Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1074/2023 17.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi tələbini onunla əsaslandırdı ki, 12 fevral 2023cü il tarixdə evdə olduğu vaxt qardaşı X2 vəziyyəti pisləşdi.O, dərhal təcili yardıma zəng vurdu, lakin təcili yardım gələnə kimi qardaşı rəhmətə getdi. Qardaşı X3i Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbirsanlığında dəfn etmişlər.Maraqlı şəxsnə qardaşının ölüm şəhadətnaməsinin alınması məqsədi ilə müraciət edib.Lakin həmin orqan ölüm faktını təstiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən onun müraciəti təmin olunmayıb. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək məsləhət görülüb. Qardaşı X2 ölümünü təsdiq edən şəhadətnamə olmadığından sənədləşmə işlərində problemlərlə üzləşirlər.Qeyd olunanlara əsasən 23 iyun 1975-ci il təvəllüdlü X2 12 fevral 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı Şəhərində Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 23 iyun 1975-ci il tarixdə Rusiya Federasiyası Kalininqrad vilayətrində anadan olmuşdur. ünvan 1 ünvanda qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Rusiya Federasiyası Kalininqrad vilayətrində anadan olmuşdur. ünvan 1 ünvanda qeydiyyatdadır. Bakı Şəhəri Təcili və X1 2 saylı bölməsindən verilmiş arayışdan görünür ki,xx.xx.2023cü il tarixdə ünvan 1 mənzilindən X2 adına çağırış daxil olmuşdur.Həkim gələnə kimi X2 ölməsi müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsindən Ərizəçi verilmiş 67 saylı,xx.xx.2023cü il tarixli arayışdan görünür ki, X3 xx.xx.2023-cü Bakı şəhərində “Dədə Qorqud” qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.200-cü tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətandaşın öımüş hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında aparıla bilər.Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq sizin ərizənin təmin olunması mümkün deyil.Vətəndaş Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahat verərək göstərdi ki, o, həm ərizəçi Oleqlə həm də onun mərhum qardaşı Ruslanla bir məhəllədə böyümüşdür. Onlarla uşaqlıqdan yaxın dost olmuşdur. Ruslanın vəfat etməsi tarixini dəqiq xatırlamır, lakin onun qırx mərasimi iki həftə öncə olub və orada iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahat verərək göstərdi ki,o, Oleqlə uşaqlıqdan dostluq edir. Onun qardaşı Ruslan vəfat etdikdə dəfndə iştirak etmişdir.Mərhumu Hövsan qəbristanlığında dəfn etmişlər. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Beləliklə, məhkəmə zamanı ərizəçinin izahatı,şahid ifadələri, eləcə də, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, 23 iyun 1975-ci il Rusiya Federasiyası Kalininqrad vilayətrində anadan olmuş X2 12 fevral 2023-cü il tarixdə Bakı şəhərində ölmüşdr. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəçiyə qardaşının doğum haqqında şədadətnmaəsini almaq üçün zəruridir. Həmin sənədin başqa qaydada alınması mümkün deyil. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 23 iyun 1975-ci il Rusiya Federasiyası Kalininqrad vilayətrində anadan olmuş X2 12 fevral 2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 23 iyun 1975-ci il Rusiya Federasiyası Kalininqrad vilayətrində anadan olmuş X2 12 fevral 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1074/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1074/2023
17.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver