Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-773/2022 04.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Ərizəçi, onun vəkili Vəkil oğlunun iştirakları ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi X5 09 avqust 2020-ci il tarixində X8 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından 25 avqust 2020-ci il təvəllüdlü X11 adlı övladları anadan olmuşdur. Həyat yoldaşı X8 uzun illər idi ki, narkoloji xəstə olaraq müxtəlif vaxtlarda Respublika Narkoloji Mərkəzində “opioidlərin qəbulu nəticəsində asılılıq sindromu diaqnozu ilə müalicə almışdır. 21 iyul 2021-ci il tarixində Həyat yoldaşım X6 vəziyyəti pisləşdiyindən saat 21:00 radələrindən etibarən Təcili və X7 Stansiyasına müraciət etsə də Təcili və X7 23:08 radələrində gəlmişdi. X2 Təcili və X7 gələnədək vəfat etmişdir. Təcili və X7 Stansiyası tərəfindən verilən ölüm haqqında xəbərdarlıq vərəqəsində ölümün ilkin səbəbi olaraq sadəcə şəxsiyyət vəsiqəsinin seriyası qeyd olunmuşdur. Lakin indiyədək o, həyat yoldaşı X6 ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. O, Maraqlı şəxsnə həyat yoldaşının ölüm qeydiyyatının aparılması və ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmişdir. Lakin Maraqlı şəxsndən ona məktubla bildirilmişdir ki, həkim arayışı olmadığına görə ölüm haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etmək lazımdır. Göstərilənlərə əsasən, 07 fevral 1984cü il təvəllüdlü X6 21 iyul 2021-ci il tarixində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında Ərizəçi, onun vəkili Vəkil oğlu ərizədə qeyd olunanları təsdiq edərək ərzəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 5.Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə ərizəçinin, onun vəkili Vəkil oğlunun izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadə verərək göstərmişdir ki, ölən şəxs onun əmisi nəvəsi idi. Narkotik aludəçisi olmuş, həmçinin bundan irəli gələn tromblaşma da var idi. Xəstəxanada da yataraq müalicə almışdır. Dəfndə də iştirak etmişdir.
8. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin 17 yanvar 2022-ci il tarixli, 08 nömrəli arayışından görünür ki, X1 qəbiristanlığında 21 iyul 2021-ci il tarixində dəfn olunmuşdur.
9. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən, X8 07 fevral 1984-cü ildə anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır.
10. İş materiallarında olan 21.07.2021-ci il tarixində Təcili və X7 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsində göstərilmişdir ki, X4 23:08-də onun yanına gəldikdə artıq vəfat etmiş və onun meyiti aşkar edilmişdir.
11. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 02.10.2021-ci il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır.
12. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, X8 21.07.2021-ci il tarixində vəfat etmiş və qəbiristanlıqda dəfn edilmişdir.
13. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X18 7 №-li Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikasına ünvanladığı 26.07.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, X8 “Opioidlərin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə mərkəzdə stasionar müalicədə olmuşdur.
14. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 09 avqust 2020-ci il tarixində verilmiş AZ-İİ seriyalı, № 399399 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X9 09 avqust 2020-ci il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə № 1147 ilə qeyd edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmədə ərizəçi, onun vəkili Vəkil oğlunun izahatlarından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin əri X8 21 iyul 2021-ci il tarixində Bakı şəhərində vəfat etmiş və Mehdiabad qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 17.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
18. Göründüyü kimi ərizəçi ərinin ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
20. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi əri X6 21 iyul 2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi ərizəsi təmin edilsin. 07.02.1984-cü il təvəllüdlü X6 21 iyul 2021-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov