Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-966/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X1 (SEMUSHKİN VLADİMİR) xx.xx.2022-ci ildə Bakı şəhərində vəfat etməsi ilə əlaqədar onun ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1959-cu ildə Azərbaycan SSR-də anadan olmuş oğlu X2 (SEMUSHKİN VLADİMİR) ağır formada xərçəng xəstəliyindən əziyyət çəkirdi. O bu ilin avqust ayında xalası qızı İnna Kusovanın köməkliyi uzun müddətdir yaşadığı və vətəndaşı olduğu Rusiya Federasiyasından Bakıya yanına müalicəyə gəlmişdir. O, ona məxsus ünvan 1 ünvanına Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti qeydiyyata alınmışdır. O, özü 84 yaşındadır. Bacısı qızı İnna Kusova ona baxır. X7 Konstantinov için səhhəti xx.xx.2022-ci il tarixdə yaşadıqları ünvan 2 ünvanında səhhəti pisləşmiş və o xərçəng xəstəliyindən dünyasını dəyişmişdir. Evə çağırdıqları təcili yardım briqadası da onun ölümünü təsdiq edərək və ölüm haqqında xəbərdarlıq vərəqəsi tərtib edilmişdir. Mərhum xristian adət-ənənələrə uyğun olaraq xx.xx.2022-ci il tarixində Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi ərazisində yerləşən Dədə Qorqud qəbirstanlığında dəfn olunmuşdur. Mərhumun ailəsi olmamışdır və o, onun yeganə vərəsəsidir. Bütün dəfn mərasimini o, təşkil etmişdir. X7 Konstantinov iç evdə vəfat etdiyi və ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ona ölüm haqqında şəhadətnamə almaq bu günə kimi mümkün olmamışdır. Bu yaxınlarda X1 ölümünün qeydiyyata alınması barədə Nəsimi Rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Həmin idarədən ona verilmiş imtina məktubunda ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının qeydiyyat şöbəsinin imkanları xaricində olduğu bildirilmişdir. Tibbi şəhadətnamənin alınması ilə bağlı Bakı şəhəri 20 saylı Şəhər Poliklinkasma müraciət etmişdir. 1 ləmin tibb müəssisəsindən verilmiş xx.xx.2022-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, “xx.xx.2022-ci il tarixində vəfat etmiş X1 Nəsimi rayonu 20 saylı şəhər poliklinikasına müraciəti olmadığından poliklinika tərəfindən ölüm haqqında tibbi şəhadətnamə yazılması imkan xaricindədir". Nəsimi rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli imtina məktubu ilə ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin təmin edilə bilinmədiyi qeyd olunmuşdur. Məhkəməyə ərizə ilə müraciət edən Ərizəçi məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş digər sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin oğludur. xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Təcili və X5 Stansiyası tərəfindən verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixli çağırış üzrə xəstə X3 üçün saat 14:20-də gəlmiş 5 saylı Bölmənin təcili tibbi yardım briqadası həkimə qədər ölüm, kişi cinsli meyit aşkarlamışdır. 20 saylı Şəhər Poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 542 saylı məktubdan görünür ki, ünvan 3 ünvanda xx.xx.2022-ci il tarixində vəfat etmiş X3 Nəsimi rayonu 20 saylı şəhər poliklinikasına müraciəti olmadığından poliklinika tərəfindən ölüm haqqında Tibbi Şəhadətnamə yazılması imkan xaricindədir. Maraqlı şəxs tərəfindən Ərizəçi Semyonovanın etibarnamə ilə nümayəndəsi X6 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/Q-2073/75 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası" nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün zəruri olan sənədi təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 öz ifadəsində bildirmişdir ki, mərhum onun xalası oğlu olub. Bakıya gətirmişdi mərhumu. Burada rəhmətə gedib. Azərbaycan vətəndaşı olub əvvəlcə. Sonradan Rusiya vətəndaşı olmuşdur. Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 öz ifadəsində bildirmişdir ki, mərhum Bakıya gətirilmişdi. Burada rəhmətə gedib. Əvvəlcə Azərbaycan vətəndaşı olub. Sonradan Rusiya vətəndaşı olmuşdur. Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir. Dövlət rüsumunun ödənilməsi haqqında qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi oğlunun ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, X1 (SEMUSHKİN VLADİMİR) xx.xx.2022-ci ildə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 (SEMUSHKİN VLADİMİR) xx.xx.2022-ci ildə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Hazırkı qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-966/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-966/2023
16.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver