Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4419/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının t utulması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2622/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı X5 İdarəsinin MMX üzrə mühafizəçisi vəzifəsinə işə qəbul edilmiş, aylıq əmək haqqı 310 manat müəyyən edilmişdir.
2. Azərbaycan Respublikasının Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə1338 ş/h-038-21 saylı əmrinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ ç” bəndinə əsasən X5 İdarəsinin mülki mühafizə xidməti üzrə mühafizəçi vəzifəsindən azad edilmişdir.
3. Əmrdə əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi «cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməyərək, rəsmi nikah münasibətində olduğu vətəndaş L.İbrahimova və sonuncunun anası K.İbrahimova ilə mütəmadi olaraq mübahisə edərək, münaqişəli vəziyyət yaratması, qeyri-etik tərzdə çəkilmiş intim fotoşəkili “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə qayınanası K.İbrahimovaya göndərməsi, həmin hərəkətlərin vətəndaşın haqlı şikayətinə səbəb olması, habelə yoxlama prosesində iddiaçının qeyri-səmimi mövqe tutması, bununla da DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirməsi» qeyd olunmuşdur.
4. İddiaçı bundan əvvəl cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2-1(112)-11129/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
5. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-611/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, məcburi iş buraxma ilə bağlı ödənilməmiş əmək haqqının ödənilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə mümkün sayılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı hazı rki iddia ərizəsi ilə məhkəməyə müraciət etdərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə1338 ş/h-038-21 saylı əmrinin ləğv olunması, işə bərpa olunması və mənəvi ziyana görə 5.000 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı işlədiyi dövr ərzində rəhbərlik tərəfindən bir dəfə də olsun inzibati tənbeh almamış, əmək intizamı pozuntusuna yol verməmiş, öz vəzifənin öhdəsindən layiqincə gəlmiş və əmək fəaliyyətini layiqincə icra etmişdir. İddiaçı ona aid olmayan maddə ilə işdən qanunsuz olaraq çıxarılmışdır. İddiaçının qayınanası ilə və həyat yoldaşı ilə münasibəti ailə daxili və ailə sirri olan münasibətlərdir. İddiaçı tərfindən əmək fəaliyyətinin icrası zamanı heç bir qeyri-etik davranışa yol verilməmişdir. Əmək Məcəlləsinin 2 və 3-cü maddələrində əmək müqaviləsinin bağlanmasında tərəflər haqqa və ədalətə söykənməklə müqaviləyə uyğun hərəkət etməli, işəgötürən tərəfindən işçi barədə haqlı araşdırma aparılmalı, qəbul edilmiş qərarlar doğru və düzgün olmalıdır.
8. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ailə-məişət normalarına uyğun olmayaraq həyat yoldaşı Lamiyə İbrahimova və qayınanası Könül İbrahimova ilə mütəmadi olaraq münaqişələr yaşamış və bununla bağlı dəfələrlə onlar tərəfindən idarəyə şikayət məktubları göndərilmişdir. Həmin şikayətlərə əsasən araşdırma aparılmış, iddiaçının arvadına şiddət göstərməsi nəticəsində onun qulaq pərdəsinin zədələnməsi, həmçinin iddiaçı tərəfindən qayınanası Könül İbrahimovaya qeyri-etik fotoşəkillərin göndərilməsi məlum ol muşdur. Nəticədə işçi tərəfindən idarənin nüfuzunun zədələnməsi əsası ilə xx.xx.2022-ci il tarixdə tutduğu vəzifədən azad edilərək, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Etik davranış kodeksi mülki mühafizəçilərə tətbiq olunmur. Həmin kodeks sadəcə serjantlara və zabitlərə tətbiq olunur. Ancaq idarədə hər bir işçi işə götürülərkən ona qurumun adına və nüfuzuna xələl gətirməməklə bağlı xəbərdarlıq olunur və bununla bağlı sənəd ona imzaladılır.
9. Həmçinin cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq olunması barədə ərizə verərək göstərmişdir ki, iddiaçı məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. İddiaçı ilə cavabdeh arasında yaranmış münasibət faktiki olaraq əmək münasibətidir. Bu səb əblə onlar arasında yaranmış mübahisəyə əmək qanunvericiliyi tətbiq edilmişdir. Belə olan halda Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən iddiaçı tələbetmə müddətini ötürmüşdür. Şəxsin öz hüququnun pozulduğu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür. Göründüyü kimi, hazırki mübahisə üzrə şəxsin öz hüququnun pozulduğunu bilməli olduğu vaxt BMİ-nin 3 sentyabr 2021-ci il tarixli, Ə272-038-21 nömrəli əmrinin qəbul edildiyi tarixdir. Beləliklə, qeyd olunanlar ilə müəyyən olunur ki, iddiaçı müvafiq tələblə məhkəm əyə müraciət edərkən iddia müddətini ötürmüşdür, bu müddətini bərpasının üzrlü hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin 3-cü hissəsinə görə qanunu bilməmək məsuliyyətdən azad etmir. Bundan başqa iddiaçının yaranmış fərdi əmək müğahisəsi ilə bağlı qanunla müəyyən edilmiş qaydada müraciət etmək hüququ məhdudlaşdırılmamışdır. Göstərilənlərə əsasən iddia ərizəsinin əsassız hesab edilməsi, eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizənin təmin edilməsi və iddia müddəti tətbiq edilməklə də iddia tələbinin rədd olunmasını xahiş edir.
10. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X4 regional “ASAN xidmət” mərkəzi tərəfindən Azərbaycan Respublikası DİN-ni n Baş Mühafizə İdarəsinin X5 İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda göstərilir ki, mərkəzdəki fəaliyyət dövrü ərzində DİN-nin Baş Mühafizə İdarəsinin X5 İdarəsinin əməkdaşı İddiaçı bu ali, məsuliyyətli və səmərəli işlərində onlarla çiyin-çiyinə çalışmış, asayışın qorunmasında yardım etmiş, onun hər zaman qətiyyətli və xidmətdə peşəkar olduğu, həmçinin vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl etdiyi qeyd edilmiş, bu səbəbdən İddiaçı “ASAN xidmət” mərkəzində göstərdiyi əzm və köməyə görə dərin təşəkkür bildirilmişdir.
11. İddiaçı həmçinin sübut kimi X1 tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəni təqdim etmişdir. həmin ərizədə qeyd olunur ki, xx.xx.2021-ci il tarixdə Gəncə Asan Xidmət mərkəzinə gedəndə tanışı - həmin yerdə xidmə t aparan mühafizəçi İddiaçı telefonunun xarab olduğunu, ona kömək etməsini xahiş etmiş, o, isə telefonu düzəldən zaman telefona virus düşdüyünü görmüş və həmin an telefon öz-özünə proqramlara girməyə başlamış və sonda telefonun ekranına “Whatsapp” proqramı gələrək, öz özünə nəsə göndərmiş, bundan sonra telefon donmuşdur. Nəticədə İddiaçı telefonunda olan sonuncu nömrəyə qeyri-etik şəkil onun tərəfindən göndərilmişdir.
12. Məhkəməyə təqdim olunmuş DİN-nin Baş Mühafizə İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli arayışda göstərilir ki, X5 İdarəsində mülki mühafizəçi vəzifəsində işləyən kürəkəni İddiaçı ailəsində münaqişə yaradaraq həyat yoldaşı Lamiyə İbrahimovanın qulaq pərdəsini zədələməsi, boy həddi və yaşı nəzərə alınmadan Mühafizə xidmətində işə qəbul edilməsi barədə və təndaş X2 İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığı elektron müraciətinə baxılmışdır. Müəyyən edilmişdir ki, xx.xx.1993-cü il tarixdə daxili işlər orqanlarında xidmətə qəbul olunan İddiaçı Gəncə şəhər X3, 1994-cü ilin yanvar ayından isə Gəncə şəhər Polis İdarəsində sıravi və kiçik rəis heyəti üzrə müxtəlif vəzifələrdə xidmət etmişdir. 2012-ci ilin dekabr ayından 2014-cü ilin fevral ayınadək Gəncə şəhər Baş Polis İdarəsinin Xüsusi təyinatlı bölüyündə polis nəfəri vəzifəsində xidmət etmiş İddiaçı xx.xx.2014-cü il tarixdə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 1-ci bəndinə əsasən öz arzusu ilə xidmətdən xaric edilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdən Gəncə RMİ-də mülki mühafizəçi vəzifəs ində işləyən İddiaçı cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməyərək rəsmi nikah münasibətində olduğu vətəndaş Lamiə İbrahimova və sonuncunun anası Könül İbrahimova ilə mütəmadi olaraq mübahisə edərək, münaqişəli vəziyyət yaratmış, bu zəmində qeyri-etik tərzdə çəkilmiş intim fotoşəkili özünə məxsus olan smartfon tipli mobil telefondan “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə qayınanası K.İbrahimovaya göndərmişdir. Qeyd olunan hərəkətləri ilə DİN-nin Mühafizə xidmətinin nüfuzuna xələl gətirən mülki mühafizəçi İddiaçı barəsində haqlı şikayət olunmasına zəmin yaratmış, eləcə də xidməti yoxlama prosesində qeyri-səmimi mövqe tutmuşdur.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-264/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) idd ia qismən təmin edilərək, Cavabdeh İddiaçı işdən azad olunması barədə Ə1338Ş/h-038-21 saylı, xx.xx.2021-ci il tarixli əmri ləğv edilmiş, məcburi işburaxma müddəti üçün iddiaçıya əmək haqqı ödənilməklə onun X5 İdarəsinin mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsinə bərpa edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehdən dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 50 manat, dövlət nəfinə isə ayrıca 50 manat məbləğində pulun tutulması qət edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. İddiaçının şəxsi həyatı ilə bağlı şəxsi yazışmalarının olmasına, onun öz əmək funksiyalarının yerinə yetirilməməsi kimi qiymət verilə bilməz. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsindən də görünür ki, cavabdeh tərəfindən iddiaçının üzərinə etik davranışla bağlı hər hansı bir şərt (əlavə iltizam və s.) qoyulmayıb. Bu səbəbdən məhkəmə hesab edib ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr qanunsuz hesab edilməklə ləğv edilməlidir.
15. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair dəlillərinə qiymət verərək, qeyd etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə hazırki iddia ərizəsi ilə ilk olaraq, Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı i lə mülki iş aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilib. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin iddia mümkün sayılmayıb. Bundan sonra iddiaçı hazırki iddia ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməzdən əvvəl qanunvericiliyin yeni tələblərinə uyğun olaraq mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət etmişdir. Mediasiya Təşkilatı cavabdehin nümayəndəsini ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 13 gün əvvəlcədən, yəni xx.xx.2022-ci il tarixli dəvət məktubu vasitəsi ilə məlumatlandırmış, xx.xx.2022-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında cavabdehin nümayəndəsi iştirak etməmiş və bu barədə mediasiya təşkilatı müvafiq arayış tərtib etmişdir. Nəticədə məhkəmə hesab etmişdir ki, iddiaçı ilkin olaraq düz gün olmayan məhkəməyə (Gəncə İnzibatı Məhkəməsinə) müraciət etmiş olsa da, bu hal müddətin ötürülməsi kimi nəzərə alına bilməz. Çünki iddiaçı fərqli məhkəməyə müraciət etməklə artıq məhkəmə müdafiəsi hüququndan vaxtında, müddəti ötürməməklə istifadə etmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən və qəbzlərdən görünür ki, iddiaçı istər ilkin olaraq məhkəməyə müraciət edərkən, istər mediasiya təşkilatına müraciət edərkən, istər mediasiyadan imtinanı aldıqdan sonra yenidən məhkəməyə müraciət etdikdə belə, heç bir hissədə bir aylıq müddəti ayrı-ayrılıqda ötürməmişdir. Bununla da məhkəmə iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsinə dair cavabdehin nümayəndəsinin dəlillərini tam əsassız hesab etmişdir.
16. Məhkəmə iddia tələbinin mənəvi ziyana görə 5.000 manat tutulması hissəsini rədd edərkən ona istinad etmişdir ki, iddiaçı cavabdeh tərəfindən ona mənəvi zərər vurulmasını bildirsə də, ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Eyni zamanda, cavabdehdən iddiaçının xeyrinə mediasiya prosesində Mediasiya Təşkilatının hesabına ödənilmiş 50 manat məbləğində pulun tutulması qənaətinə də gəlmişdir.
17. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 3, 10, 70, 71, 76, 80, 296-cı maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14, 76, 119, 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8.05.2008-ci il tarixli, “H.Həşimov və qeyrilərinin şikayəti üzrə xx.xx.2005-ci il, R.Salamovun şikayəti üzrə” xx.xx.2007-ci il və “X.Xəlilovun şikayəti üzrə” xx.xx.2009-cu il tarixli qərarlarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli, 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. Cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayətində cavabdehin iddia müddətinin tətbiqi barədə birinci instansiya məhkəməsində irəli sürdüyü dəlillər təkrarlanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının işdən azad olunması ilə bağlı qəbul edilən qərar özlüyündə əsaslı olsa da, birinci instansiya məhkəməsinin qətnaməsi kifayət qədər yanlış olmaqla hüququn tətbiqi və bu qəbildən olan işlər üzrə mövcud olan praktikanın kobudcasına pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə qətnaməsində “iddiaçının şəxsi həyatı ilə bağlı şəxsi yazışmalarının olması onun öz əmək funskiyalarının yerinə yetirilməməsi kimi qiymət verilə bilməz” və “iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsindən də görünür ki, cavabdeh tərəfindən iddiaçının üzərinə etik davranışla bağlı hər hansı bir şərt (əlavə iltizam və s) qoyulmamışdır” formasında öz əksini tapan nəticələr əssasız olmaqla, iddiaçının fəaliyyət göstərmiş olduğu orqa nın əməkdaşlarının hüquqi statusunu tənzimləyən aktların bu məsələ ilə bağlı sərgilədiyi mövqe və onda əks olunan məcburi tələblər konkret və aydındır. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu maddəsinə və “Polis haqqında” Qanunun 34-cü maddəsinə görə daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etməməlidir. Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 3-cü maddəsinə görə daxili işlər orqanları əməkdaşı Dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. Nəzərə almaq lazımdır ki, iddiaçı tərəfindən yol verilən nöqsan ailə-məişət münasibətləri deyil, şəxsin xidməti fəaliyyəti çərçivəsində qiymətləndirilməlidir. Belə ki, yuxarıda adıçəkilən aktlar daxili işlər orqanları əməkdaşlarının qarşısına məhz bu qəbildən olan tələblər qoyur və onlara əməl olunmasını məcburi edir. Buna görə də məhkəmə tərəfindən işə hüquqi qiymət verilməzdən əvvəl o hərtərəfli araşdırılmalı, mövcud qanunvericilik əhatəli təhlil olunmalıdır. Beləliklə, İddiaçı tərəfindən edilən hərəkətlərin polis əməkdaşının statusu və fəa liyyəti ilə bir araya sığmadığı, eləcə də cəmiyyət və vətəndaşlar nəzdində xidmət göstərmiş olduğu orqan və onun əməkdaşları haqqında mənfi təəssüratlar yaratdığı, nüfuzuna xələl gətirdiyi göz önündə olmaqla, qanunvericiliklə müəyyən edilmiş normaların kobud şəkildə pozulduğunu və barəsində qəbul olunan qərarın doğruluğunu bir daha təsdiq edir. Şəxsin öz hüququndan istifadə edə bilməməsi onun hüququna olan şəxsi münasibəti olmaqla, bundan necə istifadə etməsi tamamilə şəxsin öz ixtiyarındadır və buna görə də tərəflərin öz hüquq və mənafelərinə olan münasibətini necə müəyyən etməsindən asılı olmayaraq, qanunla müəyyən olunan tələblər dəqiq olmaqla onun yanlış formada təfsir olunması ilə şəxslərə əsassız üstünlük yaradılması, eləcə də şəxsin qanunvericiliyi bilməməsi və ya yanlış bilməsi nət icəsində düzgün tətbiq etməməsi onun şəxsi keyfiyyəti və heç bir obyektiv haldan asılı olmayan hadisə olduğu üçün onun üzrlü hal hesab edilməsi yolverilməzdir.
20. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz etmiş və əlavə olaraq arvadı ilə nikahının pozulmadığını, qaynanası ilə münasibətlərinin yaxşı olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2622/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Abdıyev (sədrlik edən və məruzəçi), X.Sarıyev və F.Qasımov) apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
22. Məhkəmə kollegiyası hesab etmiş dir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə, 70-ci maddəsinin ç bəndinə, 71-ci maddənin 2 və 3-cü hissələrinə, 186, 187, 296.2, 296.3, 296.5, 300.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (vəkil Nümayəndə1) kassasiya şika yəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti apelyasiya şikayətinin və cavabdehin birinci instansiya məhkəməsində irəli sürdüyü dəlillərə uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
26. Maddə 68 (1). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
27. Maddə 70 “ç” bəndi. Əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər.
28. Maddə 71 (2). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutula n əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
29. Maddə 71 (3). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
30. Maddə 76 (1). İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam veril ə bilər.
31. Maddə 186 (2). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
32. Maddə 186 (3). İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddəni n ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
33. Maddə 187 (1). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
34. Maddə 296.2. Bu maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
35. Maddə 296.3. İşçinin hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabças ının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozulduğu gündür.
36. Maddə 296.5. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halla rı sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndi rilməməlidir.
44. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsi ilə bağlanılmış xx. xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən X5 İdarəsinin MMX üzrə mühafizəçisi vəzifəsinə işə qəbul edilmişdir. İşəgötürənin xx.xx.2021-ci il tarixli əmri ilə iddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifəsindən azad edilmişdir. Əmrdə əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi «cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməyərək, rəsmi nikah münasibətində olduğu vətəndaş L.İbrahimova və sonuncunun anası K.İbrahimova ilə mütəmadi olaraq mübahisə edərək, münaqişəli vəziyyət yaratması, qeyri-etik tərzdə çəkilmiş intim fotoşəkili “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə qayınanası K.İbrahimovaya göndərməsi, həmin hərəkətləri vətəndaşın haqlı şikayətinə səbəb olması, habelə yoxlama prose sində iddiaçının qeyri-səmimi mövqe tutması, bununla da DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirməsi» qeyd olunmuşdur.
47. İddiaçı həmin əmrin ləğvini tələb edir və tələbini onunla əsaslandırır ki, ona ailə münasibətlərinə görə tutulan iradların onun əmək funksiyası ilə hər hansı bağlılığı yoxdur və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə səbəb sayıla bilməz. 45 İddia tələbinin maddi-hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi:
1. İşəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam v erməsi;
2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;
3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilməsi müəyyən edilmişdir.
48. Apellyasiya instansiyası məhkəməsi də işin hallarını bu normanın tələbləri əsasında araşdırmış və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olduğunu müəyyən etmişdir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. İddiaçı nın şəxsi həyatı ilə bağlı şəxsi yazışmalarının olmasına, onun öz əmək funksiyalarının yerinə yetirilməməsi kimi qiymət verilə bilməz. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsindən də görünür ki, cavabdeh tərəfindən iddiaçının üzərinə etik davranışla bağlı hər hansı bir şərt (əlavə iltizam və s.) qoyulmayıb. Bu səbəbdən məhkəmə hesab edib ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr qanunsuz hesab edilməklə ləğv edilməlidir.
49. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşır. Çünki Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün təkcə həmin normada qeyd olunan halın baş verməsi kifayət etmir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərd ə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
50. Əmək Məcəlləsinin 71-ci madəsinin ikinci və üçüncü hissələrinin təhlili onu deməyə əsas verir ki, cavabdeh iddiaçınin barəsində verilmiş əmrdə ümumi şəkildə işin hallarını qeyd etməklə kifayətlənməməli, iddiaçıya istinad olunan pozuntular nəticəsində müəssisəyə ziyan vurulması qeyd olunmalı və buna görə əmək müqaviləsinin ləğv ed ilməsinin zəruriliyi xüsusi olaraq əsaslandırılmalı idi. Lakin cavabdeh tərəfindən sözügedən əmr verilərkən bu tələblərə əməl olunmamışdır.
51. Kassatorun “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu maddəsinə və “Polis haqqında” Qanunun 34-cü maddəsinə istinad etməsi və iddiaçı tərəfindən yol verilən nöqsanın ailəməişət münasibətləri deyil, şəxsin xidməti fəaliyyəti çərçivəsində qiymətləndirilməli olması barədə dəlilləri əsasszıdır.
52. Çünki, “Polis haqqında” Qanunun 1-ci maddəsinə görə, polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. 53. “Dövlət qulluğu haqqında” Qanunun 2.4-cü maddəsinə görə, bu Qanun dövlət orqanlarının tabeli yində olan hüquqi şəxslərin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. 54. “Azərbaycan Respublikası DİN-nin Müəssisədənkənar Mühafizə xidmətinin Əsasnaməsi”nə görə, Azərbaycan Respublikası DİN-nin müəssisədənkənar mühafizəsi xidməti Azərbaycan Respublikası ərazisində müqavilə əsasında mülkiyyətçilərin əmlakın və diplomatik immuniteti olan şəxslərin mühafizəsinin təmin edilməsi üçün təşkil edilir. Müəssisədənkənar Mühafizə xidməti Azərbaycan Respublikası daxili işlər orqanları strukturuna daxildir və Azərbaycan Respublikasının daxili işlər nazirinə tabedir. Müəssisədənkənar Mühafizə xidmətinin orqanları – Azərbaycan Respublikası DİN-nin Müəssisədənkənar Mühafizə İdarəsi, Naxçıvan MR DİN-nin Müəssisədənkənar Mühafizə İ darəsi (Şöbəsi), şəhər, rayon polis idarələrinin (şöbələrinin) müəssisədənkənar mühafizə şöbələri (bölmələri) hüquqi şəxslərdir, üzərində adı əks etdirilmiş möhürü və ştampı, müstəqil balansı, banklarda hesablaşma və digər hesabları vardır.
55. Əsasnamənin 13-cü bəndində Müəssisədənkənar Mühafizə xidməti işçilərinin vəzifələri, hüquqları və məsuliyyəti müəyyən olunmuşdur. Bu bənddə iddiaçıya istinad olunan xəta – vəzifə pozuntusu və ya məsuliyyətə səbəb olan hal kimi nəzərdə tutulmamışdır.
56. Həmçinin "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamənin 4-cü bəndinə görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, xüsusi rütbələr verilmiş, sıravi və kiçik, orta, böyük, ali rəis heyəti vəzifələrində işlə yən və ya daxili işlər orqanlarının kadrlarında olan Azərbaycan Respublikasının vətəndaşları: habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin kursantları daxili işlər orqanlarının əməkdaşları hesab olunurlar
57. Kassatorun digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə aid olduğundan, həmin dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdu dlaşır.
58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
59. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2622/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.