Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-952/2021 17.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı "X9 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Bayramov Pərviz Mövlud oğlunun iştirakı ilə İddiaçı "X9 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "X9 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "X9 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18.02.2019-cu il tarixli, 251292 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 fərdi ehtiyac məqsədilə 32700 AZN məbləğində pul ayrılmışdır və o, 36 ay müddətində kreditin əsas məbləği və ona illik 18 % dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Həmçinin, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 18.02.2019cu il tarixli, 251292 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5 ünvanında olan 0.11663 ha torpaq sahəsində yerləşən 37 nömrəli, 5 mərtəbəli binada 28.45 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 38 nömrəli mənzil "X9 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 21.02.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5, ev 37, mənzil 38 "X9 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Səbail filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Edilən xəbərdarlıqlara baxmayaraq, cavabdehlər üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, bu səbəbdən məhkəmədən Cavabdeh1 23.663,46 manat əsas kredit borcunun, 2.870,37 manat əsas məbləğə hesablanmış faiz borcunun, 450,37 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, ümumilikdə 26.984,20 manat məbləğində kredit borcunun və 135 manat əmlakın sığortalanmasına görə bank tərəfindən çəkilmiş sığorta haqqı, 1,10 manat sığorta ödənişinin ödənilməsi barədə ipoteka qoyana göndərilmiş bildirişə görə ödənilmiş poçt xərci, 1,10 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) göndərilməsi üçün çəkilmiş poçt xərcləri, 1,10 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildiriş üçün poçt xərci, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun «X9 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə, habelə Banka olan borcun cavabdehdən (borcludan) tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə X1 mülkiyyətinə olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5-də istifadədə olan 0.11663 ha torpaq sahəsində yerləşən 37 nömrəli, 5 mərtəbəli binada 28.45 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 38 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 46.800 manat məbləğində olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsini borcludan tutulmasının təmin edilməsi, hərracda mənzil «X9 Azərbaycan» QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 (on) gün müddətində boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı "X9 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə iclası barəsində məlumat göndərilməsinə baxmayaraq sonuncuların yaşadıqları ünvanda olmamaları səbəbindən məhkəmə iclasında iştiraklarını təmin etmək mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İşin materiallarında olan "X9 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18.02.2019-cu il tarixli, 251292 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 fərdi ehtiyac məqsədilə 32700 AZN məbləğində pul ayrılmışdır və o, 36 ay müddətində kreditin əsas məbləği və ona illik 18 % dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. İş materiallarındakı "X9 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 18.02.2019-cu il tarixli, 251292 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5 ünvanında olan 0.11663 ha torpaq sahəsində yerləşən 37 nömrəli, 5 mərtəbəli binada 28.45 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 38 nömrəli mənzil "X9 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 21.02.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5, ev 37, mənzil 38 "X9 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Səbail filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan "X9 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan "X9 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh2 ünvanlanmış «ipoteka predmetinə tutmanın yönəldilməsinə dair» bildirişlərdə qeyd olunmuşdur ki, borc öhdəliyi icra edilmədiyi halda ipoteka predmetinə qanunla müəyyən olunmuş qaydada tutma yönəldiləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********26 nömrəli, 08.09.2020-ci il tarixli "X9 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanmış məktubundan məlum olur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5, ev 37, 38 mənzilə dair tutma yönəldilməsinə dair bildiriş qeydə alınmışdır. İş materiallarında olan 20.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka qeyd olunan tarixə 23663,46 manat əsas, 2870,37 manat faiz, 450,37 manat cərimə, cəmi 26984,20 manat məbləğində borcu vardır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-952/2021 nömrəli, 15.02.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 22.06.2021-ci il tarixli, H/05-PLS saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5, ev 37, 38 saylı mənzilin likvid dəyəri 40.000 manat təşkil edir. Qiymətləndiricinin xidmət haqqı 300 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan əlavə, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş materiallarını, tərəflər arasında bağlanmış müqavilələri, ekspert rəyini araşdırıb belə hesab edir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti müəyyən edilərkən tərəflər arasındakı razılaşmaya-müqaviləyə üstünlük verilməli, bu səbəbdən də mənzilin ilkin satış qiyməti 46.800 manat müəyyən edilməlidir. Məhkəmə iddiaçının tələbinin digər hissədə, yəni - hərracda mənzil "X9 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin tərəfindən alındıqda 10 gün müddətində boşaldılaraq banka təhvil verilməsi hissəsində isə təmin edilməsini mümkün hesab etmir. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə işin hallarını araşdırıb belə hesab edir ki, yerinə yetirilməmiş öhdəliklərin təminatı kimi mübahisəli mənzilin ipoteka ilə yüklü edilməsinin və hərracdan satılmasının mümkün olmasına baxmayaraq, iddiaçının mənzilin mülkiyyətçisi olmaması səbəbindən hazırki mərhələdə hərracda alındıqdan sonra 10 gün müddətində boşaldılaraq banka təhvil verilməsi tələbi təmin edilə bilməz. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidir. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5, ev 37, 38 mənzilə yönəldilməli, həmin əmlak açıq hərraca çıxarılaraq satılmalı, ilkin satış qiyməti müvafiq olaraq 46.800 manat məbləğində müəyyən edilməli, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, əmlakın satışından əldə olunmuş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsinin borcludan tutulması təmin edilməli, qalan hissədə isə yəni, hərracda mənzil "X9 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin tərəfindən alındıqda 10 gün müddətində boşaldılaraq banka təhvil verilməsi hissəsində təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 23.663,46 (iyirmi üç min altı yüz altmış üç manat, qırx altı qəpik) manat əsas kredit borcunun, 2.870,37 (iki min səkkiz yüz yetmiş manat, otuz yeddi qəpik) manat əsas məbləğə hesablanmış faiz borcunun, 450,37 (dörd yüz əlli manat, otuz yeddi qəpik) manat hər gecikdirilmiş günə görə cərimə borcunun, ümumilikdə 26.984,20 (iyirmi altı min doqquz yüz səksən dörd manat, iyirmi qəpik) manat məbləğində kredit borcun və 135 (bir yüz otuz beş) manat əmlakın sığortalanmasına görə bank tərəfindən çəkilmiş sığorta haqqı, 1,10 (bir manat, on qəpik) sığorta ödənişinin ödənilməsi barədə ipoteka qoyana göndərilmiş bildirişə görə ödənilmiş poçt xərci, 1,10 (bir manat, on qəpik) müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) göndərilməsi üçün çəkilmiş poçt xərcləri, 1,10 (bir manat, on qəpik) ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildiriş üçün poçt xərci, 30 (otuz) manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 27.182,5 (iyirmi yeddi min yüz səksən iki manat, əlli qəpik) manat «X9 Azərbaycan» QSCnin xeyrinə tutulmalı, habelə Banka olan borc cavabdehdən tutulması ilə eyni zamanda tələb ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətinə olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5-də istifadədə olan 0.11663 ha torpaq sahəsində yerləşən 37 nömrəli, 5 mərtəbəli binada 28.45 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 38 nömrəli mənzilinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsinə əsəsən tərəflər arasında razılaşdırılmış 46.800 (qırx altı min səkkiz yüz) manat məbləğində olmaqla açıq hərracdan satılması hesabına ödənilməli, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsi borcludan tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 (üç yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 23.663,46 (iyirmi üç min altı yüz altmış üç manat, qırx altı qəpik) manat əsas kredit borcunun, 2.870,37 (iki min səkkiz yüz yetmiş manat, otuz yeddi qəpik) manat əsas məbləğə hesablanmış faiz borcunun, 450,37 (dörd yüz əlli manat, otuz yeddi qəpik) manat hər gecikdirilmiş günə görə cərimə borcunun, ümumilikdə 26.984,20 (iyirmi altı min doqquz yüz səksən dörd manat, iyirmi qəpik) manat məbləğində kredit borcun və 135 (bir yüz otuz beş) manat əmlakın sığortalanmasına görə bank tərəfindən çəkilmiş sığorta haqqı, 1,10 (bir manat, on qəpik) sığorta ödənişinin ödənilməsi barədə ipoteka qoyana göndərilmiş bildirişə görə ödənilmiş poçt xərci, 1,10 (bir manat, on qəpik) müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) göndərilməsi üçün çəkilmiş poçt xərcləri, 1,10 (bir manat, on qəpik) ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildiriş üçün poçt xərci, 30 (otuz) manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 27.182,5 (iyirmi yeddi min yüz səksən iki manat, əlli qəpik) manat «X9 Azərbaycan» QSCnin xeyrinə tutulsun, habelə Banka olan borc cavabdehdən tutulması ilə eyni zamanda tələb ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətinə olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5-də istifadədə olan 0.11663 ha torpaq sahəsində yerləşən 37 nömrəli, 5 mərtəbəli binada 28.45 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 38 nömrəli mənzilinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsinə əsəsən tərəflər arasında razılaşdırılmış 46.800 AZN (qırx altı min səkkiz yüz) manat məbləğində olmaqla açıq hərracdan satılması hesabına ödənilsin, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsi borcludan tutulsun. Qalan hissədə iddia tələbi təmin edilməsin. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 (üç yüz) manat məbləğində pul cavabdeh X5 tutularaq "xxxx" MMC-nin "xxxx" KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-952/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-952/2021
17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver