Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1238/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında Maraqlı şəxs ilə aralarında bağlanmış MŞB/8/2024-01289 nömrəli, xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında Maraqlı şəxs ilə bağladıqları MŞB/8/2024-01289 nömrəli, xx.xx.2024-cü il tarixli Barışıq Sazişinə əsasən birgə nikahlarından dünyaya gələn uşaqları xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 analarının yanında qalmasına və uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü xx.xx.2024-cü il tarixdən etibarən növbəti ayın 15-dək hər uşağa 80 manat olmaqla, ümumilikdə 240 manat aliment pulunu ona ödəməyi barədə Maraqlı şəxs Yaşar oğlu öhdəlik götürüb. Lakin Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi icra etməyərək aliment pullarını ödəməyib. Artıq Maraqlı şəxs ilə aralarında olan nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2648/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulub. Məhkəmə iclasında ərizəçi Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin 2 və 3-cü bəndinin təsdiq edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin): 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəlüldlü X5 adlı uşaqları doğulmuşdur. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 11 iyun 2024-cü il tarixli barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında tərəflər Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə № 655 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulması, birgə nikahdan dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəlüldlü il X2 ananın) yanında (himayəsində) qalmaları, xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəlüldlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ikinci tərəf Maraqlı şəxs birinci tərəfə 11 06.2024-cü il tarixdən etibarən növbəti ayın 15-nə dək hər uşaq üçün 80 (səksən) AZN olmaqla ümumilikdə 240 (iki yüz qırx) AZN sabit pul məbləğində aliment ödəyəcəyi, bu aliment məbləğini hər ay ona məxsus olan və ikinci tərəfə təqdim edəcək bank kartı hesabına ödəniləcəyi barədə razılıq əldə edilmişdir. Barışıq Sazişinin 7-ci bəndində qeyd edilmişdir ki, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən saziş tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü icra olunmalıdır. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi 11 iyun 2024-cü il tarixli barışıq sazişinin 2 və 3-cü bəndlərinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən 11 iyun 2024-cü il tarixli barışıq sazişi MPM-nin 355-26 maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3 maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi (2 və 3-cü bəndlərinə aid hissədə) aşağıdakı məzmunda təsdiq edilməlidir: 1. Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2017ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəlüldlü X2 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır; 2. Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəlüldlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ikinci tərəf Maraqlı şəxs ona xx.xx.2024-cü il tarixdən etibarən növbəti ayın 15-nədək hər uşaq üçün 80 (səksən) AZN olmaqla, ümumilikdə 240 (iki yüz qırx) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini hər ay ona məxsus olan və ikinci tərəfə təqdim edəcək bank kartı hesabına ödəniləcəyi ilə razıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi (2 və 3-cü bəndlərinə aid hissədə) aşağıdakı məzmunda təsdiq edilsin.
1. Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəlüldlü X2 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır.
2. Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəlüldlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ikinci tərəf Maraqlı şəxs ona xx.xx.2024-cü il tarixdən etibarən növbəti ayın 15-nədək hər uşaq üçün 80 (səksən) AZN olmaqla, ümumilikdə 240 (iki yüz qırx) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini hər ay ona məxsus olan və ikinci tərəfə təqdim edəcək bank kartı hesabına ödəniləcəyi ilə razıdır. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva