Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1171/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçinin nümayəndəsi X15 iştirakı ilə, Ərizəçi 6 saylı Bakı “ASAN xidmət” X20 maraqlı şəxs qismində cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 6 saylı Bakı “ASAN xidmət” X20 maraqlı şəxs qismində cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yuxarı Daşarx kəndində doğulmuş X8 02 oktyabr 2004-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi X22 ilə 27 noyabr 1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. X22 12 aprel 1997-ci il tarixdə rəhmətə getmişdir. X5 və qaynanası X23 da rəhmətə getmişlər. X16 qardaşı 02.06.1971-ci il təvəllüdlü X18 xəstəliyi ilə əlaqədar 14.07.2001-ci il tarixdə “Psixonevroloji Sosial Xidmət Müəsissəsi” Publik hüquqi şəxsə qəbul edilmişdir. 02.10.2004-cü il tarixdə rəhmətə getdiyinə görə həmin xəstəxana tərəfindən X18 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəbiristanlığında dəfn olunmuşdur. X2 adına ölüm haqqında şəhadətnamənin alınması ilə əlaqədar 6 Saylı Bakı “ASAN xidmət” X13 müraciət etmişdir. 6 saylı Bakı “ASAN xidmət” X9 08 fevral 2022-ci il tarixli, 05/Q- 159/15 nömrəli imtina məktubu verərək bildirmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə X11 aid ölüm haqqında akt qeydi aparıla bilməz, ona görə də məhkəməyə müraciət etməlidir. X8 atasının və anasının adına X7 Şərur rayonunda 0.33 hektar torpaq sahəsi vardır. Qaynı, X8 ölüm haqqında şəhadətnaməsi olmadığına görə həmin torpaq sahəsini öz adlarına keçirə bilmir. X11 ölüm haqqında şəhadətnamə ala bilmədiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. Maraqlı şəxs 6 saylı Bakı “ASAN xidmət” X20 məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş edilmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X12 ifadəsində bildirdi ki, X18 onun qardaşıdır. 2004-cü ilin avqustunda onun atası rəhmətə getmişdir. Atasının qırx mərasiminə böyük qardaşıgildə hamı, o cümlədən anası da yığışmışdır. Həmin mərasim Bakıda keçirilmişdir. Atasını Bakıya Naxçıvandan gətirmişdilər. X3 isə “Daun” sindromlu xəstə olmuşdur və xəstəxanaya yerləşdirilmişdi. Bəxtiyarın bir müddət sonra ölüm xəbəri gəlmiş, digər qardaşının iştirakı ilə dəfn olunmuşdur. Bəxtiyarın ölüm xəbəri onlara sonradan deyilmişdir və o, hər il Buzovna qəbiristanlığına gedib Bəxtiyarın məzarını ziyarət edir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X25 ifadəsində bildirdi ki, X18 onun əmisidir və o, 2004-cü ildə rəhmətə getdikdən sonra Buzovna qəbiristanlığında dəfn olunub. Dəfndə onun atası da iştirak etmişdir. Mərhum əmisi internat məktəbində olmuş və orada rəhmətə getmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Naxçıvan Muxtar Respublikası Şərur Rayon Qeydiyyat Şöbəsinin 23 avqust 2021-ci il tarixli çıxarışından görünür ki, X18 02.06.1971-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yuxarı Daşarx kəndində anadan olmuşdur. Bu barədə Xanlıqlar KİƏD-də doğum akt qeydləri kitabında 75-ci səhifədə 03.06.1971-ci ildə qeydiyyat aparılmışdır. X17, anası X19r. - 6 saylı Bakı “ASAN xidmət” Mərkəzi tərəfindən verilmiş 08.02.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 158A, mənzil 140; Yeni qaydalarla: ünvan 1 ünvanında qeydiyyatdadır. - AZ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 19.03.1965-ci ildə doğulmuşdur. X17, anası X19r. - AZ-İ seriyalı, 377266 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 12.04.1997-ci ildə ölmüşdür. Bu barədə 20.09.2012-ci il tarixdə şəhadətnamə verilmişdir. - Vİ-ЖГ seriyalı, 311830 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə Ərizəçi arasında 27.11.1992-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Əkbərova soyadı verilmişdir. - Naxçıvan Muxtar Respublikası Şərur Rayon Qeydiyyat Şöbəsinin 29 iyul 2021-ci il tarixli arayışından görünür ki, X29 08.09.2000-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yuxarı Daşarx kəndində vəfat etmişdir. - Naxçıvan Muxtar Respublikası Şərur Rayon Qeydiyyat Şöbəsinin 29 iyul 2021-ci il tarixli arayışından görünür ki, X23 12.01.2009-cu ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yuxarı Daşarx kəndində vəfat etmişdir. - Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 16.02.2022-ci il tarixli 23 saylı arayışından görünür ki, X4 rayonu, Buzovna qəbiristanlığında 02.10.2004-cü il tarixində dəfn olunmuşdur. Qəbirüstü abidəsi vardır və aşağıdakı sözlər yazılıb: “X18. 1971-2004”. - Ərizəçinin 08.02.2022-ci il tarixli ərizəsinə 6 saylı Bakı “ASAN xidmət” X10 08 fevral 2022-ci il tarixli 05Q-159/15 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “X6 dövlət qeydyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəçinin ərizəsinin təmin edilməsi mümkün deyil. X8 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunur. - “1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi” publik hüquqi şəxsin 17.11.2021ci il tarixli, 199 saylı arayışından görünür ki, 02.06.1971-ci il təvəllüdlü X18 14.07.2001-ci il tarixində publik hüquqi şəxsə qəbul edilmişdir. 02.10.2004-cü il tarixində tam dövlət təminatından çıxarılmışdır. - Bakı Şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsinin 12.04.2022-ci il tarixli, 05/13-474 nömrəli məktubundan görünür ki, X8 barəsində Bakı şəhəri üzrə “X14 X1 Sistemi”ndəki məlumatlar yoxlanılmış, ölüm haqqında akt qeydi aşkar edilməmişdir. - X6 Reyestri Xidmətinin 22.04.2022-ci il tarixli, 05/2-2709/13 nömrəli məktubundan görünür ki, “X14 X1 Sistemi”ndə hazıradək daxil edilmiş məlumatlar öyrənilərkən B.Əkbərovun ölümü haqqında hər hansı məlumat aşkar edilməmişdir. - 18.02.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 6 saylı Bakı “ASAN xidmət” Mərkəzi tərəfindən verilmiş 08.02.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 158A, mənzil 140; Yeni qaydalarla: ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən X6 dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, X6 dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X8 02.10.2004-cü il tarixdə Bakı şəhərində vəfat etməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, bu faktın təsdiq edilməsi X8 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 02 iyun 1971-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yuxarı Daşarx kəndində anadan olmuş X8 02 oktyabr 2004cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 02 iyun 1971-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yuxarı Daşarx kəndində anadan olmuş X8 02 oktyabr 2004-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1171/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1171/2022
16.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver