Məhkəmə qərarları › İş №2(006)-912/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-912/2023

15.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-912/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1977-ci ildə X9 ilə rəsmi nikaha daxil olmuşdur. Rufik Məmmədov xx.xx.2022-ci ildə vəfat etmiş, Bülbülə qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. O, Təcili və X5 Stansiyası gələnə qədər vəfat etdiyindən “Ölüm haqqında xəbərdarlıq” vərəqəsində həkimə qədər ölüm faktı göstərilmişdir. Ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə vəfat etmiş əri X6 ölüm haqqında şəhadətnaməsinin verilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, ona ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/Q2306/69 saylı cavab məktubunda xx.xx.2022ci il tarixində vəfat etmiş X6 ölümü ilə bağlı qeydiyyat şöbəsində və Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparıldığı və ölüm haqqında akt qeydinin aşkar olunmadığı göstərilmişdir. Bu əsas gətirilməklə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişlər. Göstərilənlərə əsasən, xx.xx.1951-ci il təvəllüdlü vəfat etmiş əri X6 ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra Ərizəçi ərizəyə dəqiqləşdirmə ilə müraciət edərək bildirmişdir ki, X6 harada və nə vaxt ölməsi qeyd olunmamışdır. Göstərilənlərə əsasən X6 08 noyabr 2022-ci il tarixində Bakı şəhərində ölməsi kimi qeyd olunması məhkəmədən xahiş olunmuşdur.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanları təsdiq edərək ərzənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, X9 onun qayınatasıdır. O, yaşadığı mənzildə xx.xx.2022-ci ildə vəfat etmiş, Bülbülə qəbirstanlığında dəfn olunmuşdur.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin 01 dekabr 2022-ci il tarixli, 176 nömrəli arayışından görünür ki, X1 rayonu, Bülbülə qəsəbə qəbiristanlığında dəfn edilmişdir.

10. İş materiallarında olan 08 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Təcili və X5 Stansiyası PHŞ-nın Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 08:38 dəqiqədə Ş.Əzizbəyov 105 mənzil 7 ünvanında xəstə 71 yaşlı X9 həkim gələnə qədər ölmüşdür.

11. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/Q-2306/69 saylı məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 ölümü ilə bağlı qeydiyyat şöbəsində və Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydini aşkar olunmamışdır.

12. İş materiallarında olan İ-ЖГ seriyalı 471734 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki X2 Elmira Balarza qızı ilə 23 sentyabr 1977-cildə nikaha daxil olmuş və Elmira Rəhimova ərinin soyadını qəbul etmişdir.

13. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı 15014999 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, X9 xx.xx.1951-ci ildə Bakı şəhərində anadan olmuşdur.

14. İş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, X9 vəfat etmiş və qəbiristanlıqda dəfn edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmədə Ərizəçi izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin əri X9 08 noyabr 2022-ci il tarixində Bakı şəhərində vəfat etmiş və Suraxanı rayonu Bülbülə qəsəbə qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.

17. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

18. Göründüyü kimi ərizəçi atasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

20. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi əri X6 08 noyabr 2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi ərizəsi təmin edilsin. 28 sentyabr 1951-ci il təvəllüdlü X6 08 noyabr 2022-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar