Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1304/2025 18.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhər Nizami rayon Qeydiyyat Şöbəsi və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb :
1. Ərizəçi maraqlı şəxslər Bakı şəhər Nizami rayon Qeydiyyat Şöbəsi və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1980-cı il il təvəllüdlü X2 xx.xx.1980-ci il tarixində, xx.xx.1984-cü il təvəllüdlü X6 xx.xx.1985-ci il tarixində və xx.xx.1988-ci il təvəllüdlü X3 xx.xx.2006-cı il tarixdə vəfat etməsi faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, 8 km qəsəbəsi, T.Abbasov küçəsi 65, mənzil 52-nin mülkiyyətçisi onun anası X7r. O, xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Onun ölümü haqqında şəhadətnaməni almışdır. Anasının ondan başqa 3 nəfər övladı olmuş, lakin, həmin vərəsələr də elə uşaq yaşlarında vəfat etmişdir. Lakin, həmin uşaqlara ölüm haqqında şəhadətnamə alınmamışdır. Anasının ölümündən sonra onun vərəsəsi kimi ondan miras qalmış mənzildə yaşayır. Faktiki olaraq mirası qəbul edərək, idarə edir. Ondan başqa heç bir vərəsə yoxdur. Miras qalmış mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 50 saylı Notariat Ofisinə müraciət etmişdir. Digər mərhum vərəsələrin ölümü haqqında şəhadətnamələri olmadıqlarından ona X9 qalmış əmlaka dair tam hissədə ona vərəsəlik hüququ haqqında şəhadətamənin verilməsindən imtina olunmuşdur. 17 dekabr 2024-cü il tarixli Ağğstafa rayonu Xətai kəndinin inzibati ərazi üzrə kənd dairəsinin təsdiq etdiyi aktlarla Xətai kənd sakini xx.xx.1988-ci il təvəllüdlü mərhum X3 xx.xx.2006-cı il tarixdə vəfat etməsi, xx.xx.1984-cü il təvəllüdlü X1 xx.xx.1985-ci il tarixdə vəfat etməsi, xx.xx.1980-ci il təvəllüdlü mərhum X2 xx.xx.1980-ci ildə vəfat etməsi və onların Ağstafa rayonunun Xətai kənd qəbirstanlığında dəfn olunması təsdiq olunmuşdur.
İş materialları :
3. Bakı şəhəri 50 saylı Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli 2473 nömrəli məktubdan görünür ki, ondan başqa birinci növbəli vərəsələr olduğundan X9 miras qalmış əmlaklara dair tam hissədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkünsüzdür.
4. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 156423 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, 8 km qəsəbəsi, T.Abbasov küçəsi, 65 saylı evin, 28.63 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 52 saylı mənzili X12 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1263 saylı reyestr kitabında 189617 səhifə, qeydəalma № 30/12447 ilə xx.xx.2003-cü il tarixində qeydiyyat aparılmışdır.
5. AZ-İİ seriyalı, 371547 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən X16 xx.xx.2024-cü il tarixində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixində 317 nömrə ilə qeyd edilmişdir.
6. AZ-İ seriyalı, 498927 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən X8 xx.xx.2012-ci il tarixində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixində 04 nömrə ilə qeyd edilmişdir.
7. Bakı şəhər Nizami rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X5nın dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən olunur. Ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir.
8. İş materiallarına əlavə edilmiş X12 “X5” AQİS-dən çıxarışdan görünür ki, X10 xx.xx.1980-ci il tarixində, X11 xx.xx.1988-ci il tarixində və X13 xx.xx.1984-cü il tarixində doğulmuşdur.
9. Ağstafa rayonu, Xətai kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü mərhum X11 xx.xx.2006-cı il tarixində vəfat etmiş və Ağstafa rayonunun Xətai kənd qəbirstanlığında dəfn olunmuşdur.
10. Ağstafa rayonu, Xətai kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü mərhum X13 xx.xx.1985-cı il tarixində vəfat etmiş və Ağstafa rayonunun Xətai kənd qəbirstanlığında dəfn olunmuşdur.
11. Ağstafa rayonu, Xətai kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü mərhum X10 xx.xx.1980-cı il tarixində vəfat etmiş və Ağstafa rayonunun Xətai kənd qəbirstanlığında dəfn olunmuşdur.
12. xx.xx.2025-ci il tarixli, **********06 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
13. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxslər Bakı şəhər Nizami rayonundə Qeydiyyat Şöbəsinin və Bakı şəhəri 50 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında gəlməmişdir. Məhkəmə maraqlı şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Şahid ifadələri :
15. Məhkəmə iclasında telefon vasitəsi ilə videogörüntülü formada dindirilən şahid X4 ifadəsində bildirmişdir ki, ərizəçi qardaşının qızıdır. Qardaşının ilk öncə 3 uşağı olmuş, 3də vəfat etmişdir. Uşaqlardan biri 18 yaşında, digərləri isə biri 1 ay, digəri isə 2 aya yaxın yaşadıqdan sonra vəfat etmişdir. Hər üçü Xətai kəndində dəfn ediliblər və hər üç dənf mərasimində iştirak etmişdir. Belə ki, xx.xx.1984-cü il təvəllüdlü X13 xx.xx.1985-ci il tarixdə, xx.xx.1980-ci il təvəllüdlü X10 isə 1980-ci ilin 2-ci ayında vəfat etmişdir. Qardaşımgilin ailəsi 2006-cı ildə Bakı şəhərinə köçmüşdür. Balaca yaşlarında rəhmətə gedənlərin xəstəliyi olmuşdur. Babayeva Aytən isə universitetə qəbul olmamış, intihar etmiş, belə ki, xx.xx.2006-cı il tarixdə özünü asmışdır. Qardaşıgildə bu hadisədən sonra Bakıya köçmüşlər.
16. Məhkəmə iclasında telefon vasitəsi ilə videogörüntülü formada dindirilən şahid X17 ifadəsində bildirmmişdir ki, ərizəçi ilə həm qohum, həm də qonşudur. 1979-cu ildən etibarən həmin kənddə yaşayırlar. X20 rayonun köçüblər. Şahmalı rəhmətə getməmişdən 5-6 il öncə Bakıya köçmüşdür. 3 uşağı olmuş, 3-də rəhmətə getmişdir. Uşaqlardan biri 18 yaşında idi və 2006-cı ilin iyul ayının 25-də rəhmətə getmişdir. Digər iki uşaq müvafiq olaraq 1980 və 1985-ci il tarixdə vəfat etmişdir. Uşaqlar sağlam durmurdu. Xəstəliyin səbəbini bilmir. Xətai kənd qəbirstanlığından dəfn olunmuşlar. Dəfn olunduqları ayı və günü dəqiq xatırlamır. Aktın tərtibində o da iştirak etmişdir və imzalamışdır.
Tətbiq edilən hüquq :
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsi :
158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.
193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “X5nın qeydiyyatı qaydası”nın 8.5-ci bəndi: Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
İşin faktiki halı :
20. Ərizəçi anasından miras qalmış əmlaka dair tam vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ondan 2 bacısı və 1 qardaşının ölüm haqqında şəhadətnaməsi tələb olunduğuna görə məhkəməyə müraciət etmişdir.
21. xx.xx.1984-cü il təvəllüdlü X13 1985-ci il tarixində, xx.xx.1980-ci il təvəllüdlü X10 1980-ci il tarixində və xx.xx.1988-ci il təvəllüdlü X11 xx.xx.2006-cı il tarixində vəfat etmiş və Ağstafa rayonu Xətai kənd qəbirstanlığında dəfn edilmişdir.
22. X2, X6 və X3 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) olmadığı üçün Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsi tərəfindən ölüm barədə akt qeydinin aparılmasından imtina edilmişdir.
23. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, X2, X6 və X3 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyil və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməz.
24. Məhkəmə qeyd edir ki, xx.xx.1980-ci il təvəllüdlü X10 1980-ci il tarixində, xx.xx.1984-cü il təvəllüdlü X13 1985-ci il tarixində və xx.xx.1988-ci il təvəllüdlü X11 xx.xx.2006-cı il tarixində ölmələrinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.
Məhkəmənin mövqeyi :
25. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan qismən təmin edilməlidir.
26. Ərizəçi xx.xx.1980-cı il il təvəllüdlü X2 xx.xx.1980-ci il tarixində, xx.xx.1984-cü il təvəllüdlü X6 xx.xx.1985-ci il tarixində və xx.xx.1988-ci il təvəllüdlü X3 xx.xx.2006-cı il tarixdə vəfat etməsi faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Məhkəmə tərəfindən iş materialları və şahid ifadələri əsasında xx.xx.1980-ci il təvəllüdlü X10 1980-ci il tarixində, xx.xx.1984-cü il təvəllüdlü X13 1985-ci il tarixində və xx.xx.1988-ci il təvəllüdlü X11 xx.xx.2006-cı il tarixində vəfat etməsi faktı, iş materialları, şahid ifadələri ilə öz təsdiqini tapmışdır.
28. Belə ki, şahidlər xx.xx.1988-ci il təvəllüdlü X11 xx.xx.2006-cı il tarixində vəfat etməsini bildirsələr də, xx.xx.1980-ci il təvəllüdlü X2 1980-ci il tarixində, xx.xx.1984-cü il təvəllüdlü X13 1985-ci il tarixində vəfat etdiklərini xatırladıqlarını, uşaqların vəfat etdikləri ayı və günü isə tam olaraq xatırlamadıqlarını bildirmişlər.
29. Odur ki, xx.xx.1980-ci il təvəllüdlü X2 1980-ci il tarixində, xx.xx.1984-cü il təvəllüdlü X6 1985-ci il tarixində və xx.xx.1988-ci il təvəllüdlü X3 xx.xx.2006-cı il tarixində vəfat etməsi faktı, iş materialları, şahid ifadələri ilə öz təsdiqini tapmışdır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, qərarının 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən X5nın dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, X5nın dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
31. Mülki işin materiallarından da görünür ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə olmaması səbəbindən ölüm haqqında akt qeydinin aparılması mümkün olmamışdır.
32. Belə ki, Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X2, X6 və X3 ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm akt qeydinin aparılmasından imtina edilmiş və ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir.
33. Hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmiş və onun 2 bacısı və 1 qardaşının ölüm faktı məhkəmə qaydasında müəyyən olunmalıdır.
34. Həmçinin ərizəçi tərəfindən Bakı şəhəri Nizami Rayonu Qeydiyyat Şöbəsi və Bakı şəhəri 50 saylı Notariat Ofisini maraqlı şəxslər qismində cəlb edilmişdir.
35. Hazırda işin mahiyyəti ölüm faktının müəyyən edilərək, ərizəçiyə ölüm haqqında şəhadətnamələrin verilməsinin təmin edilməsindən ibarət olduğundan və qeyd edilən hallar Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinin səlahiyyətinə daxil olduğundan ərizə yalnız Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinə münasibətdə təmin edilməlidir.
Nəticə :
36. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə qismən təmin edilməli və xx.xx.1980-ci il təvəllüdlü X2 1980-ci il tarixində, xx.xx.1984-cü il təvəllüdlü X6 1985-ci il tarixində və xx.xx.1988-ci il təvəllüdlü X3 xx.xx.2006-cı il tarixində ölməsi faktı müəyyən edilməlidir.
37. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi :
Ərizə qismən təmin edilsin. xx.xx.1980-ci il təvəllüdlü X2 1980-ci il tarixində, xx.xx.1984-cü il təvəllüdlü X6 1985-ci il tarixində və xx.xx.1988-ci il təvəllüdlü X3 xx.xx.2006-cı il tarixində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm barədə akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva