Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1201/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs2nə və Maraqlı şəxs1nə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs2nə və Maraqlı şəxs1nə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin mümkün hesab edilərək icraata qəbul edilməsini, işə mahiyyəti üzrə baxılmasını və 1934cü il təvəllüdlü anası X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X6 27 noyabr 2020-ci il tarixdə, 86 yaşında, atası və bacısı ilə yaşadığı ünvanda, yəni ünvan 1 şəraitində vəfat etmişdir. Ölüm faktı barədə Bakı şəhəri Təcili və X3 tərəfindən 27 noyabr 2020-ci il tarixdə Ölüm haqqında Xəbərdarlıq vərəqəsi verilmişdir. Anası Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuşdur ki, bu da Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin Vətəndaşlara Xidmət İdarəsinin 08 fevral 2023-cü il tarixli 04 nömrəli arayışı ilə və Qəbirüstü abidəsinin fotoşəkili ilə təsdiq olunur. Anasının 27 noyabr 2020-ci il tarixdə vəfat etməsini yuxarıda göstərilən sübutlarla bərabər, məhkəmədə ifadə verəcək şahidlər də təsdiq edəcəklər. Bir müddət başları yas mərasiminə qarşıdığı üçün ölüm haqqında tibbi şəhadətnamə almaq üçün yaşayış yeri üzrə tibb müəssisəsinə vaxtında müraciət etməmişlər. Ailədə vərəsəlik məsələlərində və sair məsələlərdə müəyyənlik yaradılması üçün hazırda anası üçün ölüm şəhadətnaməsi alınması zərurəti yaranmışdır. Binəqədi rayonunun qeydiyyat şöbəsi anasının ölümü barədə tibbi şəhadətnamə olmadığı üçün ölüm şəhadətnaməsi verməkdən imtina etmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələrini tövsiyyə etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, anası vəfat edərkən yanında o və bacısı olmuş, lakin analarının vəfatı ilə bağlı ölüm kağızı ala bilməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri Maraqlı şəxs2 tərəfindən xx.xx.2023-cü il tarixdə məlumat ünvanlayaraq iddiaçının iddiasına etiraz etmədiklərini və işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş X7 şahid qismində ifadə verərək göstərmişdir ki, mərhum X6 onun anası, ərizəçi isə qardaşıdır. Anası onlar evdə olanda özünü yaxşı hiss etmədiyini demiş və onun yanında axşama yaxın xx.xx.2020-ci ildə Sumqayıt şəhərində dünyasını dəyişmişdir. O, təcili tibbi yardım çağırmışdır. Anasını Sumqayıt qəbristanlığında dəfn etmişdir. Onun digər qardaşı dünyasını dəyişmiş, bacılarının isə ərizəçiyə qarşı heç bir əmlak tələbi yoxdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş X2 şahid qismində ifadə verərək göstərmişdir ki, mərhum X6 onun qonşusu olmuş, onunla araları çox yaxşı olmuşdur. O, X6 vəfat edəndə yanında olmuş, həkim çağırmışlar, lakin onun vəfat etdiyi tarixi dəqiq xatırlamır. Mərhum Sumqayıt qəbristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Maraqlı şəxs2 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5 bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnaməsi ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Vətəndaşlara Xidmət İdarəsinin xx.xx.2023-cü il tarixli, 04 nömrəli arayışından görünür ki, X6 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və Sumqayıt Şəhər Qəbistanlığında dəfn olunmuşdur. - Təcili və X1 xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X5 həkimə qədər ölüm, qadın cinsli meyit olması müəyyən edilmişdir. - AZE seriyalı, 02623184 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 XX.XX.1934-cü il tarixdə, Ermənistan, Krasnoselo rayonunda anadan olmuşdur. - Qəbirüstü abidəsinin fotoşəkilindən görünür ki, X6 xx.xx.1934-cü il tarixdə anadan olmuş, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi anası X6 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi anasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxs2nə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X5 xx.xx.2020-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 101 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1934-cü il təvəllüdlü X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 101,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1201/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1201/2023
27.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver