Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-7/2022 01.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2 nümayəndəsi X1 iştirakları ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Vəkilov Müşfiq İsa oğlu, Cavabdeh2 və 13 saylı Dövlət Notariat Kontoruna qarşı "xxxx" MMC 3-cü şəxs kimi cəlb edilməklə “ipoteka müqavilələrinin etibarsız hesab olunması və ipoteka qeydlərinin ləğv edilməsi” tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 MMC və İddiaçı1 qarşı "xxxx" ASC-nin lğvedicisi Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində cəlb edilməklə “kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin iddia üzrə iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 ilkin iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, İddiaçı2 MMC-nin təsisçisi kimi İddiaçı1 etibarnamə əsasında təmsil etmiş Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 20.11.2015-ci il tarixli İBQ15-1788/2 və 03.02.2016-cı il tarixli İBQ16-1824 saylı ipoteka müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi və yüklülüyün qeydə alınması ilə bağlı DƏDRXnin Bakı şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ’’Diplomat LTD” MMC-nin tam pay hüquqlu yeganə təsisçisidir.Təsisçi olaraq MMC-nin idarə edilməsini ümumi yığıncağın qərarı ilə qanuni təmsilçi və direktor olan Səftərov Cavanşir həyata keçirir. Eləcə də, ümumi yığıncağın 15.10.2004-cü il tarixli qərarı ilə MMC-nin mülkiyyətində olan əmlak barəsində tam səlahiyyətli şəxs kimi sərəncam vermək, ipoteka ilə yüklü etmək, bütün özgəninkiləşdirmə müqavilələrini bağlamaq və s. hüquqlar direktora həvalə edilmişdir. O, yaşlı insan olduğundan MMC-nin bir sözlə fəaliyyətinin təşkil edilməsi və idarə edilməsinə direktor məsuliyyət daşımışdır. Hal-hazırda direktor ona məlumat vermişdir ki, MMC-nin əmlakı Mərkəzi Banka guya onun tərəfindən ipoteka ilə yüklü edilib. Direktor bu barədə MMC-yə Mərkəzi Bankdan məktub gəldiyini bildirmişdir. O, direktora MMC-nin hər hansı əmlakını ipoteka ilə yüklü etmədiyini və etsəydi də, bu müqaviləni onun tərəfindən ediləcəyini bildirmişdir. Amma, apardığı araşdırma zamanı məlum olmuşdur ki, demə oğlu olan Cavabdeh1 onun onda olan fiziki şəxsi kimi verdiyi etibarnamədən istifadə edərək, ona və direktora bu barədə heç bir məlumat vermədən MMC-nin əmlakını Mərkəzi Banka ipoteka ilə yüklü etmişdir. Hərçəndi ki, onun oğlu kimi ona verdiyi etibarnamə yalnız ona o, xaricdə olan zaman zərurət olduqda onu dövlət və özəl təşkilatlarda təmsil etmək və konkret göstərişi olduqda isə müəyyən fiziki şəxs kimi mülkiyyətindəki əmlakları özgəninkiləşdirmək olmuşdur. Ancaq o isə onun təsisçi olduğu MMC-nin mülkiyyətində olan əmlak barəsində ipoteka müqaviləsi bağlamaqla qanunun tələblərini pozmuşdur. Çünki, həmin etibarnamə üzrə səlahiyyətlər yalnız onun fiziki şəxs kimi mülkiyyəti barəsində hər hansı hərəkətin edilməsini özündə əks etdirir. Ancaq təsisçi olaraq MMC-nin mülkiyyəti barəsində sərəncam vermək səlahiyyəti ümumi yığıncağın 15.10.2004 tarixli qərarı ilə direktora verilmişdir. Cavabdeh1 əmlakı ipoteka ilə yüklü etməsi barədə MMC-nin direktoruna belə məlumat verməmişdir. Cavabdehin MMC-nin başqa hüquqi və fiziki şəxslər qarşısında müqavilə münasibətlərində olmasını, öhdəliklər daşımasını nəzərə almadan əmlakı yüklü etməsi hazırda MMC-nin fəaliyyətini qeyrimümkün etmişdir. Çünki, ”Kroun LTD” MMC ilə İddiaçı2 MMC arasında 23.12.2012-ci il tarixdə “birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahələrini birgə fəaliyyət göstərilməsi üçün müqavilə şərtlərinə əsasən "xxxx" MMC-yə vermiş, müqavilə şərtlərinə əsasən həmin əmlaklara görə heç bir icarə haqqı alınmır, "xxxx" MMC tərəfindən həmin əmlakların otel fəaliyyətinin təşkili üçün milyonlarla manat dəyərində təmir və rekonstruksiya işlərinə vəsait sərf edilir, birgə fəaliyyət nəticəsində əldə edilən gəlir 50:50 nisbətində aralarında bölünür, müqavilə müddəti ərzində "xxxx" MMC-nin yazılı razılığı olmadan onlar həmin əmlakları sata, bağışlaya, ipoteka ilə yüklü edə, icarə verməyə, ümumiyyətlə özgəninkiləşdirmə və hər hansı yüklülük əqdlərinin bağlanılması qadağan edilmişdir. Müqavilə şərtlərinə əsasən müqavilə müddətinin sonunda mülkiyyətlərində olan əmlaklar (amortizasiya xərcləri çıxıldıqdan sonra) qiymətləndiriləcək və "xxxx" MMC-nin birgə fəaliyyət təşkil etmək üçün sərf etdiyi vəsaitə uyğun ya əmlakların həmin faiz nisbətinə uyğun hissəsi paylı mülkiyyətlərinə veriləcək və ya əmlaklar hüquqi şəxs olaraq "xxxx" MMC tərəfindən maya qoyuluşu onlara məxsus Şirkətin balansına verilməklə əmlakın dəyərinə uyğun "xxxx" MMC-nin təsis payının miqdari müəyyən ediləcək idi. Həmin müqavilə şərtləri hal-hazırda da qüvvədədir. MMC-nin bağlanmış müqavilələr üzrə öhdəliklərini icra etməmiş yeni kredit münasibətlərinə girməyə, mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməyə səlahiyyəti olmadığı halda, əmlakın ipoteka qoyulmasına razılıq ümumi yığıncağın müstəsna səlahiyyətinə aid olmağını nəzərə almadan Cavabdeh1 xəbərləri, razılıqları olmadan bağladığı ipoteka müqaviləsi bağlandığı andan etibarsızdır və heç bir hüquqi nəticə yarada bilməz. M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2013-cü il qərarında Plenum qeyd etmişdir ki, Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisina etmir. Lakin, qanunverici bunun üçün müvafiq qadağalar müəyyən etmişdir. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlanmasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. MM-in yuxarıda qeyd olunan 269.1 və 269.5-ci maddələrinə müvafiq olaraq ipoteka əsas öhdəliyin icrasının təminatı üsuludur və ipoteka müqaviləsinə (öhdəliyi təmin edən) hər hansı mülki hüquq müqaviləsi, o cümlədən kredit müqaviləsi (əsas öhdəlik) ilə birlikdə baxılmalıdır. Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İ.İbrahimov və "xxxx" ASC arasında bağlanmış 05 aprel 2010-cu il tarixli kredit müqaviləsi (əsas öhdəlik) İ.İbrahimovun maraqlarına uyğun bağlanmışdır. Belə ki, bu müqavilədə borclu təmsil olunan M.Şahverdiyeva deyil İ.İbrahimovun özü olmuşdur. M.Şahverdiyevanın mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə dair (öhdəliyi təmin edən) ipoteka müqaviləsi də onun etibarnaməsi əsasında İ.İbrahimov tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında öz öhdəliklərinin təmin olunması üçün bağlanmışdır. Burada nəzərə alınmalıdır ki, mənzilə dair etibarnamə verilərkən M.Şahverdiyeva (təmsil olunan) İ.İbrahimova bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və İ.İbrahimovun özünün maraqları daxilində deyil, M.Şahverdiyevanın maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Lakin, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən ərizəçinin onun etibarnaməsi əsasında ipoteka müqaviləsi bağlanarkən göstərilən maddi hüquq normalarının tələblərinə riayət edilməməsi barədə irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verilməmişdir. Qeyd edilməlidir ki, onun Cavabdeh1 verdiyi etibarnamə notariuslar konkret əmlak üzrə səlahiyyətlər göstirilməyən baş etibarnamədir. Eləcə də, həmin etibarnamə Cavabdeh1 İddiaçı2 MMC-nin əmlakını ipoteka ilə yüklü etməyə səlahiyyətsiz olmaqla özü barəsində əqd bağlamış və İddiaçı2 MMC başqa şəxsin aldığı kreditə görə öz maraqlarından kənar əmlakının yüklü edilməsi problemi ilə üzləşmişdir ki, bu hal yolverilməzdir. Qeyd olunanları nəzərə alaraq ilkin iddia tələbinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını məhkəmədən xahiş etmişlər. Daha sonra ilkin iddia üzrə iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 cavabdehlər Cavabdeh2, Vəkilov Müşfiq İsa oğlu, Cavabdeh1, 13 saylı Dövlət Notariat Kontoruna qarşı "xxxx" MMC 3-cü şəxs kimi cəlb edilməklə məhkəməyə iddia ərizəsinə əlavə və dəqiqləşdirmə təqdim edərək, Diplomat LTD” MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3846,8 kv.m (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsi üzrə MMC-nin təsisçisi kimi İddiaçı1 etibarnamə əsasında təmsil etmiş cavabdehlər- Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 20.11.2015-ci il tarixli İBQ15- 1788/2 saylı və Vəkilov Müşfiq İsa oğlu ilə Cavabdeh2 arasında bağlanmış 03.02.2016-cı il tarixli İBQ16-1824 saylı ipoteka müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi və ipotekaya dair yüklülüyün qeydə alınması ilə bağlı DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını, 02 iyul 2014-cü il tarixli KBO14-1602 saylı kredit müqaviləsi, 08 iyul 2014-cü il tarixli KBO14-1606 nömrəli kredit müqaviləsi, 26 oktyabr 2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi, 10 oktyabr 2014-cü il tarixli KBO14-1622 nömrəli kredit müqaviləsi, 19 mart 2015-ci il tarixli KBQ15-1670 saylı kredit müqavilələri, 26 oktyabr 2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi və 03 sentyabr 2014-cü il tarixli KB014- 1613 nömrəli kredit müqaviləsi üzrə cavabdeh "xxxx"ASC-nin kredit borcunu ilkin olaraq onun mülkiyyətində olan və qeyd olunan kredit müqavilələrinə təminat olaraq bağlanmış 02 iyul 2014-cü il tarixli İBO14-1602/2 saylı sonrakı ipoteka müqaviləsi, 08 iyul 2014-cü il tarixli İBO14-1606/2 nömrəli sonrakı ipoteka müqaviləsi, 26 oktyabr 2015-ci il tarixli İBQ15-1776/2 nömrəli sonrakı ipoteka müqaviləsi, 13 oktyabr 2014-cü il tarixli İBO14-1622/2 nömrəli sonrakı ipoteka müqaviləsi, 19 mart 2015-ci il tarixli İBQ15-1670/3 və 1670/1 saylı sonrakı ipoteka müqavilələri və 04 sentyabr 2014-cü il tarixli İB014-1613 nömrəli sonrakı ipoteka müqavilələrinə əsasən yüklü edilmiş Səbail rayonu, N.Rəfibəyli küçəsi, ev 1 ünvanında 0,0218 ha torpaq sahəsində yerləşən 898,2 kv.m ümumi 424,5 kv.m yaşayış, 473,7 kv.m yardımçı sahədən ibarət 11 otaqlı fərdi yaşayış evinə və Səbail rayonu, Neftçilər prospekti bina 131 ünvanında yerləşən 66,2 kv.m sahədən ibarət 29 nömrəli mənzilə tutma yönəldilməsi, həmin əmlakların ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin kredit borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə AR MPM-in 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavəni və dəqiqləşdirməni mümkün hesab edərək, icraata qəbul etmişdir. Öz növbəsində ilkin iddia üzrə Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 MMC-yə qarşı, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində cəlb edilməklə “kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və “Diplomat LTD MMCnin iddialarının rədd olunması; Cavabdeh2 qarşılıqlı iddia ərizəsinin təmin olunaraq ləğv prosesində olan "xxxx" ASC-nin: - 02 iyul 2014-cü il tarixli KBO14-1602 saylı kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında 6 000 000 (altı milyon) manat əsas, 120 000,00 (yüz iyirmi min) manat faiz borcu, 08 iyul 2014-cü il tarixli KBO14-1606 nömrəli kredit müqaviləsi üzrə 3 000 000 (üç milyon) manat əsas, 60 000 (altmış min) manat faiz borcu, 01 avqust 2014-cü il tarixli KBO14-1607 nömrəli kredit müqaviləsi üzrə 1 500 000 (bir milyon beş yüz min) manat əsas, 9 833,34 (doqquz min səkkiz yüz otuz üç manat otuz dörd qəpik) manat faiz borcu, 10 oktyabr 2014- cü il tarixli KB014-1622 nömrəli kredit müqaviləsi üzrə 2 000 000 (iki milyon) manat əsas, 3 111,11 (on üç min yüz on bir manat on bir qəpik) manat faiz borcu, 09 fevral 2015-ci il tarixli KBQ15-1652 nömrəli kredit müqaviləsi üzrə 1 000 000 (bir milyon) manat əsas, 13 356,65 (on üç min altmış altı manat altmış beş qəpik) manat faiz borcu, 26 oktyabr 2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə 2 000 000 (iki milyon) manat əsas, 9 333.34 (doqquz min səkkiz yüz otuz üç manat otuz dörd qəpik) faiz borcu olmaqla, ümumilikdə 15 500 000 (on beş milyon beş yüz min) manat əsas, 225 844,44 (iki yüz iyirmi beş min səkkiz yüz qırx dörd manat qırx dörd qəpik) manat faiz borcunun, cəmi 15 725 844,44 (on beş milyon yeddi yüz iyirmi beş min səkkiz yüz qırx dörd manat qırx dörd qəpik) manat kredit borcunun ödənilməsi üçün ipoteka predmeti olan İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında 0,01201 ha torpaq sahəsində yerləşən 990,8 kv.m ümumi, 494,4 kv.m yaşayış, 496,4 kv.m yardımçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evinə; 02 iyul 2014-cü il tarixli KBO14- 1602 nömrəli kredit müqaviləsi üzrə 6 000 000 (altı milyon) manat əsas, 120 000,00 (yüz iyirmi min) manat faiz borcu, 08 iyul 2014-cü il tarixli KBO14-1606 nömrəli kredit müqaviləsi üzrə 3 000 000 (üç milyon) manat əsas, 60 000 (altmış min) manat faiz borcu, 19 mart 2015-ci il tarixli KBQ15-1670 saylı kredit müqaviləsi üzrə 5 000 000 (beş milyon) manat əsas, 198 750,00 (yüz doxsan səkkiz min yeddi yüz əlli) manat faiz borcu, 15 aprel 2015-ci il tarixli KBQ15-1676 nömrəli kredit müqaviləsi üzrə 3 000 000 (üç milyon) manat əsas, 17 208,33 (on yeddi min iki yüz səkkiz manat otuz üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 17 000 000 (on yeddi milyon) manat əsas, 395 958,33 (üç yüz doxsan beş min doqquz yüz əlli səkkiz manat otuz üç qəpik) manat faiz borcunun, cəmi 17 395 958,33 (on yeddi milyon üç yüz doxsan beş min doqquz yüz əlli səkkiz manat otuz üç qəpik) manat kredit borcunun ödənilməsi üçün ipoteka predmeti olan İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 4 ünvanında yerləşən 819,6 kv.m ümumi sahədən ibarət 12 otaqlı mənzilə, 02 iyul 2014-cü il tarixli KBO14-1602 nömrəli kredit müqaviləsi üzrə 6 000 000 manat əsas, 120 000,00 (yüz iyirmi min) manat faiz borcu, 03 sentyabr 2014-cü il tarixli KB014-1613 nömrəli kredit müqaviləsi üzrə 1 500 000 (bir milyon beş yüz min) manat əsas, 9 833,34 (doqquz min səkkiz yüz otuz üç manat otuz dörd qəpik) manat faiz borcu, 10 dekabr 2014-cü il tarixli KBQ14-1637 nömrəli kredit müqaviləsi üzrə 2 500 000 (iki milyon beş yüz min) manat əsas, 12 000,00 (on iki min) manat faiz borcu, 19 mart 2015-ci il tarixli KBQ15-1670 saylı kredit müqaviləsi üzrə 5 000 000 (beş milyon) manat əsas, 198 750,00 (yüz doxsan səkkiz min yeddi yüz əlli) manat faiz borcu, 15 aprel 2015-ci il tarixli KBQ15- 1676 nömrəli kredit müqaviləsi üzrə 3 000 000 (üç milyon) manat əsas, 17 208,33 (on yeddi min iki yüz səkkiz manat otuz üç qəpik) manat faiz borcu, 21 oktyabr 2015-ci il tarixli KBQ15-1772 saylı kredit müqaviləsi üzrə 3 000 000 (üç milyon) manat əsas, 37 500,00 otuz yeddi min beş yüz min) manat faiz borcu, 26 oktyabr 2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə 2 000 000 (iki milyon) manat əsas, 9 833,34 (doqquz min səkkiz yüz otuz üç manat otuz dörd qəpik) faiz borcu, 19 noyabr 2015-ci il tarixli KBQ15- 1788 nömrəli kredit müqaviləsi üzrə 5 000 000 (beş milyon) manat əsas, 61 250,01 (altmış bir min iki yüz əlli manat bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 28 000 000 (iyirmi səkkiz milyon) manat əsas, 466 375,02 (dörd yüz altmış altı min üç yüz yetmiş beş manat iki qəpik) faiz borcunun, cəmi 28 466 375,02 (iyirmi səkkiz milyon dörd yüz altmış altı min üç yüz yetmiş beş manat iki qəpik) kredit borcunun ödənilməsi üçün İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına; 19 noyabr 2015-ci il tarixli KBQ15-1788 nömrəli kredit müqaviləsi üzrə 5 000 000 (beş milyon) manat əsas, 61 250,01 (altmış bir min iki yüz əlli manat bir qəpik) manat faiz borcu, 02 fevral 2015-ci il tarixli KBQ16-1824 nömrəli kredit müqaviləsi üzrə 3 000 000 (üç milyon) manat əsas, 14 750,00 (on dörd min yeddi yüz əlli) manat faiz borcu olmaqla, ümumilikdə 8 000 000 (səkkiz milyon) manat əsas, 76 000,01 (yetmiş altı min manat bir qəpik) manat faiz borcunun, cəmi 8 076 000,01 (səkkiz milyon yetmiş altı min manat bir qəpik) manat kredit borcunun ödənilməsi üçün İddiaçı2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinə tutma yönəldilməsi; Həmin daşınmaz əmlakların "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına "xxxx" ASC-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında Mərkəzi Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 19.11.2015-ci il tarixli KBQ15- 1788 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank tərəfindən "xxxx" ASC-yə 360 gün müddətinə, illik 3% ödəməklə 5 000 000 (beş milyon) manat, 02.02.2016-cı il tarixli, KBQ16-1824 nömrəli kredit müqaviləsi üzrə isə 360 gün müddətinə, illik 3% ödəməklə 3 000 000 (üç milyon) manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrində kredit üzrə əsas borcun müvafiq olaraq 11.11.2016-cı il 27.01.2017-ci il tarixə qədər ödənilməsi nəzərdə tutulmuşdur. Həmin kredit müqavilələrinin təminatı olaraq İddiaçı2 MMC-yə mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, 7 ünvanında 17474 ha torpaq sahəsində yerləşən 9461 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 3946.8 kv.m (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsi üzrə 20.11.2015-ci il tarixli, İBQ15-1788/2 nömrəli və 03.02.2016-cı il tarixli, İBQ16-1824 nömrəli ipoteka müqavilələri bağlanılmışdır. İddia ərizəsində göstərilir ki, İddiaçı2 MMC-nin mülkiyyətindəki əmlak barəsində tam səlahiyyətli şəxs kimi sərəncam vermək, ipoteka ilə yüklü etmək, bütün özgəninkiləşdirmə müqavilələrini bağlamaq və s. kimi səlahiyyətlər ümumi yığıncağın 15.10.2004-cü il tarixli qərarı ilə direktora həvalə olunmuşdur. Dövlət notariat kontoruna təqdim olunmuş İddiaçı2 MMC-nin nizamnaməsinin 2-ci bəndində isə qeyd olunur ki, cəmiyyətin əmlakı cəmiyyətin istifadəsindədir və onun barəsində sərəncam vermək hüququ mövcud qanunvericiliyə və bu nizamnaməyə uyğun olaraq təsisçilərə (İddiaçı2 MMC-nin yeganə təsisçisi İddiaçı1dur) və müəyyən çərçivədə direktora məxsusdur. Göründüyü kimi, İddiaçı2 MMC-nin nizamnaməsinə əsasən, MMC-nin əmlakı barəsində sərəncam vermək hüququ tam çərçivədə təsisçiyə, məhdud çərçivədə isə direktora həvalə olunsa da, nizamnamədə göstərilənlərin əksinə, guya ümumi yığıncağın 15.10.2004-cü il tarixli qərarına əsasən bu səlahiyyət tam çərçivədə direktora ötürülmüşdür. Bu isə onu deməyə əsas verir ki, iddiaçıların istinad etdikləri ümumi yığıncağın 15.10.2004-cü il tarixli qərarı əslində onlar tərəfindən sonradan tərtib edilmişdir və məhz iddiaçı tərəfin məhkəməni yanıltmaq cəhdidir. Bu səbəbdən həmin sənəd heç bir hüquqi nəticə yarada bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.3-cü maddəsinə əsasən, nizamnamədə dəyişikliklər dövlət qeydiyyatına alındığı andan üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir. İddiaçı1 tərəfindən Cavabdeh1 verilmiş 23.08.2011- ci il tarixli və Vəkilov Müşfiq İsa oğluna verilmiş 15.10.2015-ci il tarixli etibarnamədə qeyd olunduğu kimi İddiaçı1 bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, imza etməyi, işləri aparmağı müvafiq olaraq Cavabdeh1 və Müşfiq Vəkilova etibar etmişdir. Qeyd edək ki, ipoteka müqavilələri X3 və Vəkilov Müşfiq İsa oğlu tərəfindən dövlət notariat kontorunda imzalanmış və ipoteka müqaviləsində ipoteka qoyanın statusu “Diplomat LTD" MMC-nin təsisçisi İddiaçı1 etibarnamə əsasında nümayəndəsi” kimi qeyd edilmişdir. Beləliklə, yuxarıda göstərilən etibarnamələr əsasında adları çəkilən şəxslər dövlət notariat kontorunda İddiaçı2 MMC-nin təsisçisi İddiaçı1 nümayəndələri kimi ipoteka müqavilələrini imzalamışlar. Eyni zamanda hər iki ipoteka müqaviləsi notarial qaydada təsdiq edilməklə İddiaçı2 MMC-nin möhürü ilə təsdiq olunmuşdur. Belə olan halda, əmlakın ipoteka ilə yüklü edilməsi barədə MMC-nin təsisçisinin və ya direktorunun guya xəbəri olmaması barədə dəlil tamamilə əsassızdır. MMC-nin möhürünün istifadəsi və saxlanması üzrə məsul şəxs MMC-nin rəhbərliyi olduğu halda, ipoteka müqavilələrində möhürdən istifadə olunması birbaşa onu deməyə əsas verir ki, əmlakın ipoteka ilə yüklülüyünə MMC-nin təsisçisinin, habelə direktorunun razılığı olmuş və onlar bu haqda tam məlumatlı olmuşdurlar. İddia ərizəsində qeyd olunan dəlillərdən biri də, guya Cavabdeh1 özü barəsində əqd bağlamasıdır ki, bu dəlil də tam əsassızdır. Belə ki, Cavabdeh1 əqdi özü barəsində deyil, "xxxx" ASC-nin Mərkəzi Bankdan götürdüyü kreditin təminatlı olması məqsədi ilə bağlamışdır. Həmin bankın səhmdar kapitalının mühüm iştirak payçıları da məhz İddiaçı1, Müşviq Vəkilov və Cavabdeh1dur. Bundan başqa Müşviq İsa oğlu Vəkilov "xxxx" ASC-nin Müşahidə Şurasının sədri idi. Belə olan təqdirdə, həmin şəxslərin Mərkəzi Bankdan alınmış kreditlərin istifadə edilməsindən məlumatsız olması ağlabatan deyil və absurd bir iddiadır. "xxxx" ASC Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.08.2016-cı il tarixli, 2-1(81)- 3619/16 saylı qərarı ilə müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmışdır. Göründüyü kimi, iddiaçıların hazırkı tələblə müraciət etməsi müflis elan olunmuş bankın Azərbaycan Respublikasının Mərkəzi Bankı qarşısında mövcud olan kredit öhdəliklərinin ödənilməsindən qərəzli surətdə yayınmaq cəhdləridir. Məlumat üçün onu da bildirirlər ki, hazırki mübahisə İddiaçı1 və Cavabdeh1 arasındakı ilk məhkəmə mübahisəsi deyil və ayrı-ayrı vaxtlarda ata-oğul arasında əvvəlcədən planlaşdırılmış şəkildə qeyri-sağlam niyyətlə məhkəmə çəkişmələri aparılır. Bu işlərdən biri, İddiaçı1 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması, onun əsasında verilmiş çıxarışın və texniki pasportun ləğv olunması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırmış olduğu iddia olmuşdur ki, həmin iş üzrə qəbul olunmuş 06.02.2015-ci il tarixli qətnamədən maraqlı şəxs Bakı Vergilər Departamenti tərəfindən apellyasiya şikayəti verilmiş və məhkəmə mübahisəsi hələ də davam etməkdədir. İlkin iddia ərizəsində mübahisələndiriən ipoteka müqavilələrindən başqa "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankı qarşısında kredit borcları üzrə İddiaçı1 məxsus aşağıdakı əmlaklar barədə ipoteka müqavilələri bağlanmışdır: - 02 iyul 2014-cü il tarixli, KBO14-1602 nömrəli kredit müqaviləsi 6 000 000 (altı milyon) manat məbləğində kreditin illik 4,8% olmaqla, 1080 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 16 iyun 2017-ci il tarixədək ödənilməli olduğu göstərilmişdir. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 02 iyul 2014-cü tarixli İB014-1602/1 ipoteka müqaviləsi, 15 iyul tarixli İB014-1606/3 nömrəli və 29 oktyabr 2015-ci il tarixli 3Q15-1772/2 nömrəli ipoteka müqavilələri bağlanmışdır. İBO14-1602/1 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında 0,01201 ha torpaq sahəsində yerləşən 990,8 kv.m ümumi, 494,4 kv.m yaşayış, 495.4 kv.m yardımçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evi Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). İB014-1606/3 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 7 ünvanında yerləşən 819,6 kv.m ümumi sahədən ibarət 12 otaqlı mənzil Mərkəzi Bankın xeyrinə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). İBQ15-1772/2 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). - 08 iyul 2014-cü il tarixli, KBO14-1606 nömrəli kredit müqaviləsi 3 000 000 (üç milyon) manat kreditin illik 4,8% olmaqla 1080 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 22 iyun 2017-ci il tarixədək ödənilməli olduğu göstərilmişdir. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 08 iyul 2014-cü il tarixli İB014-1606/1 nömrəli ipoteka müqaviləsi və 15 iyul tarixli İB014-1606/3 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İBO14-1606/1 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında 0,01201 ha torpaq sahəsində yerləşən 990,8 kv.m ümumi, 494,4 kv.m yaşayış, -96,4 kv.m yardımçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evi Mərkəzi Bankın xeyrinə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən erilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). İB014-1606/3 nömrəli ipoteka müqaviləsinə əsasən isə İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 7 ünvanında yerləşən 819,6 kv.m ümumi sahədən ibarət 12 otaqlı mənzil Mərkəzi Bankın xeyrinə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). - 01 avqust 2014-cü il tarixli KBO14-1607 nömrəli kredit müqaviləsi 1 500 000 (bir milyon beş yüz min) manat kreditin illik 4% olmaqla 1078 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 14 iyul 2017-ci il tarixədək ödənilməli olduğu göstərilmişdir. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 01 avqust 2014-cü il tarixli İB014-1607 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında 0.01201 ha torpaq sahəsində yerləşən 990,8 kv.m ümumi, 494,4 kv.m yaşayış, 496,4 kv.m yardımçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evi Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur), - 03 sentyabr 2014-cü il tarixli KB014-1613 nömrəli kredit müqaviləsi 1 500 000 (bir milyon beş yüz min) manat kreditin illik 4% olmaqla 1080 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 18 avqust 2017-ci il tarixədək ödənilməli olduğu göstərilmişdir. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq İBQ15-1772/2 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Sovlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). 10 oktyabr 2014-cü il tarixli KB014-1622 nömrəli kredit müqaviləsi 2 000 000 (iki milyon) manat kreditin illik 4% olmaqla 1078 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 22 sentyabr 2017-ci il tarixədək ödənilməli olduğu göstərilmişdir. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 13 oktyabr 2014-cü il tarixli İB014-1622/1 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında 0,01201 ha torpaq sahəsində yerləşən 990,8 kv.m ümumi, 494,4 kv.m yaşayış, 496,4 kv.m yardmçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evi Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). -10 dekabr 2014-cü il tarixli, KBQ14-1637 nömrəli kredit müqaviləsi 2 500 000 (iki milyon beş yüz min) manat məbləğində kreditin illik 3,5% olmaqla 359 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 04 dekabr 2015-ci il tarixə kimi ödənilməli olduğu göstərilmişdir. KBQ14-1637 nömrəli kredit müqaviləsinə edilmiş 03 dekabr 2015-ci il tarixli əlavəyə uyğun olaraq kredit üzrə illik faiz dərəcəsi 3.5%-dən 3,2%ə endirilərək verilmiş kredit resursunun ödənilmə vaxtı 01 iyun 2016-cı il tarixinədək uzadılmışdır. KBQ14-1637 nömrəli kredit müqaviləsinə edilmiş 01 iyun 2016-cı il tarixli yeni əlavəyə uyğun olaraq isə kredit borcunun ödəniş müddəti 01 iyun 2017-ci il tarixinədək uzadılmışdır. KBQ14-1637 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 29 oktyabr 2015-ci il tarixli İBQ15-1772/2 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İBQ15- 1772/2 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). İBQ15-1772/2 nömrəli ipoteka müqaviləsinə 03 dekabr 2015-ci il tarixli və 01 iyun 2016-cı il tarixli əlavələr edilmişdir. 03 dekabr 2015-ci il tarixli əlavəyə uyğun olaraq ipoteka müqaviləsinin 1.3-cü bəndində 04 dekabr 2015-ci il...” sözləri 01 iyun 2016-cı il...” sözləri ilə əvəz edilmişdir. 01 iyun 2016-cı il tarixli əlavəyə əsasən isə ipoteka müqaviləsinin 3-cü bəndində yenidən dəyişiklik edilmiş və “... 01 iyun 2016-cı il ...” sözləri “... 01 iyun 2317-ci il ...” sözləri ilə əvəz edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* və Seriya RX, ******* nömrəli çıxarışlar əlavə olunur). - 09 fevral 2015-ci il tarixli KBQ15-1652 nömrəli kredit müqaviləsi 1 000 000 (bir milyon) manat kreditin illik 3,5% olmaqla 360 gün müddətinə qaytarılması şərtilə alınmışdır. Müqavilədə kredit üzrə əsas borcun 04 fevral 2016-cı il tarixədək ödənilməli olduğu göstərilmişdir. Bu müqaviləyə edilmiş 04 fevral 2016-cı il tarixli əlavəyə əsasən kredit üzrə ilik faiz dərəcəsi 3,5%-dən 3,2%-ə endirilmiş və kreditin ödənilmə vaxtı 02 avqust 2016-cı il tarixinə qədər uzadılmışdır. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 09 fevral 2015-ci il tarixli İBQ15- 1652 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İBQ15-1652/1 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında 0,01201 ha torpaq sahəsində yerləşən 990,8 kv.m ümumi, 494,4 kv.m yaşayış, 496, 4 kv.m yardımçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evi Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). İBQ15-1652/1 nömrəli ipoteka müqaviləsinə edilmiş 05 fevral 2016-cı il tarixli əlavəyə əsasən bu ipoteka müqaviləsinin 1.3-cü bəndində “...4 fevral 2016-cı iİ...” sözləri “...2 avqust 2016-cı il...” sözləri ilə əvəz olunmuşdur (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). - 19 mart 2015-ci il tarixli KBQ15-1670 nömrəli kredit müqaviləsi 5 000 000 (beş milyon) manat kreditin illik 3,5% olmaqla 358 gün müddətinə qaytarılması şərtilə çağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 11 mart 2016-cı il tarixədək ödənilməli olduğu göstərilmişdir. Bu müqaviləyə edilmiş 02 mart 2016-cı il tarixli əlavəyə əsasən kredit üzrə illik faiz dərəcəsi 3,5%-dən 9%-ə qaldırılmış və kreditin ödənilmə vaxtı 07 sentyabr 2016-cı il tarixinə qədər uzadılmışdır. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 19 mart 2015-ci il tarixli İBQ15-1670/2 nömrəli ipoteka müqaviləsi və 29 oktyabr 2015-ci il tarixli İBQ15-1772/2 ipoteka müqaviləsi bağlanmışdır. İBQ15-1670/2 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, S. Rəhimov küçəsi, ev 185, mənzil ünvanında yerləşən 819,6 kv.m ümumi sahədən ibarət 12 otaqlı mənzil Mərkəzi Bankın yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). İBQ15-1670/2 nömrəli ipoteka müqaviləsinə edilmiş 02 mart 2016-cı il tarixli əlavəyə əsasən bu ipoteka müqaviləsinin 1.3-cü bəndində “...11 mart 2016-cı il...” sözləri “...7 sentyabr 2016-cı il...” sözləri ilə əvəz olunmuşdur (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). İBQ15-1772/2 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). İBQ15-1772/2 nömrəli ipoteka müqaviləsinə edilmiş 02 mart 2016-cı il tarixli əlavəyə əsasən bu ipoteka müqaviləsinin 1.3-cü bəndində “...11 mart 2016-cı il...” sözləri “...7 sentyabr 2016-cı il...” sözləri ilə əvəz olunmuşdur (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur) - 15 aprel 2015-ci il tarixli KBQ15-1676 nömrəli kredit müqaviləsi 3 000 000 (üç milyon) manat kreditin illik 3,5% olmaqla 359 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 08 aprel 2016-cı il tarixinədək ödənilməli olduğu göstərilmişdir. Bu müqaviləyə edilmiş 16 may 2016-cı il tarixli əlavəyə əsasən kredit borcunun ödəniş müddəti 16 may 2017-ci il tarixinədək uzadılmışdır. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 17 aprel 2015-ci il tarixli İBQ15- 1676/2 nömrəli ipoteka müqaviləsi və 29 oktyabr 2015-ci il tarixli İBQ15-1772/2 nömrəli poteka müqaviləsi bağlanmışdır. İBQ15-1676/2 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 4 ünvanında yerləşən 819,6 kv.m ümumi sahədən ibarət 12 otaqlı mənzil Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). İBQ15-1676/2 nömrəli ipoteka müqaviləsinə edilmiş 18 may 2016-cı il tarixli əlavəyə əsasən bu ipoteka müqaviləsinin 1.3-cü bəndində “...8 aprel 2016-cı il...” sözləri “...16 may 2017-ci il...” sözləri ilə əvəz olunmuşdur (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). İBQ15-1772/2 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında edəşən 702,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası Mərkəzi Bankın xeyrinə : cteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət e.estrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). İBQ15-1772/2 nömrəli ipoteka müqaviləsinə edilmiş 18 may 2016-cı il tarixli əlavəyə əsasən bu ipoteka müqaviləsinin 1.3-cü bəndində “...8 aprel 2016-cı il...” sözləri “...16 may 2017-ci il...” sözləri ilə əvəz olunmuşdur (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). - 21 oktyabr 2015-ci il tarixli KBQ15-1772 nömrəli kredit müqaviləsi 3 000 000 (üç milyon) manat kreditin illik 3% olmaqla 359 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır, müqavilədə kredit üzrə əsas borcun 14 oktyabr 2016-cı il tarixinədək ödənilməli olduğu göstərilmişdir. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 29 oktyabr 2015-ci il tarixli İBQ15-2/2 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Bu ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). 26 oktyabr 2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi 2 000 000 (iki milyon) manat kreditin illik 3% olmaqla 180 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 22 aprel 2016-cı il tarixinədək ödənilməli olduğu göstərilmişdir. Bu müqaviləyə edilmiş 16 may 2016-cı il tarixli əlavəyə əsasən kredit borcunun ödəniş müddəti 16 may 2017-ci il tarixinədək uzadılmışdır. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 26 oktyabr 2015-ci il tarixli İBQ15-1776/1 nömrəli ipoteka müqaviləsi və 29 oktyabr 2015-ci il tarixli İBQ15-1772/2 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İBQ15- 1776/1 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında 0,01201 ha torpaq sahəsində yerləşən 990,8 kv.m ümumi, 494,4 kv.m yaşayış, £96.4 kv.m yardımçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evi Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). İBQ15-1776/1 nömrəli ipoteka müqaviləsinə edilmiş 18 may 2016-cı il tarixli əlavəyə əsasən bu ipoteka müqaviləsinin 1.3-cü bəndində “...22 aprel 2016-cı il...” sözləri “...16 may 2017-ci il...” sözləri ilə əvəz olunmuşdur (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz ə~ akın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). İBQ15-1772/2 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). İBQ15-1772/2 nömrəli ipoteka müqaviləsinə edilmiş 18 may 2016-cı il tarixli əlavəyə əsasən bu ipoteka müqaviləsinin 1.3-cü bəndində “...22 aprel 2016-cı il...” sözləri “...16 may 2017-ci il...” sözləri ilə əvəz olunmuşdur (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). - 19 noyabr 2015-ci il tarixli KBQ15-1788 nömrəli kredit müqaviləsi 5 000 000 (beş milyon) manat kreditin illik 3% olmaqla 360 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 11 noyabr 2016-cı il tarixinədək ödənilməli olduğu göstərilmişdir. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 19 noyabr 2015-ci il tarixli İBQ15- 1788 nömrəli və 20 noyabr 2015-ci il tarixli İBQ15-1788/2 nömrəli ipoteka müqavilələri bağlanmışdır: İBQ15-1788 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında .erləşən 702,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). Mərkəzi Bankla bağlanmış bütün kredit müqavilələri üzrə Mərkəzi Bankın kreditor tələbləri “Kredobank" ASC-nin ləğvedicisinə 11 oktyabr 2016-cı il tarixli, 05-00878-2016 nömrəli məktubla təqdim edilsə də, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyə kimi mümkün olmamışdır. Bildiririk ki, "xxxx" ASC-nin 02 iyul 2014-cü il tarixli KBO14-1602 saylı kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında 6 000 000 (altı milyon) manat əsas, 120 000,00 (yüz iyirmi min) manat faiz borcu, 08 iyul 2014-cü il tarixli KBO14-1606 nömrəli kredit jqaviləsi üzrə 3 000 000 (üç milyon) manat əsas, 60 000,00 (altmış min) manat faiz borcu, 19 avqust 2014-cü il tarixli KBO14-1607 nömrəli kredit müqaviləsi üzrə 1 500 000 (bir milyon beş yüz min) manat əsas, 9 833,34 (doqquz min səkkiz yüz otuz üç manat otuz dörd manat faiz borcu, 03 sentyabr 2014-cü il tarixli KB014- 1613 nömrəli kredit müqaviləsi üzrə 1 500 000 (bir milyon beş yüz min) manat əsas, 9 833,34 (doqquz min səkkiz yüz otuz üç manat otuz dörd qəpik) manat faiz borcu, 10 oktyabr 2014-cü il tarixli KB014-522 nömrəli kredit müqaviləsi üzrə 2 000 000 (iki milyon) manat əsas, 13 111,11 (on üç min yüz on bir manat on bir qəpik) manat faiz borcu, 10 dekabr 2014-cü il tarixli KBQ14-537 nömrəli kredit müqaviləsi üzrə 2 500 000 (iki milyon beş yüz min) manat əsas, 12 000 (on iki min) manat faiz borcu, 09 fevral 2015-ci il tarixli KBQ15-1652 nömrəli kredit müqaviləsi üzrə 1 000 000 (bir milyon) manat əsas, 13 066,65 (on üç min altmış altı manat altmış beş qəpik) manat faiz borcu, 19 mart 2015-ci il tarixli KBQ15-1670 saylı kredit müqaviləsi üzrə 5 000 000 (beş milyon) manat əsas, 198 750,00 (yüz doxsan səkkiz min yeddi yüz əlli) manat faiz borcu, 15 aprel 2015-ci il tarixli KBQ15- 1676 nömrəli kredit müqaviləsi üzrə 3 000 000 (üç milyon) manat əsas, 17 208,33 (on yeddi min iki yüz səkkiz manat otuz üç qəpik) manat faiz borcu, 21 oktyabr 2015-ci il tarixli KBQ15-1772 saylı kredit müqaviləsi üzrə 3 000 000 (üç milyon) manat əsas, 37 500,00 (otuz yeddi min beş yüz) manat faiz borcu, 26 oktyabr 2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə 2 000 000 (iki milyon) manat əsas, 9 833,34 (doqquz min səkkiz yüz otuz üç manat otuz dörd qəpik) faiz borcu, 19 noyabr 2015-ci il tarixli KBQ15- 1788 nömrəli kredit müqaviləsi üzrə 5 000 000 (beş milyon) manat əsas, 61 250,01 (altmış bir min iki yüz əlli manat bir qəpik) manat faiz borcu, 02 fevral 2015-ci il tarixli KBQ16-1824 nömrəli kredit müqaviləsi üzrə 3 000 000 (üç milyon) manat əsas, 14 750,00 (on dörd min yeddi yüz əlli) manat faiz borcu vardır. Göstərilən kredit müqavilələri üzrə faiz borcları “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinin tələblərinə uyğun olaraq bankın müflis elan edilməsi barədə məhkəmə qərarın qüvvəyə mindiyi 29 avqust 2016-cı il tarixinədək hesablanmışdır. Beləliklə, bütün göstərilənləri ümumiləşdirdikdə bir daha açıq-aşkar görünür ki, Mərkəzi Banka qarşı olan ilk iddia üzrə tələb əslində "xxxx" ASC-yə ayrılmış kreditin ilkin iddia üzrə iddiaçılar və onların ailə üzvləri tərəfindən dövlət vəsaitinin geri qaytarmamaqla mənimsənilməsi məqsədini daşıyır ki, bu da qəti yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə uyğun olaraq borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Mülki Məcəllənin 442ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda “İpoteka haqqında” Qanunun 34.1.1-34.1.2-ci maddələrinə uyğun olaraq əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaradır. “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə görə, ipoteka saxlayan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişi ipoteka qoyana təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Qeyd edilən əsaslara görə, Mərkəzi Bank ipoteka predmetlərinə tutmanın yönəldilməsi oarədə bildirişləri ipoteka qoyan İddiaçı1 12 oktyabr 2016-cı il tarixli 05-00887-2016 nömrəli, 12 oktyabr 2016-cı il tarixli 05-00888-2016 nömrəli, 12 oktyabr 2016-cı il tarixli 05-00889-2016 nömrəli, ipoteka qoyan İddiaçı2 MMC-yə 19 oktyabr 2016cı il tarixli 05-00900-2016 nömrəli məktublarla göndərmişdir (əlavə olunur). Mərkəzi Bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlər “İpoteka haqqında” Qanunun 36.3-cü maddəsinə uyğun olaraq qeydə alınması üçün aidiyyəti üzrə göndərilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 27 oktyabr 2016-cı il tarixli **********87, 27 oktyabr 2016-cı il tarixli **********78 nömrəli, 27 oktyabr 2016-cı il tarixli **********79 nömrəli, 29 oktyabr 2016-cı il tarixli **********70 nömrəli məktubları ilə bildirişlərin qeydə alındığı bildirilmişdir (əlavə olunur). Yuxarıda qeyd edilən ipoteka müqavilələrinin 1.3-cü bəndinə uyğun olaraq, ipoteka qoyulan əmlak istinad edilən müvafiq kredit müqavilələrinə əsasən Mərkəzi Bank tərəfindən "xxxx" ASC-yə verilmiş kreditlərin ipoteka müqavilələrində qeyd olunmuş tarixlərədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizlərin və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. “İpoteka haqqında” Qanunun 39.1-ci maddəsinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən, qeyd olunan kredit müqavilələrindən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilmədiyi, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, eləcə də müflis elan edilmiş bankın maliyyə öhdəliklərini icra etməsi imkanında olmaması ilə əlaqədar Mərkəzi Bank qarşısındakı kredit borcunun ödənilməsini təmin etmək məqsədilə İddiaçı1 və İddiaçı2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus olan ipoteka predmetlərinə tutma yönəldilməli, həmin əmlaklar açıq hərracdan satılmalı, onların satışından əldə edilən vəsait hesabına iddiaçıya olan kredit borcları, həmçinin tutmanın yönəldilməsi ilə əlaqədar bütün xərclər ödənilməlidir. Eyni zamanda bildiririk ki, “Banklar haqqında” Qanunun 81-ci maddəsinə əsasən, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır. Təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının tələbləri başqa orqanlar, vəzifəli şəxslər, habelə hüquqi və fiziki şəxslər tərəfindən də icra oluna bilər. Bu səbəbdən də, hazırki iş üzrə iddianın təmin olunmasına dair qətnamə qəbul edildikdə “Banklar haqqında” Qanunun 81-ci maddəsinin tələblərinə əsasən, ipoteka predmeti ləğvedici tərəfindən açıq hərracdan satılmalıdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1(81)-3619/16 saylı qərarı ilə Əmanətlərin Sığortalanması Fondu 24 iyul 2016-cı il tarixindən "xxxx" ASC-nin ləğvedicisi olaraq təyin olunmuş və hazırda bank barəsində iflas prosedurunun həyata keçirilməsini davam etdirir. Əlavə olaraq bildiririk ki, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, Mərkəzi Bank dövlət rüsumunun bütün növlərinin ödənilməsindən azaddır. Qeyd olunanlara əsasən məhkəmədən qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil ilkin iddia tələbini müdafiə edərək, onun təmin olunması, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi X2 ilkin iddia tələbinə etiraz edərək, ilkin iddia tələbinin rədd olunması, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. İş materiallarında olan 10 oktyabr 2014-cü il tarixli, KBO14-1622 №-li kredit müqaviləsinə əsasən, bu kredit müqaviləsi 2 000 000 (iki milyon) manat kreditin illik 4% olmaqla 1078 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 22 sentyabr 2017-ci il tarixədək ödənilməli olduğu göstərilmişdir. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 13 oktyabr 2014-cü il tarixli İB014-1622/1 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında 0,01201 ha torpaq sahəsində yerləşən 990,8 kv.m ümumi, 494,4 kv.m yaşayış, 496,4 kv.m yardmçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evi Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 13 oktyabr 2014-cü il tarixli İB014-1622/1 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında 0,01201 ha torpaq sahəsində yerləşən 990,8 kv.m ümumi, 494,4 kv.m yaşayış, 496,4 kv.m yardmçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evi Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). İş materiallarında olan 01 avqust 2014-cü il tarixli, KBO14-1607 nömrəli kredit müqaviləsinə əsasən, bu kredit müqaviləsi 1 500 000 (bir milyon beş yüz min) manat kreditin illik 4% olmaqla 1078 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 14 iyul 2017-ci il tarixədək ödənilməli olduğu göstərilmişdir. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 01 avqust 2014-cü il tarixli İB014-1607 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında 0.01201 ha torpaq sahəsində yerləşən 990,8 kv.m ümumi, 494,4 kv.m yaşayış, 496,4 kv.m yardımçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evi Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən .erilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 01 avqust 2014-cü il tarixli İB014-1607 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında 0.01201 ha torpaq sahəsində yerləşən 990,8 kv.m ümumi, 494,4 kv.m yaşayış, 496,4 kv.m yardımçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evi Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən .erilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). İş materiallarında olan 08 iyul 2014-cü il tarixli, KBO14-1606 nömrəli kredit müqaviləsinə əsasən, bu kredit müqaviləsi 3 000 000 (üç milyon) manat kreditin illik 4,8% olmaqla 1080 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 22 iyun 2017-ci il tarixədək ödənilməli olduğu göstərilmişdir. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 08 iyul 2014-cü il tarixli İB014-1606/1 nömrəli ipoteka müqaviləsi və 15 iyul tarixli İB014-1606/3 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İBO14-1606/1 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 „nvamnda 0,01201 ha torpaq sahəsində yerləşən 990,8 kv.m ümumi, 494,4 kv.m yaşayış, -96,4 kv.m yardımçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evi Mərkəzi Bankın xeyrinə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən erilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 08 iyul 2014-cü il tarixli İB014-1606/1 nömrəli ipoteka müqaviləsi və 15 iyul tarixli İB014-1606/3 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İBO14-1606/1 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 „nvamnda 0,01201 ha torpaq sahəsində yerləşən 990,8 kv.m ümumi, 494,4 kv.m yaşayış, -96,4 kv.m yardımçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evi Mərkəzi Bankın xeyrinə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən erilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). İB014-1606/3 nömrəli ipoteka müqaviləsinə əsasən isə İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 8 ünvanında yerləşən 819,6 kv.m ümumi sahədən ibarət 12 otaqlı mənzil Mərkəzi Bankın xeyrinə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). İş materiallarında olan 02 iyul 2014-cü il tarixli, KBO14-1602 nömrəli kredit müqaviləsinə əsasən, bu kredit müqaviləsi 6 000 000 (altı milyon) manat məbləğində kreditin illik 4,8% olmaqla, 1080 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 16 iyun 2017-ci il tarixədək ödənilməli olduğu göstərilmişdir. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 02 iyul 2014-cü tarixli İB014-1602/1 ipoteka müqaviləsi, 15 iyul tarixli İB014-1606/3 nömrəli və 29 oktyabr 2015ci il tarixli 3Q15-1772/2 nömrəli ipoteka müqavilələri bağlanmışdır. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 02 iyul 2014-cü tarixli İB014-1602/1 ipoteka müqaviləsi, 15 iyul tarixli İB014-1606/3 nömrəli və 29 oktyabr 2015-ci il tarixli 3Q15-1772/2 nömrəli ipoteka müqavilələri bağlanmışdır. İBO14-1602/1 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında 0,01201 ha torpaq sahəsində yerləşən 990,8 kv.m ümumi, 494,4 kv.m yaşayış, 495.4 kv.m yardımçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evi Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). İB014-1606/3 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 7 ünvanında yerləşən 819,6 kv.m ümumi sahədən ibarət 12 otaqlı mənzil Mərkəzi Bankın xeyrinə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). İBQ15-1772/2 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). İş materiallarında olan 03 sentyabr 2014-cü il tarixli, KBO14-1613 nömrəli kredit müqaviləsinə əsasən, bu kredit müqaviləsi 1 500 000 (bir milyon beş yüz min) manat kreditin illik 4% olmaqla 1080 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 18 avqust 2017-ci il tarixədək ödənilməli olduğu göstərilmişdir. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq İBQ15-1772/2 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, Seriya RX ******* nömrəli çıxarış əlavə olunur). İş materiallarında olan 10 dekabr 2014-cü il tarixli, KBQ14-1637 nömrəli kredit müqaviləsinə əsasən, bu kredit müqaviləsi 2 500 000 (iki milyon beş yüz min) manat məbləğində kreditin illik 3,5% olmaqla 359 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 04 dekabr 2015-ci il tarixə kimi ödənilməli olduğu göstərilmişdir. KBQ14-1637 nömrəli kredit müqaviləsinə edilmiş 03 dekabr 2015-ci il tarixli əlavəyə uyğun olaraq kredit üzrə illik faiz dərəcəsi 3.5%-dən 3,2%ə endirilərək verilmiş kredit resursunun ödənilmə vaxtı 01 iyun 2016-cı il tarixinədək uzadılmışdır. KBQ14-1637 nömrəli kredit müqaviləsinə edilmiş 01 iyun 2016-cı il tarixli yeni əlavəyə uyğun olaraq isə kredit borcunun ödəniş müddəti 01 iyun 2017-ci il tarixinədək uzadılmışdır. KBQ14-1637 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 29 oktyabr 2015-ci il tarixli İBQ15-1772/2 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan 09 fevral 2015-ci il tarixli, KBQ15-1652 nömrəli kredit müqaviləsinə əsasən, bu kredit müqaviləsi 1 000 000 (bir milyon) manat kreditin illik 3,5% olmaqla 360 gün müddətinə qaytarılması şərtilə anmışdır. Müqavilədə kredit üzrə əsas borcun 04 fevral 2016-cı il tarixədək ödənilməli olduğu göstərilmişdir. Bu müqaviləyə edilmiş 04 fevral 2016-cı il tarixli əlavəyə əsasən kredit üzrə ilik faiz dərəcəsi 3,5%-dən 3,2%-ə endirilmiş və kreditin ödənilmə vaxtı 02 avqust 2016- tarixinə qədər uzadılmışdır. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 09 fevral 2015-ci il tarixli, İBQ15/1652 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan 19 mart 2015-ci il tarixli, KBQ15-1670 nömrəli kredit müqaviləsinə əsasən, bu kredit müqaviləsi 5 000 000 (beş milyon) manat kreditin illik 3,5% olmaqla 358 gün müddətinə qaytarılması şərtilə çağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 11 mart 2016-cı il tarixədək ödənilməli olduğu göstərilmişdir. Bu müqaviləyə edilmiş 02 mart 2016-cı il tarixli əlavəyə əsasən kredit üzrə illik faiz dərəcəsi 3,5%-dən 9%-ə qaldırılmış və kreditin ödənilmə vaxtı 07 sentyabr 2016-cı il tarixinə qədər uzadılmışdır. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 19 mart 2015-ci il tarixli İBQ15-1670/2 nömrəli ipoteka müqaviləsi və 29 oktyabr 2015-ci il tarixli İBQ15-1772/2 ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan 15 mart 2015-ci il tarixli, KBQ15-1676 nömrəli kredit müqaviləsinə əsasən, bu kredit müqaviləsi 3 000 000 (üç milyon) manat kreditin illik 3,5% olmaqla 359 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 08 aprel 2016-cı il tarixinədək ödənilməli olduğu göstərilmişdir. Bu müqaviləyə edilmiş 16 may 2016-cı il tarixli əlavəyə əsasən kredit borcunun ödəniş müddəti 16 may 2017-ci il tarixinədək uzadılmışdır. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 17 aprel 2015-ci il tarixli İBQ15- 1676/2 nömrəli ipoteka müqaviləsi və 29 oktyabr 2015-ci il tarixli, İBQ15-1772/2 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan 21 oktyabr 2015-ci il tarixli, KBQ15-1772 nömrəli kredit müqaviləsinə əsasən, bu kredit müqaviləsi 3 000 000 (üç milyon) manat kreditin illik 3% olmaqla 359 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır, müqavilədə kredit üzrə əsas borcun 14 oktyabr 2016-cı il tarixinədək ödənilməli olduğu göstərilmişdir. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 29 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan 26 oktyabr 2015-ci il tarixli, KBQ15-1776 nömrəli kredit müqaviləsinə əsasən, bu kredit müqaviləsi 2 000 000 (iki milyon) manat kreditin illik 3% olmaqla 180 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 22 aprel 2016-cı il tarixinədək ödənilməli olduğu göstərilmişdir. Bu müqaviləyə edilmiş 16 may 2016-cı il tarixli əlavəyə əsasən kredit borcunun ödəniş müddəti 16 may 2017-ci il tarixinədək uzadılmışdır. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 26 oktyabr 2015-ci il tarixli İBQ15- 1776/1 nömrəli ipoteka müqaviləsi və 29 oktyabr 2015-ci il tarixli İBQ15-1772/2 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan 19 noyabr 2015-ci il tarixli, KBQ15-1788 nömrəli kredit müqaviləsinə əsasən, bu kredit müqaviləsi 5 000 000 (beş milyon) manat kreditin illik 3% olmaqla 360 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 11 noyabr 2016-cı il tarixinədək ödənilməli olduğu göstərilmişdir. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 19 noyabr 2015-ci il tarixli İBQ15- 1788 nömrəli və 20 noyabr 2015-ci il tarixli İBQ15-1788/2 nömrəli ipoteka müqavilələri bağlanmışdır. İş materiallarında olan 02 fevral 2016-cı il tarixli, KBQ16-1824 nömrəli kredit müqaviləsinə əsasən, bu kredit müqaviləsi 3 000 000 (üç milyon) manat kreditin illik 3% olmaqla 360 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 27 yanvar 2017-ci il tarixinədək ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan AR Mərkəzi Bankı tərəfindən verilən 12 oktyabr və 19 oktyabr 2016-cı il tarixli Bildirişlərdən görünür ki, müvafiq ipoteka müqavilələrinə əsasən, İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 4 ünvanında yerləşən və Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi 7 ünvanında yerləşən mənzillər Mərkəzi Banka ipotekaya qoyulmuş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqavilələrinə əsasən borc məbləğləri ödənilmədiyindən Mərkəzi Bank tərəfindən məhkəmədənkənar qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlandığı barədə tərəflər xəbərdar edilmişdir. İş materiallarında olan LPO KredoBank ASC tərəfindən AR Mərkəzi Bankına göndərilən məktubdan görünür ki, kreditor tələbiniz “Banklar haqqında Azərbaycan Respublikası Qanunu”nun 76.1-ci maddəsinə uyğun olaraq 12.10.2016-cı il tarixində 0059A qeydiyyat nömrəsilə kreditorların reyestrində qeydə alınmışdır. İş materiallarında olan 13.02.2004-cü il tarixli İddiaçı2 MMC-nin Nizamnaməsindən görünür ki, ilkin iddia üzrə İddiaçı1 İddiaçı2 MMC-nin təsisçisidir. İş materiallarında olan 20 noyabr 2015-ci il tarixli İBQ-1788/2 №-li İpoteka müqaviləsindən görünür ki, 19 noyabr 2015-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq bu müqavilə bağlanmış, ipotekanın predmeti kimi ilkin iddia üzrə iddaçı İddiaçı2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi 7 ünvanında yerləşən qeyri-yaşayış binası çıxış edir. İş materiallarında olan ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi 7 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı2 MMC-nin adına 05.10.2012-ci il tarixdə qeydiyyatda alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli, 2(006)-621/2018 saylı “ekspertiza təyin edilməsi” barədə qərardadına əsasən, mülki iş üzrə daşınmaz əmlakın bazar qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi "xxxx" MMC-yə tapşırılmış, iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı “qərardada müvafiq əlavələrin edilməsi” barədə 19.02.2018-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli, 2(006)-621/2018 saylı qərardadının “Qərara aldı” hissəsində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının və Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m hissəsinin qiymətləndirilməsi üzrə ekspertizanın keçirilməsi barədə, habelə, ekspert qarşısında qoyulan suallarda “ilkin satış qiymətinin (likvid) göstərilməsi barədə” müvafiq əlavələr edilməsini xahiş etmişdir. İş materiallarında olan ilkin iddia üzrə İddiaçı2 MMC tərəfindən şikayət ərizəsi verilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli, 2(006)- 621/2018 saylı qərardadının ləğv edilərək yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 2(006)-621/2018 saylı qərardadı ilə ilkin iddia üzrə İddiaçı2 MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4545/2018 saylı, 28 mart 2018-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilən 44 №-li Hesab-fakturadan görünür ki, qiymətləndirmənin nəticəsi olaraq, ünvan 10 ünvanında yerləşən, İddiaçı1 mülkiyyətində olan 819.6 m2 yaşayış və 417.7 m2 yardımçı sahədən ibarət, 5 mansard mərtəbəli, 12 otaqlı, 4 nömrəli mənzilin real bazar qiyməti 1 400 000, likvid dəyəri 1 100 000 manat təşkil edir. İş materiallarında olan ******* №-li Çıxarışdan görünür ki, ünvan 11 ünvanında yerləşən xüsusi mülkiyyət İddiaçı1 16.12.2011-ci il tarixdən adına qeydiyyatdadır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilən Hesab-fakturadan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində, istifadədə olan 0.01201 ha torpaq sahəsi üzərində yerləşən, İddiaçı1 mülkiyyətində olan 9 mərtəbəli, 28 otaqlı, 990.8 m2 ümumi, 494.4 m2 yaşayış, 496.4 m2 yardımçı sahədən ibarət 185/1 nömrəli fərdi yaşayış evinin real bazar qiyməti 1 500 000, likvid dəyəri 1 200 000 manat təşkil edir. İş materiallarında olan ******* №-li Çıxarışdan görünür ki, ünvan 12 ünvanında yerləşən xüsusi mülkiyyət İddiaçı1 29.04.2015-ci il tarixdən adına qeydiyyatdadır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilən 539 №-li Hesab-fakturadan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında, istifadədə olan 0.0651 ha torpaq sahəsində yerləşən, İddiaçı1 xüsusi mülkiyyətində olan 702.0 m2 ümumi, 403.7 m2 əsas və 298.3 m2 köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 1 500 000, likvid dəyəri isə 1 200 000 manat təşkil edir. İş materiallarında olan ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən xüsusi mülkiyyət İddiaçı1 29.10.2015-ci il tarixdən adına qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(006)-45/2020 saylı qərardadı ilə ünvan 13 ünvanında yerləşən yaşayış evinin, ünvan 14anında yerləşən mənzilin və Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin real bazar və likvid qiymətinin müəyyənləşdirilməsi ilə bağlı ekspertizanın keçirilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 139 №-li Hesab-Fakturasına əsasən, ünvan 13 ünvanında yerləşən yaşayış evinin bazar dəyəri 1.200.000 manat, likvid dəyəri 960.000 manat, ünvan 14anında yerləşən mənzilin bazar dəyəri 550.000 manat, likvid dəyəri 490.000 manat, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 39.200.000 manat, likvid dəyəri 35.200.000 manat təşkil edir. İş materiallarında olan 24.05.2021-ci il tarixli vəsatətdən görünür ki, ilkin iddia üzrə iddaçı İddiaçı1 məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsilə bağlı vəsatət təqdim etmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. Məhkəməyə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 17 yanvar 2022-ci il tarixdə 9/8512 №-li Ekspert rəyi daxil olmuş, həmin ekspert rəyinə əsasən, 02 iyul 2014cü il tarixli KBO14-1602 nömrəli kredit müqaviləsinə əsasən, "xxxx" ASC-nin AR Mərkəzi Bankına 29.08.2016-cı il tarixə olan əsas borcu 6.000.000 manat, faiz üzrə borcu 110.400 manat; 08 iyul 2014-cü il tarixli KBO14-1606 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 3.000.000 manat, faiz üzrə borcu 55.200 manat; 01 avqust 2014-cü il tarixli KBO14-1607 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 1.500.000 manat, faiz üzrə borc 7.999,97 manat; 10 oktyabr 2014-cü il tarixli KBO14-1622 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 2.000.000 manat, faiz üzrə borcu 10.888,9 manat; 09 fevral 2015-ci il tarixli KBQ15-1652 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 1.000.000 manat, faiz üzrə borcu 12.402,79 manat; 26 oktyabr 2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə əsas borc 1.000.000 manat, faiz üzrə borc 12.402,79 manat; 19 mart 2015-ci il tarixli KBQ15-1670 nömrəli kredit müqaviləsi üzrə əsas borc 5.000.000 manat, faiz üzrə borc 187.708,3 manat, 15 aprel 2015-ci il tarixli KBQ15-1676 nömrəli kredit müqaviləsi üzrə əsas borc 3.000.000 manat, faiz borcu 15.458,33 manat; 03 sentyabr 2014-cü il tarixli KBO14-1613 nömrəli kredit müqaviləsi üzrə əsas borc 1.500.000 manat, faiz borc 8.166,62 manat4 10 dekabr 2014-cü il tarixli KBQ14-1637 nömrəli kredit müqaviləsi üzrə əsas borc 2.500.000 manat, faiz borcu 11.229,13 manat; 21 oktyabr 2015-ci il tarixli KBQ15-1772 nömrəli kredit müqaviləsi üzrə əsas borc 3.000.000 manat, faiz borcu 37.500 manat; 19 noyabr 2015-ci il tarixli KBQ15-1788 nömrəli kredit müqaviləsi üzrə əsas borc 5.000.000 manat, faiz borcu 68.750 manat; 02 fevral 2016-cı il tarixli KBQ16-1824 nömrəli kredit müqaviləsi üzrə əsas borc 3.000.000 manat, faiz borcu 14.250 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, üçüncü şəxs qismində cəlb edilən "xxxx" ASC ilə Azərbaycan Respublikası Mərkəzi Bankı arasında müxtəlif tarixli kredit müqavilələri bağlanmış, "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankı qarşısında kredit borcları üzrə İddiaçı1 məxsus bir neçə əmlaklar barədə ipoteka müqavilələri bağlanmışdır. İndiyədək kredit borcu ödənilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Mərkəzi Bank həmin borcların ödənilməsi üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsini, onların açıq hərracdan satılmasını və əldə edilən pulun Mərkəzi Banka ödənilməsini tələb edir. «İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə «əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi». Həmin Qanununun 33-cü maddəsinə «əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər». Həmin Qanununun 34.1-ci maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Hazırkı iş üzrə ipoteka müqaviləsində ipoteka predmeti qiymətləndirilmişdir. Belə ki, ekspert rəyi ilə ipoteka predmetinin ilkin satış qiyməti 180000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə göstərilən məbləği ipoteka predmetinin ilkin satış qiyməti hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.1-48.1.5-ci maddələrinə əsasən, ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə: əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 307.6-cı maddəsinə əsasən, «ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır». 309-cu maddəsində göstərilmişdir ki, «daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır». 317.1-ci maddəsinə əsasən, «borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər». 318.1-ci maddəsinə görə, «əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, ipoteka verilməsi xərclərini borclu çəkir». 319.1-ci maddəsinə əsasən «əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetrilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir». 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, ilkin iddia tələbi üzrə iddiaçıların iddiası əsassız olduğuna görə rədd edilməli, qarşılıqlı iddia üzrə isə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, ilkin iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, ilkin iddia tələbi üzrə iddiaçılar cavabdehlərlə aralarında bağlanmış ipoteka müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsini və ipotekaya dair yüklülüyün qeydə alınması ilə bağlı DƏDRXnin Bakı Şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv edilməsini, həmçinin kredit müqavilələrinin ləğv edilməsini tələb etsə də, mübahisələndirilən müqavilələrinin ləğv edilməsi üçün hər hansı əsasın mövcud olmasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi və məhkəmə araşdırması zamanı da belə əsasların mövcud olması öz təsdiqini tapmadı. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, 19.11.2015-ci il tarixli KBQ15-1788 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank tərəfindən "xxxx" ASC-yə 360 gün müddətinə, illik 3% ödəməklə 5 000 000 (beş milyon) manat, 02.02.2016-cı il tarixli, KBQ16-1824 nömrəli kredit müqaviləsi üzrə isə 360 gün müddətinə, illik 3% ödəməklə 3 000 000 (üç milyon) manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrində kredit üzrə əsas borcun müvafiq olaraq 11.11.2016-cı il 27.01.2017-ci il tarixə qədər ödənilməsi nəzərdə tutulmuşdur. Həmin kredit müqavilələrinin təminatı olaraq İddiaçı2 MMC-yə mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, 7 ünvanında 17474 ha torpaq sahəsində yerləşən 9461 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 3946.8 kv.m hissəsi üzrə 20.11.2015-ci il tarixli, İBQ15-1788/2 nömrəli və 03.02.2016-cı il tarixli, İBQ16- 1824 nömrəli ipoteka müqavilələri bağlanılmışdır. Mübahisələndirilən ipoteka müqavilələrdən başqa "xxxx" ASC-nin Cavabdeh2 qarşısında kredit borcları üzrə İddiaçı1 məxsus digər əmlaklar barədə müqavilələr bağlanmışdır. "xxxx" ASC kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun Cavabdeh2na borcu yaranmışdır. İlkin iddiada İddiaçı2 MMC-nin mülkiyyətindəki əmlak barəsində tam səlahiyyətli şəxs kimi sərəncam vermək, ipoteka ilə yüklü etmək, bütün özgəninkiləşdirmə müqavilələrini bağlamaq və s. kimi səlahiyyətlər ümumi yığıncağın 15.10.2004-cü il tarixli qərarı ilə direktora həvalə olunması göstərilmişdir. İddiaçı2 MMC-nin nizamnaməsinin 2-ci bəndində isə qeyd olunur ki, cəmiyyətin əmlakı cəmiyyətin istifadəsindədir və onun barəsində sərəncam vermək hüququ mövcud qanunvericiliyə və bu nizamnaməyə uyğun olaraq təsisçilərə (İddiaçı2 MMC-nin yeganə təsisçisi İddiaçı1dur) və müəyyən çərçivədə direktora məxsusdur. Göründüyü kimi, İddiaçı2 MMC-nin nizamnaməsinə əsasən, MMC-nin əmlakı barəsində sərəncam vermək hüququ tam çərçivədə təsisçiyə, məhdud çərçivədə isə direktora həvalə olunsa da, nizamnamədə göstərilənlərin əksinə, guya ümumi yığıncağın 15.10.2004-cü il tarixli qərarına əsasən bu səlahiyyət tam çərçivədə direktora ötürülmüşdür. Bu isə onu deməyə əsas verir ki, iddiaçıların istinad etdikləri ümumi yığıncağın 15.10.2004-cü il tarixli qərarı əslində onlar tərəfindən sonradan tərtib edilmişdir. İddiaçı1 tərəfindən Cavabdeh1 verilmiş 23.08.2011-ci il tarixli və Vəkilov Müşfiq İsa oğluna verilmiş 15.10.2015-ci il tarixli etibarnamədə qeyd olunduğu kimi İddiaçı1 bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, imza etməyi, işləri aparmağı müvafiq olaraq Cavabdeh1 və Müşfiq Vəkilova etibar etmişdir. Qeyd olunmalıdır ki, ipoteka müqavilələri X3 və Vəkilov Müşfiq İsa oğlu tərəfindən dövlət notariat kontorunda imzalanmış və ipoteka müqaviləsində ipoteka qoyanın statusu “Diplomat LTD" MMC-nin təsisçisi İddiaçı1 etibarnamə əsasında nümayəndəsi” kimi qeyd edilmişdir. Beləliklə, yuxarıda göstərilən etibarnamələr əsasında adları çəkilən şəxslər dövlət notariat kontorunda İddiaçı2 MMC-nin təsisçisi İddiaçı1 nümayəndələri kimi ipoteka müqavilələrini imzalamışlar. Eyni zamanda hər iki ipoteka müqaviləsi notarial qaydada təsdiq edilməklə İddiaçı2 MMC-nin möhürü ilə təsdiq olunmuşdur. Belə olan halda, əmlakın ipoteka ilə yüklü edilməsi barədə MMC-nin təsisçisinin və ya direktorunun guya xəbəri olmaması barədə dəlil tamamilə əsassızdır. MMC-nin möhürünün istifadəsi və saxlanması üzrə məsul şəxs MMC-nin rəhbərliyi olduğu halda, ipoteka müqavilələrində möhürdən istifadə olunması birbaşa onu deməyə əsas verir ki, əmlakın ipoteka ilə yüklülüyünə MMC-nin təsisçisinin, habelə direktorunun razılığı olmuş və onlar bu haqda tam məlumatlı olmuşdurlar. İddia ərizəsində qeyd olunan dəlillərdən biri də, Cavabdeh1 özü barəsində əqd bağlamasıdır ki, bu dəlil də tam əsassızdır. Belə ki, Cavabdeh1 əqdi özü barəsində deyil, "xxxx" ASC-nin Mərkəzi Bankdan götürdüyü kreditin təminatlı olması məqsədi ilə bağlamışdır. Həmin bankın səhmdar kapitalının mühüm iştirak payçıları da məhz İddiaçı1, Müşviq Vəkilov və Cavabdeh1dur. Bundan başqa Müşviq İsa oğlu Vəkilov "xxxx" ASC-nin Müşahidə Şurasının sədri idi. Belə olan təqdirdə, həmin şəxslərin Mərkəzi Bankdan alınmış kreditlərin istifadə edilməsindən məlumatsız olması ağlabatan deyil. Göründüyü kimi, "xxxx" ASC-nin Mərkəzi Bankla bağlanmış bütün kredit müqavilələri üzrə ilkin iddia üzrə iddiaçılar üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, Mərkəzi Banka olan borclarını müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Ona görə də "xxxx" ASC onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borclarını müqavilələrdə razılaşdırıldığı kimi Mərkəzi Banka ödəməlidir. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqavilələrinin şərtlərinə müvafiq qaydada ipoteka predmetlərinə yönəldilməli, ipoteka predmetləri ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılmalı, ipoteka predmetinin satışından əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməlidir. Məhkəmə ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza rəyinə uyğun olaraq ipoteka predmetlərinin ilkin satış qiyməti aşağıdakı kimi müəyyən edilməlidir: ünvan 3 ünvanında 0.01201 ha torpaq sahəsində yerləşən 990.8 kv.m ümumi sahədən ibarət 28 otaqlı fərdi yaşayış evi - 1.200.000 manat; ünvan 4 ünvanında yerləşən 819,6 kv.m ümumi sahədən ibarət 12 otaqlı mənzil - 1.100.000 manat; İddiaçı1 xüsusi hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702.0 kv.m. ümumi sahədən ibarət qeyri – yaşayış bina 1.200.000 manat; İddiaçı2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461.3 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının 3946,8 kv.m - 35.200.000 manat. Məhkəmə mülki iş üzrə keçirilən ekspertiza xərci ilə bağlı olaraq qeyd edir ki, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 1250 (bir min iki yüz əlli) manat dəyərində pul ilkin iddia üzrə iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 mart 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia isə qismən təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı2 MMC və İddiaçı1 ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Vəkilov Müşfiq İsa oğlu, Cavabdeh2 və 13 saylı Dövlət Notariat Kontoruna qarşı "xxxx" MMC 3-cü şəxs kimi cəlb edilməklə “ipoteka müqavilələrinin etibarsız hesab olunması və ipoteka qeydlərinin ləğv edilməsi” tələbinə dair ilkin iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 MMC və İddiaçı1 qarşı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində cəlb edilməklə “kredit müqavilələri üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia qismən təmin edilsin. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi təmin olunaraq, ləğv prosesində olan "xxxx" ASCnin: - 0 2 iyul 2014-cü il tarixli KBO14-1602 saylı kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında 6.000.000 (altı milyon) manat əsas, 110.400.0 (yüz on min dörd yüz) manat faiz borcu, 08 iyul 2014-cü il tarixli KBO14-1606 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 (üç milyon) manat əsas, 55.200 (əlli beş min iki yüz) manat faiz borcu, 01 avqust 2014-cü il tarixli KBO14-1607 nömrəli kredit müqaviləsi üzrə 1.500.000 (bir milyon beş yüz min) manat əsas, 7999,97 (yeddi min doqquz yüz doxsan doqquz manat doxsan yeddi qəpik) manat faiz borcu, 10 oktyabr 2014-cü il tarixli KBO14-1622 nömrəli kredit müqaviləsi üzrə 2.000.000 (iki milyon) manat əsas, 10.888,9 (on min səkkiz yüz səksən səkkiz manat doqquz qəpik) manat faiz borcu, 09 fevral 2015-ci il tarixli KBQ15-1652 nömrəli kredit müqaviləsi üzrə 1.000.000 (bir milyon) manat əsas, 12.402,79 (on iki min dörd yüz iki manat yetmiş doqquz qəpik) manat faiz borcu, 26 oktyabr 2015-ci tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə 1.000.000 (bir milyon) manat əsas, 12.402,79 (on iki min dörd yüz iki manat yetmiş doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 14.500.000 (on dörd milyon beş yüz min) manat əsas, 209.294,45 (iki yüz doqquz min iki yüz doxsan dörd manat qırx beş qəpik) manat faiz borcunun, cəmi 14.709.209,45 (on dörd milyon yeddi yüz doqquz min iki yüz doqquz manat qırx beş qəpik) manat kredit borcunun ödənilməsi üçün ipoteka predmeti olan İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında 0,01201 ha torpaq sahəsində yerləşən, ilkin satış qiyməti 1.200.000 manat olan 990,8 kv.m ümumi, 494,4 kv.m yaşayış, 496,4 kv.m yardımçı sahədən ibarət 28 otaqlı fərdi yaşayış evinə; - 02 iyul 2014-cü il tarixli KBO14-1602 nömrəli kredit müqaviləsi üzrə 6.000.000 (altı milyon) manat əsas, 110.400.0 (yüz on min dörd yüz) manat faiz borcu, 08 iyul 2014-cü il tarixli KBO14-1606 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 (üç milyon) manat əsas, 55.200 (əlli beş min iki yüz) manat faiz borcu, 19 mart 2015ci il tarixli KBQ15-1670 saylı müqaviləsi üzrə 5.000.000 (beş milyon) manat əsas, 187.708,3 (yüz səksən yeddi min yeddi yüz səkkiz manat otuz qəpik) manat faiz borcu, 15 aprel 2015-ci il tarixli KBQ15-1676 nömrəli müqaviləsi üzrə 3.000.000 (üç milyon) manat əsas, 15.458,33 (on beş min dörd yüz əlli səkkiz manat otuz üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 17.000.000 (on yeddi milyon) manat əsas, 368.766,63 (üç yüz altmış səkkiz min yeddi yüz altmış altı manat altmış üç qəpik) manat faiz borcunun, cəmi 17.368.766,63 (on yeddi milyon üç yüz altmış səkkiz min yeddi yüz altmış altı manat altmış üç qəpik) manat kredit borcunun ödənilməsi üçün ipoteka predmeti olan İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 4 ünvanında yerləşən, ilkin satış qiyməti 1.100.000 manat olan 819,6 kv.m ümumi sahədən 12 otaqlı mənzilə; - 02 iyul 2014-cü il tarixli KBO14-1602 nömrəli kredit müqaviləsi üzrə 6 000.000 (altı milyon) manat əsas, 110.400.0 (yüz on min dörd yüz) manat faiz borcu, 03 sentyabr 2014cü il tarixli KB014-1613 nömrəli kredit müqaviləsi üzrə 1.500.000 (bir milyon beş yüz min) əsas, 8.166,62 (səkkiz min yüz altmış altı manat altmış iki qəpik) manat faiz borcu, 10 dekabr 2014-cü il tarixli KBQ14-1637 nömrəli kredit müqaviləsi üzrə 2 500 000 (iki milyon beş yüz min) manat əsas, 11.229,13 (on bir min iki yüz iyirmi doqquz manat on üç qəpik) manat faiz borcu, 19 mart 2015-ci il KBQ15-1670 saylı kredit müqaviləsi üzrə 5.000.000 (beş milyon) manat əsas, 187.708,3 (yüz səksən yeddi min yeddi yüz səkkiz manat otuz qəpik) manat faiz borcu, 15 aprel 2015-ci il tarixli KBQ15-1676 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 (üç milyon) manat əsas, 15.458,33 (on beş min dörd yüz əlli səkkiz manat otuz üç qəpik) manat faiz borcu, 21 oktyabr 2015-ci il tarixli KBQ15-1772 saylı kredit müqaviləsi üzrə 3.000 000 (üç milyon) manat əsas, 37.500,00 (otuz yeddi min beş yüz min) manat faiz borcu, 26 oktyabr 2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə 1.000 000 (bir milyon) manat əsas, 12.402,79 (on iki min dörd yüz iki manat yetmiş doqquz qəpik) manat faiz borcu, 19 noyabr 2015-ci il tarixli KBQ15-1788 nömrəli kredit müqaviləsi üzrə 5.000 000 (beş milyon) manat əsas, 68.750,0 (altmış səkkiz min yeddi yüz əlli) manat faiz borcu olmaqla, ümumilikdə 27. 000 000 manat əsas, 451.615,17 (dörd yüz əlli bir min altı yüz on beş manat on yeddi qəpik) manat faiz borcunun, cəmi 27.451.615,17 manat kredit borcunun ödənilməsi üçün İddiaçı1 xüsusi hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən, ilkin satış qiyməti 1.200.000 manat olan 702,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına; - 19 noyabr 2015-ci il tarixli KBQ15-1788 nömrəli kredit müqaviləsi üzrə 5.000 000 (beş milyon) manat əsas, 68.750,0 (altmış səkkiz min yeddi yüz əlli) manat faiz borcu, 02 fevral 2015-ci il tarixli KBQ16-1824 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 (üç milyon) manat əsas, 14 250,00 (on dörd min iki yüz əlli) manat faiz borcu olmaqla, ümumilikdə 8 000 000 (səkkiz milyon) manat əsas, 83.000 (səksən üç min) manat faiz borcunun, cəmi 8.083.000 (səkkiz milyon səksən üç min) manat kredit borcunun ödənilməsi üçün İddiaçı2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən, ilkin satış qiyməti 35.200.000 manat olan 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m (1-ci zirzəmi, kürsü və 1ci mərtəbələri) hissəsinə tutma yönəldilsin; Həmin daşınmaz əmlaklar "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılsın, satışdan əldə olunmuş pul vəsaitləri hesabına "xxxx" ASC-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında Mərkəzi Banka ödənilsin. İş üzrə məhkəmə xərci kimi ekspertiza tədqiqatının dəyəri olan 1250 (min iki yüz əlli) manat məbləğində pul vəsaiti ilkin iddia üzrə iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-7/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-7/2022
01.04.2022 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver