Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1512/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi : İddia tələbi :
1. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mediator X5 tərəfindən keçirilmiş mediasiya sessiyasında Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin aliment hissəsinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 21 iyun 2019-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 1 övladı var. 25 may 2020-ci il təvəllüdlü X4. Aralarında baş vermiş narazılıqlar nəticəsində nikahlarının pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aralarında şəxsi və ailə münasibətləri pozulduğuna görə nikahın pozulması və sair mübahisənin həlli məqsədi ilə Mediasiya Şurasının Bakı 8 saylı Mediasiya Təşkilatına etdiyi müraciət əsasında Təşkilatın mediatoru X5 vasitəsi ilə Maraqlı şəxs ilə onun arasında 30 may 2023-cü il tarixli Barışıq Sazişi bağlanmışdır. Mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri:
1. İkinci tərəf: Maraqlı şəxs bu sazişi imzalandıqdan sonra birinci tərəf həyat yoldaşı Ərizəçi ilə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə 83 qeydi ilə bağlanan nikahın ləğv edilməsinə razıdır.
2. İkinci tərəf: Birgə nikahdan dünyaya gələn 25 may 2020-ci il təvəllüdlü övladı X3 birinci tərəf Ərizəçi Feyzııddin qızının yanında (himayəsində) qalmasına razıdır.
3. İkinci tərəf: Birgə nikahdan dünyaya gələn 35 may 2020-ci il təvəllüdlü övladı X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün birinci tərəf Ərizəçi xx.xx.2023-cü il tarixdən etibarən hər ayın sonunadək 220 manat (iki yüz iyirmi) məbləğində birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəcəyinə dair öhdəlik götürür.
4. İkinci tərəf: Maraqlı şəxs birinci tərəf Ərizəçi məxsus ünvan 1 ünvanında yerləşən cehiz əşyalarının bu saziş bağlandıqdan sonra bir gün müddətində götürücəyinə (çıxaracağına) dair icazə verəcəyinə və bunun üçün şərait yaradıcığımı dair öhdəlik götürür. Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və birinci tərəfə qarşılıqlı tələblərinin olmadığı təsdiq edir. Nikahın ləğv edilməsi ilə bağlı birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. Tərəflər arasında qeyd edilən şərtlərlə barışıq sazişinin imzalanmasına baxmayaraq, Maraqlı şəxs sazişin 3 bəndində göstərilən öhdəliklərini bu günədək icra etməmişdir.
İş materialları :
3. Bakı 8 saylı Mediasiya təşkilatının MŞB/8/2023-00837 nömrəli xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, ikinci tərəf: Maraqlı şəxs bu sazişi imzalandıqdan sonra birinci tərəf həyat yoldaşı Ərizəçi ilə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə 83 qeydi ilə bağlanan nikahın ləğv edilməsinə razı olması, ikinci tərəf: birgə nikahdan dünyaya gələn 25 may 2020-ci il təvəllüdlü övladı X3 birinci tərəf Ərizəçi Feyzııddin qızının yanında (himayəsində) qalmasına razı olması, ikinci tərəf birgə nikahdan dünyaya gələn 35 may 2020-ci il təvəllüdlü övladı X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün birinci tərəf Ərizəçi xx.xx.2023-cü il tarixdən etibarən hər ayın sonunadək 220 manat (iki yüz iyirmi) məbləğində birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəcəyinə dair öhdəlik götürməsi, ikinci tərəf: Maraqlı şəxs birinci tərəf Ərizəçi məxsus ünvan 1 ünvanında yerləşən cehiz əşyalarının bu saziş bağlandıqdan sonra bir gün müddətində götürücəyinə (çıxaracağına) dair icazə verəcəyinə və bunun üçün şərait yaradıcığına dair öhdəlik götürmüşdür.
4. AZ-İV seriyalı, 440255 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.2020-ci ildə anadan olmuş və bu barədə Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixində 149 nömrə ilə qeyd edilmişdir. Atası Maraqlı şəxs, anası Ərizəçidır.
5. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
6. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, o, 2023-cü il tarixində məhkəməyə nikahın pozulması barədə ərizə vermiş, sonra barışdıqları üçün ərizəsini geri götürmüşdür. Hazırda Maraqlı şəxslə birlikdə yaşamırlar. O uşaqların saxlanılması üçün maddi köməklik edir. Bu səbəbdən alimentin hesablanmasının ərizənin verildiyi vaxtdan başlanılmasını istəyir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə iclasında Maraqlı şəxs ilə telefon əlaqəsi saxlanılmış və o, izahatında bildirmişdir ki, ərizəçi 2023-cü il tarixində nikahın pozulması barədə ərizəsini geri götürmüş, onlar birlikdə yaşamışlar. O, uşaqların xərcini özü ödəmişdir.
Tətbiq edilən hüquq :
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 305.1.17. məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
10. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
11. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu:
3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 26.1. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
İşin faktiki halı :
12. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X4 doğulmuşdur.
13. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində MŞB/8/2023- 00837 nömrəli xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 3-cü bəndinə əsasən Maraqlı şəxs 01 iyun 2023-cü il tarixdən başlayaraq 220 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür.
14. Maraqlı şəxs qeyd edilən barışıq sazişinin şərtlərini yerinə yetirmədiyindən Ərizəçi 30 may 2023-cü il tarixli barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilərək, xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs hər ay 220 manat alimentin Ərizəçi xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Məhkəmənin mövqeyi :
15. Məhkəmə iş materiallarını tədqiq edərək, işdə olan sübutları qiymətləndirərək və tərəflərin izahatlarını dinləyərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
16. Belə ki, ailə qanunvericiliyə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar və uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Mediasiya haqqında qanunvericiliyə əsasən isə ailə münasibətlərindən irəli gələn mübahisələr, o cümlədən uşağın saxlanılması qaydası mediasiya vasitəsilə həll oluna bilər. Valideynlər mediasiya prosesində barışıq sazişi bağlamaqla alimentin miqdarını və ödənilmə qaydasını müəyyən edə bilərlər.
17. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi könüllü şəkildə icra edilmədikdə və barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildirsə, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdırsa, məhkəmə qaydasında təsdiq edilə bilər.
18. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Maraqlı şəxs mediasiya prosesi nəticəsində bağlanmış MŞB/8/2023-00837 nömrəli xx.xx.2023-cü il tarixli barışıq sazişinin alimentə dair hissəsinin şərtlərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirməmişdir.
19. Məhkəmə qeyd edir ki, sözügedən MŞB/8/2023-00837 nömrəli xx.xx.2023-cü il tarixli mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin alimentə dair hissəsi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur.
20. Sadalanan xüsusatlara əsasən məhkəmə qeyd edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
21. Həmçinin ərizəçi maraqlı şəxsin uşağın saxlanılmasına maddi köməklik göstərdiyini bildirməklə, alimentin ərizə ilə məhkəməyə müraciət edildiyi tarixdən hesablanmasını xahiş etdiyindən alimentin tutulması xx.xx.2025-ci il tarixdən başlanılmaqla hesablanmalıdır.
Nəticə :
22. Beləliklə məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/8/2023- 00837 saylı barışıq sazişi alimentə dair hissəsində təsdiq edilməlidir.
23. Məhkəmə qeyd edir ki, Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi Maraqlı şəxs tutularaq ərizəçiyə ödənilməlidir.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi : Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/8/2023-00837 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: “Maraqlı şəxs birgə nikahdan dünyaya gələn xx.xx.2020-ci il təvəllüdlü övladı X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ərizəçi hər ayın sonunadək 220 (iki yüz iyirmi) manat məbləğin aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini Ərizəçi təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür”. Alimentin tutulması xx.xx.2025-cü il tarixdən hesablansın. Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq ərizəçiyə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva