Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1375/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ölüm faktının müəyyən edilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb:
1. Ərizəçi maraqlı şəxs 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü ildə Ukrayna Respublikasının X5 şəhərində vəfat etmiş X8 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
2. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.2010-cu ildə X18 ilə rəsmi nikaha daxil olub. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X14, xx.xx.2013-cü il təvəllüdlü X20 və xx.xx.2014-cü il təvəllüdlü X15 adlı uşaqları anadan olub. Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-2072/2019 saylı qətnaməsinə əsasən Elnur Vəliyevlə aralarında olan rəsmi nikah qeydi pozulmaqla uşaqlar onun yanında saxlanılıb. Həmin qətnaməyə əsasən Bakı şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən ona xx.xx.2020ci il tarixli, 29 saylı nikahın pozulması haqqında şəhadətnamə verilib. X19 Donetsk vilayətində yaşayıb və xx.xx.2023-cü ildə X5 şəhərində vəfat edib. Bu faktı şahidlər və onun dəfn olunduğu qəbiristanlığa dair foto şəkillər təsdiq edə bilər. Elnur Vəliyevin ölümündən sonra o, ailə başçısının itirilməsinə görə uşaqlarına sosial müavinət almaq üçün 3 saylı Bakı DOST Mərkəzinə müraciət edib, lakin oradan verilən cavab məktubunda X8 ölümü haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron informasiya sistemində məlumat aşkar edilməməsi səbəbindən müraciətimə imtina edilib. Maraqlı şəxs 5 saylı Bakı "Asan Xidmət" X11 isə xx.xx.2025-ci il tarixli, №3-16-5/8-10-V-47/25 saylı məktubunda bildirib ki, X8 ölüm haqqında tibbi şəhadətnamə olmadığından onun ölümü haqqında dövlət qeydiyyatının aparılması mümkün deyil. X1 ölüm haqqında şəhadətnaməsi olmadığından uşaqlarına ailə başçısının itirilməsinə görə sosial müavinət təyin edilə bilmir. Qeyd edir ki, ərinin ölüm faktını şahidlər gəlib məhkəmə təsdiq edəcəklər.
İş materialları:
3. 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçiya ünvanlandırılmış 3-16-5/8-10-V-47/25 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bildirirlər ki, ölüm haqqında tibbi şəhadətnaməni təqdim etmədiyinə görə ölümün dövlət qeydiyyatının tərəflərindən aparılması mümkün olmamışdır.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Ərizəçi ünvanlanmış 3-17-1/2-V-20434/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə müavinət vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) təyin edilir. Məlumat üçün bildirirlər ki, ailə başçısını itirməyə görə müavinətin təyinatının proaktiv qaydada həyata keçirilməsi nəzərdə tutulub. Müraciətlə əlaqədar olaraq bildirirlər ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron informasiya bazasında mərhum X8 ölüm faktı qeydə alınmadığı üçün övladları X9, X16 və X10 ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsi mümkün olmayıb. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etməyi tövsiyə olunur. Bildirirlər ki, mərhum Elnur Vəliyevin ölüm haqqında şəhadətnaməsi Ədliyyə Nazirliyinin elektron informasiya sisteminə daxil edildikdən sonra övladlarının ailə başçısını itirməyə görə sosial müavinət hüququna qanunvericiliyə uyğun olaraq baxılacaqdır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
5. Bakı şəhəri Nizami Rayon Mərhkəməsinin e-2(007)-564/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, X2 xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 dekabr 2021-ci il tarixdən başlanılmaqla hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 450 manat sabit pul məbləğində alimentin X3 xeyrinə tutulması qət edilmişdir.
6. ДНР № 410384 saylı doğum haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, xx.xx.1988-ci ildə Ukrayna Respublikası, Poltava vilayəti, Mirqorod şəhərində anadan olmuş X18 xx.xx.2023-cü ildə Rusiya Federasiyasının Donetsk Xalq Respublikasının Avdeyevka şəhərində ölmüşdür və bu barədə xx.xx.2024-cü ildə 281 nömrəli akt qeydi aparılmışdır.
7. Məhkəməyə X8 məzar daşını əks etidirən fotoşəkilləri əlavə edilmişdir.
8. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları və şahid ifadələri:
9. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
10. Maraqlı şəxs 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.1-ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Həmin qərarın 8.6-cı bəndində əsasən ölüm, ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. Belə ki, Ərizəçi maraqlı şəxs 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə ədalətli məhkəmə araşdırmasının aparılması və qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxaraq ölümün qeyd edilmə faktı tələbinə dair qəbul edilmiş yekun qərarda “Ölən şəxs haqqında məlumat” qrafasında ölən şəxsin soyadı, adı, ata adı, cinsi, öldüyü tarix, öldüyü yer, doğulduğu tarix, doğulduğu ver, ölümün səbəbi, sonuncu yaşayış veri, ailə vəziyyəti, iş yeri, təhsili və s. məlumatların qeyd edilməsini xahiş etmişlər. Həmçinin, xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
11. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstəridi ki, ərizəçi onun baldızı, mərhum isə ərizəçinin keçmiş əridir. Mərhum xx.xx.2023-cü ildə Rusiya Federasiyasının Donetsk Xalq Respublikasında vəfat edib və orada dəfn edilib. Burada yas mərasimi keçirilməyib. Mərhumun öldüyünü təsdiq edir.
12. Məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadəsində göstəridi ki, ərizəçi onun qızı, mərhum isə keçmiş kürəkənidir. xx.xx.2023-cü ildə Rusiya Federasiyasının Donetsk Xalq Respublikasında vəfat edib və orada dəfn edilib. Mərhumun da valideynləri orada yaşayır. Mərhumun öldüyünü təsdiq edir.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
14. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.
193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndi: Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
16. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. 4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
18. Belə ki, Ərizəçi keçmiş əri xx.xx.1988-ci ildə Ukrayna Respublikası, Poltava vilayəti, Mirqorod şəhərində anadan olmuş X18 xx.xx.2023-cü ildə Rusiya Federasiyasının Donetsk Xalq Respublikasının Avdeyevka şəhərində vəfat etmiş və orada dəfn edilmişdir. Onlar xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından üç övladları olub. Məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tərəflərin nikahları pozulmuşdur. X1 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) olmadığı üçün 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən ölüm barədə akt qeydinin aparılmasından imtina edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, X8 ölməsi faktının məhkəmədən kənar müəyyən edilməsi mümkün deyil və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməz. Məhkəmə qeyd edir ki, xx.xx.1988-ci il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasının Donetsk Xalq Respublikasının Avdeyevka şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Həmin fakt iş materialları, ərizəçinin izahatı, şahid ifadələri ilə öz təsdiqini tapmışdır.
19. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi şərtlərinə ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyətli faktlar olması və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməsi daxildir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə, isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır.
20. Hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmiş və onun keçmiş ərinin ölüm faktı müəyyən olunmalıdır. Nəticə:
21. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli, xx.xx.1988-ci ildə Ukrayna Respublikası, Poltava vilayəti, Mirqorod şəhərində anadan olmuş X8 xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasının Donetsk Xalq Respublikasının Avdeyevka şəhərində ölməsi faktı müəyyən edilməlidir.
22. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1988-ci ildə Ukrayna Respublikası, Poltava vilayəti, Mirqorod şəhərində anadan olmuş X8 xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasının Donetsk Xalq Respublikasının Avdeyevka şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm barədə akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva