Məhkəmə qərarları › İş №2(006)-688/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-688/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-688/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış 08.04.2019-cu il tarixli 03İKE/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xeyirlərinə 117772,23 AZN əsas, 4143,99 AZN faiz, 0,56 AZN cərimə, cəmi 121916,78 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 412,52 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair 30 manat ödənilmiş xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəs., Əhmədli-9, ev 4H saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına Banka olan borcun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutduğu yaşayış sahəsindən ən geci 1 ay ərzində çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 08.04.2019-cu il tarixli 03İKE/19 saylı kredit müqaviləsinə əsasən ona 156 ay müddətinə illik 8% ödəmək şərtilə 129500 AZN məbləğində istehlak məqsədləri üçün kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürüb. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə bağlanmış 03İKE/19 saylı ipoteka müqaviləsinə əsasən ona məxsus olan Bakı şeh., Xətai ray., Əhmədli qəs., Əhmədli-9, ev 4H saylı fərdi yaşayış evi "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka Müqaviləsi 29.05.2019-cu il tarixdə DƏDRX tərəfindən verilmiş RX seriyalı, ********** nömrəli Çıxarışla dövlət qeydiyyatına alınmışdır. Lakin Cavabdeh1 müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdilər. Nəticədə kredit alanın banka 03.11.2021-ci il tarixə 117772,23 AZN əsas, 4143,99 AZN faiz, 0,56 AZN cərimə, cəmi 121916,78 AZN borcu yaranmışdır. Cavabdeh1 ilə aralarında bağlanmış 08.04.2019-cu il tarixli Q3İKE/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xeyirlərinə 117772,23 AZN əsas, 4143,99 AZN faiz, 0,56 ÄZN cərimə, cəmi 121916,78 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 412,52 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair 30 manat ödənilmiş xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəh., Xətai ray., Əhmədli qəs., Əhmədli-9, ev 4H saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına Banka olan borcun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutduğu yaşayış sahəsindən ən geci 1 ay ərzində çıxarılmaları barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət tam paylı mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. Vİİ-ЖГ seriyalı, 340696 nömrəli, Cəbrayıl rayonu, Karxulu kənd ərazi nümayəndəliyi tərəfindən 23.03.1997-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 23.03.1997-ci il tarixdə nikah bağlamışlar, bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 04 nömrə ilə qeyd edilmişdir. 2 saylı Bakı şəhəri “ASAN xidmət” X4 tərəfindən verilmiş 20.02.2019-cu il tarixli, 05/683/69 saylı Arayışdan görünür ki, Cavabdeh1 barədə 20.02.2019-cu il tarixədək yoxlama məlumatlarına əsasən arvadı Cavabdeh2 – təvəllüd xx.xx.1971, uşaqları; X5 – təvəllüd 11.07.1997, Hüseyn-zadə Rəşad Sabir oğlu – təvəllüd 08.11.1998, X1r – təvəllüd 20.12.2007. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 04.04.2019-cu il tarixli ƏXM/537 saylı Arayışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 387 nömrəli reyestr kitabının 36210 nömrəli vərəqində qeydiyyata alınmışdır. 10.04.2019-cu il tarixli, 03İKE/19 saylı alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, X9, ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 08.07.2017-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********51-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı Cavabdeh1 mülkiyyətinə vermişdir. "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 08.04.2019-cu il tarixli 03İKE/19 saylı kredit müqaviləsinin surətindən görünür ki, cavabdehə 156 ay müddətinə illik 8% ödəmək şərtilə 129500 AZN məbləğində istehlak məqsədləri üçün kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürüb. 08.04.2019-cu il tarixli 03İKE/19 saylı kredit müqaviləsinə əlavənin surətindən görünür ki, Cavabdeh1 156 ay müddətinə kredit ödənişini aylıq 1,136.39 AZN məbləğində hər ayın 01 tarixinədək qaytarması nəzərdə tutulmuşdur. "xxxx" KB ASC ilə Cavabdeh1 ilə bağlanmış 03İKE/19 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi cavabdeh ona məxsus olan Bakı şəh., Xətai ray., Əhmədli qəs., Əhmədli-9, ev 4H saylı fərdi yaşayış evi "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 29.05.2019-cu il tarixli, RX seriyalı, ********** nömrəli Çıxarışın surətindən görünür ki, İpoteka Müqaviləsi DƏDRX tərəfindən dövlət qeydiyyatına alınmışdır. 10.11.2021-ci il tarixli arayışın surətindən görünür ki, cavabdeh X3 10.11.2021-ci il tarixdə Banka 03İKE/19 saylı kredit müqaviləsi üzrə 117772,23 AZN əsas borcu, 4143,99 AZN faiz borcu, 0,56 AZN cərimə borcu olmaqla, cəmi 121916,78 AZN məbləğində borcu vardır. Cavabdeh1 ünvanlanmış 20.09.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş və 22.09.2021-ci il tarixli qaimədən görünür ki, Cavabdeh1 oğli borcunun ödənilməsi, əks təqdirdə tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi ilə məhkəməyə və ya icra qeydinin alınması məqsədilə notariat orqanına müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. "xxxx" KB ASC tərəfindən Azərbaycan Respublikası DƏDRX-nin yanında Bakı Şəhər Ərazi İdarəsinə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması məqsədilə 02.11.2021-ci il tarixli ərizə ünvanlanmışdır. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, iddia ərizəsi verilənədək sonuncu ödəniş 02.06.2021-ci il tarixində olmuşdur. Ödəniş qəbzindən (№ 8********) görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsinin verilməsi üçün 412,52 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. "xxxx" MMC-nin 29.03.2022-ci il tarixli rəyindən (mənzilin qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-9, ev 4H mənzilinin hazırda likvid qiyməti 165.000 manat təşkil edir. Qiymətləndirmə xərci 300 manat təşkil edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göründüyü kimi, borclu Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan "xxxx" ASC ipoteka ilə yüklü edilmiş mənzili açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 412,52 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 ilə iddiaçı "xxxx" KB ASC arasında bağlanmış 08.04.2019-cu il tarixli 03İKE/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 117772,23 AZN əsas, 4143,99 AZN faiz, 0,56 AZN cərimə, cəmi 121916,78 AZN borc və dövlət rüsumu olaraq ödənilmiş 412,52 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair 30 manat ödənilmiş xidmət haqqı tutulmalı, tələb Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəs., Əhmədli-9, ev 4H saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlakı hərracda satılmalı, satışından əldə olunmuş vəsait hesabına Banka olan borc ödənilməli, əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutduğu yaşayış sahəsindən ən geci 1 ay ərzində çıxarılmalıdırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ilə iddiaçı "xxxx" KB ASC arasında bağlanmış 08.04.2019-cu il tarixli 03İKE/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 117772,23 AZN əsas, 4143,99 AZN faiz, 0,56 AZN cərimə, cəmi 121916,78 AZN borc və dövlət rüsumu olaraq ödənilmiş 412,52 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair 30 manat ödənilmiş xidmət haqqı tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Tələb Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəs., Əhmədli-9, ev 4H saylı fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın. Əmlakın ilkin satış qiyməti 165.000 manat müəyyən edilsin. Əmlak açıq hərracda satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği "xxxx" KB ASC -yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlərə qaytarılsın. Əmlaka tutma yönəldildikdən və satıldıqdan sonra Cavabdeh1 və Cavabdeh2 tutduğu yaşayış sahəsindən ən geci 1 ay ərzində çıxarılsınlar. Əmlakın satışından əldə edilmiş vəsait qeyd olunan 08.04.2019-cu il tarixli 03İKE/19 saylı kredit müqaviləsi üzrə borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qiymətləndirmə xərci olan 300 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar