Məhkəmə qərarları › İş №2(007)-1118/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1118/2022

14.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1118/2022 14.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi tələbini onunla əsaslandırdı ki, 30.08.1974-cü ildə X11 ilə rəsmi qaydada nigaha daxil olmuşdur.1989-cu ildən həyat yoldaşı ilə birlikdə, iş yerindən Dövlət Neft Şirkəti “Neftqatikinti” tresti 4 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən verilən ünvan 1 ünvanında yaşayır. Birgə nigahdan onların 3 qız və 1 oğlan övladı dünyaya gəlib. Övladlarından sonuncu oğlan uşağı X14 02.08.1990-cı ildə Bakı şəhəri, Nizami rayonu 7 saylı Doğum evində anadan olub. Həmin ilin 25.11.1990-cı ildə oğlu X1 yaranan problemlə əlaqədar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmiş, həkimlərin səyləri nəticə verməmiş və 4 aylıq övladı Pnevmaniya diqnozu ilə vəfat etmişdir. Bir gün sonra oğlu X9 nəşini qohunıları ilə birlikdə Quba rayonu, Alpan kəndi, Subaba qəbirstanlığında dəfn etmişlər. Hal hazırda onun qəbri Quba rayon Alpan kənd qəbirstanlığında yerləşir.Oğlum Rəsulun ölüm faktını şahidlər,müvafiq icra hakimiyyəti orqanlarından alınmış arayışlar təsdiq edə bilər. Hal hazırda yaşadıqları ev mərhum həyat yoldaşı X5 miras qalıb. Evi öz adıma özəlləşdirmək istəyir, lakin rəhmətə gedən oğlu Rüstəmin ölüm haqqında şəhadətnaməsi tələb olunur, bunun üçün Rüstəmin ölüm faktının müəyyən edilməsi lazımdır. Odur ki, qeyd olunanları nəzərə alıb oğlu X9 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qət edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı Şəhərində Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı 01.02.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsindəki 32 saylı evin 133 saylı mənzilində qeydiyyatdadır. Doğum haqqında şəhadətnamədən görünür ki, X14 02.08.1990-cı il tarixdə Bakı şəhərində anadan olub.X4,anası Ərizəçidır. Ölüm haqqında şəhadətnamələrdən görünür ki, X12 31.10.2021-ci il tarixdə Quba rayonunda vəfat etmişdir. Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsindəki 32 saylı evin 133 saylı mənzili ölən günədək X6 mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs Ərizəçi ünvanladığı 02.02.2022-ci il məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.200-cü tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətandaşın öımüş hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında aparıla bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq sizin ərizənin təmin olunması mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunur. Quba rayonu Alpan kənd sakinləri X7,X3 və X2 tərtib etdikləri və Quba RİHB-nın Alpan kəndi üzrə İƏD-nin nümayəndəsi Sahil İsgəndərovun təsdiq etdiyi 08.02.2022-ci il tarixli aktın məzmunundan görünür ki,X14 26 noyabr 1990-cı il tarixdə Alpan kəndində baba evində saat təxminən 14:00 radələrində soyuqdəymədən səhhəti qəfil pisləşməsi nəticəsində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə zamanı ərizəçinin izahatı, eləcə də, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də oğlu 02.08.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş X14 26 noyabr 1990-cı il tarixdə Bakı şəhərində ölmüşdür. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəçiyə ərindən miras qalmış mənzilə dair vərəsəlik şəhadətnaməsi almaq üçün lazımdır. Ölüm faktının müəyyən olunması başqa qaydada mümkün deyil. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki,ərizə əsaslı olduğundan təmin edilməli, atası-31.10.2021-ci il tarixdə Quba rayonunda vəfat etmiş X12,anası-xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi olan 02.08.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş X9 26 noyabr 1990-cı il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalı, faktla bağlı ölüm haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Nizami rayon Qeydiyyat Şövəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Atası 31.10.2021-ci il tarixdə Quba rayonunda vəfat etmiş X12, anası-xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi olan, 02.08.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş X9 26 noyabr 1990-cı il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Faktla bağlı ölüm haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Nizami rayon Qeydiyyat Şövəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar