Məhkəmə qərarları › İş №2(006)-883/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-883/2020

29.10.2020 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-883/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ NəsimiRayonMəhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elmanoğlununkatibliyiilə İddiaçınınnümayəndəsi və vəkili Vəkil, cavabdeh «Aqrarkredit» X6 X2 Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi və Səbail rayon icra və probasiya şöbəsi cəlb etməklə cavabdehlər «AzərbaycanBeynəlxalqBankı» Açıq Səhmdar Cəmiyyətinə, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə və «Aqrarkredit» X6 X2 Cəmiyyətinə qarşı «hərracın yekunlarına dair protokolların etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış ipoteka yüklülüyünün və çıxarışların ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi və Səbail rayon icra və probasiya şöbəsi cəlb etməklə cavabdehlər «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə və «Aqrarkredit» X6 X2 Cəmiyyətinə qarşı «hərracın yekunlarına dair protokolların etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış ipoteka yüklülüyünün və çıxarışların ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2011 -ci il tarixli, 2(103)-193/2011 saylı qətnaməsi ilə AzBet Qrup MMC-dən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx»ASC-nin xeyrinə 1,264,333ABŞ dolları borcun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş iddiaçıya məxsus ünvan 1 mənzil 2, mənzil 17 və mənzil 18 ünvanlarında yerləşən mənzillərə yönəldilməsi qət edilmişdir. Sözü gedən qətnamənin icrası ilə əlaqədar xx xxxxx 2013-cü il tarixdə hərrac keçirilmiş, hərrac baş tutmamış və nəticədə “İpoteka haqqında” Qanunun tələbinə əsasən ipoteka predmetləri banka təklif olunmuşdur, iddia ərizəsinə əlavə edilmiş hərracın yekunlarına dair protokolun surətindən görünür ki, xx xxxxxx 2013-cü il tarixində «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASCtərəfindən ipoteka predmetləri qəbul edilmişdir. Göründüyü kimi, sonuncu hərracın keçirilməsindən 8 ay keçdikdən sonra ipoteka predmetləri bank tərəfindən hərracın yekunlarına dair protokol tərtib edilərək qəbul edilmişdir ki, bu da “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələbinə ziddir. Belə ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələbinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli Qərarında «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Tələbkar və ipoteka saxlayan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ipoteka predmetləri olan ünvan 1 mənzil 2, mənzil 17 və 18 ünvanlarında yerləşən mənzillər «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinə əsasən təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində əldə etmədiyinə görə ipotekaya xitam verilməli və həmin mənzillərin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün və sözügedən əmlaklara dair «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməlidir. Göstərilənlərə əsasən, xx xxxxxx 2013-cü il tarixli hərracın yekunlarına dair 110/02, 110/03, 110/04 saylı protokolların etibarsız hesab edilməsinə, ünvan 3, mənzil 2, mənzil 17 və mənzil 18 ünvanlarında yerləşən mənzillərin ipotekasına xitam verilməsinə və həmin mənzillərin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün və sözü gedən mənzillərə dair cavabdeh «AzərbaycanBeynəlxalqBankı» Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək, ünvan 3, mənzil 2, mənzil 17 və mənzil 18 ünvanlarında yerləşən mənzillərin ipotekasına xitam verilməsinə, xx xxxxxx 2013-cü il tarixli hərracın yekunlarına dair 110/02, 110/03, 110/04 saylı protokolların etibarsız hesab edilməsinə və həmin mənzillərin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün və sözügedən mənzillərə dair cavabdeh «Aqrarkredit» X6 X2 Cəmiyyətinin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh «Aqrarkredit» X6 X2 Cəmiyyətinin nümayəndəsi iddianı qəbul etmədiklərini, qeyd olunan hüquq onlara Beynəlxalq Bankdan keçdiyini və iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü qeyd edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin iddiaçının bu işlə əlaqədar digər məhkəmə işlərində iştirak etdiyini, proseslərdən xəbərdar olduğunu, sadəcə olaraq suni şəkildə olaraq mülki işi uzatmaq istədiyini qeyd etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsini əsas götürərək mülki işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan Respublika Xammal və X3 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin xx xxxxxx 2013-cü il tarixli 01/3625 saylı məlumatından görünür ki, ünvan 3 ünvanında yerləşən 2, 17 və 18 saylı mənzillər ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə, yəni 63750, 178500 və 140250 manat olmaqla cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinə təklif edilmişdir. İş materiallarında olan xx xxxxxx 2013-cü il tarixli 21/4375 saylı məktubdan görünür ki, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyəti ünvan 3 ünvanında yerləşən 2, 17 və 18 saylı mənzillərin hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə alınmasına etiraz etməmişdir. İşdə olan xx xxxxxx 2013-cü il tarixli 110/04 saylı “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə” Protokoldan görünür ki, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətiünvan 3 ünvanında yerləşən 18 saylı mənzili 140250 manata almışdır. İşə əlavə olunmuş xx xxxxxx 2013-cü il tarixli 110/03 saylı “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə” Protokoldan görünür ki, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətiünvan 3 ünvanında yerləşən 17 saylı mənzili 63750 manata almışdır. İş materiallarında olan xx xxxxxx 2013-cü il tarixli 110/02 saylı “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə” Protokoldan görünür ki, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətiünvan 3 ünvanında yerləşən 2 saylı mənzili 178500 manata almışdır. İş materiallarına əlavə olunmuş RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil mülkiyyət hüququ əsasında cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan xx xxxxxx 2017-ci il tarixli S-ƏML113 saylı aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının icrası ilə əlaqədar “Aqrarkredit” qapalı səhmdar cəmiyyəti X6 təşkilatı tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətindən problemli aktivlərin (ünvan 3, mənzil 18) satın alınması ilə bağlı müvafiq sənədlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətindən iddiaçının idarəetməsinə təhvil verilmişdir. İşə əlavə olunmuş xx xxxxxx 2017-ci il tarixli S-ƏML111 saylı aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının icrası ilə əlaqədar “Aqrarkredit” qapalı səhmdar cəmiyyəti X6 təşkilatı tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətindən problemli aktivlərin (ünvan 3, mənzil 17) satın alınması ilə bağlı müvafiq sənədlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətindən iddiaçının idarəetməsinə təhvil verilmişdir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli S-ƏML111 saylı aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının icrası ilə əlaqədar “Aqrarkredit” qapalı səhmdar cəmiyyəti X6 təşkilatı tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətindən problemli aktivlərin (ünvan 3, mənzil 2) satın alınması ilə bağlı müvafiq sənədlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətindən iddiaçının idarəetməsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 17 saylı mənzil mülkiyyət hüququ əsasında cavabdeh “Aqrarkredit” qapalı səhmdar cəmiyyəti X6 təşkilatının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil mülkiyyət hüququ əsasında cavabdeh “Aqrarkredit” qapalı səhmdar cəmiyyəti X6 təşkilatının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 18 saylı mənzil mülkiyyət hüququ əsasında cavabdeh “Aqrarkredit” qapalı səhmdar cəmiyyəti X6 təşkilatının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Respublika Xammal və X3 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən xx xxxxxx 2013-cü il tarixli 01/3625 saylı məlumatla ünvan 3 ünvanında yerləşən 2, 17 və 18 saylı mənzillər ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə, yəni 63750, 178500 və 140250 manat olmaqla cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinə təklif edilmiş, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyəti həmin mənzilləri göstərilən qiymətlərlə alınmasına etiraz etməmişdir. xx xxxxxx 2013-cü il tarixdə hərrac keçirilmiş, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyəti ünvan 3 ünvanında yerləşən 18 saylı mənzili 140250 manata, 17 saylı mənzili 63750 manata və 2 saylı mənzili 178500 manata almış və hərracın yekunlıarı barədə 110/02 saylı, 110/03 saylı və 110/04 saylı “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə” Protokollar tərtib edilmişdir. Həmin mənzillər üzərində mülkiyyət hüquqları cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışlarla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının icrası ilə əlaqədar “Aqrarkredit” qapalı səhmdar cəmiyyəti X6 təşkilatı tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətindən problemli aktivlərin (ünvan 3, mənzil 18, 17 və 2) satın alınması ilə bağlı müvafiq sənədlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətindən iddiaçının idarəetməsinə təhvil verilərək xx xxxxxx 2017-ci il tarixli S-ƏML111 saylı, S-ƏML112 saylı və S-ƏML113 saylı aktlar tərtib edilmişdir. Bundan sonra ünvan 3 ünvanında yerləşən 17, 18 və 2 saylı mənzillər üzərində mülkiyyət hüquqları cavabdeh “Aqrarkredit” qapalı səhmdar cəmiyyəti X6 təşkilatının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* saylı, ******* saylı və ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışlarla rəsmiləşdirilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. (269.5. maddə) “İpoteka haqqında” Azərbaycan Respublikasmın Qanunun 1.0.1-ci maddəsinə əsasən ipoteka- öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 39.1 -ci maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin qanunun 40-cı maddəsinə əsasən, tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1 -ci maddəsində nəzərdə tutulmuş şəxslərə verildikdən azı 30 təqvim günü keçdikdən sonra ipoteka predmeti bu Qanunla müəyyən edilmiş qaydada satıla bilər. Həmin qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Həmin qanunun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. Həmin qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin məcəllənin 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Göründüyü kimi Respublika Xammal və X3 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən ipotekaya qoyulmuş ünvan 3 ünvanında yerləşən 2, 17 və 18 saylı mənzillərxx xxxxxx 2013-cü il tarixli hərracın yekunları barədəprotokollara, yəni mahiyyət etibarı ilə alqı-satqı müqavilələrinə əsasən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinə 140250 manata, 63750 manata və 178500 manata satılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən, şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması vacib əhəmiyyətli yanılma hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisələndirilən müqavilələr bağlanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar, müqavilə bağlandıqdan sonra uzun müddət müqavilə şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmişdir. Hazırda mübahisələndirilən müqavilələr xx xxxxxx 2013-cü il tarixdə bağlanmış, lakin həmin tarixdən 6 ilə yaxın müddət keçdikdən sonra xx.xx.2020-ci il tarixdə iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. X4 Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olubolmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia, hərracın yekunlarına dair protokolların etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəmə prosesi zamanı təqdim edilmiş Ali Məhkəmənin xx xxxx 2013-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxx 2013-cü il tarixli ica hərəkətlərinin dayandırılması barədə qərardadından iddiaçının özü şəxsən şikayət vermiş və qeyd olunan şikayət təmin edilməmişdir. Yəni iddiaçının gedən mülki proseslərdən 2013-cü il tarixdə daxil olmaqla xəbərdar olmuş və hərrac keçirilməsi barədə məlumatının olmaması aglabat olmamışdır. İddia tələbinin digər hissələrinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbinin həmin hissələri protokolların etibarsızlığına əsaslanmaqla ondan asılı olduğundan, prosessual qənaət prinsipi nəzərə alınaraq və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi digər hissələrdə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi və Səbail rayon icra və probasiya şöbəsi cəlb etməklə cavabdehlər «AzərbaycanBeynəlxalqBankı» Açıq Səhmdar Cəmiyyətinə, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə və «Aqrarkredit» X6 X2 Cəmiyyətinə qarşı «hərracın yekunlarına dair protokolların etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış ipoteka yüklülüyünün və çıxarışların ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi və Səbail rayon icra və probasiya şöbəsi cəlb etməklə cavabdehlər «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə və «Aqrarkredit» X6 X2 Cəmiyyətinə qarşı «hərracın yekunlarına dair protokolların etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış ipoteka yüklülüyünün və çıxarışların ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar