Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-944/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı «əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa, töhmət intizam tənbehinin ləğv edilməsi, mənəvi zərərin əvəzinin ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı «əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa, töhmət intizam tənbehinin ləğv edilməsi, mənəvi zərərin əvəzinin ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 1489 ş/h saylı, xx.xx.2012-ci il tarixli əmri ilə həmin tarixdən Yevlax rayon Mühafizə Şöbəsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsinə təyin olunaraq xx.xx.2012-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Yevlax rayon Mühafizə Şöbəsinin xx.xx.2020-ci il tarixli 52 saylı əmri ilə iddiaçıya əsassız və qanunsuz olaraq töhmət verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli 1286 Ş/H saylı əmri ilə iddiaçıya əsassız və qanuna zidd qaydada işdən azad olunmuşdur. İddiaçı hər iki əmrin qanunsuz və əsassız töhmətin intizam tənbehinin götürülməsi, ödənilməli olan əmək haqlarının yenidən hesablanaraq ödənilməsi məhkəmədən xahiş etmişdir. Belə ki, Yevlax rayon Mühafizə Şöbəsinin xx.xx.2015-ci il tarixli 111 nömrəli əmri ilə iddiaçıya əsassız töhmət intizam tənbehi verilmişdir. Formal əsas MŞ-nin X14 xx.xx.2015-ci il tarixli qərarı olmuşdur. Baş Mühafizə İdarəsinin 93 ş/h saylı, xx.xx.2016-cı il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, işdən azad edilmişdir (işdən azad edilməsi DİN-nin BMİ-nin xx.xx.2015-ci il tarixli 321 təşkilatı ştat əmri və Yevlax RMŞ-nin Həmkarlar Təşkilatının xx.xx.2015-ci il tarixli 33 nömrəli əmrinin (ilk həmkarlar ittifaqının sədri və üzvləri, Rüfət Abdullayev, Bəhruz Bəxtiyarov, Məlahət Məmmədova olmuşdur) əsas olduğu qeyd edilmişdir). İddiaçı qanunsuz işdən azad edilməsi, ədalətsizliklə üzləşdiyi üçün məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-3343/2016 saylı qərardadı ilə Baş Mühafizə İdarəsinə qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılaraq aidiyyəti üzrə inzibati-iqtisadi məhkəməyə müraciət etməli olması bildirilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-2214/2016 saylı qərardadı ilə Baş Mühafizə İdarəsinə qarşı «işə bərpa» tələbinə dair iş aidiyyəti üzrə Şəkil İnzibati- İqtisadi Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(84)-526/2016 saylı qərardadı ilə Baş Mühafizə İdarəsinə qarşı «işə bərpa» tələbinə dair iddia tələbi mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(107)-223/2016 saylı qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(84)-526/2016 saylı qərardadı qüvvədə saxlanılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə Baş Mühafizə İdarəsinə qarşı «işə bərpa tələbinə dair» təkrar iddia ərizəsi ilə müraciət edilmiş, xx.xx.2016-cı il tarixli 2(006)- 6888/2016 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir (əsas: əmək müqaviləsinə xitam verilərkən himayəsində birinci qrup əlil olması nəzərə alınmayıb). Cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-8672/2016 saylı qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2017-ci il tarixli 186 Ş/H saylı əmri ilə xx.xx.2017-ci il tarixdən Yevlax rayon Mühafizə Şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçi vəzifəsinə bərpa edilmişdir (əsas: Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-6888/2016 saylı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-8672/2016 saylı qətnamələri). Yevlax rayon Mühafizə Şöbəsi xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətin əmək haqların verməkdən imtina etmişdir (xx.xx.2017-ci il tarixli, 168 nömrəli məktubla)). Nəsimi rayon Məhkəməsinə baş Mühafizə İdarəsinə qarşı «əmək haqqının ödənilməsinə dair» iddia tələbi xx.xx.2017-ci il tarixli 2(006)-5551/2017 saylı qərardadla iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməsi, sənədlərin geri qaytarılmasına dair qərardad qəbul edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə Baş Mühafizə İdarəsinə qarşı «əmək haqqının ödənilməsinə» dair iddia tələbi xx.xx.2017ci il tarixli, 2(006)-5551/2017 saylı qətnaməsi ilə iddia ərizənin təmin edilməməsinə dair qanunsuz qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-877/2018 saylı qərarı ilə Baş Mühafizə İdarəsinə qarşı «əmək haqlarının ödənilməsinə dair» yeni qətnamə qəbul edilmiş və qanuni qüvvəyə minmişdir (əmək şaqlarının hesablanması ödənilməsi cavabdeh orqanın öhdəliyinə buraxılmışdı). İddiaçının atası İddiaçı Şəmil oğlu 2000-ci ildə vəfat etmiş, ailəsi anası Xudayarova Bağdagül, bacısı X6 ibarət olmuşdur. Bacısı ali təhsilli olmuşdur. 2011-ci ildən xəstə olmuş, yaşaması üçün qaraciyər köçürülməsi əməliyyatına ehtiyac olmuşdur. 2014-cü ildə Xəzər TV vasitəsi ilə vətəndən kənarda yaşayaş xeyirxah həmvətənlilər təmənnasız olaraq 100.000 dollar xərc çəkərək Azərbaycanda Səhiyyə Nazirliyinin X2 bacısına qaraciyər köçürülməsin həyata keçirdilər. Etdikləri bu böyük yaxşılığı isə Azərbaycanın qeyrətli insanları adından etdiklərin bildirdilər. Qaraciyər köçürülməsi əməliyyatından sonra bacısının həyatı dərman, müayinələrdən asılı olmuşdur. Səhiyyə Nazirliyi və s.orqanlar tərəfindən ödənişsiz həyata keçirilmirdi. Bacısına iddiaçı qaraciyərinin yarası bağışlasa da, ona əlillik dərəcəsi və s.təyin edilməmiş, hər hansı dövlət təminatı ilə təmin edilməmişdir. Hüquqlarının məruz qaldığı pozuntu ilə əlaqədar aidiyyəti müvafiq orqanlara müraciət etmişdir. X3 qaraciyət köçürüldüyü üçün 2014-cü ildən birinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Yevlax şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 32 saylı Sərəncamı ilə iddiaçı ondan qaraciyər köçürülməsi səbəbindən birinci qrup əlillik dərəcəsi təyin edilmiş bacısı X7 üzərində himayəçi təyin edilmişdir. İddiaçıdan bacısına qaraciyər köçürüldükdən sonra da bacısı sağalmadı. İllərlə bacısının yaşaması üçün xəstəxana, məmur qapılarında süründürülmüş, həkimlər, məmurlar tərəfindən dilənçi vəziyyətinə salınmış və bu vəziyyətdə yaşatdırılmış, sonda isə 2018-ci ilin sonunda bacısı qaraciyər transplantasiyası həyata keçirmiş həkimin nəzarətində olmasına, tələb etdiyi müayinə, müalicənin aparılmasına baxmayaraq bacısı kəskin olaraq ağırlaşmış, orqan dəyişən həkim sonra müalicənin onluq olmamasını bildirmiş, müxtəlif diaqnozlar qoyulmuş, ağır xəstəni Yevlax rayonundan Bakı şəhərinə gətirilərək xəstəxanada qəbul etmədən geri qaytarılması və s.onlarlda qeyd etmədiyi özbaşınalıqlar törədilmişdir və bunun cinayət olduğunu hesab etmişlər. Səhiyyə, sığorta, həkimlər, xəstəxanaların özbaşınalıqlarla bağlı Daxili İşlər Nazirliyi, müraciəti Yasamal rayon Polis İdarəsinə, Yasamal RPİŞ tərəfindən Yasamal rayon Prokurorluğuna göndərilmişdir. Yasamal rayon Prokurorluğunun xx.xx.2019-cu il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi» barəsində 190-C-19 saylı iş materialları əsasında qərar qəbul edilmişdir. (İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi, orqan dəyişmiş həkim, xəstəxanalar və s. özbaşınalığı ilə əlaqədar olaraq). Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 6(004)-37/2020 saylı qərarı ilə Yasamal rayon Prokurorluğunun 190-C-19 saylı iş materialları üzrə, xx.xx.2019-cu il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi» barəsində qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilmişdir. xx.xx.2019-cu il tarixdən (birinci qrup əlil bacısının ölkə daxilində dəqiq diaqnoz qoyula bilmədiyi üçün ölkə xaricinə Turkiyə Respublikasına müalicə müayinə əməliyyat edilməsi üçün göndərilməsi tələb ilə məhkəməyə müraciət edilmiş, daha sonra iddia tələbi artırılmış, göndərilmiş tibbi xidmətlərlə bağlı araşdırma aparılması, dəymiş zərərin geri ödənilməsi və s) iddia tələbi irəli sürülmüş sonuncu olaraq qanuni qüvvəyə minməmiş Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə 2-1(103)-1152/2020 saylı qərardad qəbul edilmişdir. Bacısına əlillik dərəcəsinin düzgün təmin edilməməsi dəymiş zərərin geri ödənilməsi tələbi ilə xx.xx.2020-ci il il tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. İddia tələbi mümkün sayılmaması barəsində qərardad qəbul edilmiş, qanuni qüvvəyə minməmişdir. Bütün müvafiq aidiyyəti orqanlara rəsmi müraciət edərək birinci qrup əlillik dərəcəsi təyin edilmiş, ağır vəziyyətinə himayəsində olan X7 müalicəsizlikdən əziyyət çəkməsi, fiziki, psixoloji və s.formada məhv edilməsi üçün nə lazımdırsa edildiyi, uzun müxtəlif diaqnozlar qoyulması xx.xx.2019-cu il tarixdən 1951-ci il təvəllüdlü qoca anasının və qaraciyər bağışlamış qardaşının üzərinə atılması, yaşaması üçün zəruri olan tibbi yardımdan məhrum edilməsi, qarşısı alınmasa ölüm halı olacağı və s.ixtisaslı xəstəxanada müalicə alması üçün kömək edilməsi barəsində rəsmi müraciətlər etmişlər. Məmur özbaşınalığı, müraciətlərə baxılmaması, ixtisaslı tibbi yardım göstərilməməsi və s.nəticəsində xx.xx.2020-ci il bacısı huşsuz və hisiyyatsız vəziyyətə düşmüş (orqan dəyişdikdən sonra 2014-cü ildə bu halı baş vermişdi, həmin vaxt orqan dəyişən həkimlər onları banka sələmçilərə borclu edərək, dilənçi vəziyyətinə salaraq nisbətən sağaltmışdır, lakin sonuncu ağırlaşma zamanı onluq deyil bildirir və ölümlə nəticələndi) X10 güc bəla ilə çatdırılmış, lakin ixtisaslı xəstəxana və həkim olmadığı üçün digər məsləhətlərlə sistem köçürülmüş, bir neçə saat bacısı ayılmış, lakin sonra reanimasiyaya yerləşdirilmiş, ondan sonra bacısının durumunun ağır olduğu bildirilmişdi. İddiaçı isə TƏBİB Səhiyyə Nazirliyi və s.qaynar xətlərinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə (həftənin bazar ertəsi) səhər iddiaçı öz işlədiyi idarənin rəisinə vəziyyəti danışaraq Yevlax rayon Prokurorluğuna qəbulda olaraq rəsmi ərizəni təsdiq edici sənədlərlə birlikdə təqdim etmişdir (birinci qrup əlil bacısı ixtisaslı olmayan xəstəxanada saxlanması, tibbi yardımın göstərilməməsi, qanı yarıyadək aşağı saxlanması – bu halın ölüm riskini daha da artırması, .ixtisaslı tibb müəssisəsinə göndərilməməsi, Ak.Mirqasımov adına Xəstəxanaya göndərilməsi barədə təklifləri, məhkəmə və prokurorluq orqanlarında araşdırma aparıldığı halda araşdırma aparılan qurumun öz balansında olan xəstəxanalarda bacısının saxlanılmasının təhlükəli olması, həmçinin öz hansısa əməllərin ört basdır etmək üçün bacısının onların fiziki psixoloji məhv edilməsində maraqlı olduqların, onların başlarına gətirənlərin bir hissəsin, məmur özbaşınalıqların və s.iki ayrı ərizədə qeyd edilmişdi). Yevlax rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli 259-s-20 nömrəli məktubu ilə şikayət yenə şikayət edilən orqanın üzərinə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə 16.30-da keçirilmiş axşam təlimatı zamanı (xidmətə 10-15 dəqiqətə gedikmişdir) xidmətə çıxarkən vəziyyətləri bildirkləri halda iddiaçıdan izahat tələb edilmiş, iddiaçı da yazmışdır. Yevlax rayon Mühafizə Şöbəsində naryad jurnalına qol çəkərək xidməti posta getdikdən təxmini 15 dəqiqə sonra iddiaçıya xəstəxanadan zəng edilmiş, bacısının Bakı şəhərinə aparıldığını bildirmişlər. Qoca anası və başqa heç kim olmadığı üçün həmin vaxt Yevlax rayon Mühafizə Şöbəsindən icazə alaraq evə bacısı ilə bağlı sənədləri götürdükdən sonra isə xəstəxanadan (danışa bilmirdi, yenidən huşsuz vəziyyətdə idi), X18 bacısı Bakı şəhərinə gətirilmiş, Ak.Mirqasımov adına Respublika xəstəxanasına atılmışdır (bu xəstəxananın ixtisaslı xəstəxana olmaması barəsində prokurorluq və digər orqanlara bildirmişdir). Bütün olanlardan bacısının vəfatından 6 gün sonra, xx.xx.2020-ci il tarixdə güc bəla ilə iddiaçı Yevlax rayon Mühafizə Şöbəsinə işə çıxmışdır. Yeni rəisi polis polkovnik-leytenantı cənab Fizuli Zeynalov işə çıxarkən xidməti postun dəyişdirildiyini, iddiaçının münaqişəyə cəlb etdiyi, əsassız şikayətlər etdiyini, bu günədək çoxsaylı icazələr aldığını, ağ qaranın onun üçün fərqi olmadığını, öz rənginin olduğunu və s. bu kimi iradlarını bildirmişdir. Halbuki başlarına gətirilənlərdən sonra bunlardan xəbəri olduğu halda dəstək durmaq əvəzinə bu cür irad bildirilməyi, psixoloji təzyiq, münaqişəyə cəlb etmək və s. pis vaxtda törədilməsi sifarişli olması deməyə əsas verir. Çünki bundan öncə də yerli məmurlar tərəfindən işdən çıxartdırılmasının sifariş edilməsi kömək edilmədiyi halda yalandan «kömək edirik» kimi bildirilməsi və s. hallar olurdu. Bu halların aşkarlanmır gizlədilir çox çətinliklər çəkirlər. Xidməti postun dəyişdirilməsi üçün iddiaçı rəisdən xahişlər etmişdir (2012-ci ildən işləyir, 1 aylıq kursda iştirak etmişdir, nədənsə işlədiyi müddətdə yeni işə götürülmüş işçiləri belə yeni, nisbətən rahat postlara verilir, amma iddiaçını nədənsə rayonun çıxacağında olan Kür çayı üzərində yerləşən körpüyə açıq posta göndərilirdi, evin problemi bir tərəfdən, vətəndaşlar olan yerə xidmət aparması üçün göndərmirdilər azı insanın fikri yayınması, işlə başı qarışır bunu isə iddiaçını çox görülürdü), orqan dəyişməsi səbəbindən birinci qrup əlillik dərəcəsi təyin edilmiş himayəsində olan bacısının yardımdan məhrum edilməklə köməksiz vəziyyətdə olması, ən əsası ixtisaslı xəstəxanada yaşaması üçün lazımi tibbi yardımın göstərilməsi üçün və s.barədə 2019-cu ilin noyabr ayında Yevlax şəhər İcra Başçısının qəbulunda olmuş rəsmi müraciət təqdim etmiş, həmin ərizədə qısa olaraq qeyd etmişlər ki, onun xidməti postu narahat yerdir, «bəs kömək edin normal posta dəyişsinlər». Bu ərəfələrdə xidməti postu X19 Mərkəzinə dəyişmişlər. Yevlax şəhər İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2019-cu il tarixli cavab məktubunda onun digər bir neçə müəssisə ilə yanaşı faktiki olaraq xidmət apardığı X19 Mərkəzinin rəhbərlərinin də xidmətdən narazı olduğu bildirməklə postdan götürüldüyü yalan məlumat olaraq qeyd edilib. Halbuki iddiaçı faktiki olaraq həmin postda xidmət aparırdı, xidmət apardığı postdan götürülməsi barədə 2019-cu ildə yalan rəsmi cavab yazıblar. Yeni rəis polis polvnikleytenant Fizuli Zeynalov bu cavab məktubundan 9-10 ay sonra həmin xidməti postdan onu götürüb. Bu hal isə onunla bağlı idarə daxilinə hər-hansı vasitə ilə kənar müdaxilənin olması deməyə əsas verir. xx.xx.2020-ci il tarixdə səhər tezdən iddiaçı rəisin qəbulunda olmuşdur. Bacısı ilə bağlı problemləri bildirmişdir.xx.xx.2020-ci il tarixdən bacısının ixtisaslı olmayan xəstəxanada saxlanması, vəziyyətinin ağır olması, himayəsində olması, yerli məmurların özbaşınalığının qurbanı olmasını və s.rəisinin bütün bunları məlumatı olub və axşam (17.00) təlimatına 10-15 dəqiqə gecikməsi barəsində idarədə izahat yazıb, naryad jurnalına qol çəkib xidmətə getdikdən 15-20 dəqiqə sonra iddiaçıya xəstəxanadan zəng edildiyi, ağır vəziyyətdə olan bacısının Bakı şəhərinə aparılmasının bildirildiyi üçün yenidən komandir heyətinə həmin vaxt zəng etmiş, onlar da öz növbəsində rəis cənab Fizuli Zeynalova zəng edib onun icazə ərizəsi elə xəstəxanada yazılıb (komandir heyəti bacısının hansı vəziyyətdə olmasını gördülər), sonra tibbi yardım maşını ilə ağır vəziyyətdə olan bacısı ilə birgə Bakı şəhərində yerləşən xəstəxanaya getmişdir. xx.xx.2020-ci il tarixli izahatla bağlı xx.xx.2020-ci il tarixli Yevlax rayon Mühafizə Şöbəsinə müraciətinə, İdarənin xx.xx.2020-ci il tarixli 243 nömrəli cavab məktubunda «xx.xx.2020-ci il tarixdə heç bir səbəb olmadan xidmətqabağı təlimata gecikməsi üçün MŞ-nin rəisinin xx.xx.2020-ci il tarixli 52 nömrəli əmri ilə töhmət elan edildiyi və xidmətqabağı təlimatda iştirak etmədiyi üçün bu barədə məlumatının olmadığı» qeyd edilmişdir. Bu töhmət intizam tənbehinin verilməsi üçün əsas olmuş hal ailə vəziyyəti, ailə və dövlət qarşısında olan öhdəliyi ilə əlaqədar olmuşdur. İddiaçı hesab edir ki, bacısının xəstələnməsi səbəbi ilə başına gələn olaylar, çətinliklər həmin durumunun üzrlü hal qəbul edilməsinə əsas verir. Bundan əlavə olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək icazəli olmuşdur. Cavab məktubları, bacısının xəstəliyi ilə bağlı Bakı şəhərinə aparılması, vəfat etməsi faktları bu icazənin əsaslı olduğunu göstərir. xx.xx.2020-ci il tarixli 52 nömrəli əmr ilə verilmiş töhmətin də ləğv edilməsi, işə bərpa, pozulmuş hüquqlarının mühafizəsi üçün Yevlax Rayon Mühafizə Şöbəsinə və Baş Mühafizə İdarəsinə təsdiqedici sənədlə birlikdə xx.xx.2020-ci il tarixli rəsmi müraciət edilib. İddiaçı xx.xx.2020-ci il tarixdən heç bir tibbi yardım göstərilməyən, ixtisaslı xəstəxanaya yerləşdirilməmiş bacısı ilə bağlı Bakının küçələrində qaldıqda, mətbuat vasitəsi ilə bacısına yalnız ixtisaslı xəstəxanada tibbi yardım göstərilməsi üçün kömək dinlədiyi halda, daha sonra dəfnlə bağlı bütün yük iddiaçının üzərində olduğu işlədiyi idarədə ən azından bildikləri halda, iddiaçının 2020-ci il avqust ayının əmək haqqını sentyabr ayının 24-də, yəni gecikdirərək ödənilibdir. Halbuki bağlanmış əmək müqaviləsində hər ayın 20-dən gec olmayan müddətdə əmək haqlarının işəgötürən tərəfindən ödənilməsi qeyd edilib. Bundan başqa, işlədiyi idarədə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətin əmək haqlarından qeyri-qanuni olaraq dövlətə ödəniləsi vergidən dəfələrlə çox gəlir vergisi tutulması aparılmışdır (vergi hesablanarkən həmin müddətdə himayəsində birinci qrup əlil olması səbəbindən güzəşt tətbiq edilməmişdir). Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin Maliyyə Şöbəsinin xx.xx.2018-ci il tarixli 298 saylı cavab məktubunda, təqdim edilmiş sənədlər əsasında əmək haqqından gəlir vergisinin qeyriqanuni olaraq artıq tutulması qeyd edilmiş, gəlir vergisinin məbləği konkret göstərilmişdir. Həmin məbləğin geri qaytarılması üçün edilmiş müraciətə isə Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli 038-37916S-4220 və Yevlax rayon Mühafizə şöbəsinin xx.xx.2020-ci il tarixli 191 saylı məktubunda himayəsində 1-ci qrup əlil olması barəsində Yevlax rayon İcra Hakimiyyətinin Sərəncamının 2017-ci ilin mart ayında (işə bərpa edildikdən sonra) işlədiyi idarəyə təqdim etməsi səbəbindən, Sərəncam təqdim edildikdən sonra vergi güzəştli tətbiq edilməsi qeyd edilmişdir. Bunun geri ödənilməsi üçün edilmiş müraciətlərə baxılmamışdır və iddia tərəfindən elektron qaydada korrupsiya əməli olduğu üçün aidiyyəti 2020-ci ildə digər orqanlara həmin müraciətlər göndərilmişdir. xx.xx.2020-ci il tarixdə bacısının uzun müddət müalicəsiz saxlanılması və yaşaması üçün zəruri olan ən minimal tibbi yardım göstərilmədən faciəli şəkildə ölümünə səbəb olunması iddiaçını dərindən sarsıtmış, ağır psixoloji travma keçirtmişdir. Bu psixoloji travmaya baxmayaraq bacısının vəfatından 6 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə güc bəla ilə işə çıxmışdır. Həmin gün 1 günlük icazə verilmişdir. xx.xx.2020-ci il tarixdə də iddiaçı işə gəlmiş və həmin tarixdən başlayaraq özünə gələnə qədər ona qısa bir müddətdə ödənişsiz məzuniyyət, icazə və s.verilməsini xahiş etmişdir. Özünü çox pis hiss etmişdir, açır psixoloji travma keçirmişdir. Lakin heç bir ödənişsiz məzuniyyət, öz hesabına icazə verməmişlər. Həmin gün (xx.xx.2020) səhər xidmətqabağı təlimata gecikməyinin səbəbi ağır psixoloji travma halında olmasıdır. Belə ki, yolda işə gələrkən gözləri anidən qaralmışdır. Uzun müddət yolda daş üstündə oturub özünə gəlməyə çalışmışdır. Özünə gələndən sonra işə gəlmiş, amma 15-20 dəqiqə gecikmişdir. Bu barədə ərizə yazıb izah etməyə çalışmış, lakin bu ərizə əsassız olaraq qəbul etməmişlər. İdarərə təzyiq olduğu görüb öz hesabına məzuniyyətə icazə verilməsi xahiş etmişdir. Ərizəni, izahatını qəbul edilmədiyi bildirilmişdir. Bu səbəbdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmiş (bununla bağlı idarə rəisi, rəhbər orqanlara rəsmi teleqramla müraciət etmişdir), öz hesabına belə ağır vəziyyətində icazə verilməməsi əlavə olaraq işdən bu ağır vəziyyətdə, dövlətə sığındığı vaxtda, birinci qrup əlil bacısının ixtisaslı olmayan xəstəxanada əlini-ayağını çarpayıya bağladaraq ölümünə səbəb olunmasından dərhal sonra, bütün olanlardan xəbəri olunduğu halda ailənin digər üzvünün işdən çıxarmaq ədalətli, insanlığa sığan, milli adət-ənənəsinə qətiyyən uyğun deyil. xx.xx.2020-ci il tarixdə X10 müraciət etmiş, lakin ağır, mənəvi, psixoloji travma halında olmasına baxmayaraq, həmin xəstəxana onu bülleten açmamış, ambulator müalicə təyin etməmişdir. Xəstəxana iddiaçıya ən minimal tibbi yardım çox görmüşdür. Həkimlərə, tibb, səhiyyə, Sığortaya, bacısının o formada ölümü ilə bağlı əsaslı inamsızlıq var və yaranıb. xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixdə 2 gün ağır mənəvi, psixoloji travma səbəbi ilə xəstə olduğu üsün işə çıxa bilməmişdir. Sağlamlığını etibar edə biləcəyi inanacağı xəstəxana tibb müəssisəsi olmadığı üçün heç bir xəstəxanada müalicə ala bilməmişdir. Maddi inkansızlıq səbəbindən özəl tibb müəssisəsinə müraciət edə bilməmişdir. xx.xx.2020-ci il tarixdə Yevlax Rayon Mühafizə Şöbəsinə və Daxili İşlər Nazirliyinə teleqram ünvanlayaraq ağır psixoloji travma halında olduğunu, xx.xx.2020-ci il tarixdə ərizə ilə Yevlax Rayon Mühafizə Şöbəsinə bildirdiyini, onlardan bir neçə gün ödənişsiz məzuniyyət, öz hesabına icazə və s.istədiyini, ərizəni qəbul etmədiklərini bildirmişdir. xx.xx.2020-ci il tarixdə (həftənin 5-ci günü) Yevlax Rayon Mühafizə Şöbəsinin rəisi cənab Fizuli Zeynalov tərəfindən cavab teleqramı xidmətə çıxması bildirilmişdir. Şənbə və bazar günündən sonra xx.xx.2020-ci il tarixdən (bazar ertəsi) Yevlax Rayon Mühafizə Şöbəsində xidmətində ağır xəstə olmasına baxmayaraq işə çıxmışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə gündəlik 8 saat olmaqla, həftə ərzində 48 saat işlədilmişdir. Yəni həftənin altı günü 8 saat işləmişdir. X17 və Əmək Məcəlləsinə əsasən gündəlik 8 saat həftəlik isə 40 saatdan artıq olmamaq şərti ilə işləməli idi. 02,03,xx xxxxxxxx 2020-ci il tarixdə işə gedə bilmədiyi üçün işdən azad edilmişdir (işə gedə bilməməsinin səbəbi ən azı azərbaycan vətəndaşının əl ayağının bağlatdıraraq öldürməklə bağlı olaraq psixoloji travma ilə bağlı olmuşdur). İnsan sağlamlığına mənfi təsir edən əsaslı haldır. xx.xx.2020-ci il tarixdən həftənin 6-cı günləri (12,19,26 sentyabr) istirahət günü, gündəlik 8 saat işə cəlb edilmişdir, işdən qaldığı günləri əvəz edir və artıq işlədilməsinə baxmayaraq sentyabr ayının əmək haqqından tutulmalar aparılmışdır, əmək haqqı kəsirlə ödənilmişdir. Əlavə olaraq 2020-ci ilin sentyabr ayının əvvəlində işə gələ bilmədiyi 2 iş günün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işə gəlmədiyi müddətdə həftəlik normadan çox olaraq işlədilmiş və sonra da qanuna zidd olaraq xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilib. Bu qəbul edilməzdir. Yevlax Rayon Mühafizə Şöbəsinin rəisi polis polkovnik-leytenant cənab Fizuli Zeynalovun adına işə çıxa bilməməsinin səbəbləri başlarına gələnlə və s.barəsində xx.xx.2020-ci il tarixli izahat yazmışdır. Həmin izahatda «qanunsuz işdən çıxarılması, işə bərpa edilməsi, əmək haqlarının düzgün verilməməsi, kəsirlərin olması, özbaşınalığın qurbanı olması, səhiyyə tibb müəssisələrinin özbaşınalığını, müraciət edə biləcəyi tibb müəssisənin olmaması,həkim, xəstəxana, səhiyyə, sığortaya, bacısının başına gətirilənlərdən sonra inamsızlıq olması, özünü narahat hiss etməsini, və s.» yazmışdır, bacısının əl ayağı bağlı halda vəfat etməsi çox saylı problemləri qeyd etmişdir. Yevlax rayon Mühafizə Şöbəsinin rəisi tərəfindən imza və möhürlə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli rəy yazılıb. Belə ki, subordinasiya qaydalarının pozması, üzürlü səbəb olmadan xidmətə çıxmaması il ərzində çoxsaylı icazə alınması, barədə ərizələri və onun qeyri-etik formasında tərtib etdiyi ərizə, İdarənin operatora Məlahət xanımın ərizəsi və s.əsas götürülərək rəy yazılmışdır. Sonda qəbul etdikləri rəylə birlikdə məsələyə Yevlax MŞ-nin X14 iclasında baxılması bildirilmişdir. Bu rəy X12 daha çox Yevlax Rayon Mühafizə Şöbəsinin tabeliyində fəaliyyət göstərən qurumunun rəyinə oxşayır. Bunu rəyin məzmun və forma baxımından onu tərtib olunma qaydası da açıq bir şəkildə ifadə edir. Ona görə də hesab edir ki, Əmək Məcəlləsindəki 80cı maddəsindəki qaydalara əməl olunmayıb. Belə ki, ƏM-nin 80-ci maddəsinə görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar İttifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimata müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsasdandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Burada belə bir rəydən söhbət gedə bilməz. Baş mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli 038-51462/2S-3220 son səhifəsində 2020-ci ilin sentyabr ayının əvvəlində üzrsüz səbəbdən işə çıxmaması ilə bağlı barəsində aparılmış xidməti yoxlamanın nəticəsinə əsasən həmin hərəkətlərin Yevlax RMŞ-nin Həmkarlar təşkilatında müzakirəyə çıxarılması nəticəsindən açılı olaraq müvafiq tədbir görülməsinin nəzərdə tutulduğu qeyd edilmişdir. Yevlax RMŞ-nin xx.xx.2020-ci il tarixli 284 saylı məktubu ilə Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli Ə1297 ş/h-038-20 nömrəli əmri ilə işdən azad edilməsi, portalda və əmək kitabçasında qeydiyyat aparıldığı qeyd edilmişdir. Yevlax Rayon Mühafizə Şöbəsinin işdən azad edilməsi barəsində verilmiş əmri və s.sənədlərin iddiaçıya təqdim edilməsi üçün rəsmi müraciət etmişdir. Lakin hələ ki, hər hansı bir nəticə yoxdur. xx.xx.2020-ci il tarixdə iddiaçıya təqdim edilmiş ******* nömrəli əmək kitabçasında Baş Mühafizə İdarəsinin «xx.xx.2020-ci il tarixli 1286ş/h saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirmədikdə tutduğu vəzifədən azad edilsin» qeyd edilmişdir. Portalda isə 72-ci maddə ilə əmək müqaviləsinə xitam verildiyi qeyd edilmişdir. xx.xx.2020, xx.xx.2020-ci il və digər tarixlərdə müraciət edərək iddiaçının işdən çıxarılması barəsində verilmiş əmri, haqq hesab sənədlərin və s.sənədləri tələb etmişdir. Əmrdən çıxarış və digər haqq hesab sənədləri ona təqdim edilməyib, yalnız yuxarıda qeyd edilən tarixdə əmək kitabçası təqdim edilib. Senğtyabr ayının əmək haqqını xx.xx.2020-ci il tarixdə verilib və bütün ona ödənilməli olan məbləğlər hələ də ödənilməyibdir. Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli 038-19087S-4220 saylı məktubunda mənfi motivlə xidmətdən xaric edildiyi üçün əvvəlki vəzifədə işə bərpa edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Yuxarıda sadalanan faktiki hissədən çoxsaylı hüquq pozuntusu törədilməsi mütəmadi işçisinin əsassız olaraq incidilməsi v s.qeyri-qanuni hesab edilmiş hərəkətlərə yol verilir. Belə ki, işçi olaraq Yevlax RMŞ-nin ilk həmkarlar təşkilatına əmək haqqından üzvülük haqqı tutulsa da, heç bir hüququ müdafiə edilməyib. Əksinə 2 dəfə ayrı-ayrılıqda Yevlax MŞ-nin qanunsuz hərəkətləri ilə əlaqədar olaraq məhkəmə qərarı çıxarılmışdır. Nəticə olaraq heç bir hüququ müdafiə edilmədiyi üçün 2020-ci ilin fevral ayında Yevlax RMŞ-nin ilk İHİ ərizə ilə müraciət edərək əmək haqqından tutulmaların dayandırılması xahiş edilir və dayandırılır. Yevlax RMŞ-nin ilk həmkarlar ittifaqının üzvülüyündən 2020-ci ilin fevral ayından öz ərizəsi əsasında çıxmasına baxmayaraq idarənin xx.xx.2020-ci il tarixli rəyi və BMİ-nin cavab məktubu ilə RMŞ-nin ilk Həmkarlar İttifaqına barəsində qərar qəbul edilməsi üçün müraciət edilir. İddiaçı hesab edir ki, Yevlax RMŞ-nin İlk Həmkarlar ittifaqına üzvülükdən çıxmışdırsa, hər hansı qərar qəbul edilməməli idi. İşin faktiki hissəsində göstərilən əmək haqlarının verilməməsi incidilməsi, müraciətlərə ədalətli baxılmaması müəyyən vəzifəli şəxslər tərəfindən qəsdən törədilir deməyə əsas verir. Halbuki xx.xx.2016-cı il tarixdə işdən azad edilməsi barəsində işəgötürənin əmrinin etibarsız hesab edilməsi barəsində məhkəmə qərar qəbul edərkən, himayəsində birinci qrup əlil bacısının olması barədə sərəncamın idarədə olmasına baxmayaraq, qanunsuz olaraq işdən azad edilməsi göstərilib. Digər tərəfdən isə Sərəncamın 2015-ci ili naprel ayından idarəyə təqdim edilməsi səbəbindən əmək haqqından tutulan gəlir vergisinə güzəşt tətbiq edilib, bu hal bank hesabından çıxarışla təsdiq edilir. Yevlax MŞ-nin xx.xx.2020-ci il tarixli 52 nömrəli əmri ilə icazəli olduğu gün hesab edir ki, ona intizam tənbehi verilə bilməzdi və gecikməsi ilə bağlı üzürlü hal kimi qəbul ediləcək əsaslı səbəb var idi, buna görə də həmin töhmətin bu səbəblə də əsassız olduğunu hesab edir. İddiaçı hesab edir ki, bacısının son olaraq əl ayağının bağlatdırılaraq öldürülməsi onun arasının psixoloji mənəvi zərbə almaları, sağlamlıqlarına mənfi təsir göstərməsi üçün əsasdır. Belə bir halda müraciət edə biləcəkləri inanacaqları tibb müəssisəsi səhiyyə sığorta isə yox idi. 02,03,xx xxxxxxxx 2020-ci il tarixlərdə işə gedə bilmədiyi üçün işdən azad edilmişdir.xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçı işə çıxmışdır,aylıq iş norması tam şəkildə yerinə yetirmişdir. Yevlax rayon Mühafizə Şöbəsinin cavab məktubunda işdən azad edilməsi barəsində olan əmrin nömrəsinin səhv yazılması halları. Bacısı ağırlaşanadək (xx.xx.2020) iddiaçı barəsində hər hansı intizam tənbehi, xəbərdarlıq olmayıb, yalnız bu hadisədən sonra töhmət və s.elan edilib Əmək Məcəlləsinin 70 «ç» bəndi ilə işdən azad edilmişdir. Bütün qeyd etdiyi və etmədiyi çabalarına baxmayaaq bacısı öldürüldü. İddiaçı hesab edir ki, göndərdiyi videoda da göründüyü kimi, bacısının tibb müəssisəsində «reanimasiya» şöbəsində o vəziyyətdə saxlanılması, qətlə yetirilməsi deməyə əsas verir və bu halların üzrsüz haldır deyib işdən çıxartdırmaq, qəsdən əmək haqqısı kəsmək, əsassız töhmət vermək və s.hüquq pozuntusu törətmək vicdansızlıqdan və bəzi məmurlar tərəfindən törədilmiş, cinayəti ört basdır etmək üçün işdə hədə qorxu gələrək törədilmiş çoxsaylı hüquq pozuntularının araşdırılmasına mane olmaqdan başqa bir şey deyil. Ən dəhşətli ən ağır səbəbdir. Qardaş ailə üvlü olaraq sağlamlığın pozulması mənəvi, psixoloji zərbə üçün səbəbdir. Belə bir vəziyyətdə bundan başqa daha işgəncəli səbəb ola bilməz. Sağlamlığa hansı dərəcədə ağır formada zərərin vurulması və hansı müddətdə davam etməsi ifadə etmək mümkün deyil. Belə bir ağır həyat şəraiti bu vəziyyətdə işdən çıxartdırmaq isə növbəti sarsıntı yaşatmaqdan başqa bir şey deyil. Uzun illərdir bacısına qaraciyər bağışladıqdan sonra belə bəzi həkim, məmur tərəfindən dilənçi vəziyyətində, borc içərisində yaşatdırılmışlar, bütün şey şeyləri əlindən alınıb, bu səbəbdən ailə qurmamışdır. Bacısının vəfat etməsindən sonra bu vəziyyətdə incidilməkləri, işdən qanunsuz çıxarılmaqla, işsiz vəziyyətinə salınmaqları ailə qurmasına da mane olur. Bu səbəbdən əmək hüququnun pozulması ailə hüququnun və s. hüququnun pozuntusuna səbəb olur. Qeyd edilən və edilməyən çoxsaylı hüquq pozuntusu törədilməsi ziyan dəyməsi üçün əsasdır. İddiaçı işdən qanunsuz azad edilməsi üçün narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Qaraçiyər sirrozu ilə vəfat etdiyi qeyd qeyd edilib, lakin sağ ikən dəqiq diaqnoz qoyulmadığı üçün müxtəlif orqanlarda araşdırma aparılırdı. Qaraciyər bağışladığı və illərlə zəhmətin çəkdikləri yeganə birinci qrup bacısının uzun müddət ağır vəziyyətdə üstünə atılması, xəstəliyinin xəstəliyinin xx.xx.2020-ci il tarixdə kəskin ağırlaşması, xəstəxanada onun başına gətirilən hadisələr və qısa bir müddət xx.xx.2020-ci il tarixdə onun ölüm xəbərinin verilməsi səbəbi ilə iddiaçı ağır psixoloji travma keçirmişdir. xx.xx.2020-ci il tarixdə həmin ağır psixoloji travmaya baxmayaraq, yəni bacısının 6 gün sonra işdə ona problemlər səbəbi ilə güc bəla işə gəlmişdir. Bu vəziyyətində belə işdə iddiaçıya olan münasibəti görüb rəisə etiraz etmiş və postun dəyişdirilməsini xahiş etmiş, lakin rəis bunu dəyişməmişdir. Onsuzda keçirdiyi ağır psixoloji travma rəisin bu hərəkətləri səbəbi ilə daha da kəskinləşmişdir. Çox çətinliklə həmin gün özümə gələ bilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı işə gəlmiş və həmin tarixdən başlayaraq özümə gələnə qədər ona qısa bir müddətdə ödənişsiz məzuniyyət verilməsini xahiş etmişdir. İddiaçı özünü çox pis hiss edirdi, ağır psixoloji travma keçirirdi. Lakin heç bir ödənişsiz məzuniyyət verməmişdir. Həmin gün (xx.xx.2020) səhər xidmətqabağı təlimata gecikməsinin səbəbi ağır psixoloji travma halında olmasıdır. Belə ki, yolda işə gələrkən gözləri yenidən qaraldı. Uzun müddət yolda daş üstündə oturub özünə gəlməyə çalışmışdır. Özünə gələndən sonra işə gəlmiş, amma 15-20 dəqiqə gecikmişdir. Bu barədə ərizə yazıb vəziyyəti izah etməyə çalışmış, lakin bu ərizə əsassız olaraq qəbul edilmədiyi bildirilərək növbəti dəfə mübahisəyə cəlb edilmişdir. İdarədə təzyiq olduğu görüb öz hesabına məzuniyyətə icazə verilməsi xahiş etmişdir. Ərizəni, izahatını qəbul edilmədiyi bildirilmişdir. Bu səbəbdən DİN 102 xidmətinə müraciət etmiş, öz hesabına belə bir ağır vəziyyətində icazə verilməməsi əlavə olaraq işdən bu ağır vəziyyətdə, dövlətə sığındığı vaxtda, birinci qrup əlil bacısının ixtisaslı olmayan xəstəxanada əlini-ayağını çarpayıya bağladaraq vəfat etməsindən dərhal sonra, ailənin digər üzvünün işdən çıxarmaq ədalətli, hüquqi, milli adət-ənənələrinə qətiyən uyğun deyil. xx.xx.2020-ci il tarixdə X10 müraciət etmiş, lakin ağır psixoloji travma halında olmasına baxmayaraq həmin xəstəxana iddiaçıya bülleten açmamış, ambulator müalicə təyin etməmişdir. xx.xx.2020-ci tarixdə Yevlax Rayon Mühafizə Şöbəsinə və Daxili İşlər Nazirliyinə teleqram ünvanlayaraq ağır psixoloji travma halında olduğunu, xx.xx.2020-ci il tarixdə ərizə ilə Yevlax Rayon Mühafizə Şöbəsinə bildirdiyini, onlardan bir neçə gün ödənişsiz məzuniyyət istədiyini, bunu qəbul etmədiklərini, bildirmişdir. xx.xx.2020-ci il tarixdə Yevlax Rayon Mühafizə Şöbəsinin rəisi cənab Fizuli Zeynalov tərəfindən cavab teleqramı ilə bildirilib ki, «teleqramda göstərdiyim müddətdə məzuniyyətə buraxılmağınız məqsədə müvafiq hesab etmir. Barənizdə Yevlax MŞ-də xidməti yoxlama aparılır. Bu və ya digər məzuniyyət hüququna malik olsaq da bu hüquqdan yalnız işəgötürənin əmri əsasında istifadə edə bilərsiniz. Xidmətə çıxmalısınız». Bütün bunlardan məlum olduğu kimi xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə 2 gün ağır psixoloji travma səbəbi ilə xəstə olduğu üçün işə çıxa bilməmişdir. Şənbə və bazar gündən sonra xx.xx.2020-ci il tarixdən Yevlax rayon Mühafizə Şöbəsində Xidmətində ağır xəstə olmasına baxmayaraq işə çıxmışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə gündəlik 8 saat olmaqla, həftə ərzində 48 saat işlədilmişdir. Yəni həftənin altı günü 8 saat işləmişdir. X17 və Əmək Məcəlləsinə əsasən gündəlik 8 saat həftəlik isə 40 saatdan artıq olmamaq şərti ilə işləməli olmuşdur. Əlavə olaraq həmin 2020-ci ilin sentyabr ayı ərzində işə gələ bilmədiyi üçün iş günü həftəlik normadan çox olaraq işlədilmişdir və sonra da qanuna zidd olaraq xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilmişdir. Bu qəbul edilməzdir. Belə ki, iddiaçı ağır xəstə olmasına baxmayaraq işəgötürən onun işə 2 gün çıxmadığını bəhanə edib əmək müqaviləsinə xitam vermişdir. Bu qanuna ziddir. İşəgötürən pozuntu hesab etdiyi hal səbəbi ilə xx.xx.2020-ci il tarixli 52 nömrəli əmrlə iddiaçıya əsassız töhmət verib, həm də əmək müqaviləni Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edib. Bu kobud şəkildə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin və 189-cu maddəsinin 1-ci bəndinin pozulmasıdır. Məhz ƏM-nin 189-cu maddəsinin 1-ci bəndi də deyir ki, «bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz». Məlum olduğu kimi, xx.xx.2020-ci il tarixdə 52 nömrəli əmrlə işəgötürən iddiaçıya təhmət verib. İddiaçı həmin tarixdə rəsmi olaraq məzuniyyətdə olmuşdur. Bundan başqa həmin tarixdə birinci qrup əlil olan bacısı (yaxın qohumu) ağır xəstə olmuş (bir müddət sonra da vəfat etmiş) onun himayəçisi də iddia olmuşdur. Hesab edir ki, bu hallar nəzərə alınaraq Əmək Məcəlləsinin tələblərinə zidd olan həmin töhmət də ləğv olunmalıdır. Bütün bunlardan məlum olduğu kimi iddiaçının azad olunması ilə bağlı əmr və ona töhmət verilmə ilə bağlı Əmək Məcəlləsinin imperativ tələblərinə uyğun deyil, bu səbəblə hər iki əmr ləğv olunaraq pozulmuş hüquqları bərpa olunmalıdır. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli 1286 Ş/H saylı işdən azad edilməsi barəsində verilmiş əmrin ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Yevlax rayon Mühafizə Şöbəsinin Mülki Mühafizə Xidməti üzrə «mühafizəçi» vəzifəsinə bərpa edilməsi, xx.xx.2020-ci il tarixdən işə bərpa olunacaq günədək məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı məhkəmə tərəfindən qanuna uyğun hesablanaraq cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsindən tutularaq İddiaçı birdəfəlik ödənilməsi, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin İddiaçı töhmət verilməsinə dair xx.xx.2020-ci il tarixli 52 nömrəli əmrin ləğv edilməsi, iddiaçının üzərindən həmin töhmətin götürülməsi, xx.xx.20216-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətin əmək haqlarından gəlir vergisi adı ilə artıq tutulmuş məbləğin, 2020-ci ilin avqust, sentyabr aylarının əmək haqlarının, işdən azad edilərkən sonuncu iş günü iddiaçıya ödənilməli olan məbləğin yenidən hesablanmaqla, ödənilməmiş, gecikdirilmiş məbləğlərin, gecikdirilmiş hər günü üçün 15% ilə iddiaçıya geri ödənilməsi, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin qanuna zidd hərəkətləri səbəbi ilə İddiaçı dəymiş mənəvi zərərin kompensasiya olunması üçün cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsindən 5.000 manat və məhkəmə işi ilə əlaqədar çəkiləcək xərclər tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, iddiaçı iddia ərizəsi ilə cavabdeh Baş Mühafizə İdarəsinə qarşı irəli sürülmüş «xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətin əmək haqlarından gəlir vergisi adı ilə artıq tutulmuş məbləğin, 2020-ci ilin avqust, sentyabr aylarının əmək haqlarının, işdən azad edilərkən sonuncu iş günü ona ödənilməli olan məbləğin yenidən hesablanmaqla, ödənilməmiş, gecikdirilmiş məbləğlərin, gecikdirilmiş hər günü üçün 15% ilə ona geri geri ödənilməsi barədə» tələbinin «xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətin, 2018-ci ilin may, iyun aylarının, 2020-ci ilin avqust, sentyabr aylarının əmək haqlarının, işdən azad edilərkən sonuncu iş günü iddiaçıya ödənilməli olan məbləğlərin yenidən İddiaçı iştirakı ilə hesablanmaqla, ödənilməmiş məbləğin və ödəniş ediləcək günədək, gecikdirilmiş hər gün üçün 15% əlavə ödənc ilə cavabdeh Baş Mühafizə İdarəsindən tutularaq İddiaçı ödənilməsi barəsində» qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, cavabdeh orqan ona məxsus kitabçasına qanunsuz qeydlər yazmışdır. Odur ki, cavabdehin hesabına əmək kitabçasının dəyişdirilməsi barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Qanuni iddiaçıya ödənilməli olan əmək haqları vaxtında ona ödənilməməsi səbəbindən gecikdirilmiş ödənilməmiş məbləğin hər günü üçün 15 faiz əlavə ödənclə ona geri ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gecikdirilmiş ödənilməmiş məbləğin hər günü üçün 15 % əlavə ilə deyil, gecikdirilmiş hər gün üçün 5 % ilə geri ödənilməsi xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiaya uyğun izahay vermiş, iddiada göstərilənləri təsdiq edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, göstərmişdir ki, İddiaçı iddia tələbi tam əsassızdır. xx.xx.2012-ci il tarixdən Yevlax RMŞ-də mülki mühafizəçi vəzifəsinə qəbul edilən İddiaçı ştat ixtisarı ilə əlaqədar xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2017-ci il tarixdə yenidən Yevlax RMŞ-də mülki mühafizəçi vəzifəsinə qəbul edilən İddiaçı göstərilən müddətdə 3 dəfə intizam tənbehinə cəlb edilmişdir. Yevlax RMŞ-nin xx.xx.2020-ci il tarixli 52 nömrəli əmri ilə elan edilmiş «töhmət» intizam tənbehi qüvvədə olmasına baxmayaraq, nəticə çıxarmamış və xidmətdə mənfi xarakterizə olunur. İddiaçı RMŞ-nin rəhbərliyinə təqdim etdiyi ərizələrinə əsasən 2020-ci ilin mart ayının 23dən aprel ayının 04-dək 13 gün və iyul ayının 30-dan avqust ayının 10-dək 10 gün, ümumilikdə 23 gün növbəti məzuniyyətindən tam istifadə etmişdir. Qeyd olunanlardan əlavə olaraq mülki mühafizəçi İddiaçı 2020-ci ilin əvvəlindən avqust ayınadək 21 iş günü ərzində əlavə ödənişli, avqust ayının 10-dan 13-dək isə ödənişsiz məzuniyyətlər verilmişdir. Bacısının xəstəliyi və vəfat etməsi nəzərə alınaraq, mülki mühafizəçi İddiaçı avqust ayının 17-dən 31-dək işdən icazə verilmiş, beləliklə də sonuncu 2020-ci ilin 8 ayı ərzində əsas məzuniyyətdən başqa 38 gün əlavə məzuniyyətə buraxılmışdır. İşində mənfi xarakterizə olunan mülki mühafizəçi İddiaçı işdən yayınmağa meyilli olmuş, qeydiyyata alınmış ərizələrinə əsasən ona 2018-ci ildə 19 gün, 2019-cu ildə isə 35 gün əlavə məzuniyyətlər verilmişdir. xx.xx.2020-ci il tarixdə xidmət yerinə bir saat 15 dəqiqə gecikən mülki mühafizəçi İddiaçı həmin gün bölgü üzrə təyin olunduğu Kür sayı üzərindəki 2 saylı körpüyə xidmətə çıxmaqdan da imtina etmişdir. Həmin tarixdə Yevlax RMŞ-nin rəisi polis polkovnik-leytenantı Fizuli Zeynalov tərəfindən qəbul edilən mülki mühafizəçi İddiaçı növbəti ayda xidmət yerinin dəyişdiriləcəyi izah olunsa da, o yenə də həmin posta xidmətə çıxmamış, daha sonra isə RMŞ-nin növbətçi otağının qarşısında polis polkovnik-leytenantı F.Zeynalovla kobud şəkildə və yüksək tonla danışmış, eləcə də şöbə rəisinin adına ərizə yazaraq 2 saylı körpüyə xidmətə təyin edilməsini ayrıseçkilik kimi qəbul etdiyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə xijmətqabağı təlimatda iştirak etməyən İddiaçı yenə də təyin olunduğu posta getməkdən imtina etmiş, həmin tarixdə də RMŞ-nin operatoru Məlahət Məmmədova ilə yersiz mübahisə yaradaraq sonuncunun ünvanına təhqiredici ifadələr işlətmişdir. xx.xx.2020-ci il tarixdə növbəti dəfə üzrsüz xidmətə çıxmayan İddiaçı mülki mühafizə xidmətinin qrup rəhbəri Bəhruz Bəxtiyarovun telefon zənglərinə cavab verməmiş, həmin gün iş yerinə teleqram ünvanlayaraq xx.xx.2020-ci il tarixdə bacısının vəfat etməsi ilə əlaqədar xidmətdə nöqsana yol verə biləcəyini göstərmiş və ona bir ay müddətinə əlavə məzuniyyət verilməsini xahiş etmiş, müraciətinə baxılmasının nəticəsini gözləmədən sentyabrın 7-dək xidmətə çıxmamışdır. Əlavə məzuniyyət verilməsi ilə bağlı T.X20 Nazirliyinin və Baş Mühafizə İdarəsinin rəhbərliklərinə də müraciət etmiş, həmin müraciətlərə baxılarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 130-cu maddəsinin müvafiq bəndlərində nəzərdə tutulmuş ödənişsiz məzuniyyət verilməsinə əsas olmadığı müəyyənləşdirilmişdir. Qeyd olunan müraciətlərinə baxılmasının nəticəsi barədə İddiaçı məlumat verilmişdir. Yevlax RMŞ-də 54 polis nəfəri, 56 nəfər isə mülki mühafizəçi xidmət edir. Polis nəfərinin xidmətdə yol verdiyi qəbahətlər şöbənin sıravi və kiçik rəis heyətinin yığıncaqlarında, mülki mühafizəçilərin qəbahətləri isə həmkarlar təşkilatının yığıncaqlarında müzakirə olunur. Şöbə və hissələrdə isə başqa bir ictimai birlik, təşkilat yoxdur. İddiaçı istisna olmaqla mülki mühafizəçilərin hər biri Həmkarlar Təşkilatının üzvüdür. xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən DİİXİ Hİ Yevlax rayon komitəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həmkarlar ittifaqı üzvlüyündən xaric edilmişdir. xx.xx.2020ci il tarixdə İddiaçıla bağlanmış əmək müqaviləsinin ləğv olunması barədə BMİ rəhbərliyi qarşısında vəsatət qaldırılması haqda qərar qəbul edilmişdir. Əmək intizamını və işlədiyi mühafizə hissəsinin daxili qaydalarını, habelə əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq uzun müddət ərzində üzrsüz səbəbdən işdən yayındığına, təyin olunduğu posta xidmət aparmaqdan əsassız imtina etdiyinə, tabeliyində olduğu hissə rəisi ilə münasibətdə kobudluğa yol verdiyinə, şöbənin operatoru M.Məmmədovla ilə mübahisə yaradaraq sonuncunun ünvanına nalayiq ifadələr işlətdiyinə, həmkarlarına qarşı hörmətsizlik nümayiş etdirdiyinə, Həmkarlar təşkilatının iclasının gedişatını pozduğuna, həmin hərəkətləri ilə DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirdiyinə və xidmətdə mənfi xarakterizə olunduğuna görə Yevlax RMŞ-nin xx.xx.2020-ci il tarixli 52 nömrəli əmri ilə qüvvədə olan «töhmət» intizam tənbehi, eləcə də xidmət yoldaşlarının yığıncağının ümumi fikri də nəzərə alınmaqla həmin şöbənin mülki mühafizəçisi İddiaçı xidmətdən xaric edilmişdir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan İddiaçı əmək kitabçasının kserosurətindən görünür ki, o, xx.xx.2012-ci il tarixdə əmək haqqı ştat cədvəlinə əsasən ödənilməklə Yevlax RMŞ-nin MMX üzrə mühafizəçi vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı ildə AR ƏM-nin 70-ci maddəsinin «b» bəndinə əsasən (işçilərin sayı və ştatları ixtisar edildikdə) tutduğu vəzifədən azad edilmiş, xx.xx.2017-ci il tarixdə əmək haqqı ştat cədvəlinə əsasən ödənilməklə Yevlax Rayon Mühafizə Şöbəsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi üzrə vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə AR ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-8672/2016 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-6888/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilmiş, İddiaçı işdən azad edilməsinə dair Azərbaycan Respublikası Cavabdeh 93 ş/h saylı xx.xx.2016-cı il tarixli əmri etibarsız hesab edilmiş, İddiaçı Azərbaycan Respublikası Cavabdeh Yevlax rayon Mühafizə Şöbəsinin Mülki Mühafizə xidməti üzrə mühafizəçi vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh Baş Mühafizə İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)- 6888/2016 saylı qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-877/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək məcburi iş buraxma müddətinin və aylıq ona ödənilən əmək haqlarının yenidən hesablanması, hesablanmış əmək haqlarının tam şəkildə ödənilməsi, cavabdeh İdarə üzrə verilmiş xx.xx.2017-ci il tarixli 186 ş/h əmri ilə işə bərpa edildikdən sonra, onunla bağlanmış əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi, əmək müqaviləsində göstərilmiş əmək haqqının yenidən müəyyən edilməsi, habelə onun sağlamlıq durumunun müəyyən edilməsi və cavabdeh İdarənin hesabına müalicə olunması barədə iddianın rədd edilməsini qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı «əmək haqqının ödənilməsi və sair tələbləri barədə» iddiası qismən təmin edilmiş, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək məcburi iş buraxma müddətinə görə ödənilməli olan əmək haqqı yenidən hesablanmaqla İddiaçı ödənilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli 298 saylı məktubun surətindən görünür ki, 2016,2017 və 2018-ci illərdə İddiaçı işlədiyi Yevlax Rayon Mühafizə Şöbəsində əmək haqqı hesablanarkən Vergilər Məcəlləsinin 102.1.6 və 102.4.4cü maddələirinin tələbləri pozulmuş və digər vergisi düzgün hesablanmamışdır. Bunun nəticəsində də əmək haqqından 2016-cı ilin yanvar ayından 2017-ci ilin fevral ayınadək 147,22 manat və 2018-ci iliq may-iyun aylarında isə 14,57 manat artıq gəlir vergisi tutulmuşdur. Bununla bağlı iş yeri üzrə mühasibatlığa rəsmi müraciət etməsini tövsiyyə edilmişdir. İş materiallarında Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X11 xx.xx.2020-ci ildə ölmüşdür. Ölümün səbəbi: qaraciyər sirrozu göstərilmişdir. İş materiallarında olan Yevlax rayon Mühafizə Şöbəsinin xx.xx.2020-ci il tarixli 52 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, xidmətqabağı təlimata gecikdiyinə görə mühafizəçi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin «a» bəndinə əsasən «Töhmət» elan edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, mühafizəçi İddiaçı xx.xx.2020-ci il tarixdə 2 nömrəli körpüyə xidmətə çıxmaqdan imtina edərək rəisin qəbuluna girmək istədiyini bildirdi. İddiaçı manqa komandiri Nicat Həsənovla birlikdə rəisi qəbuluna girdikdən 7-8 dəqiqə sonra rəisin otağından çıxıb növbətçi hissənin qarşısında subordinasiya qaydalarını pozaraq rəisə «məni burada dinləməlisiniz, buna Sizin dedinizin evi deyil» deyə bildirdi. Rəis təmkinlə onu nizam-intizama dəvət etsə də mühafizəçi İddiaçı öz hərəkətlərini davam etdirərək rəisi hədələyərək «səndən şikayət edəcəyəm». Şöbə rəisi yenə də onu nizam-intizama dəvət edib, Yevlax rayon İcra Başçısının çağırışına getmək üçün şöbəni tərk etdi. İddiaçı isə şöbədə qaldı və ünvansız təhqaredici sözlərdən uca səslə istifadə etməyi davam etdi. İş materiallarında olan Yevlax rayon MŞ-nin X14 xx.xx.2020-ci il tarixli qərarı ilə mütəmadı olaraq özbaşına xidmətdən yayınması, subordinasiya qaydalarını kobud surətdə pozduğuna və sair intizam qaydalarını pozduğuna görə Yevlax rayon MŞ-nin MMX-i üzrə mülki mühafizəçisi İddiaçı tutduğu vəzifədən azad olunması üçün BMİ-nin rəhbərliyi qarşısında vəsatətin qaldırılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, cari ilin mart ayının 23-dən aprel ayının 04-dək 13 gün və iyul ayının 30-dan avqust ayının 10dək 10 gün, ümumilikdə 23 gün növbəti məzuniyyətindən tam istifadə etməklə yanaşı, 2020-ci ilin əvvəlindən avqust ayınadək İddiaçı 21 iş günü ərzində əlavə ödənişli, avqust ayının 10-dan 13-dək isə ödənişsiz məzuniyyətlər verilmişdir. Mərhum bacısı xəstəliyi və vəfat etməsi nəzərə alınaraq İddiaçı avqust ayının 17-dən 31-dək işdən icazə verilmiş, beləliklə də 2020-ci ilin 8 ayı ərzində əsas məzuniyyətindən başqa 38 gün əlavə məzuniyyətdə olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 130-cu maddəsinin müvafiq bəndlərində nəzərdə tutulmuş ödənişsiz məzuniyyətlərindən istifadə etdiyi nəzərə alınaraq hazırda təkrar məzuniyyət verilməsinə əsas yoxdur. Əlavə olaraq nəzərinə çatdırılır ki, İddiaçı işlədiyi hissə tərəfindən qorunan hər hansı obyektin mühafizəsinə təyin olunması Yevlax RMŞ rəhbərliyinin səlahiyyətləri daxilində həll edilir. 2020-ci ilin sentyabr ayının əvvəlində üzrsüz səbəbdən işə çıxmaması ilə bağlı T.Sadıxov barəsində aparılmış xidməti yoxlamanın nəticəsinə əsasən həmin hərəkətin Yevlax RMŞ-nin Həmkarlar təşkilatında müzakirəyə çıxarılması, nəticəsindən asılı olaraq müvafiq tədbir görülməsi nəzərdə tutulmuşdur. İş üzrə Yevlax RMŞ-nin mülki mühafizəçisi İddiaçı barəsində həmin hissədən daxil olmuş materiala baxılmasının nəticəsində dair xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Yevlax Rayon Mühafizə Şöbəsinin mülki mühafizəçisi İddiaçı xx.xx.2012-ci il tarixdən Yevlax RMŞ-də mülki mühafizəçi vəzifəsinə qəbul edilən İddiaçı qeyd olunan hissədə aparılan ştat ixtisarı ilə əlaqədar xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2017-ci il tarixdə yenidən Yevlax RMŞ-də mülki mühafizəçi vəzifəsinə qəbul edilən İddiaçı hazırda da həmin hissədə işləyir. Göstərilən müddətdə 3 dəfə intizam tənbehinə cəlb edilib, həvəsləndirilməmişdir. Yevlax RMŞ-nin xx.xx.2020-ci il tarixli 52 nömrəli əmri ilə elan edilmiş «töhmət» intizam tənbehi qüvvədədir, xidmətdə mənfi xarakterizə olunur. Araşdırma prosesində məlum olmuşdur ki, mülki mühafizəçi İddiaçı RMŞ-nin rəhbərliyinə təqdim etdiyi ərizələrinə əsasən cari ilin mart ayının 23-dən aprel ayının 04-dək 13 gün və iyul ayının 30-dan avqust ayının 10-dək 10 gün, ümumilikdə 23 gün növbəti məzuniyyətindən tam istifadə etmişdir. Qeyd olunanlardan əlavə olaraq mülki mühafizəçi İddiaçı cari ilin əvvəlindən avqust ayınadək 21 iş günü ərzində əlavə ödənişli, avqust ayının 10-dan 13-dək isə ödənişsiz məzuniyyətlər verilmişdir. Bacısının xəstəliyi və vəfat etməsi nəzərə alınaraq mülki mühafizəçisi İddiaçı avqust ayının 17-dən 31-dək işdən icazə verilmiş, beləliklə də sonuncu 2020-ci ilin 8 ayı ərzində əsas məzuniyyətindən başqa 38 gün əlavə məzuniyyətə buraxılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, işində mənfi xarakterizə olunan mülki mühafizəçi İddiaçı işdən yayınmağa meyilli olmuş,qeydiyyata alınmış ərizələrinə əsasən ona 2018-ci ildə 19 gün, 2019-cu ildə isə 35 gün əlavə məzuniyyətlər verilmişdir. xx.xx.2020-ci il tarixdə xidmət yerinə bir saat 15 dəqiqə gecikən mülki mühafizəçi İddiaçı həmin gün bölgü üzrə təyin olunduğu Kür çayı üzərindəki 2 saylı körpüyə xidmətə çıxmaqdan da imtina etmişdir. Həmin tarixdə Yevlax RMŞ-nin rəisi polis polkovnik-leytenantı Fizuli Zeynalov tərəfindən qəbul edilən mülki mühafizəçi İddiaçı növbəti ayda xidmət yerinin dəyişdiriləcəyi izah olunsa da, o yenə də həmin posta xidmətə çıxmamış, daha sonra isə RMŞ-nin növbətçi otağının qarşısında polis polkovnik-leytenantı F.Zeynalovla kobud şəkildə və yüksək tonla danışmış, eləcə də şöbə rəisinin adına ərizə yazaraq 2 saylı körpüyə xidmətə təyin edilməsini ayrıseçkililik kimi qəbul etdiyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə xidmətqabağı təlimatla iştirak etməyən İddiaçı yenə də təyin olunduğu posta getməkdən imtina etmiş, həmin tarixdə də RMŞ-nin operatoru Məlahət Məmmədova ilə yersiz mübahisə yaradaraq sonuncunun ünvanına təhqiredici ifadələr işlətmişdir. xx.xx.2020-ci il tarixə növbəti dəfə üzrsüz səbəbdən xidmətə çıxmayan İddiaçı mühafizə xidmətinin qrup rəhbəri Bəhruz Bəxtiyarovun telefon zənglərinə cavab verməmiş, həmin gün iş yerinə teleqram ünvanlayaraq xx.xx.2020-ci il tarixdə bacısının vəfat etməsi ilə əlaqədar xidmətdə nöqsana yol verə biləcəyini göstərmiş və ona bir ay müddətinə əlavə məzuniyyət verilməsini xahiş etmiş, müraciətinə baxılmasının nəticəsini gözləmədən sentyabrın 7-dək xidmətə çıxmamışdır. Əlavə məzuniyyət verilməsi ilə bağlı T.X20 Nazirliyinin və Baş Mühafizə İdarəsinin rəhbərliklərinə də müraciət tetmiş, həmin müraciətlərə baxılarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 130-cu maddəsinin müvafiq bəndlərində nəzərdə tutulmuş ödənişsiz məzuniyyətlərindən istifadə etdiyi nəzərə alınaraq ona təkrar ödənişsiz məzuniyyət verilməsinə əsas olmadığı müəyyənləşdirilmişdir. Qeyd olunan müraciətlərinə baxılmasının nəticəsi barədə İddiaçı məlumat verilmişdir. Mülki mühafizəçi İddiaçı yuxarıda qeyd edilən hərəkətləri xx.xx.2020-ci il tarixdə Yevlax RMŞ-nin Həmkarlar təşkilatının iclasında baxılarkən həmkarlarına qarşı hörmətsizlik edən İddiaçı iclasın keçirilməsinə maneçilik törətdiyindən tədbir təxirə salınmışdır. xx.xx.2020-ci il tarixdə davam edən Həmkarlar təşkilatının iclasında İddiaçıla bağlanmış əmək müqaviləsinin ləğv olunması barədə BMİ rəhbərliyi qarşısında vəsatət qaldırılması haqda qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq əmək intizamını və işlədiyi mühafizə hissəsinin daxili rejim qaydalarını, habelə əmək müqaviləsinin şərtlərini kobud surətdə pozaraq uzun müddət ərzində üzrsüz səbəbdən işdən yayındığına, təyin olunduğu postda xidmət aparmaqdan əsassız imtina etdiyinə, tabeliyində olduğu hissə rəisi ilə münasibətdə kobudluğa yol verdiyinə, şöbənin operatoru M.Məmmədova ilə mübahisə yaradaraq sonuncunun ünvanına nalayiq ifadələr işlətdiyinə, həmkarlarına qarşı hörmətsizlik nümayiş etdirdiyinə, Həmkarlar təşkilatının iclasının gedişatını pozduğuna, həmin hərəkətləri ilə DİN-nin Mühafizə xidmətinin nüfuzuna xələl gətirdiyinə və xidmətdə mənfi xarakterizə olunduğuna görə Yevlax RMŞ-nin xx.xx.2020-ci il tarixli 52 nömrəli əmri ilə qüvvədə olan «töhmət» intizam tənbehi, eləcə də RMŞ-nin Həmkarlar təşkilatının qərarı ilə nəzərə alınmaqla həmin şöbənin mülki mühafizəçisi İddiaçı ciddi intizam tənbehinə cəlb olunmağa layiqdir, Yevlax RMŞ-nin rəisi polis polkovnik-leytenantı F.Zeynalovdan tabelikdəkilərin fəaliyyətinə nəzarət və tələbkarlığın artırılması, şəxsi heyət arasında nizam-intizamın və təlim-tərbiyənin səviyyəsinin yüksəldilməsi məqsədilə zəruri təlbirlərin həyata keçirilməsi tələb olunması təklif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli Ə296-038-20 saylı əmrin surətindən görünür ki, Yevlax Rayon Mühafizə Şöbəsinin mülki mühafizəçisi İddiaçı qeyd olunan hissədə işlədiyi müddət ərzində intizamsızlığı ilə fərqlənmiş, ailə vəziyyətindən sui-istifadə edərək dəfələrlə xidmətdən icazə verilməsi barədə müraciətlərinə əsasən ona əsas məzuniyyətlərindən başqa 2018-ci ildə 19, 2019-cu ildə 35, 2020-ci ildə isə 38 gün əlavə məzuniyyətlər verilmişdir. xx.xx.2020-ci il tarixdə xidmət yerinə bir saat 15 dəqiqə gecikən İddiaçı həmin gün bölgü üzrə təyin olunduğu Kür çayı üzərindəki 2 saylı körpüyə xidmətə çıxmaqdan da imtina etmiş, bu zəmində mübahisə yaradaraq RMŞ-nin rəisi polis polkovnik-leytenant Fizuli Zeynalovla kobud şəkildə və yüksək tonla danışmışdır. xx.xx.2020-ci il tarixdə xidmətqabağı təlimatda iştirak etməyən İddiaçı yenə də təyin olunduğu posta getməkdən imtina etmiş, həmin tarixdə də RMŞ-nin operatoru Məlahət məmmədova ilə yersiz mübahisə yaradaraq sonuncunun ünvanına təhqiredici ifadələr işlətmişdir. xx.xx.2020-ci il tarixdə növbəti dəfə üzrsüz səbəbdən xidmətə çıxmayan İddiaçı mülki mühafizə xidmətinin qrup rəhbəri Bəhruz Bəxtiyarovun telefon zənglərinə cavab verməmiş, həmin gün iş yerinə teleqram ünvanlayaraq xx.xx.2020-ci il tarixdə bacısının vəfat etməsi ilə məzuniyyət verilməsini xahiş etmiş, müraciətinə baxılmasının nəticəsini gözləmədən sentyabrın 7-dək çıxmamışdır. Yuxarıda qeyd edilən hərəkətləri xx.xx.2020-ci il tarixdə Yevlax RMŞ-nin Həmkarlar təşkilatının iclasında müzakirə edilərkən şöbənin xx.xx.2020-ci il tarixli 52 nömrəli əmri ilə qüvvədə olan «töhmət» intizam tənbehindən nəticə çıxarmayan və xidmətdə mənfi xarakterizə edilən İddiaçı həmkarlarına qarşı hörmətsizlik edərək iclasın keçirilməsinə maneçilik törətdiyindən tədbir təxirə salınmışdır. xx.xx.2020-ci il tarixdə davam edən Həmkarlar təşkilatının iclasında İddiaçıla bağlanmış əmək müqaviləsinin ləğv olunması barədə BMİ rəhbərliyi qarşısında vəsatət qaldırılması haqda qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq əmək intizamını və işlədiyi mühafizə hissəsinin daxili rejim qaydalarını, habelə əmək müqaviləsinin şərtlərini kobud surətdə pozaraq uzun müddət ərzində üzrsüz səbəbdən işdən yayındığına, təyin olunduğu postda xidmət aparmaqdan əsassız imtina etdiyinə, tabeliyində olduğu hissə rəisi ilə münasibətdə kobudluğa yol verdiyinə, şöbənin operatoru M.Məmmədova ilə mübahisə yaradaraq sonuncunun ünvanına nəlayiq ifadələr işlətdiyinə, həmkarlarına qarşı hörmətsizlik nümayiş etdirdiyinə, həmkarlar təşkilatının iclasının gedişatını pozduğuna, həmin hərəkətləri ilə DİN-nin Mühafizə xidmətinin nüfuzuna xələl gətirdiyinə və xidmətdə mənfi xarakterizə olunduğuna görə Yevlax RMŞ-nin xx.xx.2020-ci il tarixli 52 nömrəli əmri ilə qüvvədə olan «töhmət» intizam tənbehi, eləcə də RMŞ-nin Həmkarlar təşkilatının qərarı da nəzərə alınmaqla həmin şöbənin mülki mühafizəçisi İddiaçıla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv olunması, Yevlax RMŞ-nin rəisi polis polkovnik-leytenantı F.Zeynalovdan tabelikdəliklərin fəaliyyətinə nəzarət və tələbkarlığın artırılması, şəxsi heyət arasında nizam-intizamın və təlim-tərbiyənin səviyyəsinin yüksəldilməsi məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi tələb olunması əmr verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli Ə1286ş/h-038-20 saylı əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) Yevlax Rayon Mühafizə Şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçisi (fəhlə) vəzifəsindən azad edilmişdir. Əsas: DİN-nin Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli Ə296-038-20 nömrəli əmri. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı əmək müqaviləsi üzrə vəzifələrini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Həmin əmrdən narazı qalmış iddiaçı yuxarıda göstərilən tələbləri irəli sürərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Belə ki, iddiaçı işə götürənə dəfələrlə üzrlü səbəblərdən işə gəlməyəcəyinə dair müraciətlər etmiş, müraciətlərə müsbət cavab verilmədiyi halda belə işə gəlməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Nəticədə iddiaçı cavabdehin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Belə ki, Yevlax Rayon Mühafizə Şöbəsinin mühafizəçi İddiaçı əmək intizamını və işlədiyi mühafizə hissəsinin daxili qaydalarını, habelə əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq uzun müddət ərzində işdən yayındığına, təyin olunduğu posta xidmət aparmaqdan əsassız imtina etdiyinə, tabeliyində olduğu hissə rəisi ilə münasibətdə subordinasiya qaydalarına uyğun olmayan kobudluğa yol verdiyinə, həmkarlarına qarşı hörmətsizlik nümayiş etdirdiyinə, həmin hərəkətləri ilə DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirdiyinə və xidmətdə mənfi xarakterizə olunduğuna görə Yevlax Rayon Mühafizə Şöbəsinin xx.xx.2020-ci il tarixli 52 nömrəli əmri ilə qüvvədə olan «töhmət» intizam tənbehi, eləcə də xidmət yoldaşlarının yığıncağının ümumi fikri də nəzərə alınmaqla iddiaçı xidmətdən xaric edilmişdir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də işəgötürən iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad etməklə (əmək müqaviləsinə xitam verməklə) haqlı olmuş və yuxarıda göstərilənləri nəzərə alaraq iddia əmrin ləğv edilməsi hissəsində təmin olunmamalıdır. Məhkəmə iddianın digər tələb hissəsi olan xx.xx.2020-ci il tarixli 52 nömrəli töhmət əmrinin ləğv edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə iş yerinə xidmət qabağı yoxlanışa gəlməmiş, bunun əksini sübut edə bilməmiş və bu səbəbdən iddiaçının iddiası bu hissədə əsassızdır və təmin oluna bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının «əmrin ləğv edilməsi, işə bərpa edilməsi» haqqında iddia tələbi əsassız olduğuna görə, prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan həmin tələblə bağlı olan iddianın «məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı tələbi, məhkəmə işi ilə əlaqədar çəkiləcək xərclər, cavabdehin hesabına əmək kitabçasının dəyişdirilməsi» hissəsi də əsassız hesab olunmalıdır. Məhkəmə iddia tələbinin «xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətin, 2018-ci ilin may, iyun aylarının, 2020-ci ilin avqust, sentyabr aylarının əmək haqlarının, işdən azad edilərkən sonuncu iş günü iddiaçıya ödənilməli olan məbləğlərin yenidən İddiaçı iştirakı ilə hesablanmaqla, ödənilməmiş məbləğin və ödəniş ediləcək günədək, gecikdirilmiş hər gün üçün 5% tutulması və xx.xx.20216-cı il tarixdən xx.xx.2017ci il tarixədək olan müddətin əmək haqlarından gəlir vergisi adı ilə artıq tutulmuş məbləğin ona qaytarılması“ hissəsində qeyd edirki, iddiaçı bu hissələri məhkəmədə tam sübuta yetirə bilmədiyindən və Mülki Prosessual Məcəllənin sübut etmə yükünün iddiaçının üzərində olması prinsipini əsas götürərək iddia tələbi təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2020-cu il tarixli Qərarı). Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və X13 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə iddia tələbinin mənəvi ziyana görə 5.000 manat tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassızdır. Belə ki, iddiaçı ona cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Ali Məhkəmənin Plenumu yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı cavabdeh tərəfindən ona mənəvi zərər vurulmasını bildirsə də, ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində də təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı «əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa, töhmət intizam tənbehinin ləğv edilməsi, mənəvi zərərin əvəzinin ödənilməsi və s.» tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı «əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa, töhmət intizam tənbehinin ləğv edilməsi, mənəvi zərərin əvəzinin ödənilməsi və s.» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-944/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-944/2021
05.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver