Məhkəmə qərarları › İş №2(006)-919/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-919/2021

02.03.2021 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-919/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6 oğlunun, cavabdeh ləğv prosesində olan "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər ləğv prosesində olan "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Abşeron Rayon İcra Şöbəsinə qarşı "ipotekaya xitam verilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Abşeron Rayon İcra Şöbəsinə qarşı "ipotekaya xitam verilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdehlərdən biri olan Cavabdeh1 ASC- nin “Yeni Həyat” filialı arasında xx xxxxxx 2013-cü il tarixli, 232YHAK saylı kredit və xx xxxxxx 2013-cü il tarixli, 232YHAK saylı ipoteka müqavilələri bağlanmış və “X7” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil götürülmüş kreditin ödənilməsi təminatı kimi girov (ipotekaya) qoyulmuşdur. Lakin ödənişdə gecikmələr baş verdiyindən Cavabdeh1 ASC İddiaçı qarşı kredit məbləğinin geri qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmiş və Cavabdeh3 tərəfindən ipoteka predmeti olan “X7” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışının təşkil edilməsi “xxxx” MMC-yə tapşırılmışdır. Qanunvericiliyin tələbinə əsasən bu halda ipotekaya xitam verilməlidir. Göstərilənlərə əsasən xx.xx.2013-cü il tarixli, 232YHAK saylı ipoteka müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş “X7” markalı (mühərrik:1GRA769917, ban:JTMHU09J6D4079143, buraxılış ili 2013) avtomobilin ipotekadan azad edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Abşeron Rayon İcra Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 232YHAK saylı avtomobil krediti müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçı 36 ay müddətinə, illik 19 faiz olmaqla, 44600 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 232YHAK saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı məxsus “X7” minik markalı avtomaşın (qeydiyyat nömrəsi: ** HG ***, tip: universal, buraxılış ili: 2013, rəngi: qara met) banka ipoteka qoyulmuşdur. Müqavilənin 3.5-ci maddəsinə əsasən ipoteka predmeti 59000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-152/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 19.950,53 ABŞ dolları əsas borc, 3232,54 ABŞ dolları faiz borcu olmaqla, cəmi 23.182,47 ABŞ dolları məbləğində kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin əvəzinin tutularaq iddiaçı Cavabdeh1 ASC-yə ödənilməsi, cavabdeh İddiaçı məxsus “X7” markalı (mühərrik:1GRA769917, ban:JTMHU09J6D4079143, buraxılış ili 2013) avtomobilin açıq hərracda satılması və tələbin həmin əmlakın satışından əldə edilən pul vəsaitinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, avtomobilin satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 ASC-yə ödənilməli olan borc və dövlət rüsumunun əvəzinin ödənilməsi, pul vəsaitinin qalan hissəsinin İddiaçı qaytarılması qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ASC ilə İddiaçı arasında ipoteka müqaviləsi bağlanmış, hazırda İddiaçı ipoteka predmeti olan avtomobilin ipoteka yüklülüyündən azad edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Eyni Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Belə ki, Mülki Məcəllənin 294-cü maddəsinə görə girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Eyni Məcəllənin 299.1-ci maddəsinə əsasən, borclu və üçüncü şəxs olan girov qoyan girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin icrası gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə və onun satışına istənilən vaxt xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı xx xxxxxx 2013-cü il tarixli, 232YHAK saylı kredit müqaviləsi üzrə öhdəliyini tam olaraq yerinə yetirməmiş, həmin kredit müqaviləsi üzrə banka öhdəliyinin qalması müəyyən edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən ipoteka müqaviləsinin predmetini təşkil edən avtomobil ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən İddiaçı məxsus “X7” markalı avtomobilin açıq hərracda satılması və tələbin həmin əmlakın satışından əldə edilən pul vəsaitinə yönəldilməsi qət edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər ləğv prosesində olan "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Abşeron Rayon İcra Şöbəsinə qarşı "ipotekaya xitam verilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Abşeron Rayon İcra Şöbəsinə qarşı "ipotekaya xitam verilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar