Məhkəmə qərarları › İş №2(007)-1306/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1306/2024

01.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1306/2024 01.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə və Maraqlı şəxs1nə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun X1 xx.xx.1960-cı ildə anadan olub və xx.xx.2023-cü ildə vəfat edib. O, Mehdiabad ərazisində yerləşən Mehdiabad qəbiristanlığında dəfn edilib. İndiyə qədər atası üçün ölüm haqqında şəhadətnamə almayıb. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılıb və atasının ölüm akt qeydi aşkar edilməyib. Atasının ölüm haqqında şəhadətnaməsi olmadığından müəyyən sənədləşmə işlərini həyata keçirə bilmir. Buna görə də, məhkəmə qaydasında atasının ölüm faktının müəyyən edilməsi zəruridir. Qeyd edilənlərə əsasən xx.xx.1960-cü il təvəllüdlü X3 xx.xx.2023-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Maraqlı şəxs1 maraqlı şəxs kimi işə cəlb edilmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi məhkəməyə məlumat verərək, məhkəmə iclasının iştirakları olmadan baxılmasını xahiş etmiş, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X13 ifadə verərək göstərdi ki, o, mərhumun evində gündəlik ev işlərini görürdü. Artıq 25 ildir ki, mərhumu və onun ailəsini tanıyır. Mərhum xx.xx.2023-cü il tarixdə vəfat edib, onun ölümünün şahidi olub. Mərhum bağırsaq xərçəngi xəstəliyindən əziyyət çəkirdi. O, dəfn mərasimində iştirak edib. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X9 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısı qızı, mərhum isə bacının əridir. Mərhum bağırsaq xərçəngi xəstəliyindən əziyyət çəkirdi. O, dəfn və yas mərasimlərində iştirak edib. Mərhum Mehdiabad qəbiristanlığında dəfn olunub. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, 05502334 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1960-cı ildə ünvan 1 ünvanında qeydiyyata alınmışdır; - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2001-ci ildə Bakı anadan olmuşdur, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 183 A, M 5, M 1 ünvanında qeydiyyata alınmışdır; - AZ-İ seriyalı, 228918 saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2001-ci ildə Bakı anadan olmuşdur. X1, anası X6r; - Bakı şəhəri Təcili və X8 Stansiyasının 9 saylı Bölməsinin xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, saat 13:23-də Binəqədi, Cəfər Xəndan 42 ünvanında X3 yanına gəldikdə, kişi cinsli meyit, həkimə qədər ölüm müəyyən edilmişdir; - Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 05 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində onun ərizəsinin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur; - Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 6 saylı arayışından görünür ki, X5 xx.xx.2023-cü il tarixdə Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur və dəfn xərclərini qızı X4 tərəfindən çəkilmişdir; - “Fiziki şəxs” X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 08 saylı arayışdan görünür ki, X2 mərhum X1 Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, bina 42a nömrəli yüksək mərtəbəli yaşayış binasınn 14-cü mərtəbəsində olan, 2 otaqlı, 215 saylı mənzildə ölüm gününə qədər, yəni xx.xx.2023-cü il tarixinədək onun birgə yaşamışdır. Dəfn xərclərini qızı X4 çəkmişdir. - Məhkəməyə mərhum X3 qəbrinin yerləşdiyi yerin fotoşəkilləri təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1960-cı ildə Şahbuz şəhərində doğulmuş X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin ərizəçi ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışdır. Ərizəçi ərinin ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1960-cı ildə Şahbuz şəhərində doğulmuş X1nun xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı ildə Şahbuz şəhərində doğulmuş X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar