Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-916/2022 08.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 15.08.1941-ci ildə Ermənistanın Quqark rayonunda anadan olmuş atası X5 05 noyabr 2021-ci il tarixdə Bakı şəhərində ölümün qeyd edilmə faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında bildirdi ki, atası X9 15.08.1941-ci ildə Ermənistanın Quqark rayonunda anadan olmuşdur. Atası və digər ailə üzvlərilə birlikdə Ermənistandan qaçqın düşərək ünvan 1 ünvanında yaşamışdır. Atası X3 05 noyabr 2021-ci il tarixdə yaşadıqları ünvanda birdən-birə halı pisləşmiş, tibbi yardım çağrılmasına baxmayaraq həyatını xilas etmək mümkün olmamışdır. O, 05 noyabr 2021-ci il tarixdə vəfat etmiş və həmin tarixdə də Suraxanı rayonu, Hövsan qəbristanlığında dəfn olunmuşdur. O, atası X5 barəsində ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi barədə vəfat etdiyi ünvanının aid olduğu ünvan 2işdir. Poliklinika tərəfindən yazılı şəkildə ona bildirilmişdir ki, 05 noyabr 2021-ci il tarixdə vəfat etmiş X9 5 saylı şəhər Poliklinikasına müraciət edib müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədikləri üçün Forma N106 almaq üçün Nəsimi rayon Məhkəməsinə müraciət etməyi bildirilmişdir. Həmçinin, o, ölümün qeydə alınması barədə AR Ədliyyə Nazirliyinin Bakı şəhəri, Nəsimi rayon qeydiyyat şöbəsinə müraciət etmiş, həmin təşkilatdan ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməli olduğundan ölümün qeydiyyata alınmasının mümkün olmadığını və ölüm faktının müəyyən olunması ilə əlaqədar məhkəməyə müraciət etməli olduğunu bildirən imtina məktubu vermişlər. Ölüm faktının müəyyən olunması və qeydə alınması ona ev-mənzil məsələləri ilə bağlı ailə tərkibi barədə arayışın təqdim edilməsi üçün əsasdır. Son olaraq ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində qoyulmuş Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmədə şahid qismində dindirilənlər X6, X10, Xıdırova Hicran Məmməd qızı və X7 ifadə verərək bildirdilər ki, X3nun xəstəliyi olmamış və qəflətən rəhmətə getmişdir. Mərhum X1 rayonu, Hövsan qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Rayon Qeydiyyat Şöbəsinin 19.11.2021-ci il tarixli ölümün qeydə alınmasından imtina haqqında məktubundan görünür ki, X3nun ölümünün qeydə alınmasından imtina edilmişdir. İş materiallarında olan Bakı şəhəri Baş Səhiyyə İdarəsi 5 №-li Şəhər Poliklinikasının Nəsimi rayon Məhkəməsinə ünvanladığı 1603 №-li məktubundan görünür ki, ünvan 1 ünvanda yaşayan 15.08.1941-ci il təvəllüdlü X9 05.11.2021-ci il tarixdə rəhmətə getmişdir. Mərhum Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə görə, müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədikləri üçün Forma N 106 almaq üçün Ərizəçi Nəsimi Rayon Məhkəməsinə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan Təcili və X4 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X9 05.11.2021-ci il tarixdə, Novruzov qardaşları, ev 76 ünvanında saat 17 radələrində vəfat etmişdir. İş materiallarında olan Bakı şəhər, Suraxanı Rayonu, Hövsan Bələdiyyəsinin 03.12.2021-ci il tarixli,1842 №-li Arayışından görünür ki, X3 05.11.2021-ci il tarixdə vəfat etmiş, 05.11.2021-ci ildə Hövsan qəsəbə Zeytun y/s sahəsi qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını da müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, ərizəçinin izahatından, iş materiallarındakı sübutlardan və şahid ifadələrindən məlum olur ki, X2 rayonu, Novruzov qardaşları (4-cü aşırım) küçəsi, ev 76 ünvanında 05.11.2021-ci il tarixində vəfat etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 15.08.1941-ci ildə Ermənistanın Quqark rayonunda anadan olmuş X5 ünvan 6 ünvanında 05.11.2021-ci il tarixində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 15.08.1941-ci ildə Ermənistanın Quqark rayonunda anadan olmuş Ərizəçi atası X5 05 noyabr 2021-ci il tarixdə Bakı şəhərində ölümün qeyd edilmə faktı müəyyən olunsun. X5 ölüm faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamənin” verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Nəsimi Rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-916/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-916/2022
08.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver