Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-887/2024 19.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X10, Ərizəçi katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Maraqlı şəxs qismində cəlb “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizəsini onunla əsaslandırmışdır ki, o və ailə üzvləri Ağdan rayonundan olan məcburi köçkündürlər. Ağdam rayonu, 1993-cü ildə işğal edildikdən sonra babsı və onun ailə üzvləri Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşları küçəsi 119 ünvanında yerləşən yataqxanada məskunlaşmış və xx.xx.1933-cü il təvəllüdlü ata babası X4 yaşadığı ünvan 1 ünvanında xx.xx.1993-cü il tarixdə vəfat etmiş və ünvan 2a dəfn edilmişdir. Bu barədə Bərdə rayon İcra Hakimiyyəti başçısının Kətəlparaq kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 13 noyabr 2023-cü il tarixli arayış verilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də sözügedən şöbənin xx.xx.2023-cü il tarixli 3-16-5/8-H-15-1720/23 nömrəli cavab məktubu ilə imtina edilmişdir. Hal-hazırda 1933-cü il təvəllüdlü ata babası X2 ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. X3 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, bu səbəbdən də, oğlu nəvəsi olaraq o, ata babası X2 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Göstərilənlərə əsasən xx.xx.1933-cü il təvəllüdlü ata babası X2 xx.xx.1993-cü il tarixdə ölüm faktının müəyyən edilməsinə və bu əsasla ölüm haqqında şəhadətnamənin verilməsi üçün Nəsimi rayon Qeydiyyat Şöbəsinin üzərinə öhdəlik qoyulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, ərizəçi onun qızı, vəfat etmiş şəxs isə qayınatası olub. X1 1993-cü ildə, Bakı şəhərində vəfat etmişdir. Daha sonra o, Bərdə rayonu, Kətəlparaq kənd qəbristanlığında dəfn edilmişdir. O, dəfn mərasimində və yas mərasimlərində iştirak etmişdir.
7. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə, mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi məhkəmə iclasındakı izahatından və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin ata babası X4 1933-cü il tarixdə Ağdam rayonunda anadan olmuş və xx.xx.1993-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Bərdə rayonu, Kətəlparaq kənd qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi ata babasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
10. Mülki işin materiallarında olan Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/8-H-15-1720/23 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır.
11. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bərdə rayon Kətəlparaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 992 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından aydın olur ki, X4 1993-cü il tarixdə Bərdə rayonu, Kətəlparaq kənd qəbiristanlığında dəfn edilmişdir.
12. Mülki işin materiallarına əlavə olunmuş fotoşəkilin surətindən görünür ki, X4 1993-cü ildə vəfat etmiş və qəbiristanlıqda dəfn edilmişdir.
13. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X22 Şəxsi Bakı Baş X21 Hüquqi Şəxsi 3 nömrəli Şəhər Poliklinikasının Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli, 18-1-1-1/2-H-953-xx-xx/2023 saylı məktubun surətindən görünür ki, ərizəçinin babasının ölüm vaxtı və səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi mümkün deyil.
14. Mülki işin materiallarında olan Qaçqınların və X16 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş seriya AA 480355 saylı, xx.xx.2023-cü il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 4 ünvanında məskunlaşmışdır.
15. Mülki işin materiallarında olan Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə ölmüşdür.
16. Mülki işin materiallarında olan Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2001-ci il tarixdə ölmüşdür.
17. Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş Arayışın surətindən görünür ki, X9 xx.xx.1959-cu ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuş, atası X4, anası X5r.
18. Mülki işin materiallarında olan Qəbələ rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş XVİİ-ЖГ № 410867 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, X3, anası X7r.
19. Mülki işin materiallarında olan Azərbaycan SSR Ağdam rayon İcraiyyə Komitəsi tərəfindən verilmiş pasportun surətindən görünür ki, X4 1933-cü il tarixdə Ağdam rayonu, Qaradağlı kəndində anadan olmuşdur.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.
21. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
22. Göründüyü kimi ərizəçi ata babasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
23. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
24. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
25. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
26. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, təqdim edilən iş materiallarından da göründüyü kimi ərizəçinin ata babasının doğum tarixi göstərilmədiyindən, onun hansı ayda və gündə doğulduğu müəyyən deyil və iddia tələbindəki doğum tarixi heç bir sənəddə təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, doğum tarixindəki ay və gün göstərilmədən 1933-cü il təvəllüdlü X2 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Əks halda məhkəmə eyni ərizə ilə həm ölüm faktını və doğum tarixini faktını müəyyən etmiş olar.
27. Məhkəmə ərizənin təmin olunmayan və digər hissəsi olan şəhadətnamənin verilməsi öhdəliyinin Nəsimi Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması ilə bağlı qeyd edir ki, bu hüquq məhkəmə qətnaməsinin icra mərhələsində mümkün olmayacağı təqdirdə yaranan hüquq olduğundan təmin edilməməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi ərizəsi qismən təmin edilsin. 1933-cü il təvəllüdlü X2 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə rədd edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.