Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1257/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi Ərizəçi nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1955-ci ildə anadan olmuş X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini və “ölüm haqqında şəhadətnamə” verilməsini Bakı şəhəri Yasamal Rayon 6 Qeydiyyat Şöbəsinə tapşırılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1955-ci ildə Bakı şəhərində anadan olmuş X6 onun anasıdır. Anası ünvan 1 ünvanında qeydiyyatda olsa da, onlarla birlikdə onun yaşadığı Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 8a saylı binanın 35 saylı mənzilində yaşamışdır. Anası 3 ilə yaxın müddətdə ankoloji xəstə olmuş, 05 yanvar 2020-ci ildə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 8a saylı binanın 35 saylı mənzilində yaşadığı vaxt özünü pis hiss etmişdir. Onlar Təcili və X8 Stansiyasına zəng vurmuşlar. Təcili və X8 Stansiyasının həkimi gecə saat 03:25-də çağırışla mənzilə gəlmişdir. Təcili yardım həkimi mənzilə gələndə anam artıq rəhmətə getmişdir. Bu barədə Təcili və X8 Stansiyası tərəfindən xx.xx.2020-ci il tarixli arayış yazılmışdır. Mərhum anası X3 qohumların və tanışların iştirakı ilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəbrsatanlığında dəfn etmişlər. Bu barədə Bilgəh Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Mərhum anası rəhmətə gedəndə anasının dəfniylə məşğul olduqları üçün və eyni zamanda "Pandemiya" ilə bağlı bəzi qadağalar olduğundan anasının rəhmətə getməsi barədə ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat şöbəsinə və həkimə vaxtında müraciət edə bilməmişlər. O, Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edərək, mərhum anası X4 barədə "ölüm haqqında şəhadətnamə" verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi ərizəsinə xx.xx.2023-cü il tarixli, № 05/76-189/15 saylı məktubla cavab vermişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölümün qeydə alınması imkanları xaricindədir. Yasamal rayon qeydiyyat şöbəsi aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini xahiş edir". Mərhum anası X4 barədə "ölüm haqqında şəhadətnamə" alınması "qeydiyyatla" bağlı məsələnin həlli üçün lazımdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X10 ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, mərhum X4 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, lakin pandemiya vaxtı qadağalar olduğu və dəfnlə məşğul olduqları üçün Nizami Rayon Qeydiyyat Şöbəsinə məlumat verə bilməmişlər. Məhkəmə iclasında X13 şahid qismində ifadə verərək göstərmişdir ki, ərizəçinin nümayəndəsi Cabir onun dostudur, ailələrin bir-biri ilə gediş-gəlişi var. Mərhum X4 2020-ci ilin sonlarında vəfat etmişdir və onu Bilgəh qəbristanlığında dəfn etmişlər. O, dəfndə iştirak etmişdir. Yası evdə vermişlər və az adam iştirak etmişdir. Məhkəmə iclasında X9 şahid qismində ifadə verərək göstərmişdir ki, ərizəçinin nümayəndəsi Cabir ilə dostdurlar, "xxxx" MMC-də birlikdə işləyirlər, ailələrin bir-biri ilə gediş-gəlişi var. Mərhum X2 xəstəliyi olmuş və 2020-ci ilin dekar ayında pandemiya vaxtı vəfat etmişdir və onu Bilgəh qəbristanlığında dəfn etmişlər. O, dəfndə iştirak etmişdir. Pandemiyaya görə yası evdə vermişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məlumat verməmişdir. Belə olanda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5 bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnaməsi ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Bakı şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 47 nömrəli arayışından görünür ki, X4 Sabunçu Rayonu Bilgəh qəsəbə qəbristanlığında xx.xx.2020-ci il tarixdə dəfn edilmişdir. Qəbir üstü abidəsi var və üzərində “X4 xx.xx.1955xx.xx.2020” sözləri yazılmışdır. - Təcili və X1 xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X2 həkimə qədər ölüm, qadın cinsli meyit olması müəyyən edilmişdir. - AZE seriyalı, 17364688 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1955-ci il tarixdə, Bakı şəhərində anadan olmuşdur. - X2 qəbirüstü abidəsinin fotoşəkilindən görünür ki, qəbirüstü abidənin üzərində “X4 xx.xx.1955- xx.xx.2020” sözləri yazılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi anası X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi anasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Nizami Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi anası X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ərizə ölüm haqqında şəhadətnamənin verilməsi hissəsində təmin edilməməlidir. Belə ki, qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 101 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1955-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 101,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1257/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1257/2023
04.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver