Məhkəmə qərarları › İş №2(007)-1537/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1537/2025

17.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1537/2025 17.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X10 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsə qarşı “barışıq sazişinin hissəvi təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsə qarşı “barışıq sazişinin hissəvi təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2023cü il tarixli barışıq sazişinin uşaqla ünsiyyət hissəsində təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(007)-1880/2024 saylı qətnamə ilə iddia təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2702 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X7 anası Maraqlı şəxs yanında qalması, Ərizəçi xx.xx.2024-cü il tarixdən başlayaraq. xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(007)-182/2024 saylı qərardadı nəzərə alınmaqla) tutulub Maraqlı şəxs verilməsi qət edilmişdir. Aralarında şəxsi və ailə münasibətləri pozulduğuna görə nikahın pozulması və sair mübahisənin həlli məqsədi ilə Medivsiya Şurasının Bakı 8 saylı Mediasiyya Təşkilatına etdiyim müraciət əsasında Təşkilatın mcdiatorıı X5 vasitəsilə X2 ilə mənim aramda xx.xx.2023-cü il tarixli Başışıq Sazişi bağlanmışdır. Tərəflər arasında qeyd edilən şərtlərlə barışıq sazişinin imzalanmasına baxmayaraq. Maraqlı şəxs sazişin 5-ci bəndində göstərilən öhdəliklərini bu günədək icra etməmişdir. Göstərilənlərə əsasən, mediator X5 tərəfindən keçirilmiş mediasiya sessiyasında Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış 18 dekabr 2023-cü il tarixli barışıq sazişinin uşaqla ünsiyyətdə olan hissəsinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X6 ərizənin dəlillərini müdafiə edib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə Maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesində barışıq sazişi bağlanmışdır və barışıq sazişi əsasında müəyyən edilmişdir ki: 1) Birinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Ərizəçi ilə 2 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə № 2702 qeydi ilə bağlanan nikahın pozulmasına (ləğv edilməsinə) razıdır. 2) Birinci tərəf: Maraqlı şəxs İkinci tərəf: Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X3 onun (ananın) yanında (himayəsində) qalmasına razıdır. 3) Birinci tərəf: Maraqlı şəxs İkinci tərəf: Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf: Ərizəçi xx.xx.2023-cü il tarixdən etibarən ona hər ayın 20-dək əmək haqqısının və başqa gəlirlərinin % (dördə bir) hissəsində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır. 4) Birinci tərəf: Maraqlı şəxs İkinci tərəf Ərizəçi hazırki Barışıq Sazişinin 3-cü bəndində üzərinə götürdüyü öhdəliyin icra olunması məqsədilə onu iş yeri üzrə mühasibatlıq şöbəsinə (maliyyə idarəsinə) təqdim edəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. 5) Birinci tərəf: Maraqlı şəxs İkinci tərəf həyat yoldaşı Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X3 (uşağın mənafei nəzərə alınaraq) İkinci tərəf (atası) Ərizəçi ilə (ananının iştirakı olmadan) xx.xx.2023-cü il tarixindən etibarən hər ayın 2 (iki) bazar günlərində səhər saat 11-dən axşam saat 20:00-dək, ayın diger 1-ci (birinci) - 6-cı (altıncı) günləri aralığında isə sərbəst qrafik üzrə vaxt məhdudiyyəti qoymadan uşaqla ünsiyyətdə olmasına şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür. 6) Birinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. Hazırda ərizəçi xx.xx.2023-cü il tarixli, MŞB/8/2024-02506 saylı barışıq sazişinin uşaqla ünsiyyət hüququna dair hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində, mediasiya prosesində bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs (Saziş üzrə Birinci Tərəf) ilə Ərizəçi (Saziş üzrə İkinci Tərəf) arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-02567 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “5. Birinci tərəf: Maraqlı şəxs İkinci tərəf həyat yoldaşı Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X3 (uşağın mənafeyi nəzərə alınaraq) ikinci tərəf (atası) Ərizəçi ilə (ananının iştirakı olmadan) xx.xx.2023-cü il tarixindən etibarən hər ayın 2 (iki) bazar günlərində səhər saat 11-dən axşam saat 20:00-dək, ayın digər 1-ci (birinci) - 6-cı (altıncı) günləri aralığında isə sərbəst qrafik üzrə vaxt məhdudiyyəti qoymadan uşaqla ünsiyyətdə olmasına şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür.”. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar