Məhkəmə qərarları › İş №2(006)-769/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-769/2024

04.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-769/2024 04.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı əmlakın naturada bölgüsü tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu. N. Vəzirov küçəsində yerləşən, ümumi sahəsi 262.20 kv. metr olan 28 nömrəli fərdi yaşayış evindən İddiaçı 1/15 hissə payının natura qaydasında ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/15 hissəsinin mülkiyyətçisidir. Həmin ev barəsində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışa əsasən, evin 1/3 hissəsində Cavabdeh2, 1/15 hissəsinə Cavabdeh1, 6/15 hissəsinə Cavabdeh3, 2/15 hissəsinə isə Cavabdeh4 pay hüququ vardır. İddiaçı həmin daşınmaz əmlakın mülkiyyətçisi olsa da, ondan sərbəst şəkildə istifadə edə bilmir, əmlakı üzərində sərəncam verə bilmir. Həmçinin, qeyd etmək zəruridir ki, iddiaçı özünə çatan payı özgəninkiləşdirmək istədikdə cavabdehlərin razılığı tələb olunur. Bu səbəbdən İddiaçı naturada bölgü etmək niyyətindədir. Ona görə də, İddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı hesab edir ki, məhkəmə mübahisəli fərdi yaşayış evindən İddiaçı 1/15 hissədə payının naturada ayrılmasına dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iddianın təmin olunmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ümumi sahəsi 262.2 kv.m olan ünvan 2 – 1/3 hissədə Cavabdeh2, 1/15 hissədə İddiaçı, 1/15 hissədə Cavabdeh1, 6/15 hissədə Cavabdeh3 və 2/15 hissədə Cavabdeh4 paylı mülkiyyətlərindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/646 saylı rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə digər payçıların qapıları bağlı olduğu və dediklərinə əsasən xəstələri olduğu üçün baxış keçirmək mümkün olmamışdır. Bu səbəbdən də qərardadın bu sualları üzrə tədqiqat aparılmır. Rəyin təsviri hissəsində qeyd olunanları nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı payına düşən 1/15 hissədə olmaqla payının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə uyğun qaydada naturada təcrid mənzillər şəklində paydan cüzi (0.18 kv.metr) kənara çıxmaqla texniki cəhətdən ayrılmasının mümkün olduğu müəyyən edilir. Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213-cü maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə iclasında təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, iddiaçı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 1/15 hissəsinin mülkiyyətçisidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən aydın olur ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus hissədə naturada ayrılması texniki cəhətdən mümkündür. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən İddiaçı 1/15 hissədə payı ümumi hissədən cüzi (0.18 kv.m) kənara çıxmaqla naturada ayrılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, iş üzrə məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza tədqiqatının dəyəri-50 manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən İddiaçı 1/15 hissədə payı ümumi hissədən cüzi (0.18 kv.m) kənara çıxmaqla naturada ayrılsın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar