Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-772/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı Abasov Nı̇ yazi Həmı̇ d oğlunun iştirakı ilə İddiaçı Abasov Nı̇ yazi Həmı̇ d oğlunun Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün kompensasiyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Abasov Nı̇ yazi Həmı̇ d oğlu Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün kompensasiyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməsinə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu ildə Cavabdeh MMCnin Saatlı filialına inzibati vəzifəsində işləməyə başlamış, xx.xx.2021-ci ildə İmişli rayonun Xəlfəli kənd sakininə verilən 17614 manat məhsuldan onu məsul tutaraq, Cavabdeh MMC onu Əmək Məcəlləsinin 70-ci bəndin Ç-si ilə işdən azad etmişdir. Yuxarıda qeyd olunan 17614 manat məbləğin 3000 manatı kredit departementi tərəfindən təsdiq olunmadığı üçün şirkət onunla 3000 manatlıq borc müqaviləsi bağlandıqdan sonra xx.xx.2021-ci ildə yenidən Saatlı rayonundakı filialına problemli kreditlər üzrə mütəxəssis vəzifəsinə işə təyin etmişdir. O, borc müqaviləsinin bitməsini gözləyib, bitdikdən sonra işdən çıxacağını nəzərdə tutmuşdur. 2022-ci ilin may ayında İmişli rayonuda yerləşən “Prior” lizinq şirkətinə CV göndərmiş və qəbul olunmuşdur. Şirkətlə online görüşdən sonra CV-nin onlara uyğun olduğunu bildirmişlər. Abasov Nı̇ yazi Həmı̇ d oğlu Cavabdeh MMC-yə ərizə yazıb işdən çıxmağını bildirmişdir. xx.xx.2022-ci ildə işdən çıxmaq üçün ərizə ilə Cavabdeh MMC-nin insan ressularına mail ünvanlamış, xx.xx.2022-ci ildə ona bildirilmişdir ki, ərizədə tarix qoyulmadan və əlyazma ilə yazılıb göndərilsin. Ərizəni yenidən əlyazma ilə yazıb göndərdikdən sonra qəbul edilmişdir. xx.xx.2022-ci ildə insan resuslarının direktor müavini Süleyman Şahaldiyevə zəng edib bildirmişdir ki, artıq ərizə yazdığından 1 ay tamam olmuş, artıq işləmək istəmir, onun əmri verilsin. Sabahdan gəlmək istəmir. Süleyman Şahaldiyev ona bildirmişdir ki, ərizə gəlməyib. Göndərilən tarixli və tarixsiz, əlyazma ilə yazılan ərizə yenidən onlara ünvanlamışdır. Sonra satış departamentinin direktoru X10 müraciət etmiş, Azər Əliyev bildirmişdir ki, verilən invertar mobil nömrəsi təhvil verilməli, filalı tərk etməli, sabahdan, yəni xx.xx.2022-ci il tarixindən filiala gəlməməlidir. Daha sonra o, nömrəni təhvil verib işdən çıxmışdır. 17 iyul 2022-ci ildə Cavabdeh MMC ona məktub göndərmiş ki, o, xx.xx.2022-ci ildə filialı özbaşına şirkətə və rəhbərliyə heç bir məlumat vermədən getdiyi üçün onu Əmək Məcəlləsinin 70-ci bəndinin Ç-si, 72-ci bəndinin sadalanan halları ilə işdən azad edəcəkdir. Əgər sübutu varsa, Cavabdeh MMC-nin baş ofisinə yaxınlaşın. Məktubu aldığı günü səhəri baş ofisə getmişdir. Amma heç kəs onu qəbul etməmişdir. 3 gün Bakıda qalmış, hər gün bir bəhanə ilə onu qəbul edən olmamışdır. xx.xx.2022-ci ildə onu Əmək Məcəlləsinin 70-ci mbəndinin Ç-si, 72-ci bəndinin sadalanan halları ilə əmək müqaviləsinə xitam verilmişdir. O, «İşə bərpa olunma və dəymiş zərərin ödənilməsi tələbi» üçün Mediasiya Şurasına müraciət etmişdir. Ərizə mediator tərəfindən icraata götürülmüşdür. Nəticədə Mediator tərəfindən ona 19.11 2022ci il tarixli, MŞB/3-01803 nömrəli «İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə» arayış verilmişdir.Göstərilənlərə əsasən onun Cavabdeh MMC-nin Saatlı rayonundakı filialına problemli kreditlər İfcra mütəxəssis vəzifəsindən azad olunma barədə olan Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 930 №-li əmrinin ləğv edilməsi, onun Cavabdeh MMC-nin Saatlı rayonundakı filialına problemli kreditlər üzrə mütəxəssis vəzifəsinə bərpa ediləməsi və ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçı Abasov Nı̇ yazi Həmı̇ d oğlu iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin direktorunun 05 avqust 2022ci il tarixli, 930/K nömrəli əmri ilə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən əsassız olaraq əmək müqaviləsinə xitam verilmiş, əmək hüquqları kobudcasına pozulmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixində ərizə ilə Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə işdən çıxmaq üçün müraciət etmiş, MMC-nin insan resurslarına mail ünvanlamışdır. Daha sonra ona ərizəni yenidən əlyazma şəklində yazaraq göndərilməsi xahiş olunmuşdur. O, xx.xx.2022-ci ildə insan resuslarının direktor müavini Süleyman Şahaldıyevə zəng edib bildirmişdir ki, artıq ərizənin verilməsindən bir ay keçmiş, artıq işləmək istəmir, onun əmrinin verilməsini istəyir, sabahdan artıq işə gəlmək istəmir. Ona ərizənin göndərilmədiyi bildirilmişdir. Onun tərəfindən yenidən ərizələr göndərilmişdir. Sonra satış departamentinin direktoru X10 müraciət etmiş, ona bildirmişdir ki, verilən invertar mobil nömrəni təhvil verib filialı tərk etsin, sabahdan, yəni xx.xx.2022-ci il tarixdən filiala gəlməsin. O da nömrəni təhvil verib işdən çıxmışdır. Daha sonra 17 iyul 2022-ci ildə Cavabdeh MMC-dən ona bildiriş göndərilmişdir ki, xx.xx.2022-ci ildə filialı özbaşına şirkətə və rəhbərliyə heç bir məlumat vermədən getdiyi üçün AR ƏM-nin 70-ci maddəsinin “ç” və 72-ci bəndinin sadalanan halları ilə işdən azad edilmişdir. Əyər sübutu varsa, Cavabdeh MMC-nin baş ofisinə yaxınlaşsın. Məktubu aldığı günün səhəri baş ofisə getmiş, amma heç kəs onu qəbul etməmişdir. xx.xx.2022-ci il tarixində əmək kitabçasını almış və əmrdən narazı qalaraq həmin gün Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş, onun müraciətinə 1 ay ərzində baxılıb cavab verilməsi bildirilmişdir. Daha sonra ona məlum olmuşdur ki, Mediasiya Şurasına müraciət etməlidir. xx.xx.2023-cü il tarixində müraciət etmiş və ərizəsi mediator tərəfindən icraata götürülmüşdür. Nəticədə mediator tərəfindən ona xx.xx.2022-ci il tarixində “ilkin mediassiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmiş və xx.xx.2022-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda işsizdir. Belə ki, onun AR ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə işdən çıxması yenidən işə düzəlməsində mane yaradır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, iddiaçı onların MMC-də işlədiyi müddətdə çoxsaylı hüquq pozuntularına yol vermiş və nəticədə onun əmək fəaliyyətində xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Bundan sonra iddiaçı şirkətinə müraciət edərək yol verdiyi nöqsanları düzəldəcəyini vəd etmiş və şirkətdə kadr çatışmazlığı yarandığından yenidən iş qəbul olunaraq ona özünü doğrultması üçün şans verilmişdir, lakin iddiaçı şirkət rəhbərliyinə məlumat vermədən 22 iyun 2022-ci il tarixində bütün gün işə gəlməməklə öz vəzifə öhdəliklərini kobudcasına pozmuşdur. Buna görə də xx.xx.2022-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi gəlməmiş, lakin ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, mülki işin materiallarında olan əmək kitabçasının surətindən görünür ki, Abasov Nı̇ yazi Həmı̇ d oğlu xx.xx.2021-ci il tarixli, 1018/k saylı əmr ilə Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə problemli kreditlər üzrə mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixli, 930/k nömrəli əmr ilə Abasov Nı̇ yazi Həmı̇ d oğlunun tərəf olduğu əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq xitam verilmişdir.
8. Mülki işin materiallarında olan Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən Abasov Nı̇ yazi Həmı̇ d oğluna ünvanlanmış xx.xx.2022-ci il tarixli, 2056/K saylı məktubda bildirilmişdir ki, o, xx.xx.2022-ci il tarixindən bugünə qədər işəgötürənə heç bir məlumat vermədən işlədiyi Cavabdeh MMC-nin baş ofisinə işə gəlməyərək, icazəsiz iş günü buraxır, etdiyi pozuntu onunla Cavabdeh MMC arasında bağlanmış Əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) birtərəfli qaydada xitam verilməsinə əsasdır. Bununla bağlı bu bildirişi poçt xidməti vasitəsi ilə aldıqdan sonra 3 (üç) gün ərzində Cəmiyyətin baş ofisinə (Bakı şəhəri, Azadlıqpr. 120) yaxınlaşaraq, sübutlarla (iş buraxmanı əsaslandıran sənədlərlə və s.) birgə yazılı izahatın, habelə Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan hər hansı bir hal mövcud olduğu halda, həmin halları sübut edən sənədləri və s. təqdim etməyi, əks halda onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70- a maddəsinin “ç ” bəndinə əsasəm xitam veriləcək.
9. Mülki işin materiallarında olan işdən çıxma ərizələrdən görünür ki, həmin ərizələr Afaq Sultanova, Suleyman Şaheldiyev, Rəbinə Xəlilovanın, İddiaçı, İnsan Resursları Departamentinin elektron poçt ünavanlarına Abasov Nı̇ yazi Həmı̇ d oğlu tərəfindən göndərilmişdir.
10. İş materiallarında olan Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən «İşəgötürən» qismində Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti ilə «İşçi» qismində Abasov Nı̇ yazi Həmı̇ d oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Abasov Nı̇ yazi Həmı̇ d oğlu Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə problemli kreditlər üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli bağlanmışdır. Müqavilənin 3.3-cü maddəsinə əsasən işçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyətlə yerinə yetirilməsinə əməl etməlidir.
11. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MŞB/3-01803 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi Abasov Nı̇ yazi Həmı̇ d oğlu tərəfindən təsvir edildiyi kimi, yəni "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün kompensasiyanın ödənilməsi tələbi"nə dair əmək mübahisəsi üzrə xx.xx.2022-ci ildə, saat 11:30-12:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
12. İş materiallarında olan Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən məhkəməyə təqdim edilmiş işçinin üzrsüz iş günü buraxması ilə bağlı xx.xx.2022-ci il tarixli, 01/K saylı aktından görünür ki, İnsan Resursları Departamentinin direktor müavini vəzifəsində işləyən X1, pərakənda satış şöbəsini müdiri vəzifəsində işləyən X12, təhlükəsizlik departamentinin direktoru X2 öz imzaları ilə təsdiqləmişlər ki, "xxxx" MMC-nin Saatlı mağazasında “problemli kreditlər üzrə mütəxəssis" vəzifəsində işləyən İddiaçı 22 iyun 2022-ci il tarixindən 30 iyun 2022-ci il tarixinədək işəgötürənə heç bir məlumat vermədən işə gəlməyərək, üzrsüz iş buraxmış, iş buraxmam əsaslandıran heç bir sənəd, izahat təqdim etməmişdir. İş buraxma halı bu akt bağlandığı tarix üçün də davam etməkdədir.
13. İş materiallarında olan Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən məhkəməyə təqdim edilmiş işçinin üzrsüz iş günü buraxması ilə bağlı xx.xx.2022-ci il tarixli, 02/K saylı aktından görünür ki, İnsan Resursları Departamentinin direktor müavini vəzifəsində işləyən X1, pərakənda satış şöbəsini müdiri vəzifəsində işləyən X12, təhlükəsizlik departamentinin direktoru X2 öz imzaları ilə təsdiqləmişlər ki, "xxxx" MMC-nin Saatlı mağazasında “problemli kreditlər üzrə mütəxəssis" vəzifəsində işləyən İddiaçı 01 iyul 2022-ci il tarixindən 30 iyul 2022-ci il tarixinədək işəgötürənə heç bir məlumat vermədən işə gəlməyərək, üzrsüz iş buraxmış, iş buraxmam əsaslandıran heç bir sənəd, izahat təqdim etməmişdir. İş buraxma halı bu akt bağlandığı tarix üçün də davam etməkdədir.
14. İş materiallarında olan Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən məhkəməyə təqdim edilmiş işçinin üzrsüz iş günü buraxması ilə bağlı xx.xx.2022-ci il tarixli, 03/K saylı aktından görünür ki, İnsan Resursları Departamentinin direktor müavini vəzifəsində işləyən X1, pərakənda satış şöbəsini müdiri vəzifəsində işləyən X12, təhlükəsizlik departamentinin direktoru X2 öz imzaları ilə təsdiqləmişlər ki, "xxxx" MMC-nin Saatlı mağazasında “problemli kreditlər üzrə mütəxəssis" vəzifəsində işləyən İddiaçı 01 avqust 2022-ci il tarixindən 5 avqust 2022-ci il tarixinədək işəgötürənə heç bir məlumat vermədən işə gəlməyərək, üzrsüz iş buraxmış, iş buraxmam əsaslandıran heç bir sənəd, izahat təqdim etməmişdir.
15. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xx.xx.2022-ci il tarixli, 930/K saylı əmrin surətinə əsasən Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətində problemli kreditlər üzrə mütəxəssis vəzifəsində işləyən Abasov Nı̇ yazi Həmı̇ d oğlu ilə bağlanılmış əmək müqaviləsinə, «AR ƏM-nin 70 nömrəli maddəsinin «ç» - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmiş, işçinin iyul 2021-ci-iyul 2022-ci iş ili üçün 20 gün (əsas), iyul 2022-ci-iyul 2023-cü iş ili üçün 5 gün (əsas) əmək məzuniyyəti təşkil edilmiş, son haqqhesabının ödənilməsi Maliyyə Departamentinə həvalə edilmişdir.
16. Mülki işin materiallarında olan Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsində bildirilmişdir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsini qəbul etmirlər. İddia tələbi əsasszıdır və təmin edilməmlidir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsini 70-ci maddəsinin“ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Belə ki, İddiaçı 22 iyun 2022-ci il tarixindən, 05 avqust 2022-ci il tarixinə qədər işə götürənə heç bir məlumat vermədən işə gəlməmişdir. Bununla bağlı işçi İddiaçı ilə əlaqə saxlanılmış, işə gəlməməsinin səbəbləri, üzrsüz iş buraxma halı ilə bağlı iş buraxmanı əsaslandıran sənədlərlə (sübutlarla) izahat təqdim etməsi üçün baş ofisə yaxınlaşması təklif edilmişdir. İşçi İddiaçı 14 iyul 2022-ci il tarixli, 2056/K saylı üzrsüz iş buraxmaya dair bildiriş məktubu göndərilmiş, iş buraxmanı əsaslandıran sənədlərlə (sübutlarla) izahat təqdim etməsi üçün baş ofisə yaxınlaşması, habelə Əmək Məcəlləsinin 79-ci maddəsində nəzərdə tütulan hər hansı bir hal mövcud olduğu halda, həmin halları sübut edən sənədləri və.s. təqdim etmək təklif edilmişdir. Lakin işçi İddiaçı qeyd olunan hallarla bağlı heç bir sənəd (habelə izahat) təqdim etməmiş, üzrsüz iş buraxma halı davam etmişdir. Üzrsüz iş buraxma halı ilə bağlı işçiyə 14 iyul 2022-ci il tarixli, 2056/K saylı bildiriş məktubu göndərilmiş, iş buraxmaya dair bildiriş məktubu 27 iyul 2022-ci il tarixində İddiaçı tərəfindən qabul edilsə də, nəticəsiz qalmışdır, işçi iş buraxmanı əsaslandıran heç bir sənəd, izahat təqdim etməmiş, iş buraxma halına davam etmiş, işəgötürənin bütün konstruktiv cəhdləri nəticəsiz qalmışdır. İşçinin yol verdiyi pozuntu onunla Cavabdeh MMC arasında bağlanmış Əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) birtərəfli qaydada xitam verilməsinə əsas olduğundan, X6 müdiri də MMC-direktorundan X3 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə müvafiq əmr verilməsini xahiş etmişdir. İş hallarından göründüyü kimi, işçi Abasov Nı̇ yazi Həmı̇ d oğlu işə götürənə heç bir məlumat vermədən işə gəlməyərək üzrüsüz iş buraxmış, göndərilmiş xəbərdarlıq bildirişinə əhəmiyyət verməmiş, üzrsüz iş buraxma halı davam etdirmişdir. Lakin göndərilmiş bildiriş məktublarına baxmayaraq, işçi İddiaçı üzrsüz iş buraxmağa davam edib və hələ də üzrsüz iş buraxmanı əsaslandıran hər hansı bir sənəd təqdim etməmişdir. Göründüyü kimi, işin ahəngini pozmasına baxmayaraq, işəgötürən işçiyə münasibətdə kifayət qədər humanist mövqe tutmuş, ona xəbərdarlıq məktubu göndərməklə kifayətlənməmiş, şifahi qaydada əlaqə saxlanılmış, lakin rəsmi məktub və şifahi müraciətləri nəticəsiz qalmış, üzrsüz işçi iş buraxmağa davam etmiş və üzrsüz iş buraxma halını əsaslandıran hər hansı bir sübut (sənəd) təqdim etməmişdir. Göndərilən məktub İddiaçı çatırılmışdır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
17. Mülki işin materiallarında olan Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən məhkəməyə ünvanlanmış iddia müdətinin tətbiqinə dair ərizədə bildirilmişdir ki, iddiaçı Abasov Nı̇ yazi Həmı̇ d oğluna xx.xx.2022-ci il tarixində əmək kitabçası təqdim edilmiş, o isə məhkəməyə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixində müraciət etmişdir. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunvericilikdə müəyyən edilmiş 1 təqvim ayı tələbini pozmuşdur. İddiaçı Abasov Nı̇ yazi Həmı̇ d oğlunun Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün kompensasiyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə iddia müddətinin keçdiyini nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
18. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Abasov Nı̇ yazi Həmı̇ d oğlu Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Saatlı filialında problemli kreditlər üzrə mütəxəssis vəzifəsində işləmiş, onunla müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli əmrə əsasən Abasov Nı̇ yazi Həmı̇ d oğlu əmək müqaviləsi üzrə vəzifəsini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılmasının qanunsuz olduğunu qeyd etməklə işdən çıxarılma barədə əmri mübahisələndirmiş və məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsini və işə bərpa olunmağını tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
19. Məhkəməyə Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti “iddia müddətinin tətbiqinə dair” ərizə ünvanlayaraq verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmişdir.
20. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir».
21. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir.
22. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Məhkəmə iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir.
24. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əsas vəzifələri hesab olunur.
25. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir.
26. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 27.Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir.
28. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.
29. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır.
30. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
31. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur.
32. Belə ki, iddiaçı işə götürənə işdən çıxma ərizəsi ilə müraciətlər etmiş, müraciətlərə müsbət cavab verilmədiyi halda belə işə gəlməmişdir.
33. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
34. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Nəticədə iddiaçı cavabdehin qanuni mənafeyinə ciddi xələl gətirmişdir.
35. Belə ki, Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Saatlı filialında problemli kreditlər üzrə mütəxəssis Abasov Nı̇ yazi Həmı̇ d oğlu əmək intizamını və işlədiyi müəssənin daxili qaydalarını, habelə əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq uzun müddət ərzində işdən yayındığına görə işdən çıxarılmışdır. 36.Məhkəmə iddia ilə bağlı qeyd edir ki, iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir.
37. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələbləri pozulmuşdur.
38. Belə ki, iş materiallarına əsasən Abasov Nı̇ yazi Həmı̇ d oğlu 22 iyun 2022-ci il tarixindən işə gəlməmiş, bununla bağlı 01 iyul 2022-ci il tarixində “işçinin üzrsüz iş günü buraxması ilə bağlı” akt tərtib edilmiş, 05 avqust 2022-ci il tarixində “əmək müqaviləsinə xitam verilməsi” haqqında əmr qəbul edilmişdir.
39. Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.
40. Göründüyü kimi cavabdeh intizam tənbehini qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürməklə verilmişdir. Buna görə də əmək qanunvericiliyin tələblərini pozmuşdur.
41. Məhkəmə bu halda qeyd edir ki, iddiaçı tərəfindən verilmiş iddia əsaslı olsa belə iddiaçı məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti keçirmişdir.
42. Belə ki, mülki işin materiallarından görünür ki, əmək kitabçasını iddiaçının özü şəxsən xx.xx.2022-ci il tarixdə imza etməklə qəbul etmiş, daha sonradan isə mediasiya təşkilatına xx.xx.2022-ci il tarixində, yəni 2 ay 8 gün gecikmə ilə müraciət etmişdir. (mediasiya barədə təklifin göndərilmə müddəti) .
43. Əmək Məcəlləsinin 296-cı maddəyə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
44. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
45. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
46. Məhkəmə iclasında iddiaçı ilk olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə müraciət etdiyini, bu səbəbdən müddəti ötürdüyünü bildirsə də, bu halı həm sübut edə bilməmiş, həm də hər hansı bir dövlət qurumuna müraciət edilməsi tərəfin qanunla ona verilən iddia vermək müddətinin ötürülməsi də demək deyildir.
47. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
49. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2020-cu il tarixli Qərarı).
50. Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur.
51. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
52. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir.
53. Məhkəmə “tutduğu vəzifəyə bərpa olunması və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” barədə tələbləri də əsassız hesab edir. Belə ki, məhkəmə, araşdırılan iddia üzrə "əmrin ləğv edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin "tutduğu vəzifəyə bərpa olunması və məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi" hissəsinin törəmə tələblər olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə "əmrin ləğvi" hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi “tutduğu vəzifəyə bərpa olunması və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” hissələrində də təmin edilə bilməz.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
56. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
57. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
59. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Abasov Nı̇ yazi Həmı̇ d oğlunun Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "işə bərpa və ziyanın ödnilməsi tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov