Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1131/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X8 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, Ərizəçi Oqtay qızının, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Oqtay qızının Maraqlı şəxs qarşı “barışıq sazişinin hissəvi təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Oqtay qızı Maraqlı şəxs qarşı “barışıq sazişinin hissəvi təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mediator X1 tərəfindən keçirilmiş mediasiya sessiyasında Maraqlı şəxs ilə Ərizəçi Oqtay qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin aliment hissəsində təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 08 oktyabr 2015-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 2 övladı var. 01 mart 2018-ci il təvəllüdlü X6 və 10 iyul 2016-cı il təvəllüdlü X7. Aralarında baş vermiş narazılıqlar nəticəsində nikahlarının pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aralarında şəxsi və ailə münasibətləri pozulduğuna görə nikahın pozulması və sair mübahisənin həlli məqsədi ilə Mediyasiya Şurasının Bakı 8 saylı Mediasiyya Təşkilatına etdiyi müraciət əsasında Təşkilatın mediatoru X1 vasitəsi ilə Maraqlı şəxs ilə onun arasında 07 sentyabr 2023-cü il tarixli Başışıq Sazişi bağlanmışdır. Mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri: Birinci tərəf Maraqlı şəxs bu sazişi imzalandıqdan sonra ikinci tərəf həyat yoldaşı Ərizəçi Oqtay qızı ilə 5 saylı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə bağlanmış nikahın pozulmasına (ləğv edilməsinə) razıdır. Birinci tərəf Maraqlı şəxs Ərizəçi Oqtay qızı ilə birgə nikahdan dünyaya gələn övladları 01 mart 2018-ci il təvəllüdlü X3 və 10 iyul 2016-cı il təvəllüdlü X4 ikinci tərəf Ərizəçi Oqtay qızının (himayəsində) qalmalarına razıdır. Birinci tərəf Ağayev X2 Əfsanə Oqtay qızı ilə birgə nikahdan dünyaya gələn övladları 01 mart 2018-ci il təvəllüdlü X3 və 10 iyul 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması iiçün 07 sentyabr 2023-cii il tarixdən etibarən hər nöbəli ayın 15-ə dək ikinci tərəf Ərizəçi Oqtay qızına hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və ikinci tərəfə qarşı digər tələblərinin olmadığını təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. Tərəflər arasında qeyd edilən şərtlərlə barışıq sazişinin imzalanmasına baxmayaraq, Maraqlı şəxs sazişin 3 bəndində göstərilən öhdəliklərini bu günədək icra etməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin aliment hissəsində təsdiq edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi Oqtay qızı ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesində barışıq sazişi bağlanmışdır və barışıq sazişi əsasında müəyyən edilmişdir ki: 1) Bu sazişi imzalandıqdan sonra ikinci tərəf həyat yoldaşı Ərizəçi Oqtay qızı ilə Bakı şəhəri 5 saylı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə bağlanan nikahın pozulmasına razıdır. 2) Maraqlı şəxs Ərizəçi Oqtay qızı ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 anaları Ərizəçi Oqtay qızının yanında qalmalarına razıdır. 3) Maraqlı şəxs Ərizəçi Oqtay qızı ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 15-dək ikinci tərəf Ərizəçi Oqtay qızına hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına ödəyəcəyinə dair öhdəlik götürür; 4) Bu mübahisəinin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğu və ikinci tərəfə qarşı digər tələblərinin olmadığını təsdiq edir. Nikahın pozulması ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. Hazırda ərizəçi xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-01833 saylı barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, Ərizəçi Oqtay qızı Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Oqtay qızı ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində, mediasiya prosesində bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs (Saziş üzrə Birinci Tərəf) ilə Ərizəçi Oqtay qızı (Saziş üzrə İkinci Tərəf) arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/8/2023- 01833 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Birinci tərəf Maraqlı şəxs tərəfindən tərəflərin birgə nikahından dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 15-dək ikinci tərəf- Ərizəçi Oqtay qızına hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat məbləğində aliment ödənilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rauf Əhmədov