Məhkəmə qərarları › İş №2(007)-1464/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1464/2025

06.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1464/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mediator X3 tərəfindən keçirilmiş mediasiya sessisyasında onunla Maraqlı şəxs arasında bağlanan xx.xx.2024-cü il tarixli barışıq sazişinin “aliment” hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 2016-cı ildə faktiki ailə qurub, lakin nikahları xx.xx.2017-ci il tarixində rəsmləşib. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X4 adlı bir övladları var. Aralarında baş vermiş narazılıqlar nəticəsində nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri: Tərəflər Sazişi imzaladıqdan sonra aralarında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2876 nömrə ilə qeydə alınmış nikahın pozulması və bunun məhkəmə qaydasında həllinə razılaşıblar; ikinci tərəf övladı xx.xx.2019-cu il təvəllüdlü Nilay Şirinovanın birinci tərəfindən himayəsində qalmasına etiraz etmir; ikinci tərəf birinci tərəfə Nilay Şirinova yetkinlik yaşına çatanadək hər ayın 25ə qədər 235 manat olmaqla sabit pul məbləğində ödəyərək öhdəliyinə götürüb; birinci tərəf ikinci tərəfə yuxarıda qeyd edilən övladı ilə günü istənilən vaxtlarında heç bir maneə yaratmadan ünsiyyət qurmağa şərait yaradacaq. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs əriznin təmin edilməsinə etiraz etmədi. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin): 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, onların xx.xx.2009-cu ildə X7 və xx.xx.2019-cu ildə X4 adlı uşaqları var. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında tərəflər Mediasiya (mübahisə) tərəfləri Bakı şəhəri 4 saylı “ASAN Xidmət" mərkəzinin qeydiyyat şöbəsində qeydiyyata alınmış 12 noyabr 2017-ci il tarixli, 2876 nömrəli qeyd ilə təsdiq edilən, aralarında bağlanmış nikahın davam etdirilməməsi, xx.xx.2019-cu il təvəllüdlü X4 adlı və xx.xx.2009-cu il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatanadək ananın, yəni Ərizəçi himayəsində qalması, ikinci tərəf (ata), yəni Şirinov X6 tərəfə (anaya), yəni Ərizəçi xx.xx.2019-cu il təvəllüdlü X4 adlı və xx.xx.2009-cu il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatanadək ananın himayəsində yaşayış və digər maddi xərclərini qarşılamaq üçün aliment qismində ümumilikdə 235 AZN (iki yüz otuz beş manat) məbləğində aliment ödəyəcəyi, yuxarıda göstərilən aliment məbləğinin, yəni 235 AZN (iki yüz otuz beş manat) məbləğin hesablanmasına nikahın pozulması üzrə müvafiq məhkəmə qərarı verilən gündən başlanacağı, 235 AZN (iki yüz otuz beş manat) məbləğin ata tərəfindən anaya hər təqvim ayının sonuncu gününə qədər ananın təqdim etdiyi müvafiq bank hesabına bağlı bank kartına köçürmə yolu ilə ödənəcəyi barədə razılıq əldə edilmişdir. Barışıq Sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən saziş tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü icra olunmalıdır. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2024-cü il tarixli barışıq sazişinin aliment hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Barışıq sazişinin alimentlə bağlı şərtləri 3, 4 və 5-ci bəndlərdə göstərilib. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən xx.xx.2024-cü il tarixli barışıq sazişi MPM-nin 355-26 maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3 maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2024cü il tarixli barışıq sazişi aliment hissəsində (3, 4 və 5-ci bəndlərinə aid hissələrdə) aşağıdakı məzmunda təsdiq edilməlidir: İkinci tərəf (ata), yəni Şirinov X6 tərəfə (anaya), yəni Ərizəçi xx.xx.2019-cu il təvəllüdlü X4 adlı övladın və xx.xx.2009-cu il təvəllüdlü X7 adlı övladın yetkinlik yaşına çatanadək ananın himayəsində yaşayış və digər maddi xərclərini qarşılamaq üçün aliment qismində ümumilikdə 235 AZN (iki yüz otuz beş manat) məbləğində aliment ödəyəcəkdir; mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləğinin, yəni 235 AZN (iki yüz otuz beş manat) məbləğin hesablanmasına nikahın pozulması üzrə müvafiq məhkəmə qərarı verilən gündən başlanacaqdır; mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləği, yəni 235 AZN (iki yüz otuz beş manat) məbləğ ata tərəfindən anaya hər təqvim ayının sonuncu gününə qədər ananın təqdim etdiyi müvafiq bank hesabına bağlı bank kartına köçürmə yolu ilə ödənəcəkdir. Həmçinin, barışıq sazişinin 4-cü bəndində nikahın pozulması barədə məhkəmə qərarı verilən gündən alimentin ödənilməsi ilə bağlı tərəflər arasında razılıq əldə edilib. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-854/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X5 ilə Maraqlı şəxs arasında 4 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsində bağlanmış, xx.xx.2017-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydlər kitabında 2876 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 01,12.2009-cu il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X1 anaları X2 yanında qalması qət edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, aliment xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aliment hissəsində (3, 4 və 5-ci bəndlərinə aid hissələrdə) aşağıdakı məzmunda təsdiq edilsin: • İkinci tərəf (ata), yəni Şirinov X6 tərəfə (anaya), yəni Ərizəçi xx.xx.2019-cu il təvəllüdlü X4 adlı övladın və xx.xx.2009-cu il təvəllüdlü X7 adlı övladın yetkinlik yaşına çatanadək ananın himayəsində yaşayış və digər maddi xərclərini qarşılamaq üçün aliment qismində ümumilikdə 235 AZN (iki yüz otuz beş manat) məbləğində aliment ödəyəcəkdir. • Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləğinin, yəni 235 AZN (iki yüz otuz beş manat) məbləğin hesablanmasına nikahın pozulması üzrə müvafiq məhkəmə qərarı verilən gündən başlanacaqdır. • Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləği, yəni 235 AZN (iki yüz otuz beş manat) məbləğ ata tərəfindən anaya hər təqvim ayının sonuncu gününə qədər ananın təqdim etdiyi müvafiq bank hesabına bağlı bank kartına köçürmə yolu ilə ödənəcəkdir. Aliment xx.xx.2025-ci il tarixdən başlayaraq tutulsun. Qətnamə dərhal icra edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar