Məhkəmə qərarları › İş №2(007)-1079/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1079/2020

12.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1079/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “VAZ 21074” markalı, **-KD-*** qeydiyyat nömrə nişanlı, 2010-cu il zavod buraxılışlı, XTA210740B3036727 ban nömrəli, ******* mühərrik nömrəli, boz yaşıl metal rəngli avtomobilin hazırki iddia ərizəsi üzrə cavabdeh şəxs qismində cəlb edilmiş Cavabdeh alınaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2010-cu il tarixində dayısıoğlu X10 ona zəng edərək demişdir ki, Şirvan şəhərində Cahangir adlı şəxs var ona bank vasitəsi ilə maşın götürmək lazımdı, gedib onun adına maşın götürsünlər. O, isə Cahangir dayısıoğlunun dostu olduğu üçun bu təkliflə razılaşmış və "xxxx" ASC-yə gedərək onun adına maşın götürmüşlər. Bir müddət sonra, ona yenidən zəng edərək Hacıqabul rayonuna çağınb avtomobil üçün etibarnamə verməli olduğunu bildirmişlər. Daha sonra isə dayısıoğlunun dostu X8 onu evdən götürərək Hacıqabul rayonuna aparmış və o, X4 avtomobili idarə etmək üçün etibarnamə vermişdir Etibarnamə verdikdən sonra bilmişdir ki, Cahangir və Hikmət avtomobil alqı-satqısı ilə məşğul olurlar. Daha sonra isə, X6 onun iştirakı olmadan qanunsuz şəkildə avtomobili etibarnamə əsasında X1. Hansı ki, X2 avtomobili alqı-satqı etməyə səlahiyyəti olmayıb. Bundan sonra isə, X9 avtomobili səlahiyyəti olmadan, qanunsuz olaraq Cavabdeh satmışdır. Bundan sonra Cavabdeh X5 zəng edərək avtomobili əzdiyini, əgər istəyərsə avtomobili yenidən ona sata biləcəyini demişdir. Rizvan isə bununla razılaşmayaraq - “mən alverçi deyiləm avtomobili almaq fikrim yoxdur” demişdir. Bildirmək istəyir ki, "xxxx" ASC 2016-cı il tarixində “kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetı olan avtomobilə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Qaradağ Rayon Məhkəməsi isə öz növbəsində, 2(002)-2347/2016 saylı qətnamə əsasında mülki iş uzrə cavabdeh şəxs olaraq ondan 17.12.2016-cı il tarixli 864 saylı kredit müqaviləsi uzrə cəmi 6360 (altı min üç yüz altmış) manat 45 qəpik məbləğində pul vəsaitinin alınaraq "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə qət etmişdir. Bildirmək istəyir ki, 2016-cı il tarixində Qaradağ Rayon İcra və Probasiya şöbəsinin icra məmuru ona zəng edərək şöbəyə dəvət etmişdir. Sözügedən icra sənədi ilə bağlı Qaradağ Rayon icra və Probasiya şöbəsində kreditin onun adına olsa da, borcun başqa şəxs tərəfindən ödənilməli olduğunu və onun ipoteka predmeti olan “VAZ 21074” markalı, **-KD-*** qeydiyyat nömrə nişanlı, 2010-cu il zavod buraxılışlı, XTA210740B3036727 ban nömrəli, ******* mühərrik nömrəli, boz yaşıl metal rəngli avtomobilin harada və kimdə olmasından xəbəri olmadığını bildirmişdir. Bundan sonra icra məmuru tərəfindən kredit müqaviləsi üzrə ipoteka predmeti olan “VAZ 21074 markalı, **-KD-*** qeydiyyat nömrə nişanlı, 2010-cu il zavod buraxılışlı avtomobil ilə bağlı axtarış qərarı qəbul edildi. Əmlakın axtarılması haqqında qərar 2017-ci ildə qəbul edilsə də, bugünədək avtomobil tapılmamışdır. Yuxarıda qeyd olunan icra sənədi ilə əlaqədar icra məmuru tərəfindən onun haqqında İXM-nın 528-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və məhkəmə tərəfindən ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Onun sözügedən avtomobil ilə heç bir əlaqəsi yoxdur. Avtomobil onun mülkiyyətində olsa da, başqa başqa şəxslər tərəfindən istifadə olunmuş və sonuncu dəfə Cavabdeh onun məlumatı və iştirakı olmadan, qanunsuz olaraq, etibarnamə əsasında satılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ƏN-İİ 212028 nömrəli 06 mart 2011-ci il tarixli etibarnamənin surətindən görünür ki, X7 ona verilmiş etibarnamə əsasında “VAZ 21074” markalı, **-KD-*** qeydiyyat nömrə nişanlı, 2010-cu il zavod buraxılışlı, XTA210740B3036727 ban nömrəli, ******* mühərrik nömrəli avtomobili idarə etməyi Cavabdeh etibar etmişdir. - Azərbaycan Respublikası DİN BDYPİ-nin 14 oktyabr 2020-ci il tarixli məktubu və ona əlavədən görünür ki, “VAZ 21074” markalı, **-KD-*** qeydiyyat nömrə nişanlı, 2010-cu il zavod buraxılışlı, XTA210740B3036727 ban nömrəli, ******* mühərrik nömrəli, boz yaşıl metal rəngli avtomobil İddiaçı məxsusdur. Bununla bağlı ona 17 dekabr 2010-cu il tarixdə AB392359 nömrəli şəhadətnamə verilmişdir. Etibarnamə ilə X5 verilmiş, həmin etibarnaməyə 22 iyun 2014-cü il tarixdə xitam verilmişdir. Bundan başqa avtomobil etibarnamə ilə Cavabdeh verilmiş, həmin etibarnaməyə isə 03.01.2012-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. İnsan Hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında X3 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləriilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsisinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, “VAZ 21074” markalı, **- KD-*** qeydiyyat nömrə nişanlı, 2010-cu il zavod buraxılışlı, XTA210740B3036727 ban nömrəli, ******* mühərrik nömrəli, boz yaşıl metal rəngli avtomobil 17 dekabr 2010-cu il tarixdə İddiaçı adına qeydə alınmış və bununla bağlı ona AB392359 nömrəli şəhadətnamə verilmişdir. Avtomobil Etibarnamə ilə X5 verilmiş, həmin etibarnaməyə 22 iyun 2014-cü il tarixdə xitam verilmişdir. Bundan başqa avtomobil etibarnamə ilə Cavabdeh verilmiş, həmin etibarnaməyə isə 03.01.2012-ci il tarixdə xitam verilmişdir. Göründüyü kimi, mübahisə predmeti olan avtomobilə dair verilmiş etibarnamə 03 yanvar 2012-ci il tarixdə ləğv edildiyindən, həmin avtomobil Cavabdeh artıq qanunsuz hesab edilən sahibliyindən alınaraq geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, “VAZ 21074” markalı, **-KD- *** qeydiyyat nömrə nişanlı, 2010-cu il zavod buraxılışlı, XTA210740B3036727 ban nömrəli, ******* mühərrik nömrəli, boz yaşıl metal rəngli avtomobil Cavabdeh alınaraq İddiaçı geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “VAZ 21074” markalı, **-KD-*** qeydiyyat nömrə nişanlı, 2010-cu il zavod buraxılışlı, XTA210740B3036727 ban nömrəli, ******* mühərrik nömrəli, boz yaşıl metal rəngli avtomobil Cavabdeh alınaraq İddiaçı geri qaytarılsın. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar