Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1475/2024 02.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilib, xx.xx.1973-cü il təvəllüdlü Bakı şəhərində anadan olmuş qardaşı X2 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X3 uzun müddət qaraciyər serrozundan əziyyət çəkmişdir. Sonuncu dəfə xx.xx.2007-ci il tarixdə çox ağır bir vəziyyətdə təcili tibbi yardım vasitəsi ilə 2 saylı M.Əfəndiyev adına Klinik xəstəxanasına çatdırılmışdır. Xəstəxanada 3 gün reanimasiyada qaldıqdan sonra təcili tibbi yardım vasitəsi ilə evə gətirilmişdir. Ev şəraitində 2 gün tibbi nəzarətdə olarkən xx.xx.2007-ci il tarixdə günorta saatlarında vəfat etmişdir. O, qardaşını 8-ci mkr qəbirstanlığında dəfn etmişdir. Qardaşı ailəli olmamış, ondan başqa heç kimi olmamışdır. Həmin vaxtlarda tibbi şəhadətnamənin alınması ilə xəstəxanaya və poliklinikaya müraciət etsə də tibbi şəhadətnamə ala bilməmişdir. Hal-hazırda ölüm haqqında şəhadətnamə ondan tələb olunduğundan ölümün qeydiyyata alınması üçün Maraqlı şəxsnə müraciət etsə də ona xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alındığı üçün hazırki halda ərizənin icrası qeyri-mümkündür. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, mərhum Cəfərov Elçin onun qardaşıdır. Qardaşının ondan başqa heç kimi olmamış və ondan hər hansı əmlak qalmamışdır. Qardaşı 2007-ci il tarixdə vəfat etmiş, lakin ölüm haqqında şəhadətnaməni ala bilməmişlər. Qeyd olunanlara əsasən, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X4 şahid qismində ifadə verərək göstərdi ki, ərizəçinin rəfiqəsidir, onunla əvvəllər qonşu olmuşlar. Tamilla xanımın ilk yoldaşından iki övladı, ikinci yoldaşından isə bir balaca oğlu olmuşdur. İkinci həyat yoldaşı xəstəlikdən dünyasını dəyişmişdir. Tamilla xanımın anası və digər qardaşı onu tanımadığı vaxtlar rəhmətə getmişdir. X8 şəkər xəstəliyindən əziyyət çəkmiş, yataq xəstəsi olmuşdur. 2007-ci ilin yaz aylarında günorta vaxtları Tamilla xanım ona zəng edərək onların evinə gəlməyini və Elçinin artıq keçindiyini bildirmişdir. Elçin təxminən 2007-ci ilin yaz aylarında rəhmətə getmişdir. O qonşu binadan gəlib çatana kimi mərhum artıq dünyasını dəyişmiş, təcili tibbi yardım gəlmiş, artıq mərhumun üzünü örtmüş, həmin vaxt qonşular evdə olmuşdur. İndi həmin qonşuların çoxu həmin binadan köçmüşdür. Dəfndə bütün qonşular kimi o da iştirak etmiş, mərhum Babək prospektində Maşın bazarı deyilən yerdə yerləşən qəbiristanlıqda anası və qardaşının olduğu yerdə dəfn edilmişdir. Məhkəmə iclasında X5 şahid qismində ifadə verərək göstərdi ki, Tamilla xanımla uzun müddətdir ki, qonşudur, 49 ildir ki, ərizəçi və qardaşının yaşadığı binada yaşamış, mərhum Elçinlə birlikdə böyümüşdür. Elçinlə dostluq etmişdir. Mərhum çoxdan rəhmətə getmiş, axır vaxtlar xəstə olmuş, bir az içki içmiş, sifəti şişmiş, axır vaxtlar çölə çıxmamışdır. O, Elçinin hansı xəstəlikdən dünyasını dəyişdiyini bilmir. Elçin rəhmətə gedəndə qəbirüstünə getmiş, dəfnində iştirak etmişdir. Mərhum maşın bazarındakı qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olanda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, 04812666 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il il tarixdə Bakı şəhərində anadan olmuşdur. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5 bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnamə ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Təcili və X1 xx.xx.2007-ci il tarixli müraciətə cavab məktubunun surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə ünvan 2 ünvanına X2 adına çağırış olmuş, çağırış yerinə gələn həkim çağırış yerində X2 vəfat etməsini aşkar etmiş, ölüm faktını təsdiq etmişdir. - Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, məlumatın surətindən görünür ki, X3 xx.xx.2007-ci il tarixdə 8-ci km qəbiristanlığında dəfn edilmişdir. - Qəbirüstü abidəsinin fotoşəkilindən görünür ki, X3 xx.xx.1973-cü il il tarixdə anadan olmuş, xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi qardaşı X3 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. İşin mübahisəli halları: Ərizəçi qardaşının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Nizami Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək və ərizəçinin izahatını dinləyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.2.8-ci, 308-ci, 309.1-ci və 311-ci maddələrinin müddəalarına əsasən, ərizə təmin edilməlidir. Belə ki, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X2 xx.xx.2007-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 101 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1973-cü il il təvəllüdlü X2 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 101,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1475/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1475/2024
02.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver