Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1574/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçimaraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 30 may 1952-ci il təvəllüdlü Əhmədova (Hümbətova) Bahar Qaytaran qızının 15 mart 1994-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası Əhmədova (Hümbətova) Bahar Qaytaran qızı 30 may 1952-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, 15 mart 1994-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 5 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat etmiş və Abşeron rayonu, Mehdiabad qəbiristanlığında dəfn edilmişdir. O, mərhum anası Bahar Əhmədova (Hümbətova) ölümünədək Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşadığı üçün aidiyyatı üzrə ölüm haqqında şəhadətnamənin alınması üçün Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə rəsmi müraciət etsə də, müvafiq orqan tərəfindən ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən onun müraciəti təmin olunmamış və bu səbəbdən ölüm faktının müəyyən olunması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Bununla əlaqədar, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 5 saylı Şəhər Kliniki Xəstəxanasına rəsmi qaydada müraciət etsə də, qeyd edilən xəstəxana 1994-cü il tarixdə anası Bahar Əhmədova (Hümbətova)nın xəstəxanaya daxil olması və müalicə alması barədə məlumatın olmadığını ona bildirilmişdir. Bundan əlavə, o, zəruri sənədləri toplayarkən, anasının şəxsiyyətini təsdiq edən sənədin çıxarışını əldə etmək üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə müraciət etsə də, idarənin məsul əməkdaşı bu barədə məlumatı ona təqdim edə bilməyəcəklərini, bunu yalnız məhkəmənin sorğusu əsasında təqdim edə biləcəklərini bildirmişlər. Habelə, anası Ermənistan Respublikasında anadan olduğu üçün və arxivdə mövcud olmadığından doğum haqqında şəhadətnamənin surətini əldə edə bilməmişdir. Mərhum Əhmədova (Hümbətova) Bahar Qaytaran qızımım ölümünü təsdiq edən şəhadətnamə olmadığından müvafiq orqanlarda sənədləşmə işlərində problemlə üzləşir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhər Baş Səhiyyə İdarəsi 26 nömrəli şəhər poliklinikası tərəfindən Ərizəçi göndərilmiş 03 mart 2020-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 1 ünvanında yaşamış anası 952-ci il təvəllüdlü X2 1994-cü il 15 martda vəfat etmişdir. Həmin illər üçün onlarda arxiv mövcud olmadığı üçün onun haqqında heç bir məlumat verə bilməmişlər. - Abşeron Rayon Mehdiabad Bələdiyyəsi tərəfindən verilmiş 16 yanvar 2020-ci il tarixli arayışdan görünür ki, həqiqətən də mərhumə X2 15 mart 1994-cü il tarixdə Mehdiabad qəbristanlığında dəfn olunmuşdur. - X.Əmirova, B.Əsədov, M.Mahmudova tərəfindən tərtib edilmiş və 147 saylı MTK-nın sədri tərəfindən təsdiq edilmiş 09 oktyabr 2020-ci il tarixli Aktdan görünür ki, onlar ünvan 1 ünvanında yaşamış X1 həqiqətən 15 mart 1994-cü il tarixdə vəfat etməsi faktını təsdiq etmişlər. -Məhkəməyə mərhum Əhmədova (Hümbətova) Bahar Qaytaran qızının qəbrinin yerləşdiyi yerin fotoşəkilləri təqdim edilmişdir; -Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 06 fevral 2020-ci il tarixli məktubda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydalarının 8.5-ci bəndinə uyğun olaraq ölüm faktı ölüm haqqında tibbi şəhadətnamə ilə təsdiq edilməlidir. Həmin sənəd olmadığına görə ölüm faktının müəyyən olunmsaı üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 30 may 1952-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş anası X215 mart 1994-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi anasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi30 may 1952-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş anası X215 mart 1994-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 30 may 1952-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş X115 mart 1994-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1574/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1574/2020
19.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver