Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-108/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sağlamlıq X20 üçün 3 nömrəli Respublı̇ ka Xüsusı̇ İnternat məktəbı̇ nə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmrin ləğv edilməsi, işə bərpa olunma və buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Sağlamlıq X20 üçün 3 nömrəli Respublı̇ ka Xüsusı̇ İnternat məktəbı̇ nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma və buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı cavabdeh Sağlamlıq X20 üçün 3 nömrəli Respublı̇ ka Xüsusı̇ İnternat məktəbı̇ nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma və buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 72 saylı əmrin ləğv edilməsi, iş yerinə bərpa olunmağı, buraxılmış iş günlərinin əmək haqqının cavabdehdən alınaraq ona ödənilməsi və mediasiya təşkilatına ödədiyi 60 manat xərcin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2012-ci il tarixdən başlayaraq ünvan 1 ünvanında yerləşən Sağlamlıq X20 üçün 3 №-li Respublika Xüsusi İnternat məktəbində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyib. Burada işlədiyi müddətdə məktəbin daxili nizam-intizam qaydalarına ciddi əməl etməklə yanaşı, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. xx.xx.2022-ci ildə məktəbin direktoru Bahar Kərimova işdən azad edilib. Onun vəzifəsi müvəqqəti olaraq tərbiyə işləri üzrə direktor müavini Məlahət Heydərovaya həvalə olunub. xx.xx.2022-ci il tarixdə açıq-ürək əməliyyatı keçirərək müalicədə olduğu müddətdə məktəbin yeni və köhnə direktoru arasında məktəbə aid sənədlərin və inventarların komissiya üzlərinin iştirakı ilə təhvil-təslimi aparılıb. Həmin təhvil-təslimə dair tərtib edilmiş Aktda “Heydər Əliyev” fondu tərəfindən məktəbə hədiyyə edilmiş 1 ədəd “LC” markalı, 120 diaqonallı televizor qeyd olunmayıb. xx.xx.2022-ci il tarixdə məktəbə direktor vəzifəsinə Tariyel Əkbərov təyin edilib. Ertəsi gün yəni, xx.xx.2022-ci il tarixdə Tariyel Əkbərov onu yanına çağırıb bildirib ki, onunla işləmək istəmir, məsləhət görüb ki, ərizə yazıb öz xoşu ilə işdən çıxsın. Əks təqdirdə, onu Əmək Məcəlləsinin müvafiq maddəsi ilə işdən azad edəcək. Səbəbini soruşduqda isə deyib ki, “Mən bura öz yaxın adamlarımı gətirəcəm”. Həmin ərəfədə o, ürəyindən tibbi əməliyyatla bağlı müalicəni yenicə başa vurduğu üçün onunla bu barədə mübahisə etmək istəməyib. Çünki həkimlərin tövsiyyəsinə əməliyyatdan sonra ona əsəbiləşmək və həyacanlanmaq olmazdı. Əks təqdirdə, bu onun səhhətində ciddi ağırlaşmalara gətirib çıxara bilərdi. Bununla belə o, işdən azad edilməyi barədə ərizə yazmayıb. Daha X30un ona qarşı olan mütəmadi təzyiqləri nəticəsində səhhətinin pisləşməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə müalicə almaq üçün həkim məsləhətinə əsasən bülletenə çıxıb. Bir il büllütendə olduğu müddətdə 5 dəfə xəstəxanada stasionar müalicədə olub. 2023-cü ilin təxminən sentyabr ayında Tariyel Əkbərov məktəbdə yoxlama aparılması üçün Bakı şəhər Nizami rayon prokuroruluğuna məktubla müraciət edib. Həmin ilin noyabr ayında Nizami rayon prokurorluğu tərəfindən məktəbdə maliyyə yoxlaması aparılmağa başlanıb. Onu da təsərrüfat işləri üzrə direktor müavini olduğu üçün prokurorluğa çağıraraq işi ilə bağlı, yəni məktəbdəki inventarizasiya ilə bağlı sorğu sual ediblər. Həmin ərəfədə X17, 9 ay müalicədə olmağı ilə əlaqədar xəstəlik bülleteninin pulunu verməyərək bildirib ki, yalnız ərizə yazıb işdən çıxacağı təqdirdə həmin pulu ona yazacaq. Onun bu özbaşınalığını görüb, prokurorluq tərəfindən məktəbdə maliyyə yoxlaması aparılarkən məcbur olub onun bülleten pulunu verməməsi barədə şikayət etdikdən sonra direktor həmin pulun verilməsinə göstəriş verməyə məcbur olub. Məktəbdə aparılan araşdırma ilə bağlı prokrorluqda ondan izahat alan əməkdaş bildirib ki, məktəbdə 1 ədəd 120 diaqonallı, “LC” markalı televizor və bir ədəd nərdivan yoxa çıxıb. O da izahatında həmin şəxsə bildirib ki, həmin televizor Heydər Əliyev fondu tərəfindən məktəbə hədiyyə edilərkən həmkarlar ittifaqının sədri Şahid3 otağına qoyulub, otağın açarı isə həmin şəxsdə olub. Ona görə də, sonradan həmin televizorun yoxa çıxmasından onun xəbəri olmayıb. Həmdə, bu televizor əvvəlki direktorun şifahi göstərişi ilə inventara salınmayıb. O ki, qaldı nərdivana, o, tibbi əməliyata gedənə qədər o, məktəbin koridorunda idi. Əməliyatdan qayıtdıqdan sonra isə həmin nərdivanı yerində görməyib. Onu da qeyd edir ki, o, əməliyyata gedəndən sonra vəzifəsi müvəqqəti olaraq Şahid3 həvalə edilib. O, isə bildirib ki, nərdivanın itməsindən xəbəri yoxdur. O, məcbur olub öz heabına nərdivan alıb yerinə qoyub. Lakin buna baxmayaraq X17 barəsində xx.xx.2024-cü il tarixli şiddətli töhmət verərək buna səbəb kimi, məktəbdə 1 ədəd 120 diaqonallı, “LC” markalı televizorun və nərdivanın itməsinə məsul şəxs kimi cavabdeh olduğunu əsas gətirib və guya o, həmin vəzfəsini yerinə yetirməyib. Halbuki, həmin vaxt Bakı şəhər Nizami rayon prokurorluğu tərəfindən həm televizorun, həm də nərdivanın itməsi ilə əlaqədar araşdırma gedirdi və hazırda da həmin araşdırma davam edir. Tariyel Əkbərov həmin araşdırmanın nəticəsini gözləmədən öz vəzifəsindən sui-istifadə edərək barəsində qəsdən, qərəzli və düşünülmüş şəkildə, eləcə də gələcəkdə işdən azad edilməyinə bəhanə üçün həmin əmri verib. Belə ki, cavabdehin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinadən onu işdən azad etməsi Konstitusiyanın 63-cü maddəsinə ziddir. Həmin əmrdən sonra isə direktorun ona qarşı münasibəti açıq-aşkar şəxsi-qərəzçiliyə keçib. xx.xx.2024-cü il tarixdə məktəbdə xadimə vəzifəsini icra edənlərə təmizləyici vasitələr lazım olduğu üçün tələbnamə yazaraq direktora təqdim edib. X17 tələbnamədə digər direktor müavinlərinin iştirakı ilə həmin vasitələrin xadimələrə paylanılmasına dair dərkənar qoyub. Həmin gün o, direktorun sürücüsü Teymurla bilrikdə anbara gedərkən, məktəbdə xadimə vəzifəsinə götürülən, lakin öz vəzifəzini icra etməyən Nümayəndəda onlarla anbara gedərək bildirib ki, direktor ona tapşırıq verib ki, anbardan çıxarılacaq mallara görə ona nəzarət etsin. O isə Nümayəndə deyib ki, “sənin öz vəzifən var, get onu icra et, mənə nəzarət etmək səlahiyyətin yoxdur”. Sonuncu onun bu sözündən sonra çıxıb gedib. O da sürücünün iştirakı ilə anbarda təmizləyici vasitələri ayıraraq birkənara qoyub, onları daşımaq üçün xadimələri çağırıb. Təxminən 5 dəqiqə sonra Süleyman gəlib ona deyib ki, direktor səni otağına çağırır. Onunla birlikdə direkrotun otağına gediblər. Otağa daxil olduqda orada direktordan başqa heç kim yox idi. X1 ki, “Niyə Süleymana anbara daxil olmağa icazə verməmisən, mən ona göstəriş vermişəm ki, sənə nəzarət etsin”. O da direktora deyib ki, “nə vaxtdan xadimə direktor müavininə nəzarət edir?” O, da bildirib ki, “Mən belə istəyirəm, nə deyirəmsə elə də olmalıdır.” Bu sözlərindən sonra direktor aqressiv şəkildə qışqıraraq, isterik vəziyyət almaqla ona otağı tərk etməyi əmr edib. O da otaqdan çıxaraq anbara gedib öz vəzifəni yerinə yetirməklə təmizləyici vasitələri direktorun müavinlərinin iştirakı ilə vəzifəsini icra edən xadimlərə paylayıb. Ertəsi gün direktor onu, müavinlərini, həmkarlar təşkilatının sədri Şahid3 və Süleymanı otağa çağırıb, yenidən onunla Süleyman arasında olan söhbəti müzakirə edərək bir daha ona deyib ki, “Süleyman sənə nəzarət edəcək”. O isə bunun qanunsuz olduğunu, həmin şəxsin ona nəzarət edə bilməyəcəyini deyib. Bu sözlərindən X30 otaqda olan şəxslərdən bu məsələni aktlaşdırmağı tapşıraraq, ona otaqdan çıxmağı tələb edib. O da otaqdan çıxıb gedib. Daha sonra xx.xx.2024-cü il tarixdə məktəbin həmkarlar təşkilatının sədri Şahid3 onu yanına çağıraraq bildirib ki, “xx.xx.2024-cü il tarixdə sənin işdən azad edilməyin barədə iclas keçiriləcək. Artıq sən işdən azad edilmisən”. X25 bu barədə ona əvvəlcədən barəsində tərtib edilmiş əmri də göstərib. Halbuki, “X10” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin 4-cü bəndinə əsasən Dövlət və yerli özünüidarəetmə orqanları işçilərin əmək, sosial, iqtisadi hüquqlarına və mənafelərinə aid olan normativ aktları müvafiq həmkarlar ittifaqlarına azı 15 gün qabaq məlumat verməklə qəbul edirlər. Onu da qeyd edir ki, həmkarlar təşkilatının sədri Şahid3 ona göstərdiyi həmin əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edildiyi qeyd olunub. Lakin o, həmin əmrin surətini ona verməyib. Daha sonra isə onun vəziyyəti pisləşdiyi üçün o, poliklinikaya müraciət edib. poliklinikada ona bülleten açılarkən, cavabdeh tərəfindən ora zəng olunaraq bildirilib ki, artıq o, işdən azad edildiyi üçün ona bülleten açılmasın. Daha sonra isə X17 məktəb lövhəsində barəsində verdiyi əmri asmaqla yanaşı, məktəbdəki işçi kollektiv qruplarına həmin əmrin surətini ataraq ona “layk” edilməsini tapşırıb. Hesab edir ki, X17 ona qarşı qanunsuzluğa yol verib, əmək hüquqlarını kobud şəkildə pozub. Qeyd edir ki, onun əvvəllərdə etdiyi qanunsuz hərəkətləri barədə sosial şəbəkələrdə kifayət qədər məlumatlar yerləşdirilib. Lakin cavabdeh tərəfindən sonuncu, işdən azad olunmağı barədə əmr istisna olmaqla digər “intizam tədbiri haqqında” əmrlərin surətləri tanış olmaq üçün ona verilməyib və ondan gizli saxlanılıb. Bununla belə hesab edir ki, cavabdeh tərəfindən barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməyi barədə verilən əmr tam əsassız, qərəzli və qanunsuzdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində deyilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Hesab edir ki, əmrdə həmin maddəyə istinad edilməsi inandırıcı deyil və məntiqə də uyğun gəlmir. Belə ki, iş materialında olan əmək kitabçasından görünür ki, o, 12 il, yəni 2012-ci il tarixdən başlayaraq cavabdeh məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyib. Bu illər ərzində bu məktəbdə bir neçə direktor dəyişib. Lakin onların heç biri ilə onun arasında hər hansı bir mübahisə olmayıb, eləcə də həmin direktorlar tərəfindən əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəlikləri ilə bağlı ona hər hansı bir irad tutulmayıb, barəsində bununla bağlı hər hansı bir intizam tənbehi seçilməyib. Bundan başqa, tərəfindən Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilmiş hər hansı bir hallara da yol verilməyib. Ümumiyyətlə əmrdə onun barəsində göstərilənlər, xüsusən də guya xadimə Nümayəndə təhqir etməyi direktorun ağlasığmaz qərəzli uydurması, onu işdən azad etmək üçün əvvəlcədən düşünülmüş bir bəhanədir. Tariyel Əkbərov məktəbə direktor təyin edildikdən sonra işçilər arasında ayrı-seçkilik və intriqa yaradıb, onu da şəxsi qərəzçilik səbəbindən əsassız çıxarıb. Hazırda bir çox işçi ondan Azərbaycan Respublikası Təhsil Nazirliyinə şikayət edib və həmin şikayətlərlə bağlı araşdırma gedir. Hesab edir ki, Tariyel Əkbərov özü əmək funksiyasını yerinə yetirə bilmir. Qeyd edir ki, cavabdehin nümayəndəsi mediasiya təşkilatına gəlmədiyinə görə mediasiya prosesi baş tutmamışdır.
Cavabdehin etirazın əsasları və dəlilləri:
3. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixində Sağlamlıq X20 üçün 3 №-li Respublika xüsusi internat məktəbində xadimə vəzifəsinə işə qəbul olunub. xx.xx.2012-ci il tarixindən isə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. İddiaçı xx.xx.2017-ci il tarixli 167 nömrəli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən işdən azad olunub və əmrlə son haqq-hesabı ödənilib. Hansı səbəbdənsə, cəmi bir gün sonra xx.xx.2017-ci il tarixli 171 nömrəli əmrlə yenidən təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. Əlavə olaraq xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinədək həm də 0.5 ştat vahidi sürücülük vəzifəsini icra edib. X4 (xx.xx.2015-dən-xx.xx.2023-dək), X23 (xx.xx.2013-dən-xx.xx.2023-dək) və X5 (xx.xx.2020-dən-xx.xx.2023-dək) adlı işçilər uzun illər ərzində işə gəlmədikləri halda, İddiaçı öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin şəxslərin adlarına əmək haqqı yazaraq külli miqdarda dövlət vəsaitlərini mənimsəyib. xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixləri arasında (bir il on bir gün ardıcıl olaraq) ona açılmış xəstəlik vərəqələrinə əsasən əmək funksiyalarını yerinə yetirə bilməyib. Bir ildən artıq müddətdə ciddi xəstə olan bir şəxsin işləmək qabiliyyəti hansı məntiqə uyğundur? Bu qədər uzun müddətə xəstəlik bülleteninin verilməsi özü şübhəli görsənir. xx.xx.2024-cü il tarixindən öz işinin icrasına başlayib. 2023-cü ilin noyabr-dekabr aylarında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məktəbdə apardığı maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması vaxtı İddiaçı öhdəsində olan mal-materiallarda külli miqdarda çatışmamazlıqlar aşkar olunub. Dövlətə vurulan zərərin miqdarı 41382,49 (qırx bir min üç yüz səksən iki manat 49 qəpik) manat təşkil edir. X24 vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən məktəbə hədiyyə edilən 120 dioqanal ölçüdə plazma televizorunu və bir ədəd yanğın mühafizə təyinatlı nərdivanı qəsdən məktəbin hesabına mədaxil etməyib. Bütün bunları və işindəki nöqsanlara görə dəfələrlə ona edilən şifahi xəbərdarlıqları nəzərə alaraq xx.xx.2024-cü il tarixində İddiaçı “Şiddətli töhmət” verilib. 05 mart 2024-cü il tarixində direktorun iş otağında bayram tədbiri ilə əlaqədar olaraq direktor müavinlərinin də iştirak etdiyi kiçik toplantı keçirilən zaman təsərrüfat işləri üzrə direktor müavini İddiaçı etik qaydalarından kənara çıxaraq məktəbin işçisi Nümayəndə təhqir edib. Əmək Məcəlləsinin 10-cu maddəsinin b və e bəndlərinin tələblərini (Maddə 10. Əmək müqaviləsi iizrə işçinin əsas vəzifələri: b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq.) kobudcasına pozaraq, nalayiq hərəkətlər etməklə söyüş xarakterli ifadələr işlədib. Bütün bunlar barədə aktlar tərtib edilib və bu işlərə hüquqi qiymət verilməsi üçün xx.xx.2024-cü il tarixdə məktəb həmkarlar komitəsinə rəsmi müraciət edilib. 13 mart 2024-cü il tarixi saat 09:20 radələrində İddiaçı məktəbin həmkarlar komitəsinin otağına dəvət edilib və bu məsələnin idarə heyətinin iclasında müzakirə ediləcəyi onun nəzərinə çatdırılıb. Bundan sonra İddiaçı məktəbin daxili nizam-intizam qaydalarını pozub, xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət”dən nəticə çıxarmayaraq rəhbərliyə məlumat vermədən saat 9:25 radələrində üzürsüz səbəbdən iş yerini tərk edib. Qeyd olunanları və məktəb həmkarlar komitəsinin idarə heyətinin iclasının nəticəsinə əsasən tərtib edilmiş protokolu nəzərə alaraq, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən təsərrüfat işləri üzrə direktor müavini İddiaçıla bağlanmış əmək müqaviləsi 13 mart 2024-cü il tarixindən ləğv edilib. İddiaçı öz iddia ərizəsində göstərir ki, 72-ci maddəyə istinad edilməsi inandırıcı deyil. Məgər dövlətə vurulan 41382,49 manat (qırx bir min üç yüz səksən iki manat 49 qəpik) dəyərində zərər, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq iclas vaxtı söyüş xarakterli ifadələr işlətmək, üzürsüz səbəbdən icazəsiz iş yerini tərk etmək, üç nəfərin adına uzun illər əmək haqqı yazaraq külli miqdarda dövlət vəsaitini mənimsəmək əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilmir və s.? Görünür ki, iddiaçı etdiyi əməlləri yaddan çıxararaq, sadəcə 72-cı maddəyə istinad edir. İddiaçının dövlətə vurduğu 41382,49 manat dəyərində olan zərər ancaq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Sağlamlıq X20 üçün 3 №-li Respublika xüsusi internat məktəbində 2020-ci ilin yanvar ayından 2023-cü ilin noyabr ayına kimi olan dövrdə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı aşkar olunandır. Görəsən işlədiyi əvvəlki vaxtlarda, 2012-ci ildən 2020-ci ilə qədər olan dövrdə nə qədər dövlət vəsaitini mənimsəyib? 16 aprel 2024-cü il tarixində İddiaçı öhdəsində olan mal-materialları təhvil verərkən bir çox çatışmazlıqlar aşkar olunub və həmin çatışmayan malların bir hissəsini aşağıdakı cədvəldə göstərirlər: 2 ədəd Drel Türkiyə “Bosh”, 1 ədəd paltaryuyan maşın 8 kq HOGpoint, 1 ədəd kseroks aparatı A4 HP Lazer, 2 ədəd Printer Canon (lazer A4 LBR 3010B), 1 ədəd yerin maqnt sahələrini ölçən cihaz, 1 ədəd televizor 127dq. Palzma hədiyyə, 2 ədəd alət dəsti, 1 ədəd elektrikli lobzik mişarı, 2 ədəd yanğından mühafizə lövhəsi, 1 dəst təlim-tədris vəsaitləri, Tor amortizator 5*25 2 ədəd=250, uşaq bezi 60-75 kq, uşaq bezi 75-90 kq. Görəsən dövlətə bu qədər ziyan vuran birisi nəyə əsasən yenidən o vəzifədə işləmək istəyir? İddiaçı ərizəsində göstərir ki, sosial şəbəkələrdə məlumatlar yerləşdirilir. Həmin sosial şəbəkə heç bir qanuni fakta əsaslamnadan, qarşı tərəfin fikrini öyrənmədən əsassız, qərəzli məlumatlar yerləşdirir. Həmin saytlara nəzər salanda görünür ki, orada yerləşdirilən xəbərlərin əksəriyyəti böhtan xarakterlidir. Bütün bunları nəzərə alınması xahiş edilmişdir.
İş materialları:
4. ИТ-İ № ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2011-ci ildə İnternat məktəbinə texniki işçi qəbul edilib, xx.xx.2012-ci ildə onun üzərində olan yük götürülüb və həmin tarixdən təsərrüfat işəri üzrə direktor müavini vəzifəsinə müvəqqəti olaraq təyin edilib, xx.xx.2016-cı ldə məktəbin ictimai işlərində göstərdiyi fəaliyyətə görə “Təşəkkür” elan edilib, xx.xx.2017-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsininin müddəti bitdiyi üçün əmək müqaviləsinə xitam verilib, xx.xx.2017-ci ildə Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə müvəqqəti olaraq təyin edilib, həmin tarixdə bağlanmış əmək müqaviləsi müddətsiz hesab edilib, xx.xx.2024-cü ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilib.
5. Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin tədris işləri üzrə direktor müavinləri Şahid5 və Şahid2, tərbiyə işləri üzrə direktor müavini Şahid6, həmkarlar komitəsinin sədri Şahid3 və texniki işçi Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı rəhbərliyin otağında 8 X26 münasibətiylə keçirilən kiçik toplatı zamanı məktəbin işçisi Nümayəndə təhqir etmiş, onun şərəf və ləyaqətini alçatmışdır. O, bunu söyüş xarakterli əl hərələtləri ilə xanım əməkdaşların gözü qarşısında etmişdir. Bununla da, İddiaçı tərbiyəsizlik edərək, məktəbin etik normalarına və nizam-intizam qaydalarına zidd olaraq iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafeyini pozmuşdur.
6. Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin tədris işləri üzrə direktor müavinləri Şahid5 və Şahid2, həmkarlar komitəsinin sədri Şahid3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı xx.xx.2024-cü il tarixində kargüzarlıq otağına dəvət edilmiş və direktorun otağında xx.xx.2024-cü il tarixində baş vermiş hadisə ilə əlaqədar olaraq izahat yazması nəzərinə çatdırılmışdır. Lakin İddiaçı izahat yazmaqdan imtina etmişdir.
7. Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin tədris işləri üzrə direkor müavinləri Şahid5, Şahid2, Şahid6, həkim İbayeva Nigar, tibb işçisi Nümayəndə, sürücü Eyvazov Teymur, mühafizəçilər Ağayev Ruslan və Bayramov Rüstəm, texniki işçilər Məmmədova Gültəkin və Hüseynova Natavan tərəfindən xx.xx.2024-cü ildə tərtib edilmiş aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 09:15 radələrində məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı Həmkarlar komitəsinin iclasında dəvət olunmuş, lakin o, iclasda iştirak etməkdən imtina etmişdir. İddiaçı 09:25 radələrində kamera nəzarəti altında heç kimə demədən, rəhbərliyə bildirmədən iş yerini tərk etmişdir. İddiaçı davamiyyət kitabına imza atmış və sağlam olmuşdur. O, iş yerini özbaşına, xəbərdarlıq etmədən tərk etdiyinə görə məktəbin daxili nizam-intizamn qaydalarını pozmuşdur.
8. Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən məktəbin Həmkarlar Komitəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 406 saylı məktubdan görünür ki, 05 mart 2024-cü il tarixində direktorun iş otağında bayram tədbiri ilə əlaqədar olaraq direktor müavinlərinin də iştirak etdiyi kiçik toplantı keçirilən zaman təsərrüfat işləri üzrə direktor müavini İddiaçı etik qaydalarından kənara çıxaraq məktəbin işçisi Nümayəndə təhqir etmişdir. Əmək Məcəlləsinin 10-cu maddəsinin b və e bəndlərinin (Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri: b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq) tələblərini kobudcasına pozaraq, nalayiq hərəkətlər etməklə söyüş xarakterli ifadələr işlətmişdir. xx.xx.2024-cü il tarixində “Şiddətli töhmət” almasına baxmayaraq Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən əmək vəzifəsini kobud şəkildə pozmuşdur (Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması). Bütün bunlar barədə akt tərtib edilmiş, izahatlar alınmışdır. Tərtib edilmiş aktı, izahatları və xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət”i nəzərə alaraq təsərrüfat işləri üzrə direktor müavini İddiaçı işdə qalıb-qalmaması məsələsini məktəbin həmkarlar ittifaqı komitəsinin iclasında müzakirə etməyinizi və münasibət bildirilməsi xahiş edilmişdir.
9. Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin Həmkarlar İttifaqı Komitəsinin idarə heyətinin iclasının xx.xx.2024-cü il tarixli 3 saylı protokolundan görünür ki, sədr Şahid3, katib X14, üzvlət X2, X15, X8, X31 və X12 iştirakı ilə keçirən iclasın sonunda məktəbin təsərrüfat işləri üzrə direktor müqavini İddiaçı işdən çıxarılması qanunauyğun hesab edilib, etiraz etməyiblər.
10. Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin “əmək müqaviləsinə xitam verilməsi” haqqında xx.xx.2024-cü il tarixli 72 saylı əmrindən çıxarışdan görünür ki, 05 mart 2024-cü il tarixində direktorun iş otağında bayram tədbiri ilə əlaqədar olaraq direktor müavinlərinin də iştirak etdiyi kiçik toplantı keçirilən zaman təsərrüfat işləri üzrə direktor müavini İddiaçı etik qaydalarından kənara çıxaraq məktəbin işçisi Nümayəndə təhqir etmişdir. Əmək Məcəlləsinin 10-cu maddəsinin b və e bəndlərinin tələblərini kobudcasına pozaraq, nalayiq hərəkətlər etməklə söyüş xarakterli ifadələr işlətmişdir. 13 mart 2024-cü il tarixi saat 9:20 radələrində İddiaçı məktəb həmkarlar komitəsinin otağına dəvət edilmiş və bu məsələnin idarə heyətinin iclasında müzakirə ediləcəyi onun nəzərinə çatdırılmışdır. Bundan sonra İddiaçı məktəbin daxili nizam-intizam qaydalarını pozmuş, xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət”dən nəticə çıxarmayaraq rəhbərliyə məlumat vermədən saat 9:25 radələrində üzürsüz səbəbdən iş yerini tərk etmişdir. Qeyd olunanları nəzərə alaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən təsərrüfat işləri üzrə direktor müavini İddiaçıla bağlanmış əmək müqaviləsi 13 mart 2024-cü il tarixindən ləğv edilmişdir. Əsas: 05 mart 2024-cü il tarixli akt; məktəbin həmkarlar komitəsinin 13 mart 2024-cü il tarixli protokolu.
11. Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin “əmək müqaviləsinə xitam verilməsi” haqqında xx.xx.2024-cü il tarixli 72 saylı əmrindən görünür ki, "İnzibati idarə heyəti" bölməsində "təsərrüfat işləri üzrə direktor müavini" vəzifəsində işləyən İddiaçı Gülabas oğlu ilə bağlanılmış xxxxxxx000200 əmək müqaviləsinə “AR ƏMnin 70." ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan tallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir.
12. Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2024cü il tarixli 73 saylı əmrdən çıxarışdan görünür ki, məktəbin təsərrüfat işləri üzrə direkor müavini İddiaçı işdən azad olunduğu üçün məktəbin 1,0 ştat vahidi xadiməsi Nümayəndəov Oruc oğluna müvəqqəti olaraq xx.xx.2024-cü il tarixdən təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi həvalə edilməsi və ona boş vəzifə üzrə vəzifə maaşının 50 faizinin ödənilməsi əmr edilmişdir.
13. Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2024cü il tarixli 670 saylı arayışından görünür ki, İddiaçı son haqq-hesabı hesablanmış və 4827,81 manat onun əmək haqqı kartına köçürülmüşdür.
14. Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin tərbiyə işləri üzrə direktor müavini Şahid6, tədris işləri üzrə direktor müavinləri Şahid5 və Şahid2, həmkarlar komitəsinin sədri Şahid3 və texniki işçi Abdulov Fizuli tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı xx.xx.2022-ci il tarixində "xxxx" QSC-nin nümayəndəsi X13 bir ədəd yanğın mühafizə təyinatlı nərdivanı (dəyəri 348 manat) təhvil almışdır. Lakin bu günə qədər nərdivanın harada olub-olmaması barədə heç bir məlumat yoxdur. İddiaçı bu barədə izahat yazması tələb olunduqda, izahat yazmaqdan imtina etmişdir. Bir neçə il bundan əvvəl X24 vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən məktəbə 120 diaqonal həcmdə plazma ekranlı televizor hədiyyə olunmuşdur. Bu günə qədər həmin televizorun harada olması ilə bağlı məlumat istənildikdə, İddiaçı bu haqda izahat yazmaqdan imtina etmişdir.
15. Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2024cü il tarixli 20 nömrəli “Mal-material çatışmazlığı haqqında” əmrdən çıxarışdan görünür ki, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixidə daxil olmaqla xəstə olduğu üçün öz vəzifəsini yerinə yetirə bilmədiyinə görə bu vəzifə bu vəzifə müvəqqəti olaraq Nümayəndə həvalə edilmişdir. “Aktivlərin inventarizasiyası Qaydaları”na əsasən məktəbdə aparılan invertarizasiya nəticəsində bir sıra çatışmamazlıqlar aşkar edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində “Element YT" QSC-nin nümayədəsi X13 akt vasitəsilə bir ədəd yanğın mühafizə təyinatlı nərdivan təhvil almışdır. X24 vitse-prezident Leyla xanım Əliyeva tərəfindən məktəbə 120 diaqonal ölçüdə plazma ekranlı televizor hədiyyə edilmişdir. Yoxlama zamanı nərdivan və televzorun mövcud olmadığı aşkar olunmuşdur. Bu barədə İddiaçı izahat tələb olunmuş, ancaq o izahat yazmaqdan imtina etmiş və göstərilən malların harada olması haqqında məlumat verməmişdir və beləliklə Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə əssən mülkiyyətçiyə maddi ziyan vurmuşdur. Bütün bunları və Əmək Məcəlləsinin 194, 199 və 202-ci maddələrini nəzərə alaraq, alınmış əsas vəsaitlərin qəsdən məktəbin hesabına mədaxil etmədiyinə görə təsərrüfat işləri üzrə direktor müavini İddiaçı Gülabbas oğluna “Şiddətli Töhmət” verilməsi, dəymiş maddi ziyanın dəqiqləşdirilməsi və bu işlərə hüquqi qiymət verilməsi əmr edilmişdir.
16. Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin Həmkarlar İttifaqı Komitəsi idarə heyətinin iclasının xx.xx.2024-cü il tarixli 2 saylı protokolundan görünür ki, sədr Şahid3, katib X14, üzvlər X2, X15, X8, X31 və X12 iştirakı ilə keçirən iclasın sonunda məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı alınmış əsas vəsaitlərin məktəbin hesabına mədaxil etmədiyə və izahat yazmaqdan imtina etdiyinə görə verilmiş “Şiddətli töhmət” cəzası və dəymiş maddi ziyanın dəqiqləşdirilməsi bu işlərə hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara məlumat verilməsi qanunauyğun hesab edilmişdir.
17. Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin tədris işləri üzrə direktor müavini Şahid2, həmkarlar komitəsinin sədri Şahid3 və texniki işçi Cəfərov Şakir tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı Gülabbas oğlu xx.xx.2024-cü il tarixində kargüzarlıq otağına dəvət edilmiş və ona xx.xx.2024-cü il tarixli 20 nömrəli əmrlə tanış olmaqla imza etməsi nəzərinə çatdırılmışdır. İddiaçı əmrlə tanım olmuş, lakin əmrlə tanış olması barədə imza etməkdən imtina etməmişdir.
18. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-438/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi, X6 barəsində seçilmiş “başqa yerə getməmək naqqında iltizam" qətimkan tədbiri xitam olunması, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək Haqqında iltizam” qətimkan tədbiri xitam olunması, cinayət işi üzrə maddi sübut olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində təsərrüfat işləri üzrə sabiq direktor müavini İddiaçı tərəfindən tərtib edilərək məktəbin sabiq direktoru X16 tərəfindən təsdiq edilmiş 2020-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2022-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul aylarının “İş axtının uçotu tabel”ləri, həmçinin texniki işçilərin 2020, 2021 və 2022-ci illər üzrə işə davamiyyət kitabları cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir.
19. Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında” qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Sağlamlıq X20 üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin qabaqcadan əlbir olan bir qrup vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə, xeyli miqdarda özgə əmlakının təkrarən mənimsənilməsi və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi faktları üzrə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə İddiaçı barəsində dövlət əmlakının mənimsənilməsi faktına dair icraata Azərbaycan Respublikası CM-nin 74, CMPnin isə 40.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə olan hissədə xitam verilmişdir.
20. Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin davamiyyət cədvəlindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə cədvəldə imza çəkmişdir.
21. Məhkəməyə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 02 saylı İnventarizasiya Cədvəli təqdim edilmişdir.
Tərəflərin izahatları:
22. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iş Nizami Rayon prokurorluğuna verildi. O, izahatını yazaraq prokurorluğa təqdim edib. O, yay fəslində bülletenini məktəbə təqdim edəndə televizor qutusunda idi. Yanvar ayında işə gəlib, 25 yanvarda ona şiddətli töhmət verilib. Sonra direktor ona izahat yazmağını bildirib. O, isə prokurorluqda izahat yazacağını deyib. O, bir ildir ki, bülletendə idi, bülleten pulu verilmirdi. 2022-ci ilin noyabr ayında məktəbdə inventarizasiya olub. Orada Nümayəndə da imzası var idi. 1 ay yarımdan sonra o, bülletenə çıxıb, bu halda necə ola bilər ki, 41000 manat yeyinti edib. Nərdivan oradadır. O, 13 mart 2024-cü il tarixdə saat 09:00-da işə gəlib. Şahid3 onu otağına çağırıb, bu səbəbdən onun otağına gedib. Şahid3 ona əmrinin hazır olduğunu, işdən çıxarıldığını bildirib və işdən çıxarılmağı barədə əmri ona göstərib. Şahid3 Həmkarlar Komitəsinin sədridir. O da özünü narahat hiss edib, çıxıb gedib. O, Həmkarlar Komitəsinin iclasının olacağını bilmirdi. Şahid3 ona əmri göstərərək işdən azad olunduğunu bildirib. O, Şahid3 əmri ona təqdim etməsini istəyib. Şahid3 ona əmri təqdim edə bilməyəcəyini, onu bədbəxt etməməyini bildirib. O, xx.xx.2024-cü ildə bülletendən qayıdıb, 1 gün sonra ona şiddətli töhmət verilib. Halbuki, həmkarlar ittifaqı 10 gün müddətinə bu məsələni müzakirə etməli idi. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
23. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, prokurorluq tərəfindən məktəbdə yoxlama aparılıb, əmlakın mənimsənilməsi ilə bağlı həmin hissəyə xitam verilib. Pul vəsaitini İddiaçı deyil, Bahar Kərimova dövlət büdcəsinə ödəniş edib. Nümayəndə məhkəmə iclasında cavabdehin nümayəndəsi kimi iştirak etməsi düzgün deyil, hazırkı mübahisənin olmasının səbəblərindən biri, iddiaçıya şiddətli töhmət verilməsi və işdən çıxarılması iddiaçı ilə Nümayəndə arasında baş verən məsələ ilə əlaqələndirilir. Bu hal, cavabdehin iddiaçıya qarşı qərəzli münasibətini göstərir. İddiaçıya xx.xx.2024-cü ildə şiddətli töhmət verilib. Həmin qərar televizor və nərdivanın aşkar edilməməsi ilə bağlıdır. Televizor məktəbin direktoruna hədiyyə verilib, onun iddiaçıya verilməsi barədə sübut yoxdur. İddiaçı hədiyyə verilən ərəfədə Ərəstun müəllimin otağında olub. Nərdivan hazırda məktəbədədir. Prokurorluqda araşdırma zamanı da məktəbdə olduğu müəyyən olunub. Əmlakın mənimsənilməsi məsələsinə qiymət verilib və xitam verilib. Müzakirəyə ehtiyac yoxdur. xx.xx.2024-cü il tarixli əmrin tərtibində Əmək Məcəlləsinin tələbləri pozulub. Əmək Məcəlləsində 84-cü maddəsinə uyğun işçinin ata adı əmrdə göstərilməyib, işəgötürənin ünvanı göstərilməyib, Əmək Məcəlləsinin hansı bəndinə, hissəsinə istinad olunması göstərilməyib. Əmrdə “əmək müqaviləsinə xitam verilsin” yazılmalı olduğu halda, əmək müqaviləsinin ləğv edilməsi yazılıb. Həmçinin, əmək müqaviləsinin xitam verilməsi əsasları aydın göstərilməyib. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmkarlar ittifaqının protokolunun qərara aldı hissəsi də əsaslandırılmayıb. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
24. Məhkəmə iclasında cavabdeh Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, İddiaçı əlini boynuna qoyub “mən bunun sözünü yeyə bilmərəm” deməsi kişilər arasında qəbul olunmaz hərəkətdir. İddiaçı iclas vaxtı direktorun otağında iclasda onu təhqir edib və onun orada olmağını qəbul edə bilməyib. O dedi ki “mən kişiyəm, sözü boynumun arxasına yeyə bilmərəm” deyib əlini boynunun arxasına qoydu, qadınlar etiraz etdilər. Bununla mübahisə yarandı. İddiaçı bir il işdə olmadığı müddətdə Tariyel Əkbərov savadlı olduğuna görə onu İddiaçı yerinə təyin edib. O, ali təhsillidir, özü iki insititut bitirib. Leyla Əliyeva 2-3 il əvvəl məktəbə televizor hədiyyə edib, hədiyyə kimi məktəbin balansına qəbul olunub, İddiaçı onu qəbul edib. Təhvil-təslim olanda məlum olub ki, televizor yoxdur. İnventarizasiya aktı, maliyyə aktı var, 41600 manat mənimsəmə olub. Televizor LG ya da nəisə başqa markalıdır, 125-130 dioqanallıdır, İddiaçı işdən çıxmasına səbəb onu təhqir etməsi, mal-material çatışmazlığı olub. İddiaçı yerinə yeni təsərrüfat müdiri də təyin olunub, Nazirliyin bundan xəbəri var. İşə bərpa ilə bağlı barışıq yoxdur. İddiaçı işdən azad olması ilə bağlı Pedoqoji şuranın qərarı var. Nərdivan İddiaçı vaxtında təhvil-təslimdə yoxdur, sonra tələb ediblər, onunla bərabər mağazadan gedib alıb gətiriblər. Şahid1 öz ərizəsinə əsasən işdən çıxıb. Şahid4 işdən çıxıbsa, təbii ki, X17a qarşı münasibəti dəyişəcək. İddiaçı gəlməmişdən əvvəl Nazirliyin nümayəndəsi məktəbə gəlib, nərdivan orada yox idi, akt tərtib olunub, nazirliyə bu barədə məlumat verilib. Sonra İddiaçı işləyəcəyinə ümid edərək öz hesabına nərdivan aldı. Televizor da orada yox idi, akt tərtib olunub, sonra yenə də İddiaçı televizoru ekranı sınıq vəziyyətdə oraya gətirib qoydu. 1 il müddətində İddiaçı avadanlıqlarını qoruyublar. İddiaçı gələndən sonra avadanlıqları təhviltəslim ediblər. Bu barədə akta imza çəkib. İddiaçı yay fəslində bülleteni məktəbə gətirəndə televizorun orada olub-olmamadığı yadında deyil, bilmir. İddiaçıya bülleten pulu ödənilib. 2022-ci ilin noyabr ayında məktəbdə inventarizasiya olanda onun imzası var idi. Maliyyə yoxlaması nəticəsində mal-material çatışmazlığı aşkar olunub. Hazırda o, İddiaçı vəzifəsinə təyin olunub. İddiaçı işdən çıxması ona sərf edir. Günah Pənahova və X33 Məmmədovun Həmkarlar Komitəsinin iclasında iştirak etməməsi barədə akta imza çəkiblər. Tariyel Əkbərov onu müvəqqəti olaraq təsərrüfat müdiri təyin edib, İddiaçı həmin ərəfədə gəlib, həmin vaxt mal-material çatımazlığı barədə inamsızlıq var idi, İddiaçı isə bunu qəbul etmirdi. Mübahisə yaranıb, İddiaçı söz götürmədiyini bildirib və onunla kişi söhbətləri etməyə başlayıb. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərararında iddiaçının barəsində olan material barəsində bir kəlmə belə yoxdur. Qərarda iddiaçının adına olan malla bağlı heç bir məlumat yoxdur. İddiaçı bülletena çıxan ərəfədə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib, nərdivanın olmaması barədə akt tərtib olunub. İddiaçıya də şiddətli töhmət verilib. Sonra iddiaçı öz cibinin vəsaiti ilə özü onun iştirakı ilə nərdivan alaraq gətirib. Televizor hədiyyə olunsa da, məktəbin balansında idi. İnveritizasiya aparılan vaxt televizor balansda hədiyyə kimi qeyd edilib, həmin ərəfədə televizor olmadığı üçün akt tərtib olunub, sonra başqa şəxsə verdiyi bilinib və yarasız vəziyyətdə qaytarılıb. Ona qarşı edilən hərəkət qəbuledilməzdir. İddiaçı həmin hərəkəti onu göstərərək edib. İddiaçı bir il müddətində bülletendə olub, özü də xəstə olduğunu, işə qayıda bilməyəcəyini deyib. İddiaçı nizam-intizam qaydalarını pozub. İddiaçı barəsində cinayət işinə xitam verilsə də, onun barəsində Cinayət Məcəlləsinin maddələri ilə araşdırma aparılıb. İddiaçı işə necə qaytarıla bilər, onun sağlamlığı buna imkan vermir, maliyyə yoxlanılması aparılıb. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi.
Şahidlərin ifadələri:
25. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin Həmkarlar ittifaqının sədridir. İddiaçını tanıyır, iddiaçı məktəbin təsərrüfat müdiri olub. İddiaçıya ilk dəfə töhmət, yanvar ayında şiddətli töhmət verilib. İddiaçıya verilən suallar cavabandırılmadığı üçün ona töhmət verildi. Sonradan tədbirlə bağlı iclas oldu, həmin iclasa dəvət olundular, tədbirdə müəyyən hərəkətlər olub, bundan sonra iddiaçının işdən çıxarılması məsələsi qaldırılıb. İddiaçının içdən çıxma məsələsi ilə bağlı rəsmi şəkildə həmkarlar ittifaqına məktəbin direktorundan rəsmi məktub daxil olub, iclasda 7 nəfər üzv iştirak etməli idi. Rəsmi şəkildə iclas keçirilib, iddiaçıya məlumat verilib ki, saat 11:00-da iclas olacaq. İddiaçı həmin gün işə gəlib. İclas vaxtı iddiaçının olmadığı məlum olub, bununla bağlı akt tərtib edilib və sonra iclas davam edib. İddiaçını çağırıb ona şifahi şəkildə iclasın vaxtı haqqında məlumat verilib. İddiaçı məhkəmədə olduğu üçün ona məktub göndərməyib. İddiaçının işdən çıxması iclasda müzakirə edilib. Müzakirəyə çıxarılan məsələlər onlara daxil olmuş məktubda olan məsələlər, yəni iddiaçının ona yanvar ayında verilən şiddətli töhmətdən nəticə çıxarıb-çıxarmaması olub. Hazırda televizor məktəbdə köhnə, yararsız vəziyyətdədir. İclas keçirilən vaxt televizor köhnə və yarasız vəziyyətdə idi. Nərdivanla bağlı dəqiq məlumatı yoxdur, Fövqəladə Hallar Nazirliyindən əməkdaşlar gəliblər və nərdivanın olmaması barədə akt tərtib ediblər. Sonradan nərdivan hansı vasitə ilə, necə gəlib, necə olub, bu haqda məlumatı yoxdur. İttifaqın iclasının protokolu qanuna uyğun tərtib edilib. Həmkarlar ittifaqının iclasında qərar verilmir. İşdən çıxma məsələsi üçün əsaslar şikayət, şiddətli töhmət və tədbir zamanı baş verən hal olub. İddiaçıya iclas günü iclas vaxtı barədə məlumat verilib. xx.xx.2025-ci ildə rəhbərlik tərəfindən onlara məktub daxil olub, 10 gün müddətinə, yəni xx.xx.2025-ci ildə keçirilib, iddiaçı məktəbdə olduğu üçün ona iclasın vaxtı barədə bildiriş göndərməyi zəruri hesab etməyib. O, aktı imza edib. Tədbir zamanı müəyyən hərəkətlər olub, iddiaçı ilə Nümayəndə arasında atışmalar olub, ona müəyyən hərəkətlər edib. İddiaçı əli ilə boynunun arxasını göstərib, iddiaçı həmin hərəkəti etməkdə Nümayəndə göstərib və həmin formada adam olmadığını deyib. O, xx.xx.2025-ci ildə iddiaçıya əmri deyil, ona daxil olmuş məktubu göstərərək, işdən çıxma məsələsini müzakirə ediləcəyini bildirib. Həmin məktub onlara xx.xx.2024-cü ildə daxil olub.
26. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, iddiaçını tanıyır. O, məktəbdə 2013-cü ilin aprel ayından 2024-cü ilin aprel ayına qədər baş mühasib işləyib. Pensiya yaşına çatmağı ilə əlaqədar təqaüdə çıxıb. 16 dekabr 2022-ci il tarixdə Tariyel Əkbərun direktor təyin olunması barədə əmr verilib, 19 dekabr 2022-ci il tarixdə Tariyel Əkbərova kollektivə təqdim olunub, 20 və ya 21 dekabr 2022-ci ildən vəzifəsinin icrasına başlayıb. Tariyel Əkbərov işə gəldiyi ilk gündən İddiaçı onunla işləməyəcəyini bildirib. O, İddiaçı direktorun “köhnə işçilərdən” birinci ondan başlayacağını bildirib. X30 köhnə rəhbər işçilərlə prinsip aparmağa başlayıb. Şahid1 və digər müəllimi işdən çıxarıb, sonra ona ərizəni yazıb getməyini bildirib. O isə pensiya yaşı tamam olana qədər işdən çıxmayacağını, statuslarının olduğunu, işini yaxşı bacardığını, Nazirlikdə onu yaxşı işçi kimi tanıdıqlarını qeyd edib və pensiya yaşı tamam olanda ərizəni yazaraq işdən çıxıb. Elman X9rşı hər hansı bir hərəkət etməyib, tanımadığı şəxsə qarşı nə edə bilərdi. Onun bildiyini təhsil sahəsində heç bir mühasib bilmir. O, niyə ərizəsini yazıb işdən çıxmalıydı? Hesabat vaxtı o, 67 nəfər mühasibi öyrədib. Tariyel Əkbərovun ona qarşı müasibəti pis idi, neçə dəfə Nümayəndə kağız göndərərək “Fəttah müəllimin deyəsən kağızı yoxdur, ərizə yaza bilmir, ərizəsini yazıb çıxsın” deyib. Necə olur ki, Nümayəndə xadimə işləyə-işləyə müavin işləyirdi. O, 2022-ci ilin dekabr ayından 2024-cü ilin aprel ayına qədər X17la işləyib.
27. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Sağlamlıq X20 üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində direktor müavini işləyir, iddiaçını tanıyır. 8 martdan əvvəl bayrama hazırlıqla əlaqədar İddiaçı və Nümayəndə daxil olmaqla digər müəllimlər direktorun otağına yığışmışdılar. Direktor orada daxili iş bölgüsü aparırdı. İddiaçı və Nümayəndə aralarında mübahisə yarandı. İddiaçı qeyri-etik hərəkətlər nümayiş etdirdi və ifadələr işlətdi. Orada təsərrüfat işləri və anbarla bağlı iş bölgüsü aparılırdı. İddiaçının və Nümayəndə arasında mübahisə yarandı. İddiaçı da orada razılaşmadı. O, otaqda olmasından əvvəl iddiaçı ilə Nümayəndə arasında nə baş verdiyini isə dəqiq deyə bilmir. Həmkarlar Komitəsinin iclası olan gün İddiaçı işdən getdiyini görüb. Məktəbdə xüsusi qayğıya ehtiyacı olan şagirdlər təhsil aldıqları üçün o, dəhlizdə olur. Sonra bilib ki, İddiaçı Həmkarlar Komitəsinin iclasında iştirak etməyib. O, həmin gün İddiaçı hara getdiyini bilmirdi. Sadəcə onun kurtkasını götürərək məktəbdən çıxdığını görüb. İlk dərs saat 09:00-da başlayır, 45 dəqiqə davam edir və 5 və ya 10 dəqiqə tənəffüs olur. O, dərs demir, müavin olduğuna görə nəzarətdə olur. Müəllimlərin dərsdə olub-olmadıqlarını, jurnalı götürüb-götürmədiklərini, şagirdlərin dəhlizdə olub-olmamadıqlarını yoxlayır. Tariyel Əkbərov direktor təyin olunduqdan sonra məktəbdə işləməyə başlayıb. Onu Elm və Təhsil naziri vəzifəyə təyin edib. O, 2022-ci ilin dekabr ayından 2024-cü ilin aprel ayına qədər X17la işləyib. Direktor İddiaçıla Nümayəndə iş tapşırırdı, İddiaçı isə razılaşmırdı. O, akta imza çəkib. O, Həmkarlar Komitəsinin iclası olan gün, yəni 13 mart 2024-cü il tarixdə işdə idi. İddiaçı həmin gün səhər təxminən 10-a işləmiş işə gəlib, sonra onu görməyib. Eşitdib ki, o, işdən gedib. O, məktəbə təyin olunmamışdan əvvəl məktəbə nərdivan və televizor verilib. O, işə qəbul olandan sonra təhvil-təslim ərəfəsində həmin əşyaların anbarda olmadığı məlum olub. İddiaçı izahat yazmayacağını bildirib. Sonra həmin əşyalar aşkar olunmayıb. İddiaçı əlini boynunun arxasına qoyaraq əl hərəkətlərinə uyğun ifadələr işlədirdi. İddiaçı və Nümayəndə arasında bəzi kişi söhbətləri edilirdi.
28. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sağlamlıq X20 üçün 3 nömrəli Respublı̇ ka Xüsusı̇ İnternat məktəbı̇ ndə tədris hissə müdiri vəzifəsində işləyir. 8 mart ərəfəsində müavinlər, həmkarlar komitəsinin direktorun yanında tədbirlər planını müzakirə etmək üçün iclasa yığışıblar. Birdən-birə vəziyyət dəyişib. Qadınlar sakit oturmuşdular. İddiaçı və Nümayəndə arasında qarşıdurma yarandı, təhqirə keçilib. Hətta Şahid5 onların otaqdan çıxmağı üçün direktordan icazə aldı və orada oturmaqlarının düzgün olmadığını bildirdi. İddiaçı və Nümayəndə arasında ciddi problem yarandı. Orada əl hərəkəti oldu. İddiaçı əlini boynuna qoyaraq “mən belə edib bunu qəbul edə bilmərəm, mən belə yaşaya bilmərəm” deyib. İş prinsiplərində bəzi dəyişiklik olub, direktor onu izah edirdi. Kişilik söhbətləri oldu, o, utandığından hazırda həmin ifadələri tam ifadə edə bilmir. İddiaçı “mən kişiyəm, o belədir” dedi. Direktor ortalığı sakitləşdirməyə çalışdı. Qapının ağzında söhbətləri, mübahisələri davam etdi. Bu da aktlaşdırıldı. İddiaçı işə qayıdandan sonra Nümayəndə iclasda iştirak etməsinin səbəbini bilmir. İddiaçının işdə olmadığı müddətdə Nümayəndə onu əvəz etdiyinə görə ola bilər ki, iclasda iştirak edib. Onları da həmin iclasa dəvət ediblər, gəliblər. Onun iddiaçı ilə heç bir problemi olmayıb. İddiaçı həmin günü aqressiv idi. O, İddiaçıla 20 ilə ərzində birlikdə işləyib. İddiaçıla çox yaxşı münasibəti olub. Orada çox xoşagəlməz bir proses yarandı. Mübahisənin onlara aidiyyəti olmasa belə, həqiqətən iki kişi arasında səs çox yüksəldi. O, başa düşür, İddiaçı bəzi şeyləri qəbul etmədi və bildirdi ki, “mən qəbul edə bilmərəm ki, o mənim başımın üstündə dayansın, anbarda mən ondan nəsə götürüm”. Bir az iş prinsipi ilə bağlı problem yarandı. İddiaçı işdə olmadığı müddətdə Nümayəndə təsərrüfat işləri üzrə direktor müavini əvəzi, İddiaçı gələndən isə yəqin ki, Nümayəndə texniki işçi olub. Nümayəndə texniki işçi olaraq işlədiyini bilir. O hərəkət xoşagələn olsaydı, onlar orada dayanardılar, onun üçün həmin hərəkəti ifadə etmək çox çətindir. Fikirləşir ki, niyə həmin sözləri eşitməli və orada olmalı idi? Ora məktəbdir, hamısı məsul şəxslərdir və niqtlərinə diqqət etməlidirlər. Heç kəsə həyat yoldaşının, bacısının elə sözlər eşitməsi xoş olmaz. O, çıxanda İddiaçı özünü düzgün ifadə etməməsini, düzgün olmamasını deyib. Nümayəndə əslində heç nə demədi, direktor tapşırıqlar verdikcə İddiaçı bunu qəbul edə bilməyəcəyini bildirdi. Tariyel Əkbərov yeni işə başlayanda “indiyə kimi belə işləmisiz, bundan sonra qayda-qanun budur” deyib. İddiaçı “mən kişiyəm, onun kimi ona verib elə yaşaya bilmərəm, belə işləyə bilmərəm” deyib və əlini boynuna qoyub. Nümayəndə İddiaçı özünü düzgün ifadə etməsini xahiş edib. Mübahisə davam edib, direktor sakitləşdirib. O, evdə bu hərəkəti ərinə deyəndə o da bunun düzgün olmadığını bildirdi. Tədbir keçiriləcəyi ilə bağlı yığıncaq idi, akt zalında yığışmaq barədə tapşırıqlar verildi, Həmkarlar İttifaqı müəllimlərə hədiyyə göndərib. İclasda İddiaçı, Nümayəndə, digər üç müavin və həmkarların sədri var idi. Televizorun və nərdivanın məktəbə qaytarılması barədə məlumatı yoxdur. Televizorun görüntü olaraq gəldiyini görüb. Həmin əşyaların hazırda məktəbdə olub-olmadığını bilmir. Bir xarab televizor gətirmişdilər, hara qaytardılar bilmədi. Həmin televizoru Nümayəndə otağında toka qoşublar. Televizorun əvvəl gətirilən vaxt xarab olub-olmadığını bilmir. Televizor gətirilən vaxt sıravi işçi olub, gətirilməsi ilə bağlı heç bir məlumatı olmayıb. Məktəbdə deyilənə görə televizor hədiyyə verib, o, görməyib, orada sıravi işçi olub. Təchizatla bağlı dəqiq məlumatı yoxdur. Aktı həmin gün tərtib ediblər.
29. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Sağlamlıq X20 üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. Onlar 8 marta hazırlaşırdılar. Onlar həmişə tədbirlər öncəsi hamısı bərabər yığışırdılar. Orada İddiaçı da var idi. İddiaçı orada təhqir edib, əlini boynuna aparıb, söyüş söyüb. Əvvəllər İddiaçı neçə vaxt idi ki, bülletendə idi, həm də İddiaçı səhhətinin işləməsinə imkan vermədiyini deyirdi. İddiaçı əvvəllər məktəbdə təsərrüfat işləri üzrə direktor müavini işləyirdi. O da, 2007-ci ildə 5 il işləyib, həmin ərəflərdə işləyib. İclas 8 mart Qadınlar Günü ilə bağlı idi, tədbirlər onlara məxsusdur, bu səbəbdən tədbiri onlar keçirirdi, həmin vaxt iddiaçı da gəlib. Onda Nümayəndə İddiaçı əvəz edirdi. Mübahisə orada yaranıb, bir-birilərinə səs tonun qaldırdılar, əl hərəkətləri göstərdi. Onlar hamısı orada idilər. İddiaçı Nümayəndə təhqir edib, əlini boynunun arxasına aparıb, söyüş söyüb. Hesab edir ki, bu təhqirdir. Bu hadisə qadınların bayram ərəfəsində olub, ordan çıxıb söyə bilərdilər. O, vicdanı qarşısında çox rahat insandır. O, iddiaçıya başqa nəsə deyə bilməz, salamlaşırlar da, onun İddiaçıla heç bir şəxsi münasibəti yoxdur. Nümayəndə İddiaçı cavabını da verə bilərdi, amma o özünü saxladı. O, otaqda olduğundan, İddiaçı nə söyüş söydüyünü bilir. O, İddiaçı nə söyüş söydüyünü yadında saxlaya bilməz, çünki söyüş aludəçisi deyil. İddiaçı Nümayəndə kişi deyilsən deyib. Televizoru gətirəndə görməyib, o, təsərrüfat müdiri deyil. Onun həmin televizoru kimin qəbul etməsindən, kimin otağında olmasından məlumatı yoxdur, çünki o, həmin vaxt adi işçi olub. Əgər 420-460 nəfər televizorun hədiyyə edilməsindən məlumatlıdırsa, necə bunu bilməyə bilər. Еelevizorun hədiyyə edilməsini necə dana bilərlər. Hədiyyə edilən televizoru görməyib. Çünki təsərrüfat işləri üzrə direktor müavini qəbul edib. Hədiyyə gətirilən televizorun hansı otağa yerləşdirildiyini görməyib. Məktəbə adi yuyucu vasitə gəlirsə Nümayəndə imza çəkdirib onlara verir, onlar da həmin vasitələri paylayanda paylama cədvəli olur, tərbiyəçiyə təhvil verirlər. Elə hesab edir ki, nərdivan hazırda məktəbdədir, gətiriblər. Televizor da məktəbdədir, lakin çatdır, pultu yoxdur. Nərdivanın məktəbdə olub-olmadığını təsərrüfat müdiri bilər, amma televizor məktəbdə deyil. Televizor məktəbdə deyil, çünki onun yerinə köhnə televizor gətiriblər, televizor çat, xarab idi. Onlar da televizoru qəbul etməyiblər. Uşaqlara hədiyyə edilmiş televizor böyük idi, həmin vaxt o, direktor müavini kimi işləməyib, televizorun dioqanalını bilmir. Bütün məktəb bilir ki, hədiyyə edilən televizor böyük idi. Sonradan gətirilən televizor isə kiçik idi, məhkəmə iclas zalında olan stoldan kiçik olardı. Amma hədiyyə edilən televizor daha böyük idi. O, birinci və ikinci televizorun markalarını bilmir, amma gözü ilə görüb ki, ikinci televizorun üzərində, ortasında çat var idi, pultu da yox idi.
İşin faktiki halı:
30. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2011-ci ildə Sağlamlıq X20 üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində texniki işçi qəbul edilib, xx.xx.2012-ci ildə onun üzərində olan yük götürülüb və həmin tarixdən təsərrüfat işəri üzrə direktor müavini vəzifəsinə müvəqqəti olaraq təyin edilib, xx.xx.2016-cı ldə məktəbin ictimai işlərində göstərdiyi fəaliyyətə görə “Təşəkkür” elan edilib, xx.xx.2017-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsininin müddəti bitdiyi üçün əmək müqaviləsinə xitam verilib, xx.xx.2017-ci ildə Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə müvəqqəti olaraq təyin edilib, həmin tarixdə bağlanmış əmək müqaviləsi müddətsiz hesab edilib, xx.xx.2024-cü ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilib. Hazırda isə iddiaçı xx.xx.2024-cü il tarixli əmri mübahisələndirir. İddiaçı tələbində məhkəmədən cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 72 saylı əmrin ləğv edilməsi, iş yerinə bərpa olunmağı, buraxılmış iş günlərinin əmək haqqının cavabdehdən alınaraq ona ödənilməsi və mediasiya təşkilatına ödədiyi 60 manat xərcin alınaraq ona verilməsini xahiş etmişdir.
Məhkəmə baxışının hədləri:
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüquqları vardır; 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır; 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər; 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 80-ci maddəsinin:
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
Məhkəmənin mövqeyi:
34. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
35. Məhkəmə iddia tələbinin “cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 72 saylı əmrin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin “əmək müqaviləsinə xitam verilməsi” haqqında xx.xx.2024-cü il tarixli 72 saylı əmrinə əsasən 05 mart 2024-cü il tarixində direktorun iş otağında bayram tədbiri ilə əlaqədar olaraq direktor müavinlərinin də iştirak etdiyi kiçik toplantı keçirilən zaman təsərrüfat işləri üzrə direktor müavini İddiaçı etik qaydalarından kənara çıxaraq məktəbin işçisi Nümayəndə təhqir etmişdir. Əmək Məcəlləsinin 10-cu maddəsinin b və e bəndlərinin tələblərini kobudcasına pozaraq, nalayiq hərəkətlər etməklə söyüş xarakterli ifadələr işlətmişdir. 13 mart 2024-cü il tarixi saat 09:20 radələrində İddiaçı məktəbin həmkarlar komitəsinin otağına dəvət edilmiş və bu məsələnin idarə heyətinin iclasında müzakirə ediləcəyi onun nəzərinə çatdırılmışdır. Bundan sonra İddiaçı məktəbin daxili nizam-intizam qaydalarını pozmuş, xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət”dən nəticə çıxarmayaraq rəhbərliyə məlumat vermədən saat 09:25 radələrində üzürsüz səbəbdən iş yerini tərk etmişdir. Qeyd olunanları nəzərə alaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən təsərrüfat işləri üzrə direktor müavini İddiaçıla bağlanmış əmək müqaviləsi 13 mart 2024-cü il tarixindən ləğv edilmişdir. Əmrin qəbul edilməsi əsasları 05 mart 2024-cü il tarixli akt, məktəbin həmkarlar komitəsinin 13 mart 2024-cü il tarixli protokolu olmuşdur.
36. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv edilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1) əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi; 2) 72-ci maddədə sadalanan əmək vəzifələrinin kobud şəkildə pozulması. Birinci əsasla bağlı qeyd edilməlidir ki, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri hər hansı formada yerinə yetirməmə özü-özlüyündə işçi ilə əmək müqaviləsini ləğv etməyə kifayət etmir. Buna o zaman yol verilir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan - işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəysin. Hazırda mübahisələndirilən əmrdə isə cavabdeh Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edib kifayətlənməklə, əmri lazimi qaydada əsaslandırmamışdır.
37. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir.
38. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh iddiaçının “əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması” əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri tərtib edərkən əmək qanunvericiliyinin tələblərinə riayət etməmişdir.
39. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətlərin dairəsi başa düşülür.
40. Belə ki, mübahisələndirlən əmrin qəbul edilməsi üçün əsas xx.xx.2024-cü ildə iddiaçının məktəbin başqa bir işçisini təhqir etməsi və xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət” barədə əmrdən nəticə çıxarmayaraq iş yerini üzürsüz səbəbdən tərk etməsi olmuşdur.
41. İş materialları ilə müəyyən edilir ki, cavabdeh Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən məktəbin Həmkarlar Komitəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 406 saylı məktubla tərtib edilmiş aktı, izahatları və xx.xx.2024-cü il tarixində aldığı “Şiddətli töhmət”i nəzərə alaraq təsərrüfat işləri üzrə direktor müavini İddiaçı işdə qalıb-qalmaması məsələsini məktəbin həmkarlar ittifaqı komitəsinin iclasında müzakirə edilməsi və münasibət bildirilməsi xahiş edilmişdir.
42. Məktubda isə iddiaçının 05 mart 2024-cü il tarixində direktorun iş otağında bayram tədbiri ilə əlaqədar olaraq direktor müavinlərinin də iştirak etdiyi kiçik toplantı keçirilən zaman təsərrüfat işləri üzrə direktor müavini İddiaçı etik qaydalarından kənara çıxaraq məktəbin işçisi Nümayəndə təhqir etməsi, bununla da onun Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən əmək vəzifəsini kobud şəkildə pozması, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması qeyd edilmişdir.
43. Bundan sonra Həmkarlar İttifaqı Komitəsinin idarə heyətinin iclasının xx.xx.2024cü il tarixli 3 saylı protokoluna əsasən sədr Şahid3, katib X14, üzvlər X2, X15, X8, X31 və X12 iştirakı ilə keçirən iclasın sonunda məktəbin təsərrüfat işləri üzrə direktor müqavini İddiaçı işdən çıxarılması qanunauyğun hesab edilib, etiraz edilməyib.
44. İddiaçının xx.xx.2024-cü ildə işə gəlməsi işin mübahisələndirilməyən halıdır və iş materiallarında olan davamiyyət cədvəli ilə də öz təsdiqini tapır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 ifadəsində məktəb tərəfindən Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış məktubun onlara xx.xx.2024-cü il tarixdə təqdim edildiyini, iclasın xx.xx.2024cü il, saat 11:00-a təyin edildiyini və iclasın vaxtı haqqında iddiaçıya xx.xx.2024-cü ildə, yəni iclasın keçirildiyi gündə məlumat verdiyini, iddiaçı məktəbdə olduğu üçün ona daha əvvəl rəsmi qaydada məlumat verilməsini zəruri hesab etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş aktla müəyyən edilir ki, iddiaçı Həmkarlar İttifaqı Komitəsinin iclası haqqında 09:20-də məlumat verilib, lakin iddiaçı 09:25-də iş yerini tərk edib.
45. Belə ki, qanunda da qeyd edildiyi kimi, Həmkarlar ittifaqı təşkilatı təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Hazırkı iş üzrə Həmkarlar ittifaqı komitəsi məktəbin məlumatı ona daxil olduğu tarixdən 6 günə iclas təyin etsə də, Həmkarlar ittifaqı komitəsinin sədri, məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 bildirdiyinə əsasən iddiaçıya bununla bağlı iclas günü, iclasdan bir neçə saat əvvəl məlumat verilib. İddiaçı isə ümumiyyətlə xx.xx.2024-cü ildə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahid3 tərəfindən otağına dəvət ediliyini və ona işdən azad edilməsi barədə əmrin göstərməsi səbəbindən iş yerini tərk etdiyini bildirmişdir. Yəni, məhkəməyə iddiaçının Həmkarlar İttifaqı Komitəsinin iclası barədə məlumatlı olması barədə rəsmi sübut təqdim edilməmiş, iş materiallarına iddiaçının məlumatlandırılması barədə təqdim edilmiş aktlar isə birtərəfli qaydada məktəbin işçiləri (məktəbinin tədris işləri üzrə direkor müavinləri Şahid5, Şahid2, Şahid6, həkim İbayeva Nigar, tibb işçisi Nümayəndə, sürücü Eyvazov Teymur, mühafizəçilər Ağayev Ruslan və Bayramov Rüstəm, texniki işçilər Məmmədova Gültəkin və Hüseynova Natavan) tərəfindən tərtib edilmişdir.
46. Həmkarlar İttifaqı Komitəsinin iclası zamanı iddiaçının işdən azad olunması əsasları kimi xx.xx.2024-cü il tarixli “Şiddətli töhmət” almasından nəticə çıxarmayaraq xx.xx.2024-cü ildə 8 mart Beylənxalq Qadınlar günü ilə əlaqədar təşkil olunmuş tədbirin planlaşdırılması zamanı qeyri-etik əl-qol hərəkətləri etməsi və söyüş xarakterli ifadələr işlətməsi müzakirə olunmuşdur.
47. Lakin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsaslardan biri kimi həmçinin, onun xx.xx.2024-cü il tarixli “Şiddətli töhmət”dən nəticə çıxarmayaraq rəhbərliyə məlumat vermədən saat 09:25 radələrində üzürsüz səbəbdən iş yerini tərk etməsi olmuşdur. Lakin cavabdeh həmin əsasla iddiaçını işdən azad etməsi üçün qanunvericiliklə müəyyən edilən tələblərə əməl etməmiş, iddiaçının iş yerini tərk etməsi səbəbi ilə bağlı ondan izahat tələb etməmiş, həmin halla bağlı həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır. Güründüyü kimi əmrin qəbul edilməsi əsasları ilə Həmkarlar İttifaqı Komitəsinin müzakirəsinə təqdim edilmiş məsələlər fərqli olmaqla, əmrdə komitənin müzakirəsinə təqdim edilməmiş əsaslar göstərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirlən əmr qanunamüvafiq qaydada tərtib edilməmişdir.
48. Belə ki, qeyd edildiyi kimi, mübahisələndirilən əmrin qəbul edilməsi əsasları həmçinin, xx.xx.2024-cü ildə 8 mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar təşkil olunmuş tədbirin planlaşdırılması zamanı qeyri-etik əl-qol hərəkətləri etməsi və söyüş xarakterli ifadələr işlətməsi olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin tədris işləri üzrə direktor müavinləri Şahid5 və Şahid2, tərbiyə işləri üzrə direktor müavini Şahid6, həmkarlar komitəsinin sədri Şahid3 və texniki işçi Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən iddiaçı rəhbərliyin otağında 8 X26 münasibəti ilə keçirilən kiçik toplatı zamanı məktəbin işçisi Nümayəndə təhqir etmiş, onun şərəf və ləyaqətini alçatmışdır. O, bunu söyüş xarakterli əl hərələrləri ilə xanım əməkdaşların gözü qarşısında etmişdir. Bununla da, İddiaçı tərbiyəsizlik edərək, məktəbin etik normalarına və nizam-intizam qaydalarına zidd olaraq iş yoldaşlarının əmək hüquqlarını vəqanuni mənafeyini pozmuşdur. İddiaçı həmin hallar bağlı izahat verməkdən imtina etmişdir. Məhkəmə iclasında aktın tərtibdə iştirak etmiş hər bir şəxs şahid kimi dindirilmişdir. Şahid3 ifadəsində “İddiaçı əli ilə boynunun arxasını göstərib, iddiaçı həmin hərəkəti etməkdə Nümayəndə göstərib və həmin formada adam olmadığını deyib”, Şahid5 “İddiaçı əlini boynunun arxasına qoyaraq əl hərəkətlərinə uyğun ifadələr işlədirdi. İddiaçı və Nümayəndə arasında bəzi kişi söhbətləri edilirdi”, Şahid2 “İddiaçı əlini boynuna qoyaraq “mən belə edib bunu qəbul edə bilmərəm, mən belə yaşaya bilmərəm” deyib”, Şahid6 “İddiaçı Nümayəndə təhqir edib, əlini boynunun arxasına aparıb, söyüş söyüb” məzmunda ifadə veriblər. Şahid4 isə iddiaçı tərəfindən səslənlən fikirlərlə bağlı məlumat verməyib. İddiaçı isə Nümayəndə təhqir etmədiyini, onun haqqında deyil, özünə münasibətdə əl-qol hərəkəti etdiyini, verilən tapşırıqların özünə aid hissəsinə etiraz etdiyini, onun əvəzinə təsərrüfat işləri üzrə direktor müavini səlahiyyətlərini yerinə yetirmiş Nümayəndə ona tapşırıqlar verməsini qəbul etmədiyini bildirib. Məhkəmə iclasında şahidlər iddiaçı tərəfindən səsləndirilən fikirləri tam və aydın şəkildə ifadə etməyiblər. Onların ifadələri ilə iddiaçının təhqir xarakterli ifadələr işlədib-işlətməməsi, bu ifadələrin və hərəkətlərin konkret olaraq nədə ifadə olunmasını müəyyən etmək mümkün olmur. Göründüyü kimi, şahid ifadələri ilə iddiaçının Nümayəndə ünvanına birbaşa nalayiq və təhqir xarakterli ifadələr işlətməsi öz təsdiqini tapmamışdır. Qeyd edilməlidir ki, məhkəmə iclasında dindirilən şahidlər hazırda cavabdeh məktəbdə işləyirlər və onlarla cavabdeh məktəb arasında tabeçilik münasibətləri mövcuddur. Məhkəmə qeyd edir ki, iddiaçının etmiş olduğu hərəkətlər və səsləndirdiyi ifadələr ilə təhqir olunduğu iddia edilən Nümayəndə cavabdeh məktəbdə əvvəl xadimə vəzifəsində çalışmış, iddiaçı bülletendə olduğu vaxt onun vəzifələrini icra etmiş, hazırda isə məhkəmə iclasında cavabdehin nümayəndəsi kimi iştirak etməklə, mübahisələndirlən əmrin əsaslılığını, iddiaçı tərəfindən məhz özünə qarşı edilmiş hərəkətlərin təhqir olmasını müdafiə etmişdir.
49. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdə iddiaçının direktorun otağında səsləndirdiyi fikirlər və etdiyi əl-qol hərəkətləri məktəbin işçisi olan Nümayəndə təhqir edilməsi kimi qiymətləndirilə bilməz.
50. Məhkəmə cavabdeh tərəfindən təqdim edilən etiraz məzmununda məktubda isə qeyd edilmişdir ki, iddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinədək həm də 0.5 ştat vahidi sürücülük vəzifəsini icra edib. X7 (xx.xx.2015-dən-xx.xx.2023-dək), X23 (xx.xx.2013-dən-xx.xx.2023-dək) və X5 (xx.xx.2020-dən-xx.xx.2023-dək) adlı işçilər uzun illər ərzində işə gəlmədikləri halda, İddiaçı öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin şəxslərin adlarına əmək haqqı yazaraq külli miqdarda dövlət vəsaitlərini mənimsəyib. xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixləri arasında (bir il on bir gün ardıcıl olaraq) ona açılmış xəstəlik vərəqələrinə əsasən əmək funksiyalarını yerinə yetirə bilməyib. xx.xx.2024-cü il tarixindən öz işinin icrasına başlayib. 2023-cü ilin noyabr-dekabr aylarında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məktəbdə apardığı maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması vaxtı iddiaçının öhdəsində olan mal-materiallarda külli miqdarda çatışmamazlıqlar aşkar olunub. Dövlətə vurulan zərərin miqdarı 41382,49 (qırx bir min üç yüz səksən iki manat 49 qəpik) manat təşkil edir.
51. Məhkəmə göstərilənlərə münanasibətdə qeyd edir ki, həmin hallar mübahisələndirlən əmrin qəbul edilməsi əsası olmayıb. Bununla belə, Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında” qərarına əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Sağlamlıq X20 üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin qabaqcadan əlbir olan bir qrup vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə, xeyli miqdarda özgə əmlakının təkrarən mənimsənilməsi və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi faktları üzrə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə İddiaçı barəsində dövlət əmlakının mənimsənilməsi faktına dair icraata Azərbaycan Respublikası CM-nin 74, CMP-nin isə 40.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə olan hissədə xitam verilmişdir. Həmçinin, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 438/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi hökm edilmişdir.
52. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı barəsində xx.xx.2024-cü il tarixli 20 saylı “Şiddətli töhmət” verilməsi barəsində əmrin verilməsinə səbəb “Aktivlərin inventarizasiyası Qaydaları”na əsasən məktəbdə aparılan invertarizasiya nəticəsində bir sıra çatışmamazlıqlar aşkar edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində “Element YT" QSC-nin nümayədəsi X13 akt vasitəsilə bir ədəd yanğın mühafizə təyinatlı nərdivan təhvil almasına, məktəbə 120 diaqonal ölçüdə plazma ekranlı televizor hədiyyə edilməsinə baxmayaraq, yoxlama zamanı nərdivan və televzorun mövcud olmadığı aşkar olunmuşdur. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, həmin nərdivan və televizor hazırda məktəbdədir. Həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə nərdivanın akt üzrə Nümayəndə təhvil verildiyi aşkar olunub. Cavabdehin nümayəndəsi nərdivanın iddiaçı tərəfindən onun iştirakı ilə sonradan öz hesabına alındığını və televizorun isə yararsız olduğunu qeyd etmişdir. Lakin iş materialları və şahid ifadələri ilə həmin televizorun yararsız olub-olmaması, onun modeli, dioqanalı və s. keyfiyyətləri barədə dəqiq məlumat verilməmiş, şahidlərin əksəriyyəti ümumiyyətlə qeyd edilən televizoru şəxsən görmədiklərini bildirmişlər və bununla bağlı müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin müəyyən edilir ki, iddiaçı əmək qabiliyyəti müvəqqəti itirildiyindən işdə olmamış, xx.xx.2024-cü ildə öz vəzifələrini icrasına başladıqdan məhz bir gün sonra ona şiddətli töhmət verilmişdir.
53. Məhkəmə qeyd edir ki, Əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi).
54. Qeyd edilməlidir ki, əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir.
55. Hazırkı iş üzrə cavabdeh tərəfindən ardıcılıq və məqsədyönlü şəkildə iddiaçının barəsində xx.xx.2024-cü il tarixli 20 saylı “şiddətli töhmət verilməsi” haqqında intizam tənbehi və xx.xx.2024-cü il tarixli 72 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrlərini qəbul etmişdir. Məhkəmə cavabdehin iddiaçının barəsindəki hərəkətlərlə qərəzlilik göstərdiyi qənaətinə gəlir. Belə ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi kimi Nümayəndə çıxış etməklə, hazırda məktəbdə iddiaçının, yəni təsərrüfat işləri üzrə direktoru müavinin vəzifəsini icra edir. Halbuki, mübahsiləndirilən əmrin qəbul edilməsi əsaslarından biri də iddiaçının Nümayəndə təhqir etməsi olmuşdur. Bununla yanaşı yuxarıda da qeyd edildiyi kimi, əmr qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul edilməmiş, düzgün əsaslandırılmamış, əmrin qəbul edilməsi əsasları tam şəkildə Həmkarlar İttifaqının iclasında müzakirə edilməmiş, əmrin qəbul edilməsi üçün əsas olan hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
56. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının əmək müqaviləsi xitam verilməsi barədə əmrlə qanunvericiliyin tələblərini pozmuş, əmrdə göstərilən bir çox hal öz təqdiqini tapmamış, əmrdə müəyyən edilən hallara münasibətdə isə işçi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbi cavabdehin xx.xx.2024-cü il tarixli 72 saylı əmrin ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir.
57. Məhkəmə iddia tələbinin işdən çıxarılma ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir
58. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
59. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi hissəsi əsaslıdır və təmin edilməlidir. Belə ki, Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən əmək müqaviləsinin xitam verilməsi qaydalarına əməl olunmadığına görə işçiyə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödəməlidir.
Nəticə:
60. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, cavabdeh Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2024-cü il tarixli 72 nörməli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ləğv edilməli, İddiaçı əvvəlki iş yerinə - Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin "Təsərrüfat işləri üzrə direktor müavini" vəzifəsinə bərpa olunmalı, işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək İddiaçı əmək haqqı ödənilməlidir.
Məhkəmə xərcləri:
61. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
62. Qeyd olunduğu kimi, iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir.
63. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
64. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə ödənilmiş 60 manat məbləğində pulun əvəzi cavabdehdən tutularaq ona ödənilməlidir.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2024-cü il tarixli 72 nörməli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ləğv edilsin. İddiaçı əvvəlki iş yerinə - Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin "Təsərrüfat işləri üzrə direktor müavini" vəzifəsinə bərpa olunsun, işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək İddiaçı əmək haqqı ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilməli dövlət rüsumu cavabdeh Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə aid edilsin və cavabdeh Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbindən 40 manat məbləğində pul tutularaq dövlət büdcəsinə köçürülsün. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcininin əvəzi kimi 60 manat məbləğində pul cavabdeh Sağlamlıq X20 üçün 3 nömrəli Respublika xüsusi internat məktəbindən tutulub, İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva