Məhkəmə qərarları › İş №2(007)-1489/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1489/2025

10.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1489/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi : Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı 13 saylı Mediyasiya prosesinin nəticəsində Maraqlı şəxs arasında MŞB/13/2024-01407 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 2024cü ilin sentyabr ayından etibarən hər ay 235 manat məbləğində alimentin və 100 manat dövlət rüsumu məbləğinin Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2009-cu il tarixdə, rəsmi nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşasalar da, sonradan cavabdehin ailəyə olan münasibəti dəyişdiyindən münasibətləri pisləşmiş, ailə münasibətlərinə son qoymuşlar. İddiaçı Maraqlı şəxs ona qarşı nikahın pozulma tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1886 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılması, övladlarının yetkinik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs xx.xx.2019-cu il tarixdən hər ay 160 manat sabit pul məbləğində aliment tutlaraq ona verilməsi barədə qətnamə qəbul olunmuşdur. Daha sonra aliment miqdarının artırılmas ilə bağlı Mediasiya prosesi dövründə aralarında Bakı 13 saylı Mediasiya təşkilatında MŞB/13/2024-01407 nömrəli, xx.xx.2024-cü il tarixli Barışıq Sazişi imzalanmışdır. Həmin Sazişə əsasən, birgə nikahdan dünyaya gələn xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ayın 15-i 235 (ki yüz otuz beş) AZN aliment miqdarını ona ödəməyi öhdəsinə götürmüşdür. Aralarında barışıq sazişinin bağlanmasının üzərindən 5 aydan artıq müddət keçməsinə baxmayaraq Maraqlı şəxs tərəfindən barışıq sazişi üzrə üzərinə düşən öhdəliklər icra edilməmişdir. Belə ki, birgə nikahdan doğulmuş azyaşlı xx.xx.2012-ci il təvəllüdlü X6 övladlarının saxlanması üçün hər ay 235 manat məbləğində alimentin ödənilməsinə dair öhdəlik maraqlı şəxs tərəfindən icra edilməmişdir. Çox ağır maddi sıxıntılarla yaşayır. Azyaşlı övladının bütün qayğıları, habelə maddi tələbatı onun tərəfindən ödənilmişdir. Maddi imkanı zəif olduğu üçün övladının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Odur ki, hazırda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixində mediasiya prosesi zamanı aralarında barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl edərək müəyyən edilmiş aliment məbləğini ödəsə də, fevral ayı və mart ayı üzrə olan ödənişləri etməmişdir. O, uşağın qarşı tərəflə görüşməsinə mane yaratmır, ancaq maraqlı şəxs uşağı evinə aparmaq istədiyi üçün bununla razı deyildir. Onlar ayrılandan sonra uşaqda psixoloji travma yaranmışdır. Qarşı tərəfin ödədiyi alimenti də uşağa sərf edir, uşağı üçün xərc çəkir. Uşağı pediatra aparır, pediatr isə bildirir ki, uşağın psixiatr müalicəsinə ehtiyacı var. Uşağın eqzema xəstəliyi var. Qeyd olunanlara əsasən, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs ərizəni qismən qəbul etdiyini, Barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini, lakin ərizəçi tərəfindən ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun ondan tutulmasına razı olmadığını, ərizəni bu hissədə qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əsasən tərəfindən hər ayın 15-də aliment ödənişi etməlidir. O, barışıq sazişi bağlanılan zamandan fevral ayına kimi bütün ödənişləri etmiş, lakin fevral ayında ödəniş etməmişdir. Bunun səbəbi isə ərizəçinin övladı ilə onu görüşdürməməsidir. O, bu məsələni aralarında həll etməyi təklif etsə də, qarşı tərəf prinsip etmiş və uşağı onunla görüşdürməyəcəyini bildirmişdir. Buna görə də, uşaqla görüşmək üçün məhkəmədə iddia qaldıracaqdır. O, 2025-ci ilin mart ayının 15-nə çox ehtimal hər iki ayın ödənişini edəcəkdir. İşin faktiki halı: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-1886/2019-cu il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək Maraqlı şəxs ilə X4 arasında 14 noyabr 2009-cu il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1075 № ilə qeyd edilmiş nikahın pozulması, 04 sentyabr 2012-ci il tarixdə anadan olmuş X3 anası X1 himayəsində saxlanılması, 04 sentyabr 2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs 26 aprel 2019-cu il tarixdən hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Daha sonra tərəflər aralarında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında Ərizəçi Maraqlı şəxs ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-1886/2019 saylı qətnaməsinə əsasən birgə nikahlarından dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən olunan 160 (bir yüz altmış) manat aliment məbləğinin 235 (iki yüz otuz beş) manat qaldırılması və hər ayın 15-i Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsi barədə razılığa gəldilər. Hazırda tərəflər arasında bağlanılmış barışıq sazişi üzrə ödənilməli olan ödənişlərin 2024-cü ilin oktyabr ayından 2025-ci ilin fevral ayına kimi ödənilməsi tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü, 9.3, 34.1-ci, 34.2ci, 34.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci, 355- 23.1-ci, 355-26-cı maddələrinin müddəalarına əsasən, ərizə qismən təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən xx.xx.2024-cü il tarixli barışıq sazişi MPM-nin 355-26-cı maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3-cü maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Hazırda Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Barışıq sazişinin aliment hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Barışıq sazişinin 6-cı və 8-ci bəndlərinə əsasən Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, saziş imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü icra olunmalıdır. Sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası ilə məhkəməyə müraciət edə bilər. Lakin qeyd olunan barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə ki, ərizəçi və maraqlı şəxsin izahatı ilə maraqlı şəxsin 2025-ci ilin fevral ayından barışıq sazişi üzrə ödənişləri icra etmədiyi, sazişdə qeyd olunan aliment məbləğini ödəmədiyi və nəticədə onun tərəfindən sazişin şərtlərinin pozulması öz təsdiqini tapmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin aliment hissəsində təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə ərizənin “uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 2024-cü ilin sentyabr ayından etibarən hər ay alimentin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əsasən maraqlı şəxs aliment məbləğini hər ayın 15-i ödənilməsini üzərinə götürdüyündən və barışıq sazişinin şərtlərinə əsasən maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdən ödəniş edilməli olduğundan ərizə bu hissədə təmin edilməməli, maraqlı şəxsin 2025-ci ilin fevral ayına kimi etdiyi ödənişlər nəzərə alınaraq alimentin ödənilməsi xx.xx.2025-ci il tarixdən hesablanılmalıdır. Məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən dərhal icra olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-01407 saylı barışıq sazişi təsdiq edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ərizəçi ərizəsində ödənilmiş dövlət rüsumunu tələb etdiyindən və ərizəsi qismən təmin edildiyindən ərizə bu hissədə də təmin edilərək ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-01407 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: - Ərizəçi Maraqlı şəxs ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-1886/2019 saylı qətnaməsinə əsasən birgə nikahlarından dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən olunan 160 (bir yüz altmış) manat aliment məbləğinin 235 (iki yüz otuz beş) manat qaldırılması və hər ayın 15-i Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsi barədə razılığa gəldilər. Alimentin ödənilməsi xx.xx.2025-ci il tarixdən hesablanılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutulub ərizəçiyə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar