Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1418/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Cavabdehin vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları iştirakları ilə, İddiaçı cavabdeh 5 saylı Bakı "Asan Xidmət" Mərkəzində notariat ofisinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə "ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydinin ləğv edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 5 saylı Bakı "Asan Xidmət" Mərkəzində notariat ofisinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə "ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 12 fevral 2020-ci il tarixli ipoteka müqaviləsi ilə o, oğlu X1 borcu ilə bağlı evini girov qoymuşdur. 09 yanvar 2022-ci il tarixli 5 saylı Cavabdehndə Notarial Ofisinin notariusu Nərmin Gülməmmədova tərəfindən göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydinə əsasən ipoteka predmeti olan mənzilinə 21250,36 manat əsas borc, 2159,24 manat faiz borc ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün, dövlət rüsumu kimi ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 30 manat olmaqla, cəmi 27449,6 manat borc üzrə tutma yönəldilmişdir. Qeyd etmək istəyir ki, bununla bağlı bildiriş onun ünvanında çatmamışdır, bildirişdə qeyd olunan imza ona aid deyil. O, icraata başlamaq haqqında qərarla Suraxanı rayon İcra Şöbəsinin 17.02.2022-ci il tarixli bildirişi vasitəsilə tanış olmuşdur. Daha sonra vəkil sorğusu göndərərək notariat işinin bütün materiallarının təsdiq edilmiş surətlərini əldə etmişdir. Bildirir ki, üçüncü şəxs tərəfindən notariusa təqdim edilmiş qəbzlərdə bildirişləri qəbul edən şəxs kimi guya o imza edib qəbul etməsi qeyd edilmişdir. Lakin qeyd edir ki, onun imzası başqadır, həmin imzanı o çəkməmişdir, həmin bildiriş tərəfindən qəbul edilməmişdir. Bildiriş onun tərəfindən qəbul edilməməsinə baxmayaraq notarius tərəfindən bu cür icra qeydi verilmişdir. Əgər tərəfindən qəbul edilsəydi o, İpoteka haqqında qanunun 37.1-ci maddəsində göstərildiyi kimi, yəni İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayan və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilmək hüququndan istifadə edərək bu barədə məhkəməyə müraciət edərdi. Bu səbəbdən düşünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş tərəfindən qəbul edilməmişdir və notarisus tərəfindən verilmiş icra qeydi zamanı onun imza nümunələrinə baxılsaydı bu gün bu cür iddia vermək məcburiyyətində qalmayacaqdır. Bütün bu prosedur qaydalar pozulmaqla ipoteka predmetinə tutmanın yönəldilməsi baradə icra qeydi verildiyi üçün bu qeyd ləğv edilməlidir. Qeyd edilənlərə əsasən cavabdeh 5 saylı Cavabdehndə Notariat Ofisinin notariusu Nərmin Gülməmmodova tərəfindən verilmiş 09.01.2022-ci il tarixli 8İ-537 №-li ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişi qəbul etməyib, poçt qəbzlərində qəbul edən şəxs adından edilən imza onun deyil. Əgər bildirişi alsaydı, ondan 21 gün müddətində məhkəməyə şikayət verərdi və icra qeydi bu prosedur qaydalar pozulmaqla verildiyi üçün ləğv edilməlidir. İddianı qəbul etmirlər və aşağıda göstərilənlərə əsasən ona etiraz edirlər. Notariat işindən görünür ki, “Bank Respublika" ASC ilə bağladığı 12.02.2020-ci il tarixli 20023-0009/728257 №-li kredit limiti müqaviləsi (limit 300000 AZN) çərçivəsində borcalan "xxxx" MMC-yə 12.02.2020-ci il tarixli Razılaşmaya əsasən illik 21% dərəcəsi ilə 10.02.2023-cü ilədək (sonradan 29.05.2023-cü ilədək uzadılıb) qaytarmaq şərtilə 30000 AZN məbləğində kredit verilmiş, həmin kreditin təminatı kimi bağlanmış 12.02.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 6assivi, 16 №-li evin 7 №-li mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin icrası gecikdirilmiş, onun 17.11.2021-ci il tarixə bank olan borcunun məbləği cəmi 23409,60 AZN (o cümlədən 21250,36 AZN əsas borc və 2159,24 AZN faiz borcu) təşkil etmişdir. Bank 24.11.2021-ci ildə ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişi ipoteka qoyanın qeydiyyatda olduğu və ipoteka müqaviləsində göstərilən ünvanına (ünvan 6assivi, 16 №-li evin 7 №-li mənzili) sifarişli poçtla göndərmişdir. Bu halda həmin poçt göndərişi onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni 29.11.2021-ci ildə ipoteka qovana təqdim olunmuş sayılır. 261699 №-li poçt qaiməsindən görünür ki, ipoteka qoyana göndərilən bildiriş növbəti gün, yəni 25.11.2021-ci ildə Camalov soyadlı şəxs tərəfindən qəbul edilib və bu onun imzası ilə təsdiq olunmuşdur. Bildirişi qəbul edən Camalov iddiaçı ilə eyni ünvanda qeydiyyatda olmaqla yaşayan oğlu, həmçinin borcalan "xxxx" MMC-nin təsisçisi və rəhbəri X2r. Onun poçt qaiməsində “Alanın soyadı və imzası” qrafasındakı imzası ilə ipoteka müqaviləsindəki imzasını, eləcə də “Camalov” soyadının yazılışını müqayisə etməklə məktubu qəbul edən şəxsin məhz o olduğu nəticəsinə gəlmək olar. Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsində ipoteka saxlayanın üzərinə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişi ipoteka qoyanın ünvanına sifarişli poçt göndərişi (məktubu) ilə və elektron üsulla yalnız göndərmək vəzifəsi qoyulur. İstinad olunan normada bildirişi ipoteka qoyana şəxsən çatdırmaq tələbi yoxdur. Bildirişin sifarişli poçt göndərişi (məktubu) ilə ipoteka qoyanın ünvanına göndərildiyini təsdiq edən poçt sənədi həmin bildirişin ipoteka qoyana təqdim olunduğunu təsdiq edən sübutdur. Qanunverici məhz bu məntiqdən irəli gələrək müəyyən edir ki, poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Bundan başqa, 261699 №-li poçt qaiməsi ilə bildirişin ipoteka qoyanın ünvanına 24.11.2021-ci ildə yalnız göndərildiyi deyil, həm də onun növbəti gün, yəni 25.11.2021-ci ildə eyni ünvanda yaşayan oğlu Ceyhun Camalov tərəfindən qəbul edildiyi sübuta yetirilir. Belə olan halda iddaçının ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişdən məlumatsız olması barədə dəlili əsaslı sayıla bilməz. Odur ki, iddia əsassız olduğu üçün təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən İddiaçı cavabdeh 5 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddiasının təmin olunmaması haqqında qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfə məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iştirak etmir. Həmçinin iddia tələbinin heç bir əsası yoxdur. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Proses iştirakçıları işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 12.02.2020-ci il tarixli 20023- 0009/728257 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən "xxxx" MMC-yə 120 ay müddətinə illik 30% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 300000 manat məbləğində kredit limiti ayrılmışdır. - İpoteka saxlayan "xxxx" ASC, ipoteka qoyan İddiaçı və borcalan "xxxx" MMC arasında bağlanmış 12.02.2020-ci il tarixli 023MANZL80313501 saylı ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, b.16 ünvanında yerləşən, ümumi sahəsi 54,15 kv.m, mərtəbəsi 4, yaşayış otaqlarını sayı 2 olan 7 saylı mənzil 12.02.2020-ci il tarixli 20023-0009/728257 saylı kredit müqaviləsi üzrə və bu müqavilədə göstəriən öhdəliklərin təminatı olaraq Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 14.02.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 16 ünvanında yerləşən 7 saylı mənzili 12.02.2020-ci il tarixli 20023- 0009/728257 saylı kredit müqaviləsinin təminatı olaraq iddiaçı "xxxx" ASC-yə 120 ay müddətinə ipotekaya qoyulmuşdur. - 5 saylı Bakı Cavabdehndə notariat ofisi tərəfindən 09.01.2022-ci il tarixdə verilmiş icra qeydindən görünür ki, ipoteka müqaviləsi üzrə ipoteka saxlayan "xxxx" ASC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi 16 ünvanında yerləşən, ümumi sahəsi 52,55 kv.m olan 7 saylı mənzilə (öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş) 21250,36 manat əsas borc, 2159,24 manat dair borc, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi 10 manat, xidmət haqqı kimi ödənilmiş 30 manat, cəmi 23449,6 manat borc üzrə tutmanın yönəldilməsi təklif edilmişdir; - “İcra qeydinin aparılacağı barədə tələbkar "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə və İddiaçı göndərilmiş 24.11.2021-ci il tarixli bildirişdən görünür ki, 12.02.2020-ci il tarixli 20023-0009/728257 saylı kredit müqaviləsi üzrə öhdəliyin lazımınca icra edilməməsi nəticəsində 17.11.2021-ci il tarixinə 21250,36 manat əsas, 2159,24 manat faiz borcu olmaqla, cəmi 23409,60 manat borc vardır. Qeyd edilənlərə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34 və 36-cı maddələrinə əsasən "xxxx" MMC və İddiaçı bank qarşısında ipoteka ilə təmin olunan icra edilməmiş öhdəliklərin icrasını təmin etmək üçün ipoteka predmetinə notarisun icra qeydi əsasında tutmanın yönəldilməsi proseduruna başlanacağı barəsində xəbərdar olunmuşlar; - 261699 saylı qaimədən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı çatdırılması üçün 24.11.2021-ci il tarixdə ünvan 4 ünvanlanmış məktub 25.11.2021-ci il tarixdə qəbul edilmişdir. - 5 saylı Bakı Cavabdehndə notariat ofisinin 29 saylı məktubdan görünür ki, Bakı şəhəri 24 saylı notariat ofisindən təsdiq edilmiş 12.02.2020-ci il tarixli ipoteka müqaviləsi üzrə verilmiş 09.01.2022-ci il tarixli icra qeydi icra olunması üçün Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, “Bank Respublika" ASC ilə bağladığı 12.02.2020-ci il tarixli 20023-0009/728257 №-li kredit limiti müqaviləsi (limit 300000 AZN) çərçivəsində borcalan "xxxx" MMC-yə 12.02.2020-ci il tarixli Razılaşmaya əsasən illik 21% dərəcəsi ilə 10.02.2023-cü ilədək (sonradan 29.05.2023-cü ilədək uzadılıb) qaytarmaq şərtilə 30000 AZN məbləğində kredit verilmiş, həmin kreditin təminatı kimi bağlanmış 12.02.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 6assivi, 16 №-li evin 7 №-li mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin icrası gecikdirilmiş, onun 17.11.2021-ci il tarixə bank olan borcunun məbləği cəmi 23409,60 AZN (o cümlədən 21250,36 AZN əsas borc və 2159,24 AZN faiz borcu) təşkil etmişdir. "xxxx" MMC-yə və İddiaçı 24.11.2021-ci il tarixli məktub göndərilmiş və kredit müqaviləsi üzrə borcun qaytarılması xahiş edilmiş, əks təqdirdə kredit müqaviləsində icra qeydi aparılacağı barədə xəbərdar edilmişdir. Həmin bildirişi İddiaçı qəbul etmişdir. Bundan sonra 5 saylı Bakı Cavabdehndə notariat ofisi tərəfindən 09.01.2022-ci il tarixdə icra qeydi aparılmışdır. Həmin icra qeydinə əsasən 5 saylı Bakı Cavabdehndə notariat ofisi ipoteka müqaviləsi üzrə ipoteka saxlayan "xxxx" ASC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi 16 ünvanında yerləşən, ümumi sahəsi 52,55 kv.m olan 7 saylı mənzilə (öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş) 21250,36 manat əsas borc, 2159,24 manat dair borc, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi 10 manat, xidmət haqqı kimi ödənilmiş 30 manat, cəmi 23449,6 manat borc üzrə tutmanın yönəldilməsi təklif edilmişdir. Hazırda İddiaçı həmin icra qeydinin ləğv edilməsi tələbi ilə məhkəmə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Məhkəmə qeyd edir ki, hazırkı mübahisə predmetini təşkil edən icra qeydinin verilməsinə əsas "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 12.02.2020-ci il tarixli 20023-0009/728257 saylı olmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. Məhkəmə qeyd edir ki, 5 saylı Bakı Cavabdehndə notariat ofisi qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" ASC-nin təqdim etdiyi sənədlər əsasında 09.01.2022-ci il tarixdə icra qeydi aparmışdır. İddiaçı iddia qeyd edilən icra sənədini mübahisələndirərkən qeyd etmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş tərəfindən qəbul edilməmiş, bildiriş ona çatdırılmamışdır və notarisus tərəfindən verilmiş icra qeydi zamanı onun imza nümunələrinə baxılsaydı, hazırda iddia vermək məcburiyyətində qalmayacaqdır. Bütün bu prosedur qaydalar pozulmaqla ipoteka predmetinə tutmanın yönəldilməsi baradə icra qeydi verildiyi üçün bu qeyd ləğv edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun: 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Məhkəmə qeyd edilənlərə münasibədə qeyd edir ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş tərəfindən qəbul edilmədiyini bildirmiş, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bank Respublika” ASC isə öz etirazında həmin bildirişin iddiaçının oğlu Camalov Ceyhun oğlu tərəfindən qəbul edildiyini və bununla da iddiaçının bildirişdən məlumatlı olduğunu qeyd etmişdir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. İş materiallarından görünür ki, bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 24.11.2021-ci il tarixdə ünvan 6assivi, ev 16, mənzil 7 ünvanında yerləşən mənzilə göndərilmiş və bildiriş 25.11.2021-ci il tarixdə çatdırılmışdır. Qeyd etmək lazımdır ki, iddiaçı hazırkı iddia ərizəsində yaşayış ünvanı kimi ünvan 6assivi, ev 16, mənzil 7 ünvanında yerləşən mənzili qeyd etmişdir. Bununla müəyyən edilir ki, iddiaçı həqiqətən də həmin ünvanda yaşayır. Hazırda iddiaçı qeyd edilən ünvana göndərilmiş bildirişin onun tərəfindən qəbul edilmədiyini və qaimədəki imzanın ona məxsus olmadığını iddia edirsə, bu halları əsaslandırmaq vəzifəsi onun üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin onun tərəfindən qəbul edilmədiyinə və qaimədəki imzanın ona məxsus olmamasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı “ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydinin ləğv edilməsi” tələbinə dair iddası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh 5 saylı Bakı "Asan Xidmət" Mərkəzində notariat ofisinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə "ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydinin ləğv edilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh 5 saylı Bakı "Asan Xidmət" Mərkəzində notariat ofisinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə "ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydinin ləğv edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1418/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1418/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver