Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-7142/2021 20.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, bacısı 10.10.1955-ci il təvəllüdlü X3 Bakı şəhərində 06.10.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, ərizəçi Azərbaycan əsilli Rusiya Federasiyası vətəndaşıdır. Bacısı 10.10.1955-ci il təvəllüdlü X5 06.10.2021-ci il tarixdə yaşadıqları ünvan ünvan 1sı dünyasını dəyişən zaman təcili tibbi yardım çağırsa da onlara gələnə kimi bacısı xəstəlikdən vəfat etmişdir. Bacısı 10.10.1955-ci il təvəllüdlü X1 rayonunda dəfn edilmişdir. Bacısının vəfat etməsi və dəfn olunmasının kifayət qədər təsdiq edən şəxslər vardır. Bu barədə BŞT və TTYS-nin 8 saylı bölməsi tərəfindən 06.10.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Həmin sənədləri Bakı şəhər Maraqlı şəxsnə təqdim edərək mərhum bacısı 10.10.1955-ci il təvəllüdlü X3 ölüm haqqında şəhadətnamə verilmişdir. Lakin Maraqlı şəxs 22.10.2021-ci il tarixdə 05/Q/1842/75 saylı imtina məktubu vermişdir. 02 aprel 1973-cü il tarixli və 13 dekabr 1962-ci il tarixli doğum haqqında şəhadətnamələrə əsasən hər ikisinin atası X4r və anaları X8. Sonda ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qismində qoyulmuş Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Ərizəçi onun ailəvi dostudur. Bacısı 10.10.1955-ci il təvəllüdlü X5 06.10.2021-ci il tarixdə yaşadıqları ünvan ünvan 1sı dünyasını dəyişən zaman təcili tibbi yardım çağırsa da onlara gələnə kimi bacısı xəstəlikdən vəfat etmişdir. Bacısı 10.10.1955-ci il təvəllüdlü X1 rayonunda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, onlar 6 bacıdırlar. Mərhum bacısı X5 gözləmədikləri vaxtda Bakı şəhərində 06.10.2021-ci il tarixində ev şəraitində vəfat etmişdir. Mərhum X1 rayonunda dəfn olunmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təcili və X7 Stansiyası ölüm haqqında 06.10.2021-ci il tarixli xəbərdarlıq vərəqəsindən məlum olur ki, 06.10.2021-ci il tarixində saat 11:55 radələrində X3 adına çağırış daxil olmuşdur. Çağırışa gələn həkimlər “qadın cinsinə məxsus meyit” aşkar etmişlər. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 22.10.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2021-ci il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisənin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar nəzərinizə çatdırırıq ki, ölümün qeydə alınması üçün zəruri sənədi təqdim edilmıdiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat sahəsində mümkün olmamışdır. İş materiallarında olan arayışından görünür ki, X5 həqiqətəndə Yevlax rayonu Qaraoğlan kənd qəbiristanlığında 08.10.2021-ci ildə dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını da müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, ərizəçinin izahatından, iş materiallarındakı sübutlardan məlum olur ki, 10.10.1955-ci il təvəllüdlü X3 Bakı şəhərində 06.10.2021-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 10.10.1955-ci il təvəllüdlü X3 Bakı şəhərində 06.10.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10.10.1955-ci il təvəllüdlü X3 Bakı şəhərində 06.10.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X3 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamənin” verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-7142/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-7142/2021
20.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver