Məhkəmə qərarları › İş №2(006)-945/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-945/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-945/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı nümayəndələri və vəkilləri X6 və X2 iştirakları ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsini cəlb etməklə cavabdeh «xxxx» KB ASC-yə qarşı «daşınmaz əmlakın ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsini cəlb etməklə cavabdeh «xxxx» KB ASC-yə qarşı «daşınmaz əmlakın ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» KB ASC ilə Məmmədzadə Malik Cəmil oğlu arasında xx.xx.2012-ci il tarixli, 40EK saylı əsas kredit müqaviləsi bağlanmışdır. İddiaçı məxsus Nəsimi rayonu, X12 küçəsində yerləşən 71 nömrəli binanın 48 nömrəli mənzili ipoteka ilə yüklü edilərək xx.xx.2012-ci il tarixli, 40EK saylı İpoteka müqaviləsi bağlanmışdır. Daha sonra xx.xx.2015-ci il tarixdə xx.xx.2012-ci il tarixli 40EK saylı Əsas Kredit müqaviləsinə dəyişikliklər edilmiş və həmin tarixdə xx.xx.2012-ci il tarixdə 40ÜEKİ saylı İpoteka müqaviləsinə də dəyişiklik edilərək ipoteka müqaviləsinin müddəti xx.xx.2030cü il tarixədək uzadılmışdır. Faktiki kreditlər:

1. Borcalanla borcverən arasında imzalanan xx.xx.2017-ci il tarixli, kk-2014-04 saylı Əlavə kredit xətti müqaviləsinə,

2. Borcalanla borcverən arasında imzalanan xx.xx.2016-cı il tarixli, kos-2016-02/01 saylı əlavə kredit müqaviləsinə,

3. Borcalanla borcverən arasında imzalanan xx.xx.2017-ci il tarixli, kos-2016-02/01 saylı əlavə kredit müqaviləsinə əsasən verilmişdir. Nə əsas kredit xətti müqaviləsində, nə də ki ipoteka müqaviləsində faiz dərəcələri göstərilməmiş, sonradan faktiki kreditin verilməsi zamanı, yəni əlavə kredit müqavilələrində isə iddiaçının razılığı alınmamışdır. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.5,14 v 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2019-cu il tarixli Qərarına əsasən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.1,10.5-ci və Azərbaycan Respublikası 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Həm yuxarıda adı çəkilən qərara, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərara istinad edərək iddiaçı tərəfindən Nəsimi rayon Məhkəməsində «ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi» tələbi ilə çıxış etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4277/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-14248/2019 saylı qətnaməsi ilə həmin qətnamə qüvvədə saxlanılmışdır. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə yeni hüquqi mövqe ortaya qoyulmuşdur. Məhkəmənin yekun hüquqi mövqe ondan ibarətdir ki, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, artıq ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilib, müqavilə artıq mövcud olmadığından «əmlakın yüklülükdən azad edilməsi» barədə iddia qaldırmaq lazımdır. Yəni xx.xx.2012-ci il tarixli, 40EK saylı ipoteka müqaviləsi və ipoteka müqaviləsinə dəyişiklik edən xx.xx.2015-ci il tarixli Saziş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının hüquqi mövqeyinə əsasən artıq mövcud deyildir. Müqavilə mövcud olmadığından iddiaçıya məxsus əmlakın yüklülükdə qalması üçün heç bir əsas mövcud deyildir. Lakin iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsində yerləşən 71 nömrəli binanın 48 nömrəli mənzil hələdə yüklü vəziyyətdədir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə cavabdeh «xxxx» KB ASC-yə pretenziya məktubu göndərilmiş və əmlakın yüklükdən azad edilməsi üçün tədbirlərin görülməsi xahiş edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Müqavilə mövcud olmadığından cavabdehin əmlakı yüklülükdən azad edilməsi barədə tədbirlərin görülməsi barədə öhdəliyi yaranmışdır. Lakin cavabdeh həmin öhdəliyi icra etmir. Bu tədbirlərin görülməməsi mülkiyyət hüquqlarının kobud surətdə pozulmasıdır. Göstərilənləri nəzərə alaraq İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsində yerləşən 71 nömrəli binanın 48 nömrəli mənzilin yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonradan iddiaçının nümayəndəsi və vəkili Elvin Məhərrəmov iddia ərizəsinə dəqiqləşdirmə verərək, iddiaçı X3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsində yerləşən 71 nömrəli binanın 48 saylı mənzilin yüklülükdən azad edilməsi və bu faktın reallaşdırılması üçün cavabdeh “xxxx” KB ASC tərəfindən ipotekanın dövlət qeydiyyatını aparan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq ərizənin göndərilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamənin qəbul edilməsinə dair ərizə təqdim etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X10 iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, müqavilə bağlanmamış hesab olunmuşdur. Hazırda geriyə əmlakın yüklülüyünün götürülməsi qalmışdır. Hazırki mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin də qərarına preyudisiallıq cəhətdən istinad oluna bilər. Əvvəlki məhkəmə iclasında cavabdeh «xxxx» KB ASC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında da var ki, sözügedən qərardadan sonra yaranmış münasibətlərə şamil edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh «xxxx» KB ASC-nin və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “xxxx” KB ASC ilə Məmmədzadə Malik Cəmil oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 40EK saylı Əsas Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən borcverən borcalana 119.000 manat məbləğində 60 ay müddətinə, xx xxxxxx 2017-ci il tarixinədək müddət ərzində bu müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verilmişdir. İş materiallarında olan “xxxx” KB ASC, İddiaçı və Məmmədzadə Malik Cəmil oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 40EKi saylı ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə ipoteka qoyan müqaviləsinin 1.2-ci maddəsində nəzərdə tutulmuş əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin təminatı olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə 750 nömrəli reyestr kitabının 70194 nömrəli vərəqində, reyestr nömrəsi **********34-05301- 093013, qeydiyyat nömrəsi **********, qeydiyyatı aparılmış, MH seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan və ipoteka kimi çıxış edən Bakı şəhəri, X12 küçəsində yerləşən 71 nömrəli binanın 48 nömrəli mənzili ipoteka saxlayana ipoteka qoyulmuşdur. İş materiallarında olan «xxxx» KB ASC ilə Məmmədzadə Malik Cəmil oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 40EK saylı əsas kredit müqaviləsinə (müqaviləyə dəyişikliklər edilməsi haqqında) xx.xx.2015-ci il tarixli Sazişinin kserosurətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 40EK saylı Əsas kredit müqaviləsində kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən olunmuş kreditin məbləği artırılaraq 1.500.000 manat məbləğində müəyyən edilməsi, kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən olunmuş müqavilənn bitmə müddəti xx.xx.2030-cu il müəyyən edilməsi, kredit müqaviləsinin 6.1-ci bəndində ipoteka müqaviləsinin tarixinə düzəliş olunaraq xx.xx.2012ci il kimi göstərilməsi barədə dəyişiklər edilmişdir. İş materiallarında olan «xxxx» KB ASC ilə İddiaçı və Məmmədzadə Malik Cəmil oğlu arasında bağlanmış ipoteka mqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2015-ci il tarixli Sazişinin kserosurətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 40EKİ saylı İpoteka müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş xx.xx.2012-ci il tarixli, 40EK saylı Əsas kredit müqaviləsinin müddəti həmin Əsas kredit müqaviləsinə edilmiş xx.xx.2015-ci il tarixli sazişə əsasən dəyişdirilərək 18.06.203-cü il tarixədək müəyyən edilmiş; ipoteka müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş xx.xx.2012-ci il tarixli 40 EK saylı Əsas Kredit müqaviləsində nəzərdə tutulmuş kredit limiti həmin Əsas kredit müqaviləsinə edilmiş xx.xx.2015-ci il tarixli Sazişə əsasən artırılaraq 1.500.000 manat müəyyən edilmiş; xx.xx.2012-ci il tarixli 40EKİ saylı ipoteka müqaviləsinin predmeti kimi Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008ci il tarixdə 750 nömrəli reyestr kitabında 70194 nömrəli vərəqində, reyestr nömrəsi **********34-05301-093013, qeydiyyat nömrəsi **********, qeydiyyatı aparılmış, MH seriyalı ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqınla Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Məmməd-X8 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsində yerləşən 71 saylı evin 48 saylı mənzili çıxış etmiş; ipoteka müqaviləsinə aşağıdakı məzmunda 2.6-cı maddə əlavə edilmişdir: «2.6. Tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti 200.000 manat məbləğində qiymətləndirilmişdir. Bu məbləğ qiymətləndirmə gününə əmlakın qiymətini müəyyən edir. Əmlakın qiymətinə azalma baş verdikdə, ipoteka qoyan bu bənddə göstərilən qiymətə istinad edərək, hər hansı tələb irəli sürə bilməz. İpoteka qoyan bu müqaviləni imzalamaqla, ipoteka predmetinin göstərilən qiymətdə qiymətləndirilməsinə öz razılığını bildirir», ipoteka müqaviləsinin digər şərtləri dəyişdirilmədən saxlanılmış, «İpoteka qoyan» ipoteka predmeti olan yaşayış sahəsinə tutma yönəldildikdə və o satıldıqda onu tərk etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan «Borcverən» qismində “xxxx” KB ASC ilə digər tərəfdən «Borcalan» qismində Məmmədzadə Malik Cəmil oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 23KDX/15 saylı əlavə kredit xətti müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə görə Borcverən müqavilənin 1.2-ci bəndində göstərilən məbləğdə krediti kredit xətti çərçivəsində tam şəkildə və ya hissə-hissə Borcalanın mülkiyyətinə verir və Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə Borcverən tərəfindən Borcalan üçün açılan kredit xəttinin ümumi məbləği 55.000 ABŞ dolları təşkil edir və kredit xətti kreditdən istifadəyə görə illik 16% ödənilməsi şərti ilə 24 ay müddətinə xx.xx.2017-ci il tarixədək açılmışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən Borcalanın müqavilədən irəli gələn öhdəliklərinin icrası Borcverən ilə arasında bağlanmış xx.xx.2012-ci il tarixli 40EKi saylı ipoteka müqaviləsinə və ona hesablanmış xx.xx.2015-ci il tarixli Sazişə əsasən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsində yerləşən 71 saylı evin 48 saylı mənzilin ipotekası ilə təmin olunmuşdur. İş materiallarında olan «Borcverən» qismində “xxxx” KB ASC ilə digər tərəfdən «Borcalan» qismində Məmmədzadə Malik Cəmil oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 23KDX/15-2 saylı əlavə kredit xətti müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə görə Borcverən müqavilənin 1.2-ci və 1.3-cü bəndlərində göstərilən məbləğdə və faizlə krediti Borcalanın mülkiyyətinə verir və Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə Bank tərəfindən Borcalana verilən kreditin məbləği 46.000 ABŞ dolları təşkil etmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit 36 ay müddətinə, xx.xx.2019-cu il tarixədən illik 17% ödəmək şərtilə verilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən Borcalanın müqavilədən irəli gələn öhdəliklərinin icrası Borcverən ilə arasında bağlanmış xx.xx.2012-ci il tarixli 40EKi saylı ipoteka müqaviləsinə əsasən daşınmaz əmlak (əmlaklar) ilə təmin olunmuşdur. İş materiallarında olan «Borcverən» qismində “xxxx” KB ASC ilə digər tərəfdən «Borcalan» qismində Məmmədzadə Malik Cəmil oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 23KDX/15-3 saylı əlavə kredit müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə görə Borcverən müqavilənin 1.2-ci və 1.3-cü bəndlərində göstərilən məbləğdə və faizlə krediti Borcalanın mülkiyyətinə verir və Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə Bank tərəfindən Borcalana verilən krediti məbləği 132.971 manat təşkil etmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit 24 ay müddətinə, xx.xx.2019-cu il tarixədək illik 21% ödəmək şərtilə verilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən Borcalanın bu müqavilədən irəli gələn öhdəliklərinin icrası Borcverən ilə arasında bağlanmış xx.xx.2012ci il tarixli 40EKİ saylı ipoteka müqaviləsi və xx.xx.2015-ci il tarixli sazişə əsasən daşınmaz əmlak (əmlaklar) ilə təmin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-2158/2020 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, «xxxx» KB ASC ilə X1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 40EKİ saylı ipoteka müqaviləsi və həmin müqaviləyə edilmiş «İpoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında» xx.xx.2015-ci il tarixli Saziş, «xxxx» KB ASC ilə Məmmədzadə Malik Cəmil oğlu arasında imzalanan xx.xx.2017-ci il tarixli, kk-2014-04 saylı əlavə kredit xətti müqaviləsi, «xxxx» KB ASC ilə Məmmədzadə Malik Cəmil oğlu arasında imzalanan xx.xx.2016-cı il tarixli, kos2016-02/01 saylı əlavə kredit müqaviləsi, «xxxx» KB ASC ilə Məmmədzadə Malik Cəmil oğlu arasında imzalanan xx.xx.2017-ci il tarixli, kos-2016-02/01 saylı əlavə kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-14248/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, işə apellyasiya qaydasında yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Həmin qərardan göstərilmişdir ki, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, artıq ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilib, müqavilə artıq mövcud olmadığından «əmlakın yüklülükdən azad edilməsi» barədə iddia qaldırılmalıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7631/2020 saylı, xx.xx.2020-ci il tarixli qəradadı ilə cavabdeh «xxxx» KB ASC-nin şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4277/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X1 «xxxx» KB ASC-nə qarşı xx.xx.2012-ci il tarixli, 40EKİ saylı ipoteka müqaviləsi və həmin müqaviləyə edilmiş «ipoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında» xx.xx.2015-ci il tarixli Saziş, xx.xx.2017-ci il tarixli, kk- 2014-04 saylı əlavə kredit xətti müqaviləsi, xx.xx.2016-cı il tarixli, kos-2016-02/01 saylı əlavə kredit müqaviləsi, xx.xx.2017-ci il tarixli, kos-2016-02/01 saylı əlavə kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, «xxxx» KB ASC ilə Məmmədzadə Malik Cəmil oğlu arasında xx.xx.2012-ci il tarixli, 40EK saylı əsas kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Məmmədzadə Malik Cəmil oğluna 119.000 manat məbləğində vəsait 60 ay müddətinə əlavə kredit müqaviləsi bağlanmaqla xx.xx.2017-ci il tarixədək Məmmədzadə Malik Cəmil oğluna kredit verilmişdir. «xxxx» KB ASC ilə Məmmədzadə Malik Cəmil oğlu və İddiaçı arasında xx.xx.2012-ci il tarixli, 40 EKİ saylı ipoteka müqaviləsi bağlanmış, borcalanın öhdəliklərinin təminatı kimi X3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsində yerləşən 71 nömrəli binanın 48 nömrəli mənzili ipoteka saxlayana ipotekaya qoyulmuşdu. xx.xx.2015-ci il tarixdə xx.xx.2012-ci il tarixli 40EK saylı əsas kredit müqaviləsinə dəyişikliklər edilərək kredit məbləği artırılaraq 1.500.000 manat müəyyən edilmiş və həmin tarixə xx.xx.2012-ci il tarixli, 40EKİ saylı ipoteka müqaviləsinə də dəyişiklik edilərək ipoteka müqaviləsinin müddəti xx.xx.2030-cu il tarixədək uzadılmışdır. xx.xx.2015-ci il tarixdə xx.xx.2012-ci il tarixli 40EKi saylı ipoteka müqaviləsinə dəyişiklikdən başqa Məmmədzadə Malik Cəmil oğlu ilə «xxxx» KB ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 23KDX/15 saylı əlavə kredit xətti müqaviləsinə əsasən 55.000 ABŞ dolları kredit xətti illik faiz dərəcəsi 16% olmaqla 24 ay müddətinə açılmışdır. Həmin kredit xətti müqaviləsi bağlansa da, bu barədə İddiaçı ilə razılıq olmamışdır. Məmmədzadə Malik Cəmil oğlu ilə «xxxx» KB ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 23 KDX/15-2 saylı əlavə kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 17% olmaqla 36 ay müddətinə 46.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi barədə İddiaçı ilə razılıq olmamışdır. Məmmədzadə Malik Cəmil oğlu ilə «xxxx» KB ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 23KDX/15-3 saylı əlavə kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 21% olmaqla 24 ay müddətinə 132.971 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi barədə İddiaçı ilə razılıq olmamışdır. Hazırda isə iddiaçı özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsində yerləşən 71 nömrəli binanın 48 nömrəli mənzilin yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini tələb edir. Hazırki mübahisə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11-ci maddəsinə əsasən girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Tələb adlı, orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.5,14 v 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» xx xxxx 2019-cu il tarixli Qərarına əsasən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununu 10.1,10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Hazırkı halda isə kredit xətti müqaviləsində və ipoteka müqaviləsində faiz dərəcəsi ümumiyyətlə göstərilməmiş, sonrakı müqavilələrdə ipoteka qoyanın faizlə bağlı hissələrində razılığı alınmamış, valyuta isə kredit xətti müqaviləsində manatla göstərilsə də, sonradan ipotekaqoyanın razılığı alınmadan borcalana kredit xətti üzrə verilən xx xxxxx 2016-cı il tarixli əlavə kredit müqaviləsi üzrə başqa valyuta (ABŞ dolları) ilə kredit verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının hüquqi mövqeyinə əsasən xx.xx.2012-ci il tarixli 40EKi saylı ipoteka müqaviləsi və ipoteka müqaviləsinə dəyişiklik edən xx.xx.2015-ci il tarixli Saziş artıq mövcud deyildir. Məhkəmə hesab edir ki, müqavilə mövcud olmadığından İddiaçı məxsus əmlakın yüklülükdən azad edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 3 saylı Qərarının 7-ci bəndində göstərilmişdir ki, MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər tərəflər arasında ipoteka müqaviləsinin sonradan bağlanmış kredit müqavilələrinə münasibətdə bağlanmamış hesab edilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş aktı mövcuddur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməli, Məmmədzadə Malik Cəmil oğlu ilə “xxxx” KB ASC arasında bağlanılmış xx.xx.2012 və xx.xx.2015-ci il tarixli, 40EK saylı Əsas Kredit Müqaviləsinin və təminatı kimi tutmanın X15 ilə cavabdeh “xxxx” KB ASC arasında bağlanmış xx.xx.2012-ci il və xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsində yerləşən 71 nömrəli binanın 48 nömrəli mənzili ipoteka yüklülükdən azad edilməli və cavabdeh “xxxx” KB ASC tərəfindən ipotekanın dövlət qeydiyyatını aparan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq ərizənin göndərilməsinin cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Məmmədzadə Malik Cəmil oğlu ilə “xxxx” KB ASC arasında bağlanılmış xx.xx.2012ci və xx.xx.2015-ci il tarixli, 40EK saylı Əsas Kredit Müqaviləsinin təminatı kimi tutmanın X15 ilə cavabdeh “xxxx” KB ASC arasında bağlanmış xx.xx.2012 və xx.xx.2015-ci il tarixdə 40EKi saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsində yerləşən 71 nömrəli binanın 48 nömrəli mənzili ipoteka yüklülükdən azad edilsin və cavabdeh “xxxx” KB ASC tərəfindən ipotekanın dövlət qeydiyyatını aparan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə yüklülükdən azad edilmə barədə ərizənin göndərilməsi öhdəliyi qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar