Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1007/2024 05.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs və Ərizəçi arasında bağlanılmış MŞB/8/2024- 00003 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, alimentin məbləği hər uşağa, hər ay 80 manat olmaqla, ümumilikdə 160 manat olmaqla uşaqların yetkinlik yaşına çatana kimi xx.xx.2023-cü il tarixdən başlayaraq ikinci tərəfin öz üzərinə götürülməsi və maraqlı tərəf Maraqlı şəxs tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs ilə aralarında olan nikah Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 1857/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Ümumi birgə nikahlarından anadan olan uşaqları xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 onun himayəsinə verilmişdir. Maraqlı şəxs ilə Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında mediasiya reystrində MŞB/8/2024-00003 nömrəsi ilə qeydiyyatdan keçmiş, mediator X2 iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs ilə ümumi birgə nikahlarından anadan olan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X1 ötrü yetkinlik yaşına çatana kimi xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 1-dən 15-dək hər uşağa, hər ay 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat məbləğində aliment pulu ödəməyi Maraqlı şəxs öhtəsinə götürmüşdür. Lakin Maraqlı şəxs sazişdə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iclasında Ərizəçi iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-00003 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Maraqlı şəxs iddia ərizəsini qəbul edərək bildirdi ki, barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi və Maraqlı şəxs rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 dünyaya gəlmişdir. Hazırda Ərizəçi ilə Maraqlı şəxs aralarında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında müəyyən edilmişdir ki: 1) Birinci tərəf: Ərizəçi ilə İkinci tərəf Maraqlı şəxs (Sabiq həyat yoldaşı) ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf X5 xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 1-dən 15-dək hər uşaq üçün 80 (səksən) manat olmaqla, ümumilikdə 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin götürdüyü öhdəliklə razıdır. 2) İkinci tərəf: Bilallı X6 tərəf Ərizəçi (Sabiq həyat yoldaşı) ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 1-dən 15-dək hər uşaq üçün 80 (səksən) manat olmaqla, ümumilikdə 160 (bir yüz altmış) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini Birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2024-cü il tarixli, MŞB/8/2024- 00003 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən xx.xx.2024-cü il tarixli barışıq sazişi MPM-nin 355-26-cı maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3-cü maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində Bakı şəhəri 8 saylı Mediasiya təşkilatında, mediasiya prosesində bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, barışıq sazişi bağlanılan zaman tərəflər ümumilikdə 160 manat mediasiya xərcini ödəmişlər, buna görə də, ərizəçi ərizə ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad edilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-00003 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Birinci tərəf: Ərizəçi ilə İkinci tərəf Maraqlı şəxs (Sabiq həyat yoldaşı) ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci tərəf X5 xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 1-dən 15-dək hər uşaq üçün 80 (səksən) manat olmaqla, ümumilikdə 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin ödənilməsini öz öhdəsinə götürür.
2. İkinci tərəf: Bilallı X6 tərəf Ərizəçi (Sabiq həyat yoldaşı) ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 1-dən 15-dək hər uşaq üçün 80 (səksən) manat olmaqla, ümumilikdə 160 (bir yüz altmış) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini Birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Rauf Əhmədov