Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1259/2023 03.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçi iştirakı ilə iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinədair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi tələbini onunla əsaslandırdı ki, xx.xx.1929-cu il təvəllüdlü mərhum atası Mehdi-zadə Fikrət Lətif oğlu xx.xx.2023-cü il tarixdə uzun sürən xəstəlikdən sonra evdə rəhmətə gedib. xx.xx.2023-cü il tarixdə bununla bağlı tərəfindən xəstəxanaya müraciət edilib və “Abşeron rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxs tərəfindən təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının briqadası xx.xx.2023-cü il tarixdə saat 23.26 radələrində gəlib. Təcili tibbi yardım briqadası gələrkən mərhum Mehdizadə Fikrət Lətif oğlu artıq keçinmişdi. “Abşeron rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxsi tərəfindən xəbərdarlıq vərəqəsi verilib.Mərhumun dəfn mərasiminə və baş sağlığı vermək üçün hüzürə gələn qohum əqrabanın qarşılanıb yola salınması ilə əlaqədar mərhuma ölüm haqqında şəhadətnamə ala bilməmişlər.Onlar bu vərəqə ilə ölüm haqqında şəhadətnamənin verilməsi üçün arayış ala bilmirlər. Atası Mehdi-zadə Fikrət Lətif oğlunun ölümünü qonşular şahid ifadələri ilə təsdiq edirlər. Nəsimi rayon Qeydiyyat şöbəsi atası Mehdi-zadə Fikrət Lətif oğlunun ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün onun ölümü barədə şəhadətnamə verməkdən imtina edib. Bu barədə imtina məktubu verilmiş və məhkəməyə müraciət etmək məsləhət görülmüşdür.Qeyd olunanlara əsasən atası, xx.xx.1929-cu il tarixdə Şəki şəhərində anadan olan Mehdi-zadə Fikrət Lətif oğlunun xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı Şəhərində Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İşin hallarından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.200-cü tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətandaşın öımüş hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında aparıla bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq sizin ərizənin təmin olunması mümkün deyil.Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunur. Bakı şəhəri İcra Hakimiyyəti MKT Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 28 saylı,10 aprel 2023-cü il tarixli arayışında qeyd olunur ki,həqiqətən də mərhum Mehdi-zadə X1 rayonundakı Ümumşəhər (Qurd Qapısı) qəbirstanlığında xx.xx.2023-cü il tarixdə dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərərk göstərdi ki, mərhum Fikrət onun həyat yoldaşıı olub. O, təxminən 1 il sürən yataq xəstəliyindən sonra xx.xx.2023-cü il tarixdə ev şəraitində vəfat edib. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərərk göstərdi ki, mərhum Mehdi-zadə Fikrət Lətif oğlu onun atası olub. O, uzun sürən yataq xəstəsi olub və 94 yaşında ev şəraitində vəfat edib. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə zamanı ərizəçinin izahatı,şahid ifadələri, eləcə də, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də ərizəçinin atası xx.xx.2029-cu il tarixdə Şəki şəhərində anadan olan Mehdi-zadə Fikrət Lətif oğlu xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəçiyə atasının ölümü barədə şəhadətnamə almaq üçün lazımdır. Həmin faktın başqa qaydada müəyyən olunması mümkün deyil. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki,ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2029-cu il tarixdə Şəki şəhərində anadan olan Mehdizadə Fikrət Lətif oğlu xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1929-cu il tarixdə Şəki şəhərində anadan olan Mehdi-zadə Fikrət Lətif oğlunun xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1259/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1259/2023
03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver