Məhkəmə qərarları › İş №2(007)-1431/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1431/2024

19.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1431/2024 19.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin aliment ödənilməsi hissəsində təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi : Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin aliment ödənilməsi hissəsində təsdiq edilməsi” haqqında ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında bağlanmış MŞB/13/2023-01899 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilib alimentin məbləği hər ay 235 manat olmaqla, uşağın yetkinlik yaşına çatana kimi xx.xx.2024-cü il tarixindən başlayaraq ikinci tərəfin öz üzərinə götürməsi və maraqlı tərəf Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında olan Barışıq sazişinə (MŞB/13/2023-01899) əsasən əldə olunan razılaşma yerinə yetirilməmişdir. Ümumi birgə nigahlarından anadan olan uşaqları xx.xx.2021-ci il təvəllüdlü X4 onun himayəsindədir. Cavabdeh ilə Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatında mediasiya reyestrində MŞB/13/2023-01899 nömrəsi ilə qeydiyyatdan keçmiş, mediator X5 iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən Cavabdeh ilə ümumi birgə nigahlarından anadan olan xx.xx.2021-ci il təvəllüdlü X1 ötrü yetkinlik yaşına çatana kimi xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 10-15-i aralığı, hər ay 235 (iki yüz otuz beş) manat məbləğində aliment pulu ödəməyi Cavabdeh öhdəsinə götürmüşdür. Lakin Cavabdeh sazişdə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, maraqlı şəxs öhdəliyi icra etməyərək uşaq üçün aliment ödəmir. O, uşağın saxlanılmasında çətinlik çəkir. Onun kredit borcu da vardır, hətta kredit borcuna görə onu məhkəməyə verəcəklər. Ata uşağı gəlib görə bilər, amma uşağın gecə atası ilə qalmasına razı deyildir. Qeyd olunanlara əsasən, ərizənin təmin edilməsini, barışıq sazişinin aliment ödənilməsi hissəsində təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halı: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi və maraqlı şəxs Cavabdeh rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X4 doğulmuşdur. Ərizəçi ilə maraqlı şəxs Cavabdeh arasında mediasiya prosesi nəticəsində Bakı 13 saylı Mediasiya təşkilatında MŞB/13/2023-01899 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən mediasiya tərəfləri qarşılıqlı razılığa gəlmişlər: 1) Tərəflər, 1-ci tərəf Cavabdeh və 2-ci tərəf Ərizəçi nikahın pozulması ilə bağlı mediasiya prosesində razılığa gəlmədilər, 1-ci tərəf Cavabdeh nikahın pozulması barədə tələb irəli sürmüş, 2-ci tərəf Ərizəçi tələbi qəbul etməmişdir. 2) Tərəflər, 1-ci tərəf Cavabdeh və 2-ci tərəf Ərizəçi bu sazişin 1-ci bəndində qeyd edilmiş nikahdan xx.xx.2021-ci il tarixində anadan olmuş X2 anası Ərizəçi himayəsində saxlanılması barədə razılığa gəldilər. 3) Tərəflər razılaşır ki, bu sazişin 1-ci bəndində qeyd edilmiş nikahdan xx.xx.2021-ci il tarixində anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment ödəməli olan Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat, alimenti Ərizəçi 2024-cü ilin fevral ayının 10-dan başlayaraq, hər ayın 10-15-i aralığında ödəyir. 4) tərəflər razılaşır ki, Cavabdeh birgə nikahdan xx.xx.2021ci il tarixində anadan olmuş X4 ilə məhdudiyyət olmadan görüşüb ünsiyyətdə olacaq. İşin mübahisəli halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli barışıq sazişinin aliment hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Barışıq sazişinin 6-cı və 8-ci bəndlərinə əsasən Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, saziş imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü icra olunmalıdır. Sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası ilə məhkəməyə müraciət edə bilər. Lakin qeyd olunan barışıq sazişinin aliment hissəsi ilə bağlı şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Ona görə də Ərizəçi tərəfindən məhkəməyə müraciət olunmuşdur. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək və ərizəçinin izahatını dinləyərək qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü, 34.1-ci, 34.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci, 355-23.1-ci, 355-26cı maddələrinin müddəalarına əsasən, ərizə təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən xx.xx.2024-cü il tarixli barışıq sazişi MPMnin 355-26-cı maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3-cü maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin aliment hissəsində təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən dərhal icra olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2024-cü il tarixli, MŞB/13/2023-01899 saylı barışıq sazişi aliment ödənilməsi hissəsində “Ərizəçi ilə Cavabdeh birgə nikahdan xx.xx.2021-ci il tarixində anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment ödəməli olan Cavabdeh hər ay 235 manat alimenti Ərizəçi xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 10-15 aralığında ödəyir” məzmunda təsdiq edilməlidir. Məhkəmə xərcləri: Məhkəmə qeyd edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə nikahın pozulması barədə məhkəmədə iddia qaldırmışdır və hazırda həmin iddia üzrə mülki iş e-2(007)-944/2024 nömrə ilə məhkəmənin icraatındadır. İddiaçı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət edən zaman məhkəməyə müraciət etməmişdən qabaq qanunvericiliyin tələbinə riayət edərək mediasiya təşkilatına müraciət etmiş və tərəflər arasında Barışıq sazişi bağlanılmışdır. Mediasiya zamanı Cavabdeh 50 manat mediasiya xərci çəkmişdir. Göründüyü kimi, həmin mediasiya məbləği artıq istifadə olunmuşdur. Beləliklə, AR MPMnin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə aliment ilə bağlı olduğundan və ərizəçi dövlət rüsumu ödəməkdən azad olduğundan ərizəçinin ödəməkdən azad olduğu 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2024-cü il tarixli, MŞB/13/2023-01899 saylı barışıq sazişi aliment ödənilməsi hissəsində aşağıdakı məzmunda təsdiq edilsin: Ərizəçi ilə Cavabdeh birgə nikahdan xx.xx.2021-ci il tarixində anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment ödəməli olan Cavabdeh hər ay 235 manat alimenti Ərizəçi xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 10-15 aralığında ödəyir. Cavabdeh Ərizəçi ödənilməsindən azad olduğu 100 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar