Məhkəmə qərarları › İş №2(006)-959/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-959/2022

27.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-959/2022 27.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 04.06.1985-ci il təvəllüdlü X8 23.10.2021-ci il tarixində ünvan 1 ünvanında ölməsinin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu 04.06.1985-ci il təvəllüdlü X9 23.10.2021-ci il tarixində ünvan 2 ünvanında ölüb. Hadisə yerinə gələn 1TY ölüm səbəbi kimi ürək çatışmazlığını göstərib. Oğlu yatıb durmayıb. Nəsimi rayon prokurorluğunda bununla bağlı araşdırma aparılmışdır. Mən ölüm kağızı ala bilmirəm. Alacağım ölüm kağızı müvafiq orqanlara təqdim etmək üçündür (məhkəməyə, notariusa, DYP-yə və s.). Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Bələ ki, Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanan 24.11.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar bildirilmişdir ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Bakı Şəhər Baş Səhiyyə İdarəsi 3 №-li şəhər Poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış 08.12.2021-ci il tarixli, 496 saylı arayışdan görünür ki, mərhumun 3 saylı şəhər poliklinikasının xidməti ərazisində qeydiyyatda olmasına baxmayaraq, heç bir xəstəliklə əlaqədar poliklinikaya müraciət etmədiyinə, müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədiklərindən ölüm haqqında şəhadətnamənin verilməsinin mümkünsüz olduğu və məhkəməyə müraciət etməsi izah edilmişdir. Beləliklə, ərizəçi oğlunun ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun atası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi oğlunun ölüm faktının müəyyən edilməsindən asılıdır. Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 21.11.1985-ci il tarixdə verilmiş Xİ-ЖГ seriyalı, 335907 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 04.06.1985-ci ildə Bakı şəhərində anadan olmuş, atası Ərizəçi, anası X4r. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 04.06.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır. Nəsimi rayon prokurorunun böyek köməkçisi X5 01.11.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə X8 23 oktyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında qəflətən baş vermiş ürək tutması nəticəsində ölməsi ilə əlaqədar toplanmış 297-c-21 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Yasamal bələdiyyəsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış 1839 nömrəli, 25.11.2021-ci il tarixli arayışdan görünür ki, həqiqətən 04.06.1985-ci il təvəllüdlü X1 yerləşən Dağüstü 1 qəbristanlığında 24.10.2021-ci il tarixində Ərizəçi tərəfindən dəfn edilmişdir. “Təcili və X7 Stansiyasının” 8 saylı bölməsinin 16 saylı poliklinikanın 07.12.2021-ci il tarixli sorğusuna 07.12.2021-ci il tarixli, 34 nömrəli cavab məktubundan görünür ki, 23.10.2021-ci il tarixində X8 adına bakı şəhəri, İ.Həmidov küçəsi 13 (H.Cavid küçəsi 34) ünvanına saat 15:08 radələrində çağırış edilmişdir. Həkimə qədər kişi cinsli meyit aşkar edilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, ərizəçinin oğlu atasın dayısı nəvəsidir. X15 subay idi. Mərhumun xəstəliyi yox idi, lakin fiziki cəhətdən zəif idi. Mərhum vəfat etməmişdən əvvəlki gün halı yaxşı olmayıb, yatıb sabahkı gün oyanmayıb. Vəfat edən günü o da oraya getmiş, getdikdə mərhumun ağız hissəsinin göyərdiyini görmüşdür. Mərhum Bakı şəhəri, Nəsimi rayonunda vəfat etmişdir. O, mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X9 ərizəçinin oğlu olmuşdur. X9 23 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində ölmüş və Dağüstü qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Nəsimi Rayon Qeydiyyat şöbəsinə və 3 №-li şəhər Poliklinikasına müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 04 iyun 1985ci il təvəllüdlü X8 23 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04 iyun 1985-ci il təvəllüdlü X8 23 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar