Məhkəmə qərarları › İş №2(006)-83/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-83/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-83/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 15.02.2019-cu il tarixli 005L**********14 saylı uzunmüddətli kredit müqaviləsinin və 18.02.2019-cu il tarixli 005R********** saylı kredit razılaşmasının ləğv edilməsi; Cavabdeh İddiaçı QSC-nin xeyrinə 005R********** saylı kredit razılaşması üzrə 38.025,76 manat kredit borcu, 6.464,34 manat faiz, 12.882,62 manat cərimə olmaqla, cəmi 57.372,72 manat pul vəsaiti, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 0,2 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinə yönəldilməsi; həmin torpaq sahəsinin hərracdan satılması və cəmi 57.372,72 manat pul vəsaiti, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh ümumi müştərək qaydada tutulması; Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 0,2 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin torpaq sahəsinə istifadə hüququnun itirilməsi, torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı QSC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 005R********** saylı kredit razılaşması üzrə 38.025,76 manat kredit borcu, 8.517,01 manat faiz, 25.004,45 manat cərimə olmaqla, cəmi 71.547,22 manat pul vəsaiti, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 0,2 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinə yönəldilməsi; həmin torpaq sahəsinin hərracdan satılması və cəmi 71.547,22 manat pul vəsaiti, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh ümumi müştərək qaydada tutulması; Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 0,2 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin torpaq sahəsinə istifadə hüququnun itirilməsi, torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişatı zamanı iddiaçının nümayəndəsi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək, mülki iş üzrə iddia ərizəsinin “xahiş etdi” hissəsinin 3-cü bəndində “müştərək qaydada” sözünün texniki səhv olaraq qeyd olunduğu bildirilmiş və iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq, məhkəmə tərəfindən təmin edilmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı 15.02.2019-cu il tarixli 005L**********14 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 1.000.000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı 18.02.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40.000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 18.04.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 1.974,24 manat ödəmiş, onun 38.025,76 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarıl maşınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh kredit borcu və faizdən ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 13.04.2020ci il tarixə 359 gün üçün hesablanmış faiz 6.464,34 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gccikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 13.04.2020-ci il tarixə 359 gün üçün hesablanmış cərimə 12882.62 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan Cavabdeh ilə Bank arasında bağlanılmış 15 fevral 2019-cu il tarixli 005M**********0İ saylı ipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı notariat kontorun xüsusi notariusu X3 tərəfindən təsdiq edilib) əsasında onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 0,2 ha yaşayış məntəqələrinin torpaqları kateriyalı torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 705 №-li reyestr kitabının 66729 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 0,2 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi Cavabdeh kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh - ipoteka qoyana «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə uyğun olaraq 27.11.2019-cu il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 04.12.2019-cu il tarixdə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. İddia tələbinin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı QSC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş mövcuddur. Qeyd olunan mülki iş üzrə iddia tələbinin dəyişdirilməsi zərurəti yaranmışdır. Belə ki, iddia tələbinin həcmində dəyişiklik yaranmışdır. Cavabdeh İddiaçı QSC-yə 005R********** saylı kredit razılaşması üzrə 18.02.2021-ci il tarixə 672 gün üçün 38.025,76 manat kredit borcu, 8.517,01 manat faiz, 25.004,45 manat cərimə olmaqla, cəmi 71.547,22 manat məbləğində borcu mövcuddur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin artırılmasına dair ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh tərəfindən məhkəməyə teleqram ünvanlanaraq, məhkəmə iclasının təxirə salınması xahiş edilmişdir. İddiaçının nümayəndəsi X2 işin artıq uzun müddətdir ki davam etdiyini, cavabdehin işin uzadılması məqsədilə teleqram verdiyini, teleqrama hər hansı sübut əlavə etmədiyini qeyd edərək, mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdi. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsi səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 15.02.2019-cu il tarixli 005L**********14 saylı uzunmüddətli kredit müqaviləsi və 18.02.2019-cu il tarixli 005R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh İddiaçı QSC-dən 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40.000 manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş 16.11.2021-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh 18.02.2021-ci il tarixə 38.025,76 manat əsas borc, 8.517,01 manat faiz, 25.004,45 manat cərimə olmaqla, cəmi 71.547,22 manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2022-ci il tarixli 9/8926 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 18.02.2019-cu il tarixli 005R********** saylı kredit razılaşmasının şərtləri nəzərə alınmaqla Cavabdeh 17.11.2021-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas borcu və faiz borcu 52.511,01 manat məbləğində müəyyən edilir, o cümlədən: 17 noyabr 2021-ci il tarixə: Əsas borc üzrə 37.747,53 manat; Faiz üzrə 14.763,48 manat. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh İddiaçı QSC tərəfindən 18.02.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə cərimə hesablanmamışdır. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh İddiaçı QSC-dən kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 15 fevral 2019-cu il tarixli 005M**********0İ saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 0,2 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsini banka ipotekaya qoymuşdur. Müqavilənin 2.5-ci bəndinə əsasən həmin torpaq sahəsi 72.000 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 18.02.2019-cu il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. "xxxx" MMC-nin 19.10.2021-ci il tarixli rəyindən (torpaq sahəsinin qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 0,2 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin bazar qiyməti 120.000 (yüz iyirmi min) manat, likvid qiyməti 100.000 (bir yüz min) manat təşkil edir. Qiymətləndirmə xərci 300 manat təşkil edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1, 34.1.3 və 34.1.4cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı QSC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan torpaq sahəsinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı QSC ipoteka ilə yüklü edilmiş torpaq sahəsini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 15.02.2019-cu il tarixli 005L**********14 saylı uzunmüddətli kredit müqaviləsi və 18.02.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması ləğv edilməli; 005R********** saylı kredit razılaşması üzrə ekspert rəyi ilə müəyyən edilmiş 37.747,53 manat əsas kredit borcu, maliyyə arayışına əsasən 8.517,01 manat faiz, 2.000 manat cərimə olmaqla, cəmi 48.264,54 manat pul vəsaiti, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməli; tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 0,2 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinə yönəldilməli; həmin torpaq sahəsi açıq hərracdan satılmalı; torpaq sahəsinin ilkin satış qiyməti 100.000 (bir yüz min) manat müəyyən edilməli; açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı QSC-yə ödənilməli; bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalı; əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməli; həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh həmin torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsi boşaldılmalı; qiymətləndirmə xərci olan 300 manat Cavabdeh tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməli, ekspertiza xərci olan 200 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddia tələbi istifadə hüququnun itirilməsi və alıcıya təhvil verilməsi hissəsində əsassızdır. Hazırda bankın torpaq sahəsini hərracda əldə edəcək mülkiyyətçiyə məxsus olan tələbləri irəli sürməyə subyektiv hüququ mövcud deyil. Bank ipotekasaxlayan olsa da, mülkiyyətçi deyil. Bundan başqa, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 2.000 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 15.02.2019-cu il tarixli 005L**********14 saylı uzunmüddətli kredit müqaviləsi və 18.02.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması ləğv edilsin. 005R********** saylı kredit razılaşması üzrə ekspert rəyi ilə müəyyən edilmiş 37.747,53 manat əsas kredit borcu, maliyyə arayışına əsasən 8.517,01 manat faiz, 2.000 manat cərimə olmaqla, cəmi 48.264,54 manat pul vəsaiti, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 0,2 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinə yönəldilsin. Həmin torpaq sahəsi açıq hərracdan satılsın. Torpaq sahəsinin ilkin satış qiyməti 100.000 (bir yüz min) manat müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı QSC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilsin. Həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh həmin torpaq sahəsindən çıxarılsın. Torpaq sahəsi boşaldılsın. Qiymətləndirmə xərci olan 300 manat Cavabdeh tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilsin. Ekspertiza xərci olan 200 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar