Bakı şəhərində 29.08.2021-ci il tarixində vəfat etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, XX.XX.1925ci il təvəllüdlü X4 Bakı şəhərində 29.08.2021-ci il tarixində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. XX.XX.1925-ci il təvəllüdlü X4 Bakı şəhərində 29.08.2021-ci il tarixində vəfat etməsi faktı müəyyən edilsin. X5 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamənin” verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-6851/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6851/2021
13.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver