Məhkəmə qərarları › İş №2(007)-1070/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1070/2023

07.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1070/2023 07.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1953-cü il tarixdə Azərbaycan Respublikasının Tər-tər şəhərində anadan olmuşdur, hal-hazırda ünvan 1 ünvanında yaşayır. xx.xx.1971-ci il tarixdə X4 ilə Ermənistan SSR-də rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan üç övladları doğulmuşdur. Onlardan biri, xx.xx.1975-ci il tarixdə anadan olmuş oğulları X8 şəkər xəstəliyindən əziyyət çəkirdi, belə ki, o, xx.xx.2006-cı il tarixdə ürək çatışmazlığından vəfat etmişdir. Həmin vaxtı keçirdikləri psixoloji sarsıntı səbəbindən Qeydiyyat Şöbəsinə müraciət edərək ölüm haqqında şəhadətnaməni ala bilməmişlər. Yoldaşı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Yaşadıqları ünvan 1 ünvanı orderlə yoldaşı Hümbət Xəlilova məxsusdur. Belə ki, vəfat etmiş oğlu da həmin ünvanda qeydiyyatda qalmağa davam edir. Onun qeydiyyatına son vermək üçün ölüm haqqında şəhadətnamə Nizami Rayon Polis İdarəsinə təqdim edilməlidir. X3 Bakı şəhəri, Səbail rayonu, Badaındar qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Nizami rayon qeydiyyat şöbəsinə ölümün qeydə alınması üçün müraciət etsə də, xx.xx.2023-cü il tarixli məktubdan da göründüyü kimi ölümü təsdiq edən sənəd olmadığına görə şəhadətnamənin verilməsindən imtina edilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət elməyimiz məsləhət görülmüşdür. Yaşadıqları ünvan 1 ünvanına onun qeydiyyatına son vermək üçün ölüm haqqında şəhadətnamə Nizami Rayon Polis İdarəsinə təqdim edilməlidir. Buna görə də, ölüm faktının təsdiq edilməsi onun üçün zəruridir. Qeyd edilənlərə əsasən, xx.xx.1975-ci il təvəllüdlü X5 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, ərizəçi onun qayınının həyat yoldaşıdır. Mərhum ərizəçinin oğludur. Mərhum şəkər xəstəsi idi və 2006-ci il tarixdə ürək çatışmazlığından vəfat etmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X2 ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşının həyat yoldaşıdır. Mərhum ərizəçinin oğludur. Mərhum şəkər xəstəsi idi və 2006-ci il tarixdə ürək çatışmazlığından vəfat etmişdir. Mərhum Badamdar qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1953-cü ildə Tər-tər şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyata alınmışdır; - XXİ-ЖГ seriyalı 321882 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 01 sentyabr 1975-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası Ərizəçidır; - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16-5- 7F2208/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193cü maddəsinin tələblərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.4-cü bəndinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. Eyni zamanda bildirirlər ki, bu qaydaların 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərlə bağlı nəzərə çatdırırlar ki, X3nun ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur; - Bakı şəhəri Badamdar Bələyyəsinin xx.xx.2023-cü il tarixli, 48 saylı arayışından görünür ki, Ərizəçi oğlu mərhum X8 xx.xx.2006-cı il tarixində Səbail rayonu Badamdar qəsəbə qəbiristanlığında dəfn olunmuşdur; - Məhkəməyə qəbrlərin yerləşdiyi yerin fotoşəkili təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 01 sentyabr 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 19 yanvar 2006-cı ildə Bakı şəhərində vəfat etmişdir. Lakin ərizəçi ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışdır. Ərizəçi övladının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi övladı olan 01 sentyabr 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 19 yanvar 2006-cı Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 sentyabr 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 19 yanvar 2006-cı Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar