Məhkəmə qərarları › İş №2(007)-1282/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1282/2022

04.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1282/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi tələbini onunla əsaslandırdı ki, X8 anası X7 xalasıdır. Nənəsinin bacısı X4 övladı olmadığı üçün ona quluq edirdi.13 fevral 2022-ci ildə o, evdə olarkən qonşular qapını bir neçə dəfə döymüş, lakin Soltan nənəsi qapını açmadığı üçün ona və Polisə zəng vurmuşlar. Polislər qapını qıraraq mənzilə daxil olmuşlar və “Təcili Yardıma” zəng vurub çağırmışlar. O, evə gələndə Təcili Yardımdan gələn həkim demişdir ki, nənəsi infakt keçirmiş və onlar çağırışa gələnədək ölmüşdür. X6 İsmayıllı rayonunun Talıstan qəbirsanlığında dəfn etmişlər. Maraqlı şəxsnə X5 ölüm şəhadətnaməsinin alınması ilə müraciət etmişdir, lakin müvafiq orqan ölüm faktını ləstiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən onun müraciətini təmin etməmişdir.Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət elməyi məsləhət görmüşlər. X2 ölümünü təsdiq edən şəhadətnamə olmadığından sənədləşmə işlərində problemlərlə üzləşir. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir.Qeyd olunanlara əsasən 01 yanvar 1932-ci il təvəllüdlü X4 13 fevral 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı Şəhərində Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 01.01.1932-ci il tarixdə anadan olmuşdur. Bakı şəhəri Nizami rayonu Ordubadi küçəsindəki 3 saylı evin 1 saylı mənzilində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. Bakı şəhəri Nizami rayonu Ordubadi küçəsindəki 3 saylı evin 1 saylı mənzilində qeydiyyatdadır. Bakı Şəhəri Təcili və X3 6 saylı bölməsindən verilmiş arayışdan görünür ki,13.02.2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu Ordubadi küçəsindəki 3 saylı evin 1 saylı mənzilindən X4 adına çağırış daxil olmuşdur. Həkim gələnə kimi X4 ölməsi müəyyən edilmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Talıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 264 saylı,25 fevral 2022-ci il tarixli arayışdan görünür ki, X8 13.02.2022-ci il tarixdə Bakı şəhərində ölmüş, 14.02.2022-ci il tarixdə İsmayıllı rayonunun Talıstan kəndinə gətirilərək kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs Ərizəçi ünvanladığı 01.03.2022ci il tarixli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.200-cü tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətandaşın öımüş hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında aparıla bilər.Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq sizin ərizənin təmin olunması mümkün deyil.X1 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunur. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Beləliklə, məhkəmə zamanı ərizəçinin izahatı, eləcə də, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də 01 yanvar 1932-ci il təvəllüdlü X4 13 fevral 2022-ci il tarixdə Bakı şəhərində ölmüşdr. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəçiyə qardaşının doğum haqqında şədadətnmaəsini almaq üçün zəruridir. Həmin sənədin başqa qaydada alınması mümkün deyil. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 01 yanvar 1932-ci il təvəllüdlü X4 13 fevral 2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 01 yanvar 1932-ci il təvəllüdlü X4 13 fevral 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar