Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1483/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1951-ci il təvəllüdlü Rusiya Federasiyası, Krasnodar.Armavir şəhərində anadan olmuş atası X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X4 xx.xx.2025-ci il tarixdə evdə olarkən vəziyyəti pisləşmiş və vafat etmişdir. Son vaxtlar yaşı ilə əlaqədar olaraq atasının səhhətində bir sıra problemlər yaranmışdır. Təcili tibbi yardım briqadası çağrılsa da, təcili tibbi yardım gələnə qədər atası rəhmətə getmişdir. Atasını Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən qəbristanlıqda dəfn etmişlər. Onu səhhəti ilə bağlı bir çox həkimlərə aparmışlar. Lakin poliklinikada qeydiyyata salınmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə ala bilmir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm faktının müəyyən edilməsi ailə üzvlərinə mərhuma dair sənədlərin həll edilməsi üçün zəruridir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, ölüm faktının müəyyən edilməsini istədikləri mərhum atasıdır. İki bacıdırlar və o da atasının ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni almaq istədiyi üçün məhkəməyə müraciət etdiyini bilir. Atası təxminən 6-7 il idi ki, xəstə olmuş, mədəsində olan problemə görə mədəsi əməliyyat olunaraq kəsilmişdi. Atasından onlara heç bir əmlak qalmamış və xəstəliyi ilə əlaqədar poliklinikada qeydiyyatda olmamışdır. Qeyd olunanlara əsasən, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X5 şahid qismində ifadə verərək göstərdi ki, İrananın uşaqlıq rəfiqəsidir, indi eyni yerdə yaşamasalar da İrananı və atasını uşaqlıqdan tanıyır. Mərhumun mədəsində 6 il bundan əvvəl xərçəng tapılmış, əməliyyat edilmiş, əməliyyatdan sonra vəziyyəti pisləşmişdir. Mərhum 11 fevral 2025-ci ildə rəhmətə getmişdir. Ölən günü orada olmasa da dəfndə iştirak etmiş, mərasim “İnam” mərasim zalında olmuşdur. Babək prosepktində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında X6 şahid qismində ifadə verərək göstərdi ki, İrana yaxın rəfiqəsidir, İrananın atasında neçə illərdir ki, mədə xərçəngi olmuş, xx.xx.2019-cu ildə əməliyyat olunmuş, vəfat etdiyi tarix yadında olmasa da bu yaxınlarda vəfat etmişdir. O, dəfndə iştirak etmiş, Mərasimdə də olmuş, mərasim dəfndən 3 gün sonra Qara Qarayev prospektində yerləşən “İnam” mərasim zalında olmuşdur. Mərhum Babək prospektində olan qəbiristanlıqda basdırılıb. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olanda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1951-ci il tarixdə, Rusiya Federasiyası, Krasnodarın Armavir şəhərində anadan olmuşdur. - Təcili və X1 xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X3 həkimə qədər ölüm, kişi cinsli meyit olması müəyyən edilmişdir. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5 bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnamə ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X4 “Beynəlmiləl qəbristanlığı”nda dəfn edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi atası X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1ci, 307.2.8-ci, 308-ci, 309.1-ci və 311-ci maddələrinin müddəalarına əsasən, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi atası X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Ərizəçi atasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X3 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1951-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1483/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1483/2025
07.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver