Məhkəmə qərarları › İş №2(006)-707/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-707/2024

17.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-707/2024 17.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun atası X6 xx.xx.2022-ci il tarixində yaşadığı Bakı şəhərində ölmüşdür. Həkimə vaxtında müraciət etmədiklərindən atası barəsində ölüm haqqında tibbi şəhadətnamə ala bilməmişlər. Arayışdan göründüyü kimi atası X6 xx.xx.2022-ci il tarixində ölmüşdür. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı Asan Xidmət X2 müraciət etsə də, şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir. Odur ki, xx.xx.1952-ci il təvəllüdlü Ərizəçi xx.xx.2022-ci il tarixində ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, mülki işin materiallarında olan: Təcili və X4 Stansiyasının xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X5 həmin tarixdə saat 15:10-da Maşatağa qəsəbəsi, Şəfai küçəsi 34 ünvanında həkiməqədər ölümü aşkar edilmişdir. Ədliyyə Nazirliyi 4 saylı Bakı Asan Xidmət X1 Ərizəçi nümayəndəsi Nümayəndə ünvanladığı məktubda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən tələb edilən sənədlər tam olmadığından ölümün qeydə alınması mümkün deyildir. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyatı tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi, yəni ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Aiddiyyatı üzrə məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Sabunçu rayon Maştağa Bələdiyyə nümayəndəsinin 1699 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından aydın olur ki, X6 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Seyidlər qəbiristanlığında dəfn edilmişdir. Fotoşəkildən görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X6 xx.xx.2022-ci ildə vəfat etmiş və qəbiristanlıqda dəfn edilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X9 Şəxsi Bakı Baş X8 Hüquqi Şəxsi 21 nömrəli Şəhər Poliklinikasının ərizəçinin nümayəndəsi Nümayəndə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Maşatağa qəsəbəsi, 32 nömrəli İSMD, ev 19, mənzil 11 ünvanında yaşamış xx.xx.1952-ci il təvəllüdlü X3 poliklinikaya müraciət olunmadığı üçün “ölüm haqqında tibbi şəhadətnamə” yazılması səlahiyyətləri xaricindədir. Sabunçu RPİ tərəfindən verilmiş AZE 00027622 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, mərhum X6 onun doğma qardaşı olmuşdur. Qardaşı 5-6 il əvvəl insult keçirmişdi və səhhətində problemlər var idi. 30 dekabr 2022-ci il tarixdə günorta saatlarında evlərində olarkən ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasındakı izahatından, şahidin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin atası X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Maştağa qəsəbəsi Seyidlər kənd qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi atası xx.xx.1952-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1952-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar