Məhkəmə qərarları › İş №2(007)-1354/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1354/2025

17.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1354/2025 17.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanan xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İşdə iştirak edən şəxslər:

2. Məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasına gəlməmişdir. Telefon vasitəsilə əlaqə saxlanılmış və bildirmişdir ki, əməliyyat olunmuşdur, hər iki ayaqlarını kəsmişlər. Aralarında barışıq əldə olunub, işin baxılmamış saxlanmasını xahiş etdi.

3. Cavabdeh Maraqlı şəxs ərizə verərək bildirmişdir ki, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcək. Heç bir barışıq sazişi etmir və cehiz əşyalarını götürməkdən imtina edir.

4. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir.

6. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarı: “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklik edilərək, qərarın 5.1.2ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Məhkəmənin mövqeyi:

7. Məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin hazırlıq iclasına gəlmədiyindən və cavabdeh Maraqlı şəxs işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, proses isə çəkişmə prinsipinin təmin edilməsi yolu ilə həyata keçirilməli olduğundan, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, onun məhkəmə iclasında iştirak etməməsinin və bu barədə məlumat verməməsinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, ərizənin baxılmamış saxlanılması barədə qərardadın ləğv oluna bilməsi izah edilməlidir.

Nəticə:

8. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar